Microsoft Word din ve devlet elaqeler doc



Yüklə 482,98 Kb.
Pdf görüntüsü
səhifə18/26
tarix06.05.2018
ölçüsü482,98 Kb.
#42571
1   ...   14   15   16   17   18   19   20   21   ...   26

 

ümumiyyətlə  İslam tarixinin (dörd xəlifə  və sonrakı) ilk dövrlərinin tarixi və 

siyasi şərtlərinin təsiri altındadır. 

Şiələr isə Peyğəmbərin özündən sonra əmirliyi Əliyə (r.a.) verdiyini vurğulayır 

və buna şübhəsiz inanırlar. Ancaq əhli sünnə bu cür vəsiyyətin olmadığına və 

hətta şiə tərəfdarı sünnilər belə bu mövzudakı dəlillərin Əlinin (r.a.) xəlifəliyini 

əmr etdiyini ifadə etməz deyirlər. Qısaca,  Şiəyə görə imamət və xilafət 

mövzusunda məsələ  şəxsdən çox məqam və xüsusiyyətdir.  İmam o 

xüsusiyyətləri üzərində daşıyan insandır. Fəqət  Əhli-sünnəyə görə  vəziyyət 

tamam fərqlidir.  Əvvəl məqamın sahibi müəyyən edilir,sonra da məqamın 

çərçivəsi çəkilməkdədir. 

Əlbətdə teokratik idarəçilərə xidmət məqsədiylə bir çox fərqli firqələrdə  

Əməvilər dönəminin  əvvəllərindən özünü göstərməyə başladı. Bunlardan: 

*Cəbrilik nə üçünlərin qarşısını almaq, idarəçilərin törətdiklərinin 

məsuliyyətsizliyini ortadan qaldırmaq üçün, ərəblərin cahili inanclarını yenidən 

xortlatdılar. Alın yazısı ərəb cahiliyyəsində məşhur idi. Təəssüf ki, əhli-sünnəyə 

də bu yeridilmişdir.* Xalq, idarəçilərin zülümlərinə etiraz etməməsi üçün 

yenidən ortaya atılmış bu əqidə (qəza-qədər)  ən təsirli üsullardan biridir. Ali 

b.Hüseyin (Zeynəlabidin)  İbn Ziyada mənim adımdakı qardaşımı  əsgərlər 

öldürdü deyəndə,  İbn Ziyad,”Xeyr Allah onu öldürdü” dedi. Seyyid “Allah 

ölümləri vaxtında canları alır.”(Zümər 42) deyə cavab verir.

42

 



*Mürciyə:  Xariciliyin ifratına bir təfrit olaraq ortaya çıxdı.  Əməvilərin, 

İdarəçilərin və zövqi səfasına düşmüş, nəfsinə uymuş bütün fasiqlərin işinə 

gələn bir düşüncə göyərdi. “Əməl imandan ayrıdır”

43

 və bilavasitə “əməl imana 



zərər verməz” fikri Əhli-sünnədə də göyərən yara olub hələ də qanamaqdadır.* 

Bu düşüncə bütün fasiqləri toxunulmazlıq qazandırır və  nəticədə  cənnətə 

                                                            

42

 İbn Cərir ət-Təbəri, “ Əl-Bidayə vəh-Nihayə” 



43

 *“Əməl imandan ayrıdır” sözü bir mənada doğrudur ancaq səhv düşüncələrə yol açır. Əməllə iman, “bədən və 

ruh” kimidir. Bunlar fərqli olsalar da, bir arada olduqları vaxt bir dəyər, canlılıq ifadə edər. Bunların varlığı bir-

birinə möhtacdır. Eyniylə İman və əməl kimi...Əməlsiz imanın bir dəyəri olmadığı kimi, imansız əməlin də bir 

dəyəri yoxdur!* 



 

göndərirdi. Bu gün də üzdən iraq bir çox müsəmanların  fasiqliklərində bu 

düşüncənin böyük payı vardır. 

Əhli-sünnə  hər cür pisliyi, cinayəti törədən birinin imamlığı caizmi, deyilmi 

sualında ilişib qaldılar. Tək bir həlli vardı bunun; ədalət qaidəsinin inkar 

edilməsi. Və bu qaidəni qaldırdılar. Tamamilə deyil, Peyğəmbər zamanında 

yaşayanlardan və idarəçilərdən qaldırmışdılar. 

Əşarilər ədaləti ən üstün məfhumlardan biri olmaqdan çıxarıb elə bir səviyyəyə 

endirdilər ki, hər cür pis və zalım hərəkətlə uyğunlaşan bir şeyə çevirdilər. 

İbn Hənbəl “Adil ya da zalım  əmirlərlə cihada çıxmaq qiyamət gününə  qədər 

səhihdir. Onları qınamaq və qarşı çıxmaq heç kimin həddinə deyildir. Zəkatları 

onlara vermək lazımdır. Verməyən təmizlənməmiş deməkdir. 

Şiələr ədalət şərtini qaldırmamaq şərtiylə cümə və cəmaat namazına qatılmışlar. 

Onların bu hərəkətləri H. Bəsrinin və bir çox əhli-sünnənin görüşlərinə 

uymaqdadır. H.Bəsri: “Mümin birinin, münafiq birinin arxasında qıldığı namaz 

qılana zərər verməyəcəkdir. Eyni şəkildə münafiq birinin, mümin bir kimsənin 

arxasında qıldığı namaz da ona bir fayda saxlamayacaqdır.” 

İbn Hazm: “U. b. Ziyadın və  Həccacın arxasında namaz qılmaqdan uzaqlaşan 

bir səhabə tanımırıq. Heç bir yaxşılıq namazdan, namazı məscidlərdə qilmaqdan 

yaxşı deyildir. Dəvət edildiyi yeri tərk caiz deyildir. Heç bir günah da namazları 

və məscidləri buraxmaqdan pis deyildir. Biz namaza, oruca, cihada çağıranlarla 

bərabər olacayıq. Amma bizi günaha çağırana qatılmayacayıq, ona kömək 

etməyəcəyik. Bunlar  Əbu Hənifə, Şafii və Əbu Süleymanın görüşləridir. 

Müsəlmanlar tarixləri boyu digər üçüncü dünya ölkələri kimi, daim idarəçilərin 

təzyiqindən və boyunduruqluğundan izdirab çəkmişdir. Təzyiqin  ən böyüyü 

qanunları çeynəmək, özünü qanun olaraq görməkdi. Bu səbəblə  hər istədiyini 

eliyir və bu elədiklərini haqlı göstərəcək əyyanları yanında tuturdu. Son ictimai-



 

siyasi, texnoloji irəliləmər və insan haqları məfhumları ilə əzilmiş, aşağılanmış 

bir çox xalqların gözləri açılmağa, haqlarının alındığını hiss etməyə başladılar.

44

 



*Ancaq zehni iti və gücü əlində tutan zalımlar hələ də insanları öz oyunlarının, 

məqsədlərinin bir parçasına çevirməkdən  əl çəkmirlər. Bunlara da Allah 

cəhənnəmə getmə hürriyyəti vermişdir. Ədalət gec və ya tez yerini tapacaqdır. 

Allah Təala: “Xeyirli aqibət möminlərindir” buyurur. Hər kəs elədikləri ilə  

Allahın hüzuruna çıxacaqdır. Onu ki, aldatmaq mümkün deyildir!* 

  

7 - ORDU-MİLLƏT HƏMRƏYLİYİ 



70. Milləti ordusuz, ordunu da millətsiz təsəvvür etmək mümkün deyildir. Ordu 

və millət  ət və sümük kimi bir-birinə möhtacdır.  Ət ilə sümük arasına mikrob 

girərsə, bədəndə dayanılmaz ağrılar baş verər. Ordu ilə millətin arasına yad 

ünsürlərin girməsi də eyni nəticəni doğuracaqdır. Yad ünsürlər deyərkən ikiüzlü 

insanlar nəzərdə tutulur. Onların nə orduya, nə  də millətə faydası vardır. 

Onlardan bir qismi ordunun, digər bir qismi isə millətin mövqeyini müdafiə 

etdiklərini iddia edərək bir tərəfi digərindən qoparmağa çalışırlar. 

Ordu mənsubları ilə elm adamları  həqiqətləri rahat qəbul edən bir xaarakterə 

sahibdir. Çünki hər iki sahəyə  mənsub məslək sahibləri də yalandan, 

saxtakarlıqdan uzaqdır. Ancaq onlar heç kimi aldatmadıqları üçün başqalarının 

da onları aldada bilməyəcəklərini zənn edirlər. Aldadıldıqlarını başa düşdükləri 

vaxt isə iş-işdən keçmiş olur. *Bu səbəbdən, dövlət çox vaxt ordunu rahatlıqla 

aldadaraq, öz xalqına qarşı belə yönəldə bilir.* 

İkiüzlülər bulanıq suda balıq ovlamağı xoşladıqları üçün ortalığı qarışdırmaqda 

mahirdilər. Xalqı onların səmimi olmadıqlarına inandırmaq çətindir. Bu səbəblə 

onlara qarşı mübarizə  həssas, məqsədyönlü və davamlı olmalı, onları 

cəsarətləndirəcək, istismarçı davranışlarına fürsət verəcək hərəkətlərə yol 

                                                            

44

 Məhəmmədrza əl‐Müzəffər, e.g.ə. s. 20. 




Yüklə 482,98 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə