Microsoft Word din ve devlet elaqeler doc



Yüklə 482,98 Kb.
Pdf görüntüsü
səhifə16/26
tarix06.05.2018
ölçüsü482,98 Kb.
#42571
1   ...   12   13   14   15   16   17   18   19   ...   26

 

Rəbb, bu insanlar məni bezdirdi, mən də bunları bezdirdim. Allahım, məni 

bunlardan qurtar. Bunları da məndən qurtar.

37

” 



67. Nə  İslamda nə  də  əvvəlki dinlərdə dövlət və hakimiyyət davası 

aparılmamışdır. Dində hakimiyyət başına keçib heç kimi zorla müsəlman etmək 

və ya İslamın  əsaslarına rəayət etdirmək məqsədi də daşınmır. Dindən 

hakimiyyətə gəlmə vasitəsi kimi istifadə edənlər, hakimiyyətə gəldiyi zaman da 

dinə hakim olurlar. Halbuki, dinin özlərinə hakim olması lazımdır. Bu kimilər 

dindən sadəcə dünyalıq mənfəəti  əldə etməyə çalışırlar ki, keçmişdə  də 

günümüzdə də bunun nümunələrini görürük. Heç bir peyğəmbər dövlət qurmaq 

məqsədi ilə dini təbliğata başlamamışdır, Allah tərəfindən elə bir qayə ilə 

vəzifələndirilməmişdir. 

Əhli-sünnə idarəsində avropa hüququnda olduğu kimi ədalət  şərti yoxdur. 

Müsəlman qılığında olan hər cür cəllada və ya zalıma itaət  şərtdir, itaətsizlik 

günahdır. Belə bir etiqada sahib İslam kütləsinin inkişafı mümkün deyildir. 

İllərdir bu tip teokratik sistemin idarəçiləri olan bütün ərəb krallıqları,  İslam 

dövləti və dindarlıq nümunəsinin pis təmsilçiləridir! 

68. Heç bir müsəlmanın hədəfi və qayəsi sadəcə dünyalıq olmamalıdır. 

Peyğəmbərimiz (s.a.v.) ölüm ayağında ikən özündən sonra heç kimi 

müsəlmanların idarəsinə  təyin etməmişdir. Bunu insanların öz ixtiyarlarına 

buraxmışdır. Bu barədə bir çox dəlillər vardır. Tarixi oxuyan insanlar hadisələri 

yaxşı mülahizə etsələr bunu başa düşərlər.  Əlbətdə dinini yaşayan biri, 

müsəlmanların idarə etməsini arzuladığı halda, davası dövlət qurmaq vəzifə əldə 

etmək olmamalıdır. Hər bir insan idarə edilməyi deyil, idarə etməyi və dünya 

nemətlərinə qovuşmağı arzulayır. Ancaq müsəlman daha böyük bir məqsədin, 

idealın insanıdır. Onun əsas məqsədi Haqqı yaşamaq onu insanlara çatdırmaq və 

nəticədə cənnətə nail olmaqdır. 

                                                            

37

 İbn-Kəsir, əl-Bidayə vən-Nihayə  (7cild, 10 bölüm) 




 

69. Peyğəmbərin (s.a.v.) vəfatına yaxın, heç kimsəni idarəyə  təyin etməməsi 

məhz Onun ümumbəşər bir peyğəmbər olduğunun işarəsidir. Abbasın (r.a.) 

Peyğəmbərimiz ölüm ayağında ikən  Əliyə (r.a.) “gedək Rəsulullaha, özündən 

sonra hakimiyyəti kimə verəcəyini soruşaq.  Əgər bizə veriləcəksə bunu bilək

yox  əgər başqasına verəcəksə bunu da bilək. Bu haqda bizə  bəzi tövsiyələr 

versin. ” dediyi zaman Əli (r.a.) “ Vallahi əgər biz bunu Rəsulullahdan istəsək 

və O da bunu bizə verməzsə, onun vəfatından sonra başqası bizə hakimiyyəti bir 

daha verməz. Mən Allaha and olsun ki, bunu Rəsulullahdan istəməyəcəm.

38

 ” 



demişdi. Bəli, bu haqqın peyğəmbərimiz tərəfindən birinə verilməməsi  

əbədiyyən ona və əhlinə verilməməsi mənasına yorumlana bilərdi ki, bunu Əli 

(r.a.) yaxşı başa düşürdü. Yaxud da idarə haqqı peyğəmbər tərəfindən birinə 

verilməsi də eyni şəkildə istismara yol aça bilərdi. Yəni, bu haqqın özündən 

qeyri heç kimsənin haqqı olmadığı düşüncəsi də hakim ola bilərdi ki, keçmişdən 

günümüzə qədər bu cür düşünənlər ələlxüsus ərəb ölkələrində vardır. 

Necəki, Müaviyə bir sultanlıq qaidəsi olaraq, idari qabiliyyətini və camaatın 

arzusunu nəzərə almadan oğlu Yezidi vəliəhd təyin etdi. Bundan sonra da 

Əməvi fəlakəti, arxasından da Abbasi zülmü ortaya çıxır. Belə zalım idarələrin 

ömrünü uzatmanın  ən təsirli yönü də insanlara “qədər”  şərtini uydurub alın 

yazısına məhkum etməkdir. 

Qısaca  xalqın başına gələn fəlakət və zülümlərin çoxu teokratik sistemlərdən 

qaynaqlanr. Çünki bu kimi sistemlərdə insanın idari qabiliyyəti və  iş  əhliyyəti 

axtarılmaz. Bir güc və miras qaydası kimi həvalə edilir. İslam anlayışında isə bir 

işdə idari qabiliyyət və  işinin  əhli olması  şərti axtarılır. Məsələn,  İbn Kəsir 

rəvayət edir: ” Peyğəmbərimiz (s.a.v.) Məkkənin fəthi zamanı Kəbənin yanında 

oturduğu zaman Əli (r.a.) əlinə  Kəbənin açarlarını alıb gəldi və belə dedi: Ey 

Allahın Rəsulu! Kəbənin himayədarlığını bizə ver. 

Rəsulullah (s.a.v.) soruşdu: 

                                                            

38

 İbn-Kəsir, əl-Bidayə vən-Nihayə (5 cild, 7 bölüm) 




 

- Osman ibn Talha haradadır? (Kəbənin xidmətçisi olan bir müşrik) 

Bunun üzərinə Osmanı gətirdilər. Rəsulullah (s.a.v.) belə dedi: 

-Ey Osman açarları al. Bu gün yaxşılıq və vəfa günüdür. ”

39

 

Rəsulullah (s.a.v.) Kəbəyə baxma işini belə yaxınlarına vermədən, bir müşrik 



olan Osmana həvalə edir. Çünki o işinin əhli idi. Sonra onun yaxşı bir müsəlman 

olduğu rəvayət edilir. 

Fərqli dinlərin, müxtəlif fikirlərin insanları bir araya gəlib dövlət qurduqları 

zaman, həmin dövlətin idarəçilərindən cəmiyyətin istədiyi şey ədalətlə, heç kimə 

fərq qoymadan idarə etməsidir. Yoxsa  qalxıb o idarəçilərin müsəlman  

olmalarını,  şəriətlə idarə etmələrini tələb edə bilmərik. Arzu edər və ya dəvət 

edə bilərik. Tam tərsi bütpərəstlər qalxıb bütpərəst, yəhudilər yəhudi, xristianlar 

xristian olmalarını  tələb etsələr orda birlik və  ədalətdən bəhs etmək mümkün 

deyildir. Çünki istər idarədə, istər cəmiyyətdə, hər kəs inandığı  şəkildə 

yaşamağa azaddır. Bu ixtiyarı onlara Allah vermişdir.* Hər kəsin cəhənnəmə 

getmə hürriyyəti vardır. 

*C. SÜNNİ VƏ ŞİƏNİN DÖVLƏT ANLAYIŞI ARASINDAKI FƏRQ 

Sünni və  şiələrin etiqadları  və  İslamı  qəbul etmələri, tarix boyu bir-birindən 

fərqli iki xüsusiyyətlər zəncirinin təsiri altında və iki fərqli irəliləmə mərhələsi 

izləmiş; həm sosial həm siyasi həm də  mədəniyyət yönündən fərqli iki 

platformada yaşamalarıdır. Bu səbəblə onların dini şəxsiyyət və psixologiyası ilə 

məzhəbçi düşüncə və hissiyatları da fərqlidir.

40

 

Muhamməd Cəvad, “Muğniyə əş-Şiə vəl-Hakimun” adlı əsərində sünni və şiələr 



arasında siyasi düşüncənin fərqliliyini belə izah edir: 

                                                            

39

 İbn Kəsir, əl-Bidayə vən-Nihayə  4 c. 9 b. 492-518 s.) 



 

 

40



 Muhamməd Məscidi Camii, ‘Əhli sünnə və şiədə siyasi düşüncənin kökləri’’, s. 1. 


Yüklə 482,98 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə