Microsoft Word din ve devlet elaqeler doc



Yüklə 482,98 Kb.
Pdf görüntüsü
səhifə25/26
tarix06.05.2018
ölçüsü482,98 Kb.
#42571
1   ...   18   19   20   21   22   23   24   25   26

 

məcburiyyətindəyik... İtaətin yalnız adil idarəedicilərə qarşı göstərilməli olduğu 

qənaətinə  gəlmişsinizsə, səhv fikirləşirsiz... Vəhşi bir rəhbər tərəfindən 

zalımcasına işgəncə görsək də, həris və dəbdəbəli həyata düşkün biri tərəfindən 

soyulsaq da, səhlənkar biri tərəfindən qayğıdan məhrum edilsək də, bir sözlə, 

dürüstlüyümüzə görə dinə  və müqəddəs  şeylərə qarşı hörmətsiz davranan bir 

şahzadə  tərəfindən  əziyyət görsək də, ilk növbədə  işlədiyimiz günahları 

xatırlamalıyıq. Çünki, şübhəsiz, Tanrı qarşımıza çıxan bu pisliklərlə bizi 

cəzalandırmaqdadır. Beləliklə, itaət bizi səbirsizliyimizdən uzaqlaşdıracaqdır. 

Həmçinin, düşünməliyik ki, pislikləri aradan qaldırmaq bizim vəzifəmiz deyil. 

Bizim üzərimizə düşən yeganə  vəzifə bütün kralların qəlb və iradələri  əlində 

olan Tanrının köməyini istəməkdir”.

70

 

105. Qurana görə bir şəxsin nüfuzlu və səlahiyyətli bir məqama, mənsəbə sahib 



olması onun doğru davranacağı  mənasına gəlməz. Düzgün davranmayan kim 

olursa-olsun, onun bu cür davranışları qəbuledilməzdir. 

Güclü kral Firon Həzrət Musanın (ə) sözü müqabilində xalqına belə səslənmişdi: 

“Ey qövmüm! Məgər Misir səltənəti mənim deyilmi? Bu çaylar altımdan 

(hakimiyyətim altında olan  torpaqlardan) axmırmı? Məgər (mənim 

qüdrətimi) görmürsünüzmü?” 

“Yoxsa mən bundan, az qala (sözünü belə) aydın başa sala bilməyən bu 

zavallı (aciz) şəxsdən daha yaxşı (daha üstün) deyiləmmi?” (Zuxruf 43/51-52) 

Firon dedi: “Buraxın məni Musanı öldürüm; qoy o da Rəbbini çağırsın. 

Doğrusu, qorxuram ki, birdən o, sizin dininizi dəyişdirər və ya bu torpaqda 

fitnə-fəsad törədər”. 

                                                            

70

  Jean Calbin, Avropada İslami Düşüncələr Tarixi 2, Yeni Çağ, s.51. 




 

Musa dedi: “Mən haqq-hesab gününə inanmayan hər bir təkəbbürlüdən həm 

mənim Rəbbim, həm də sizin Rəbbiniz olan Allaha sığınıram!” (Mömin 40/26-

27) 

Çünki Həzrət Musa (ə) lazım olan hər bir xəbərdarlığı etmiş, amma Firon bütün 

bu xəbərdarlıqlara zülmünü artıraraq cavab vermişdi. 

Bütün bu ibrətamiz hadisələr siyasi fəaliyyətlərə qatılıb, səhv davranışlara əngəl 

olmaq üçün əlindən gələni  əsirgəməməyin zərurətini vurğulayır. Amma 

teokratik quruluş bunu qəbul etmir. 



C- MƏSCİD VƏ TEOKRATİYA 

106.  İslamda rahiblər sinifi yoxdur. Məscidlər kilsə kimi təşkilatlanmamışdır. 

Əvvəllər məsciddə  vəzifəli imam və müəzzin də yox idi. Camaatdan biri azan 

oxuyur, imamlığa layiq biri də namaza imamlıq edirdi. Məscidlərin müntəzəm 

fəaliyyətə başlaması, azanın vaxtlı-vaxtında oxunması, məscidlərin 

təmizlənməsi, təmiri və əşyasının qorunması kimi ehtiyaclar məscid məmurları, 

xidmətçiləri kimi kadrların yaranması ilə nəticələnmişdir. Cümə namazı ilə bağlı 

vəziyyət də buna bənzərdir. Ancaq cümə günü yüzlərlə insanın iştirakı ilə təşkil 

edilən bir namaza imamalıq və xətiblik etmək bir çox insanın diqqətini cəlb edə 

biləcəyinə görə bu mövzuda mübahisə və müzakirə predmetinə çevrilə bilər. Bu 

ehtimalı  nəzərə alan Hənəfi məzhəbi cümə namazına bir yaşayış yerinin ən 

səlahiyyətli insanının, ya da onun təyin etdiyi bir şəxsin imamlıq etməsini şərt 

saymışdır.  Əks təqdirdə ibadət üçün toplanan insanlar arasında ixtilaf yarana 

bilər.


71

 

107. Bir kimsənin müsəlman olması tamamilə öz qərarına bağlıdır. Bunun üçün 



məscidin və ya hər hansı bir dini təşkilatın təsdiqi şərt deyildir. Vəftizə bənzər 

bir mərasimdən də söhbət belə gedə bilməz. Çünki İslamda nə bir din xadimi, nə 

də bir başqa  şəxs Allah adına hərəkət edə bilər. Onsuz da Allah müsəlman 

                                                            

71

 Şəmsuddin əs-Sərəxsi, əl-Məbsut, Misir, 1324, c. II, s. 24. 




 

olmaq üçün elə bir düstur müəyyən etmişdir ki, buna heç kim qarışa bilməz. 

Çünki dinin özəyi imandır. İmanın əsası də ürəkdən qəbul etmək, yəni qəlb ilə 

təsdiqdir. Qəlbdəki təsdiqi isə bir o insan, bir də Allah bilir. Qəlb insanın  ən 

azad olduğu yerdir. Bu səbəbdən heç kəs bir inancı  qəbul etməyə  və ya inkar 

etməyə məcbur edilə bilməz. Uca Allah belə buyurur: 



“Dində  məcburiyyət yoxdur; artıq doğru ilə  əyri bir-birindən yetərincə 

ayrılmışdır. Bundan sonra kim zalımları (onların hakimiyyətini) tanımayaraq 

Allaha inanarsa, qopmayan sağlam bir qulpdan yapışmış olar. Allah (hər şeyi) 

eşidəndir, biləndir.” (Bəqərə 2/256) 

Kilsəyə bənzəyən bir təşkilatı olmayan, din adamlarını ruhani lider deyil, sadəcə 

dinlə bağlı cəmiyyəti maarifləndirən və onlara nümunə olmağa çalışan insanlar 

kimi görən bir dinin teokratiyanı qəbul etməsindən söhbət belə gedə bilməz. 



3- LAİSİZM 

108. Laisizm dövlətin dini bir qurumun hakimiyyəti, nüfuzu altında olmaması 

deməkdir. Bu səbəbdən laisizm ilə teokratiya bir-birinə ziddir. 

Kilsənin ilahi hakimiyyət adı altında hərəkət etdiyinə inanıldığına görə bu 

təşkilat daima kralın, hökümətlərin tərkibinin və  əyalətlərin icra hakimiyyəti 

başçılarının seçilməsi və  vəzifəyə  təyin edilməsi ilə  əlaqədar səlahiyyətlərə 

malik olduğunu iddia etmişdir

72

. Dövrümüzdə  də kilsə seçki üsulu ilə seçilən 



dövlət xadimlərinə and içdirməklə bu səlahiyyətlərini məhdud çərçivədə də olsa 

həyata keçirməyə davam edir. Bu səbəbdən teokratiyaya qarşı mübarizədə 

kilsəni dövlətdən uzaqlaşdırmaq sayəsində müvəffəqiyyət  əldə edilmişdir. 

Fransa tarixi kilsəyə qarşı aparılmış mübarizələrlə zəngindir. Bu ölkədə kilsənin 

dövlət üzərindəki hakimiyyətini, nüfuzunu aradan qaldırmaq cəhdləri XIV əsrdə 

başlamışdır.

73

 

                                                            



72

 Tümer, Küçük, e.q.ə. s.256. 

73

 Böyük Larousse Ensiklopediyası, “Laic” başlıqlı məqalə. 




Yüklə 482,98 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə