Microsoft Word din ve devlet elaqeler doc



Yüklə 482,98 Kb.
Pdf görüntüsü
səhifə26/26
tarix06.05.2018
ölçüsü482,98 Kb.
#42571
1   ...   18   19   20   21   22   23   24   25   26

 

Fransız dilində dini quruluşların hakimiyyətindən asılı olmayan təşkilata laik 

(laic və ya laique) qurum deyilir.

74

 Fransada dini quruluş deyərkən Katolik 



kilsəsi başa düşülür. Dolayısı ilə bu kilsənin hakimiyyətində olmayan hər bir 

dövlət qurumu laikdir. 

109. Laisizm mübarizəsi dinə qarşı deyil, kilsəyə qarşı aparılmışdır. Belə ki, 

Fransada Müəssislər Məclisinin üzvləri tərəfindən hazırlanan və Avqust 1789-cu 

ilin avqust ayında qəbul edilən  İnsan və  Vətəndaş Hüquqları  Bəyannaməsinin 

10-cu maddəsi fikir azadlığını, 11-ci maddəsi isə ifadə azadlığını tənzimləyirdi. 

Bu bəyannamə 1791-ci ildə qəbul edilən Fransa Konstitusiyasının giriş hissəsini 

(preambula) təşkil etmişdi.

75

 Sözügedən konstitusiya katolik kilsənin 



imtiyazlarına son qoymağı, protestant, yəhudi və ya dini mənsubiyyəti olmayan 

vətəndaşların hüquq bərabərliyinin bərpasını, xüsusilə din və vicdan azadlığı ilə 

əlaqədar istənilən növ dini görüşə bərabərhüquqlu yanaşmanı qarşısına məqsəd 

qoymuşdu


76

. Çünki teokratik quruluşda başqa bir din mənsubuna yaşamaq 

hüququ tanınmazdı. Bu hərəkət dinə qarşı yönəlsəydi, müvəffəqiyyət 

qazandıqdan sonra insanlara din azadlığı tanınmaz, əksinə, bu azadlıq tamamilə 

ortadan qaldırılardı. 

110. 1948-ci ildə BMT Baş Məclisi tərəfindən qəbul edilən Ümumdünya İnsan 

Hüquqları  Bəyannaməsi də düşüncə, vicdan və din azadlıqlarını  təsdiqləyərək 

teokratiyanın qarşısını almağa çalışmışdır. Bu maddə  də dinə deyil, kilsənin 

hakimiyyətinə qarşı yönəlmişdir. Bu hərəkat dini sosial və ictimai həyatdan 

təcrid etmək məqsədini də güdmür. Bu, ümumiyyətlə, ağlasığmazdır. Dindar 

insan dininin tələbini bir kənara qoyaraq başqa insanların tələblərini icra edə 

bilməz. İcra etmək məcburiyyətində qalsa da, buna ya gizli, ya da açıq şəkildə 

                                                            

74

 Böyük Larousse Ensiklopediyası, “Laic” başlıqlı məqalə. 



75

 Böyük Larousse Ensiklopediyası, “Laic” başlıqlı məqalə. 

76

 GRIC (Groupe de Rechercehes İslamo-Chretien = İslam-Xristiyan Araşdırmaları birliyi), Din və Dövlət, 



İslamochristana, 12, Roma, 1986, s. 49-72. Tərcümə M.Səid Xətiboğlu, İslami araşdırmalar jurnalı, c. III, 3-cü 

say, Ankara, 1989, s. 102. 




 

qarşı  çıxar. Bu da öz növbəsində ictimai asayişin pozulmasına səbəb olur. 

Sözügedən Bəyannaməsinin 18-ci maddəsində deyilir: 

“Hər kəs düşüncə, vicdan və din azadlığına malikdir; buna hər kəs üçün tək 

başına, yaxud başqaları ilə birlikdə, istər ictimai, istərsə  fərdi qaydada təhsil, 

tədbir, ibadət, ya da dini mükəlləfiyyətləri həyata keçirərək dinini, yaxud 

əqidəsini ifadə etmək azadlığı da daxildir”.

77

 

111. Bütün bunlar onu göstərir ki, laisizm dövlətin dini təşkilatların 

hakimiyyətindən azad olaraq müstəqilləşməsi deməkdir. Yəni laisizm dövlətin 

bir xüsusiyyətidir. 

*Dünyada  ən çox müsəlmanın yaşadığı  İndoneziya konstitusiyasının 29-cu 

maddəsi belədir: 

“1-ci bənd: Dövlət təkallahlılıq inancına əsaslanır. 

2-ci bənd: Dövlət hər bir vətəndaşının din və ibadət azadlığına, öz din və 

inancına uyğun şəkildə yaşamasına və 

tətbiq etməsinə

 təminat verir. 

9-cu maddə  də eyni zamanda, Başçı  və müavini rəsmi olaraq vəzifələrinə 

başlamadan əvvəl, inandıqları dinə görə and içərlər.

1982-il tarixli Türkiyə Respublikası Konstitusiyasının 2-ci maddəsi də laisizmi 



dövlətin bir özəlliyi kimi göstərir. Maddənin mətni aşağıdakı kimidir: 

“Türkiyə Respublikası cəmiyyətin rahatlığı, milli həmrəylik və ədalət anlayışına 

əsaslanan, insan hüquqlarına hörmət bəsləyən, Atatürk millətçiliyinə bağlı olan, 

başlanğıc hissəsində  şərh edilmiş  əsas prinsiplərə söykənən, demokratik, laik 

(düyəvi) və sosial hüquqi dövlətdir”. 

bir başqa xüsusiyyəti də insan haqlarına hörmətlə yanaşmasıdır. 

                                                            

77

 Böyük Larousse Ansiklopediyası, insan maddəsi.İst. 1986. 




 

Konstitusiyanın 24-cü maddəsi hər bir vətəndaşın vicdan, dini etiqad və  əqidə 

azadlığına malik olduğunu təsdiqləyir. 26-cı maddə ilə  də fikri açıqlamaq və 

yaymaq azadlığını təsdiq edir. 

Mövzu Quran əsasında dəyərləndirildikdə Quranda din azadlığının dəyişməz 

əsas müddəalara söykəndiyi görülür. 

Dinin  əsası imandır.  İmanın özəyi də  qəlb ilə  təsdiqdir. Qəlb insanın daxili 

dünyasındadır.  İnsan burada mümkün olduğu qədər azaddır. Bu səbəbdən heç 

bir inanc insana zorla qəbul etdirilə bilməz. Din azadlığının təminatçısı Qurandır. 

Uca Allah belə buyurur: 



“Rəbbin istəsəydi, yer üzərində olanların hamısı inanardı. Elə isə, insanları 

inanmağa sənmi məcbur edəcəksən?” (Yunus 10/99) 

4- DƏYƏRLƏNDİRMƏ 

112. Tövratda teokratiyanın dəlili olaraq göstərilən ifadə Həzrət Süleymana (ə) 

aiddir.  Əlimizdəki Tövrata görə  Həzrət Süleyman (ə) Allahın elçisi deyil, bir 

kral olmuşdur.

78

Amma Quran Həzrət Süleymanı (ə) Allahın elçisi kimi təqdim 



edir. 

Tövratda Həzrət Süleymana (ə) aid olduğu bildirilən ifadə belədir: “Oğlum! 

Rəbbdən və padşahdan qorx, qiyamçılara qoşulma!”

79

 Kraldan qorxmaqla bağlı 



tövsiyə onun zülmündən qorunmaq məqsədini də daşıya bilər. Çünki bu 

haqsızlığa qarşı bir növ mübarizədir. Necə ki, Quranı  Kərimdə kafir və 

münafiqlərdən qorunmaqla əlaqədar bənzər bir ifadə vardır. Uca Allah buyurur: 

“Əgər səbirli olub qorunsanız, onların hiylələri sizə bir zərər verməz!” (Ali 

İmran 3/120). Qorunma ehtiyacı qorxudan irəli gəlir. Bu səbəblə ayədə 

“qorunma” deyə  tərcümə etdiyimiz “ittiqa” ( ءا قتا ) sözü “qorxu” kimi də 

tərcümə edilir. 

                                                            

78

 Müqəddəs Kitab, Süleymanın məsəlləri, I/1. 



79

 Müqəddəs Kitab, Süleymanın məsəlləri,  XXIV/21. 




 

“Qiyamçılara qoşulma” ifadəsi də “fitnə-fəsad törədənlərə qoşulma”  şəklində 

izah edildiyi təqdirdə  Həzrət Süleymana (ə) aid olduğu ifadə edilən bu söz 

teokratiyanın dəlili sayılmayacaqdır. 

113.  İncildəki mətnlərə  gəlincə, Paulun və Peterin məktublarının  İncilin tərkib 

hissəsi kimi təqdim edilməsi Qurana görə qəbuledilməzdir. Çünki Qurana görə 

İncil Allahın kitabı, Həzrət  İsa (ə) da elçisidir

80

. Peter və Paul isə sadəcə iki 



xristiandır. Peter Həzrət  İsanın (ə) havarilərindəndir

81

. Paul isə Quranın  şərh 



etdiyi mənada həvari deyildir. Amma xristianlar onu həvarilərdən biri sayırlar

82



Həzrət  İsanın (ə) həvariləri Qurana görə  Həzrət Məhəmmədin (s) səhabələri 

misalındadır.

83

 

114. Tövrat, İncil və Quran, Allahın sözlərini ehtiva edən kitablardır. Bunlarda 



insan sözü olmamalıdır. Amma əlimizdəki Tövrat və  İncilə insan sözü 

qarışdırılmışdır. Bunun ən açıq sübutu Paul və Peterin məktublarıdır. Quranda 

Allahın sözləri xaricində bir söz belə öz əksini tapmamışdır. Həzrət 

Məhəmmədin (s) sözləri Quranın xaricindədir və “hədis” adlandırılır. Həvarilər 

isə Həzrət Əli (r.ə.) və Həzrət Əbu Bəkr (r.ə.) kimidir. Əli (r.ə.) və Əbu Bəkrin 

(r.ə.) sözlərinə “səhabə sözləri” deyilir. Peyğəmbərin (a.s.) sözləri Quranla eyni 

səviyyədə  qəbul edilə bilməz. Səhabələrin sözləri də Peyğəmbər sözü 

səviyyəsində ola bilməz. Beləliklə, Peter və Paulun məktubları İncilin bir hissəsi 

sayıla bilməz. Onların hər biri insan sözüdür. 

İncildə  Həzrət  İsa çarmıxa çəkilib dəfn edildikdən üç gün sonra qəbrindən 

çıxmış, Qalileyada 11 həvarisinə görünmüş  və belə demişdir: “Göydə  və yer 

                                                            



80

 “... Ona (Məryəm oğlu İsaya) haqq yolun göstəricisi və nur olan, özündən əvvəlki Tövratı təsdiq edən İncili 

qorunanlara doğru yol və nəsihət olaraq verdik”. (Maidə 5/46) 

81

 Bax. Böyük Larousse Ansiklopediyası, Petrus və Pavlos maddələri İst. 1986. 



82

 Paul Həzrət İsanı (ə) görməmişdir. Əlimizdəki İncildə Paulun əsil adının Şaul olduğu (Həvarilərin işləri, 13/9), 

qəti bir xristian düşməni ikən, Şam yolunda anidən göydə parlayan bir nurun ətrafını bürüdüyü, Həzrət İsanın (ə) 

ona səsləndiyi (Həvarilərin işləri, 9/3-6), sonra onun Hz.İsaya iman gətirdiyi və vəftiz edildiyi (Həvarilərin işləri, 

9/18) göstərilir. Buna görə Paul Quranın haqqında söz açdığı həvarilərdən deyildir. 

83

 “Ey iman gətirənlər! Allahın (dininin və elçisinin) köməkçiləri olun! Necə ki, Məryəm oğlu İsa həvarilərə: 

“Allah yolunda mənim köməkçilərim kimdir?” – demiş, həvarilər də: “Allahın (dininin və elçisinin) 

köməkçiləri bizik!” - demişdilər. Nəhayət,  İsrail oğullarının bir qismi iman gətirmiş, bir qismi də inkar 

etmişdi. Amma biz iman gətirənləri düşmənlərinə qarşı dəstəklədik və onlar qalib gəldilər”. (Səff 61/14) 



 

üzündə bütün səlahiyyət mənə verilmişdir. Beləliklə, gedin, bütün millətləri 

mənim şagirdim edin; onları Ata, Oğul və Müqəddəs Ruh adı ilə vəftiz edin; sizə 

əmr etdiyim hər şeyə riayət etməyi onlara öyrədin. Budur, mən dövrün sonuna 

qədər hər gün sizinləyəm”.

84

 



Bu sözlər kilsənin, güclü oluğu dövrdə dövlətlər üzərində hakimiyyətini təmin 

etmişdir. 

Eyni İncilin bir başqa ifadəsinə görə Həzrət İsa (ə) dünyaya hakimiyyət qurmaq 

üçün deyil, xidmət etmək və  həyatını qurban vermək üçün gəlmişdir.

85

 Bu, 


öncəki ifadə ilə ziddiyyət təşkil edir. 

Quran Həzrət İsanın (ə) vəfatından sonra dünya ilə əlaqəsinin kəsildiyini və baş 

verənlərdən xəbərdar olmadığını bildirir. 

“Allah, (qiyamət günü) deyəcəkdir: “Ey Məryəm oğlu  İsa! Sənmi insanlara: 

“Məni və anamı özünüzə Allahla yanaşı iki ayrı tanrı bilin!” - demişdin?” O da 

belə cavab verəcəkdir: “Əsla, haqqım çatmayan bir şeyi demək mənə yaraşmaş; 

Əgər bunu mən demiş olsaydım, Sən onu mütləq bilərdin; Sən, mənim içimdə 

olanı bilirsən; mən isə  Sənin zatında olanı bilmirəm.  Şübhəsiz, qeybləri bilən 

ancaq Sənsən! 

Mən onlara ancaq Sənin mənə etdiyin əmri çatdırıb belə demişəm: “Mənim də, 

sizin də Rəbbiniz olan Allaha ibadət edin!” Nə qədər ki, onların arasında idim,  

onlara  şahid mən idim. Məni vəfat etdirdikdən sonra artıq onlar üzərində 

nəzarətçi Özün oldun. Şübhəsiz, Sən hər şeyə şahidsən”. (Maidə 5/116-117) 

                                                            

84

 Mattanın nəql etdiyi Müjdənin son cümlələri olan “İsa  şagirdlərinə tapşırıq verir” başlıqlı bu hissənin 



başlanğıcı belədir: “On bir şagird Qalileyaya, İsanın onlara təyin etdiyi dağa getdi. İsanı gördükdə Ona səcdə 

qıldılar. Bəzisi isə  şübhə etdi. İsa yaxaınlaşıb onlara dedi: “Göydə  və yer üzündə bütün səlahiyyət mənə 

verilmişdir. Beləliklə, gedin, bütün millətləri Mənim şagirdim edin; onları Ata, Oğul və Müqəddəs Ruh adı ilə 

vəftiz edin; sizə  əmr etdiyim hər  şeyə riayət etməyi onlara öyrədin. Budur, mən dövrün sonunadək hər gün 

sizinləyəm”. (Müqəddəs Kitab, Mattanın nəql etdiyi Müjdə, XXVIII/16-20) 

85

 “...  Beləcə, Bəşər oğlu gəlmədi ki,Ona xidmət etsinlər, gəldi ki, Özü xidmət etsin və çoxlarını satın almaq 



üçün öz canını fidyə versin”. (Müqəddəs Kitab, Mattanın nəql etdiyi Müjdə, XX/28)  


 

Həzrət Məhəmmədin (s) sözləri Quran ayəsi olmadığı kimi Həzrət  İsanın (ə) 

sözləri də İncil ayəsi deyildir. Həzrət İsanın (ə) vəfatından sonra söylədiyi iddia 

edilən sözlər onun sözü belə sayıla bilməz. Teokratiya bu sözlər üzərində 

qurulduğu üçün həqiqi  İncilin Quran kimi teokratiyanı  qəbul etmədiyi ortaya 

çıxır. 


115. Xristianlar necə Peter və Paulun məktublarına istinad edərək teokratik 

quruluş  təsis etmişlərsə,  şiələrin imamiyyə qolu da öz rəhbərlərinin sözlərinə 

istinad edərək teokratik quruluşa bənzər bir quruluşun müdafiəçiləri olmuşlar. 

Şiələr imamlarının və müctəhidlərinin sözlərini Allahın sözü hesab etmirlər. 

Amma bir çoxu onların icrasını Allahın sözü kimi vacib sayar. Gəlin, onların 

bəzi bəyanatlarına diqqət yetirək: 

“İctihad  şərtlərini özündə toplamış müctəhid, qeybət (imamın gözdən uzaq 

olması) dövründə İmam əlehyissəlamın naibidir, mütləq hakim və rəisdir; şəriətə 

dair hökm vermək və hakimiyyət xüsusunda imamın səlahiyyətinə sahibdir. 

Onun hökmünü qəbul etməmək  İmamın hökmünü qəbul etməməkdir;  İmamın 

hökmünü qəbul etməmək isə Allahın hökmünü qəbul etməmək deməkdir ki, bu 

da öz növbəsində, Sadiqi Ali-Məhəmməddən (İmam Cəfər  əs-Sadiq  tərc.

rəvayət edilən hədisə görə Allaha şirk qoşmağa bərabərdir”.

86

 



Sadiqi Ali-Məhəmməd Həzrət Məhəmmədin (s) nəslindən olan dürüst insan 

deməkdir. Bu şəxs Həzrət Həsən (r.ə.) və ya Həzrət Hüseyn (r.ə.) belə olsa, 

onların sözləri bizə dəlil ola bilməz. Bu, Peter və Paulun sözlərinə verilən dəyərə 

çox bənzəyir. 

Əhli-sünnə, müctəhid imamlardan heç birinə müqəddəslik tanımır və heç birinin 

sözünü itaət edilməsi vacib olan bir əmr kimi qəbul etmir. 

Məən ibn İsa əl-Qəzzaz İmam Malikdən belə eşitdiyini nəql edir: “Mən sıradan 

bir insanam, xəta etdiyim də olur, doğrunu tapdığım da. Rəylərimin üzərində 

                                                            

86

 Şiə İnancları, s. 24. 




 

düşünün, Kitab və sünnəyə uyğun olanını qəbul edin, uyğun olmayanını isə bir 

kənara qoyun”.

87

 



İmam Malik tez-tez belə deyərdi: “Bizim fikrimiz zəndən ibarətdir. Dəqiq bir 

qənaətə gələ bilmərik”.

88

 

Əbu Yusif və  Həsən bin Ziyad da Əbu Hənifənin belə dediyini nəql edirlər: 



“Bizim bildiyimiz sadəcə bir rəydir. O, gələ bildiyimiz ən gözəl qənaətdir. Kim 

bundan daha gözəlini (daha üstününü) gətirərsə, qəbul edərik”.

89

 

NƏTİCƏ 



116. Quran teokratik quruluşu heç bir vəchlə  qəbul etmir. Teokratiya Allahın 

səlahiyyətinin kilsəyə həvalə edilməsi və ya kilsə ilə paylaşılması mənasını ifadə 

etdiyi üçün Qurana görə belə bir davranış şirkdir. 

Digər tərəfdən teokratiyada insanların Allaha boyun əydiyi kimi, idarəedicilərə 

də boyun əyməsi tələb edilir. Onlara itaət Allaha itaət, onlarla müxalifət Allaha 

qarşı çıxmaq sayılır. Quran bunu da şirk sayır. 

117. Bununla yanaşı Quranın tövsiyə etdiyi konkret bir dövlət quruluşu yoxdur. 

İslamın ümumbəşəri və zamanın fövqündə olması da bunu zəruri edir. Quran 

dövlətlərdən bir sıra universal müddəaların əsas alınmasını tələb edir. Onlardan 

bir qismi artıq qeyd edilmişdir. Bu əsas müddəalar elə təməl prinsiplərdir ki, heç 

bir cəmiyyət onlardan boyun qaçıra bilməz. Heç bir üsuli-idarə  də bu xüsusda 

mübarizə aparan insanların müxalifətini qəbul edə bilməz. Bu da İslamın hər 

zaman və hər yerdə yaşana bilməsinə imkan verir. 

118.  İslam alimlərinin siyasi nüfuz sahiblərindən gözlədikləri vəzifələr belə 

xülasələşdirilə bilər: “Siyasi nüfuz qanunları  və  cəza tədbirlərini həyata 

keçirməli, cəmiyyətin ehtiyaclarını  təmin etməli, hərbi personalı  təchiz etməli, 

                                                            

87

 İbnul-Qəyyum  əl-Cəvziyyə,  Əbu Abdillah Muhamməd b. Əbubəkr (öl h.701)İlamul-muvakkın, c. 



 

1.Beyrut,1987/1407 s. 75. 

88

 İbnul-Qəyyum e. q. ə. c.1,s.76. 



89

 İbnul-Qəyyum e. q. ə. c.1,s.76. 




 

vergi toplamalı, zülm edənləri, soyğunçuları və qanun pozuntusuna yol verənləri 

dizə  gətirməlidir.  İnsanların  əqidələrinə uyğun yaşamaq azadlığını  təmin 

etməlidir. Ədliyyə təşkilatının davamlı və müstəqil fəaliyyətini təmin etməlidir. 

Qazanc və sərvət paylarının balanslı olması üçün tədbirlər həyata keçirməlidir. 

Müdafiəyə möhtac uşaqların ehtiyaclarının təbii mühit çərçivəsində  təmin 

edilməsi üçün lazımı tədbirləri tədbirləri həyata keçirməlidir. Yoxsullara sosial 

dəstək göstərməlidir”. 

*Bunu da ölçü alaraq əlavə etmək lazımdır ki: İslam dini nə  şəxsi  əlaqədar 

inanclar səviyyəsinə endirilə bilir nə də zahirdə qurulan şəriət sistemiylə yetinir! 

Bu din, həm  şəxsi məsuliyyətləri həm də ictimai məsuliyyətləri yükləyən bir 

dindir. Bunu da nə zorla qəbul etdirir nə də ona laqeyd qalır!* 

Nəticə olaraq, qeyd etmək lazımdır ki, teokratiya Quranın qəbul etmədiyi bir 

dövlət quruluşudur.  İncilin teokratik quruluşun bərqərar olunmasını  əmr edən 

ifadələri Quran meyarlarına görə həqiqi İncilə aid ola bilməz. Bu mövzu öncəki 

səhifələrdə izah edilmişdir. Bundan həqiqi xristianlığın da teokratiyanı  qəbul 

etməyəcəyi qənaətinə  gəlirik. Laisizm də teokratiyaya qarşı aparılan 

mübarizənin adı olmuşdur. 

*İslam bütün sistemlərin ali və adil formasıdır. Hansı sistem nə  qədər ondan 

faydalanarsa o qədər ali və adil olar. İnsan da belədir: Nə qədər bu ali və adil 



olana tabe olarsa, o qədər çox Yaradanına və müsəlmanlığa yaxın olur.*  

 

Yüklə 482,98 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə