Microsoft Word din ve devlet elaqeler doc



Yüklə 482,98 Kb.
Pdf görüntüsü
səhifə17/26
tarix06.05.2018
ölçüsü482,98 Kb.
#42571
1   ...   13   14   15   16   17   18   19   20   ...   26

 

Əhli-sünnə alimlərin çoxu zalım da olsa idarəçiyə itaəti, onların zülüm və 

əziyyətinə  səbri vacib olaraq qəbul etməkdə  və üsyanı uyğun görməməkdədir. 

Fəqət  şiə zülüm və  fəsada qarşı  çıxmağı vacib olaraq görməkdədir. Bilavasitə 

Şiə bu mövzuda əhli- sünnəyə müxalifdir. Əhli- sünnə alimlərinin çoxuna görə 

zalim idarəçilərə üsyan etmək dindən çıxmaqdır. Şiəyə görə isə, zalım idarəçiyə 

itaət və zülmə  səbr etmək dindən çıxmaqdır. Həsən Bəsri  şiələr haqqında belə 

demişdi: Şiə, mahiyyəti ecabı batılın qarşısında yer almağı və haqqa nail olmaq 

üçün fədakarlıq etməyi borc bilmişlər.  İdarəçilərin  şiələri təzyiq və  işgəncə 

altında tutmaları və hər yerdə təqib edilmələri bu səbəblədir. 

Bir  şiə alim öz inanclarına dayanaraq haqlı gördüyü mövzularda, xalqın da 

dəstəyi ilə sistemə qarşı  hərəkətə keçə bilir. Ancaq sünni alim buna müqtədir 

deyildir hətta caiz görməz. Məsələn, dövrümüzdə  ən güclü Əzhər ünivürsitesi 

liderliyi İslama, xalqına hər cür xidməti tərk etmişdir. 

Əhli sünnə  və  şiənin siyasi düşüncələrinin formalaşmasında  ən mühüm faktor, 

iki məzhəbin İslam tarixinə baxış şəklidir. Əslində onların dini anlayışları bütün 

sahələrdə bu fərqli baxışın təsiri altındadır. Xüləfa Raşidin, səhabə  və tabiin 

dövrlərinin bu iki firqənin izləyicilərini şiddətli təsiri altına almışdır. O qədər ki

Əhli sünnə  İslama tamamilə tarixə mühakimə edilməz və  sələfə  xətada 

birləşməz, tənqid edilməz sübyektləri kimi baxmaqdadır.  Şiələr isə  əksinə, 

tarixin bu dövrünə mühakimə, ibrət almaq və bunun üçün də o dövrə tənqidi bir 

üsul sərgiləməkdədirlər. Bu səbəblə bu iki qrupun dini anlayışlarını, 

düşüncələrini anlamaq üçün bu nöqtəni yaxşı idrak etmək lazımdır. 

Əhli-sünnənin üslubu başından xətalı olduğu üçün ifrata, əhli-şiənin üslubu 

başından doğru olsa da nəticəsi təfritə yol açmışdır. Əhli-sünnə idarəçiliyi siyasi 

bir məqam (xariciliyi çıxmaqla), əhli-şiə isə dini bir məqam olaraq görməkdədir.  

Tarixi hadisələr  Əhli-sünnə  nəzərində ilk dövrün, Peyğəmbər səhabəsinin və 

Xüləfa Raşidinin icraatları dini yöndən toxunulmaz bir mövqeyə  gətirilib 




 

çıxarıldı. Onların İslami anlayışlarını bu xüsusa diqqət etmədən başa düşmənin 

imkansız olduğu deyilə bilir. Fıkıh, təfsir və tarixdən tutun kəlam, fəlsəfə, 

təsəvvuf və siyasi-dini xüsuslarda şiə və sünni arasındakı ən böyük fərqlilik bu 

tarixi kökdəki anlayışa bağlıdır. Hər biri digərinin inanc və düşüncələrinə öz dini 

tarixi baxış nöqtələrindən baxmaqdadır.

41

 

*Osmandan bu tərəfə  səhabələr arasındakı müharibə  və mübahisələr zamanla 



müdafiə etdikləri tərəfləri müqəddəsləşdirmə, toxunulmazlıq donuna 

büründürdülər. Hər tərəf özlərinə aid olan,yaraşan xüsusiyyətləri qabağa 

çıxartdılar və bu yönə  əyilməyə başladılar. Hər tərəf özlərini dəstəkləyəcək 

ayələrə, hədislərə müraciət etdilər. Tapmadıqları yönlərinə ya ayələri yozdular, 

ya da hədislər uydurdular. Bir-birlərinə düşmənçilikdə də tənqid və təhqirdə də 

eyni metoddan istifadə etdilər. 

Əhli-sünnə  səhabəni ulduzlaşdıraraq, bütün elədiklərində haqlı  səbəblər 

göstərməyə çalışaraq, onlara məsumiyyət qazandırmışlar. Müsəlmanların 

səhabələrə qoyduğu hörmətdən istifadə edərək o dövrdə yaşayan imanlı hər kəsi 

səhabə donuna bürümüşlər. Olanları müdafiə metoduyla oldu-bitdiyə götürmüş, 

tarixi məhkum edərək  əhəmiyyətinin və  dəyərinin olmadığını ifadə etmişlər. 

Əvvəlki idarəçiləri və insanları mühakəmə etmə qorxusu özlərini mühakəmə 

etmə qorxusundan irəli gəlir. Bu səbəblə hadisələri mühakimə edənləri sevməz, 

ən çox mühakimə edən şiələri də fasiqliklə ittiham edərlər. 

Əlbətdə Şiələr öz ruhi instinklərinə görə, müsbət nöqtələri deyil, mənfi nöqtələri 

görməkdədirlər. Bu mənfi nöqtələri alıb, bütövlükdə beyinlərinə yerləşdirdiyi 

mənfi obrazlara və onların müsbət yönlərini müdafiə edənlərə qarşı intiqam 

içində olurlar. Onlara görə bu tarix zülüm və haqsızlıqlar tarixidir. Özbaşnalıq, 

qan, göz yaşı, dinsizlik və dini istismar tarixidir. İqtidar sahiblərinin və  sərvət 

                                                            

41

 Məhəmmədrza əl‐Müzəffər, e.g.ə. s.1. 



 


 

yığanların göy üzünə uzanan saraylarının altına basdırılmış olan adsız 

qurbanların tarixidir. 

Biri tarixə ucalıq və ehtişam yönüylə baxdığı halda, digəri  ədalət və dindarlıq 

yönüylə baxmaqdadır. Bu iki təsvirin nə qədər fərqli olduğunu görürük. Mühüm 

olan hansının doğru əyri olduğu deyil; mövzumuz tarixə bu iki şəkildə baxmanın 

necə fərqli nəticələr meydana gətirməsidir. 

Hakimiyyətdə, idarəçilikdə  Əhli- sünnənin  əsas aldığı faktor ədalət deyil, 

güvənlikdir.  Şiədə isə  ədalətdir. Bu yönüylə  şiə, idarəçiliyə doğru,  İslami bir 

çərçivədə baxmaqla birlikdə, dövlət idarəsinin dini bir məqam olma şərtinə 

bağlamasında isə xətalıdır.* 

Bir-tərəfli mühakimə 

Abdurrazığın tarix haqqındakı düşüncəsindən nümunələr: 

Xilafət həmişə müsəlmanlar üçün bir bəla olmuş və olmaqdadır. İslam Allahın 

bütün bəşəriyyətin xilası və səadəti üçün göndərdiyi ilahi bir çağrıdır. Dünyanın 

qərbindən  şərqinə,ərəbindən  əcəmisinə, alimindən cahilinə göndərdiyi bir 

çağırış...İslam bir ərəb çağrısı,  ərəb birliyi və dini və ya hakimiyyəti deyildir. 

İslama görə hər hansı millətin bir başqa millətə, hər hansı bir dövrün başqa bir 

dövrə üstünlüyü yoxdur. Üstünlük ancaq təqva ilədir. Müsəlmanlar arasında 

xilafətin dini bir mövqe və Peyğəmbərə  vəkalət olduğu düşüncəsi sonradan 

yayılmışdır. Bu xata idarəçilərin də  işinə  gəldi. Müsəlmanları azdıraraq 

körlaşdırdılar, qul etdilər. *Əvvəl müsəlmanların əmiri ikən, sonra Rəsulullahın 

xəlifəsi oldular. Bu da bəs olmadı sonradan gələnlər özlərini Allahın xəlifəsi 

olaraq gördülər.* 

Sünnilərin idarə ilə əlaqəli fikirləri, Quranın, Peyğəmbərin (s.a.v.) sünnəsinin və 

bəzən də səhabənin mirasının təsiri altındadır. Fəqət idarəçi ilə əlaqəli fikirləri 



Yüklə 482,98 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə