Microsoft Word din ve devlet elaqeler doc



Yüklə 482,98 Kb.
Pdf görüntüsü
səhifə23/26
tarix06.05.2018
ölçüsü482,98 Kb.
#42571
1   ...   18   19   20   21   22   23   24   25   26

 

xəstəsinə  və ailəsinə cizyə yoxdur. Müsəlman  əsgərləri gələndə onu bir gün 

qonaq etsin, yol göstərsinlər. Bu zimmilərdən hər hansı biri (İslam ordusunun 

tərkibində) döyüşə gedərsə, həmin il o şəxsdən cizyə alınmasın”. O cümlədən, 

erməni xalqına da belə bir təminat verilmişdi.

60

 



Ömərin bir başqa valisi Əbu Ubeydə  Şamda bizanslıların müsəlmanlara qarşı 

hücuma keçdiyi ilə bağlı  xəbər aldıqda Hums şəhərindən ayrılarkən vergi 

məmuru Həbib ibn Məsləməyə belə deyir: 

“Şəhər  əhalisindən topladığımız vergini geri ver. Onları qorumadan onlardan 

vergi toplamaq doğru olmaz. Onlara de ki, biz sizinlə bağladığımız sülh 

müqaviləsinə sadiqik, siz dönmədikcə, biz sözümüzdən dönmərik.  Şəhərinizi 

qorumadan sizdən bir şey almaq istəmədiyimiz üçün malınızı sizə geri veririk”. 

Ertəsi gün Həbib ibn Məsləmə xalqdan topladığı vergiləri geri verərkən  Əbu 

Ubeydənin sözlərini yerli əhaliyə çatdırır. Onlar da öz növbəsində deyirlər: 

“Allah bu malları təkrar sizə geri versin. Əvvəlcə, bizə hakim olan bizanslılara 

Allah bəla versin! And olsun Allaha, sizin yerinizdə onlar olsaydı, nəinki bizdən 

aldıqlarını geri qaytarmaz, hətta qalan mallarımızı da qəsbkarlıqla müsadirə 

edərdilər”.

61

 



Əlinin (r.ə.) Misirə vali olaraq göndərdiyi Malik ibn Əştərə yazdığı 

təlimatlarından bir neçəsini örnək göstərmək istəyirəm: 

“Ey Malik, qoy, sahib olacağın  ən böyük sərmayə yaxşılığa yönəlmiş  işlərin 

olsun. Xalqın üçün məhəbbət və  mərhəmət duyğuları  bəslə. Onlardan uzun 

müddət ayrı və gizli qalma. 

Əsla əfv etdiyin üçün peşman olma, cəzalandırdığın üçün sevinmə. Qüdrət, əmr 

və güc sahibiyəm deyib, xalqına qurdtək qənim kəsilmə.  Ədalətdən  əsla ayrı 

düşmə. Alqış və tərifi xoş görmə, bu səni təkəbbürlü edər. İnsanların yaxşısı ilə 

                                                            

60

 İbn Cərir ət-Təbəri, “Tarixi Üməm vəl-Muluk, 4/155. 



61

 Bəlazuri, “Futuh əl-Buldan, 143. 




 

pisi sənin yanında eyni olmasın. Verdiyin sözü tut və bil ki, bir gün sən 

yaradanın hüzurunda etdiklərinin hesabını verəcəksən! 

Xidmətkar rəhbərlərə eşq olsun!”

62



b- Hürriyyət 



94. Dinin azad iradə ilə seçilməsi Allahın dəyişməz qanunudur. Bu səbəblə 

bütün peyğəmbərlər azadlıq məsələsinə ciddi yanaşmışlar. Onların insanlara 

“Allahdan başqasına ibadət etməyin!” çağırışı məhz bu mənanı ifadə edir. Çünki 

ibadətin leksik mənası “itaət”dir.  İtaət boyun əymək deməkdir və daha çox 

“əmrə riayət etmək və ardınca getmək” mənasında işlənir.

63

 Türk  (eləcə  də 



azərbaycan tərc.) dilinə bu söz “qulluq, qul olma” və “köləlik, kölə olma” kimi 

tərcümə edilir. 

“Allahdan başqasına ibadət etməyin” çağırışı Allahdan başqasına qul, kölə 

olmamağa çağırışdır. Bu səbəbdən teokratik quruluş peyğəmbərlərin bu ümumi 

istəklərinə, çağırışlarına ziddir. Çünki sözügedən quruluş insanları 

idarəedicilərin köləsinə çevirir. 

Burada inanc və ibadət azadlığı ilə  əqidəyə uyğun yaşamaq azadlığı xüsusi 

əhəmiyyət kəsb edir. 



(1)- İNANC VƏ İBADƏT AZADLIĞI 

95. Dinin özəyi imandır.  İmanın  əsası da könüldən qəbul etmək, yəni qəlb ilə 

təsdiqdir. Qəlbdəki təsdiqi bir o insan, bir də Allah bilir. Bura insanın ən sərbəst 

olduğu yerdir. Bu səbəbdən heç bir kəs bir inancı  qəbul və ya inkar etməyə 

məcbur edilə bilməz. Çünki bu, insanın fitrətinə ziddir. Uca Allah belə buyurur: 

“Dində  məcburiyyət yoxdur; artıq doğru ilə  əyri bir-birindən yetərincə 

ayrılmışdır. Bundan sonra kim zalımları (onların hakimiyyətini) tanımayaraq 

                                                            

62

 Həzrət Əlidən dövlət məmurlarına öyüdlər. 



63

 İbni Mənzur, Lisanul-Ərəb, Beyrut 1410/1990; Rağib  əl-İsfahani.  əl-Müfrədat (Safvan Adnan Davudinin 

təhqiqi ilə), Dəməşq və Beyrut 1412/1992, s. 529. 



 

Allaha inanarsa, qopmayan sağlam bir qulpdan yapışmış olar. Allah (hər şeyi) 

eşidəndir, biləndir.” (Bəqərə 2/256) 

96. İnsanları ibadətə də məcbur etmək olmaz. Çünki, ibadət üçün niyyət vacibdir. 

Niyyət bir işin həyata keçirilməsinə könüllü surətdə  qərar vermək deməkdir. 

“Əməllər niyyətlərə bağlıdır”.

64

 Bir ibadətin hansı məqsədlə yerinə yetirildiyini, 



bir o ibadəti edən, bir də Allah doğru bilir. Niyyətsiz ibadət olmadığı kimi 

məcburi ibadət də  qəbuledilməzdir. Bir insanı  məcbur edib namaz qıldıra 

bilərsiniz, amma niyyət etməzsə, namaz qılmamış, boşuna  əyilib-qalxmış olur. 

Bu da, əlbəttə ki, bir işə yaramaz. 

97. Müsəlman olmaq üçün bir mərasimə ehtiyac yoxdur. İnanılması vacib olan 

şeylərə ürəkdən inanan və Qurana riayət etməyi qəbul edən hər kəs müsəlman 

olur. Amma xristianlıqda dinə  qəbul vəftizlə baş verir. Bu mərasim xristianı 

rahiblərin mənəvi təsiri altına salır.  İnsanları dinə  qəbul etmək səlahiyyətini 

Allah Həzrət Məhəmmədə (s) belə verməmişdir. O, belə buyurur: 

“Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah 

dilədiyini doğru yola salar. Doğru yolda olacaq kəsləri  ən yaxşı O bilir!” 

(Qəsəs 28/56) 

(2)- ƏQİDƏYƏ UYĞUN YAŞAMAQ AZADLIĞI 

98.  İman qəlblə bağlı bir iş olduğu üçün inanc azadlığının tanınıb-

tanınmamasının bir önəmi yoxdur. Ancaq din azadlığından bəhs edilə bilər. Din 

deyərkən bu və ya digər bir dinin bütün əmr və qadağanları başa düşülməlidir. 

Bunun daha açıq ifadəsi əqidəyə uyğun yaşamaq azadlığıdır. 

99. Dövlətin vətəndaşı ilə münasibətləri dini və ya ideoloji müstəvidə deyil, 

ədalət (hüququn aliliyi) müstəvisində olmalıdır. Müsəlmanların dövlətçilik 

ənənələrində  əqidələrinə uyğun tərzdə yaşaması üçün şərait yaradılmış  və 

inanclara qarşı  təhqirə yol verilməmişdir. Məsələn, Osmanlı dövləti meyxana 

                                                            

64

 Bu hədisi-şərif “Səhih-i Buxari”nin başlanğıcında öz əksini tapmışdır. 




Yüklə 482,98 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə