Microsoft Word din ve devlet elaqeler doc



Yüklə 482,98 Kb.
Pdf görüntüsü
səhifə22/26
tarix06.05.2018
ölçüsü482,98 Kb.
#42571
1   ...   18   19   20   21   22   23   24   25   26

 

Sonra da (nə etdiklərini)özlərinə bildiyimiz üçün başa salacağıq. Axı Biz qaib 

(uzaqda) deyildik. 

O gün çəki (əməllərin tərəzidə  çəkilməsi) haqdır. Kimlərin tərəziləri (yaxşı 

əməlləri) ağır gələrsə, məhz onlar nicat tapanlardır! 

Kimlərin tərəziləri yüngül gələrsə,  əhz onlar ayələrimizə haqsızlıq etdikləri 

üçün özlərinə zərər verənlərdir”. (Əraf 7/6-9) 

Teokratiyada idarəedicilərin zülmkarlığı onların günahı deyil, Allahın insanları 

cəzalandırması kimi qələmə verilir. Halbuki, Allah zalımlardan uzaq durmağı 

əmr edir. O, belə buyurur: 



“Zülm edənlərə meyl etməyin, yoxsa o atəş sizə  də toxunur. Sizin Allahdan 

başqa vəliniz (dostunuz, himayədarınız) yoxdur. Sonra sizə (dünyada da, 

axirətdə də) kömək olunmaz!” (Hud 11/113) 

Haqsızlıq edən (başqasının hüquqlarını pozan) kim olursa-olsun, haqsızlığa 

məruz qalanın (hüquqları pozulanın) yanında olmaq lazımdır. Uca Allah bu 

barədə belə buyurur: 



“Kim zülmə  məruz qaldıqdan sonra (həddi aşmadan) haqqını  tələb edərsə, 

onların qarşısını almaq üçün bir yol (səbəb) yoxdur. 

Əsil, haqsız yerə insanlara zülm edənlərə, yer üzündə  həddi aşanlara (fitnə-

fəsad törədənlərə) qarşı bir yol (tədbir) olmalıdır. Onların payına düşən ağrılı 

bir əzabdır!” (Şura 42/41-42) 

Özlərinin mənfi hərəkətlərini Allahın təsdiq etdiyini ancaq Allaha şərik qoşanlar 

söyləyə bilər. Uca Allah belə buyurur: 

“Müşriklər dedilər: “Əgər Allah istəsəydi, nə biz, nə  də atalarımız Ondan 

başqa heç bir şeyə tapınmaz, Onsuz (buyruğu olmadan) heç bir şeyi qadağan 



 

etməzdik”. Onlardan əvvəlkilər də belə etmişdilər. Elçilərin üzərinə düşən 

açıq-aşkar bir təbliğdən başqa nə ola bilər ki?!” (Nəhl 16/35) 

*Müşriklərin bu münasibəti  əvvəlki dinlərə daxil edilmiş yanlış düşüncələrdən 

əmələ  gəlmişdir. Bir müddət sonra bu düşüncə  İslam aləminə  də yol tapdı. 

Günahlarını başqalarına yükləmək anlayışı bütün təhrif edilmiş dinlərdə vardır! 

Əməvilərdən günümüzə  qədər məzhəblərdə özünə yer tapan qəza və  qədərin 

Allahdan olduğuna dair inancın imanın  şərtlərindən biri olaraq qəbul edilməsi 

məhz teokratik dünyagörüşünün məhsuludur. Bu cür düşüncələr xalqı zülmlə 

idarə edən diktator rejimlərin azğınlığını, məzlumların isə istismarını 

gücləndirir.* 

Teokratiya, insanların Allaha boyun əydikləri kimi idarəçilərə  də boyun 

əyməsini tələb edir. Onlara itaət Allaha itaət, onlara qarşı müxalifət Allaha qarşı 

çıxmaq sayılır. Quran bunu da şirk sayır. Çünki onların Allahın göstərişlərinə 

zidd olan tələblərinə tabe olanlar, həmin məqamda onları Allahın yerinə qoymuş 

olur.  Şirk, yəni Allahın səlahiyyətini paylaşmağa və ya paylaşdırmağa cəhd 

bağışlanmaz bir günahdır. 

Uca Allah belə buyurur: 



“Şübhə yoxdur ki, Allah özünə şərik qoşulmasını bağışlamaz, amma bundan 

savayı (kiçik) olanı (digər günahları) istədiyi kimsə üçün bağışlayar...” (Nisa 

4/48) 

A- İDARƏETMƏ İLƏ ƏLAQƏDAR ÜMUMİ MÜDDƏALAR 

90. Quranın dövlət idarəetməsi ilə  əlaqədar müddəaları ümumbəşəridir. Onlar 

istənilən dövlət quruluşunda gerçəkləşdirilə bilər. Bu müddəaların həyata 

keçirilməməsi qeyri-sabitliyə  və anarxiyaya yol açır. Onlara bilavasitə qarşı 

çıxmaq bəşəriyyəti çıxılmaz vəziyyətlə qarşı-qarşıya qoyur. Bu müddəaları 

həyata keçirən hər bir dövlət ideal bir dövlət quruluşuna çevriləcəkdir. İndi isə 

gəlin, onlardan bir neçəsini teokratiya ilə müqayisədə nəzərdən keçirək. 



 

a- Ədalət 

91. Quran qeyd-şərtsiz adil olmağı  əmr edir. Bu səbəblə idarəedicilər din, irq, 

yaş, cinsiyyət, ictimai mövqe və s. fərqləri nəzərə almadan hər kəsə qarşı 

ədalətli davranmalıdırlar. Bununla bağlı əmrlər qətidir. 



“Allah,  şübhəsiz,  ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara (haqqını) 

verməyi (əl tutmağı) əmr edər; əxlaqsızlığı, pis işlər görməyi və həddi aşmağı 

isə qadağan edər. (Allah) sizə düşünüb ibrət alasınız deyə, belə öyüd-nəsihət 

verir”. (Nəhl 16/90) 

92. Allah zalımlara boyun əyməyənləri mükafatlandıracağını bəyan edir. 



“Tağuta (istibdad rejiminə) könüllü boyun əyməkdən

59

 çəkinib Allaha 

yönələnlər üçündür bu müjdə. Qullarımı müjdələ!” (Zümər 39/17) 

93. Teokratiyada ədalət mümkünsüzdür. Çünki bu quruluşda dövləti ictimai 

mənafelərə uyğun  şəkildə idarə edənlər Tanrının hakimiyyətinin həqiqi 

nümunələri; ədalətsizliklə, istibdadla idarə edənlər isə Tanrı tərəfindən insanları 

günahlarına görə  cəzalandırmaq üçün vəzifələndirilmiş insanlar olaraq qəbul 

edilirlər. Belə bir idarə üsulunda ədalət axtarmaq əbəsdir. 

*Ədalət dedikdə Ömərin vəya  Əlinin (Allah onlardan razı olsun!) üsuli-

idarəsindən nümunə gətirmədən keçmək olmur: 

Ömər (r.ə.) Azərbaycandakı valisi Sürəkə ibn Əmrə Azərbaycan xalqının 

hüquqlarının təminatı ilə bağlı məktubunda yazırdı: 

“Bu,  Əmirəlmömin Ömər ibn Xəttabın Sürəkə ibn Əmrə, Azərbaycan xalqına, 

obasına, dağına, yaylasına və bütün dinlərinin mənsublarına verdiyi təminatıdır. 

Canları, malları, dinləri və  şəriətləri (qanunları) imkanları  çərçivəsində 

verəcəkləri cizyə (vergi) qarşılığında toxunulmazdır. Uşağa, qadına, yataq 

                                                            

59

 Ayədə “ibadət etməkdən” ifadəsi keçir. Biz onun yerinə “könüldən boyun əymə” ifadəsini tərcih etmişik. 



Çünki ibadət həm zahirən, həm də qəlbən boyun əymək deməkdir. Əgər bu boyun əymə Allahın iradəsinədirsə, 

Ona, əks təqdirdə isə başqa bir şeyə ibadət sayılır. 




Yüklə 482,98 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə