Microsoft Word din ve devlet elaqeler doc



Yüklə 482,98 Kb.
Pdf görüntüsü
səhifə19/26
tarix06.05.2018
ölçüsü482,98 Kb.
#42571
1   ...   15   16   17   18   19   20   21   22   ...   26

 

verilməməlidir. Bu baxımdan dövlət məsuliyətli davranmalı  və belə insanların 

ordu-millət həmrəyliyinə kölgə salmasının qarşısını almalıdır. 

71. Riyakarlar ordu mənsublarının xoş niyyətindən sui-istifadə etmək üçün 

əllərindən gələni əsirgəmirlər. Onlar elm xadimlərinin bir qismini öz tərəflərinə 

çəkməkdə də çətinlik çəkmirlər. 

Quranı Kərimdə ikiüzlülərlə, münafiqlərlə əlaqədar çox sayda xəbərdarlığa yer 

verilmişdir. Onlardan birində deyilir: 



“Ey iman gətirənlər! Sizdən olmayanı özünüzə sirdaş seçməyin, onlar sizi 

çaşdırmaqdan  əl çəkməzlər. Sizə  sıxıntı verən  şeylərdən xoşları  gəlir. (Sizə 

qarşı  bəslədikləri)  ədavət onların ağızlarından çıxan szölərdən aşkar 

olur,ürəklərində gizlətkləri (nifrət) isə daha böyükdür. Əgər düşünüb dərk 

edirsinizsə, (onların sizə bəslədikləri ədavətlə bağlı) əlamətləri sizin üçün açıq 

şəkildə izah etmişik. 

Siz elə insanlarsınız ki, onları sevirsiniz, amma onlar sizi sevmirlər. Siz bu 

Kitaba (Quranın) bütünlüklə inanırsınız. Onlar sizinlə rastlaşdıqları zaman: 

“(Biz də) inandıq!” – deyir, xəlvətdə qaldıqda isə sizə qarşı  qəzəblərindən 

dırnaqlarını  gəmirirlər. De: “Hirsinizdən çatlayın!”  Əlbəttə, Allah ürəklərdə 

olanları biləndir. 

Sizdə bir yaxşılıq üz verəndə onlar qəmgin olur, bir pislik toxunanda isə ona 

sevinirlər.  Əgər səbr edib özünüzü qorusanız (yaxud təqvalı olsanız) onların 

hiyləsi sizə heç bir zərər yetirməz. Çünki onlar nə edirlər etsinlər, Allah onları 

(elm və qüdrəti ilə) əhatə etmişdir!” (Əl-i İmran 3/118-120) 

Bəşəriyyət tarix boyunca ən böyük sıxıntıları ikiüzlülərdən çəkmişlər. Onlara 

münafiq deyilir. Onlar inanmadıqları halda inanmış kimi görünürlər. Onların bir 

qismi dürüst insanları heyran edəcək bir xarakterə bürünməyə qadirdir. Necə ki, 




 

onların içində Həzrət Məhəmmədi (s) belə heyrətə salanlar olmuşdur. Uca Allah 

buyurur: 

“Onları gördüyün vaxt görkəmləri xoşuna gəlir. Danışanda sözlərinə qulaq 

asırsan. Onlar (divara) söykədilmiş çürük kötüklər (müqəvva) kimidirlər; hər 

qışqırığın öz əleyhlərinə olduğunu zənn edərlər. Düşmən məhz onlardır. 

Onlardan qorun. Allah onların canlarını alsın, necə  də (haqdan) 

döndərilirlər!” (Münafiqun 63/4) 

72. Ordu ilə milləti bir-birindən ayırmaq, onların arasına  ədavət toxumları 

səpmək istəyənlərin işlərini asanlaşdıran bir diqqətəlayiq məqam da vardır. Ordu 

mənsublarının qərargahları, yaşayış, iaşə,  əyləncə  və istirahət yerləri ayrıdır. 

Kişi vətəndaşlar həyatlarının çox qısa bir dövründə əsgər, yaxud ehtiyatda olan 

zabit kimi ordu mənsubları ilə tanışmaq fürsəti qazanırlar. Orada da vəziyyətlə 

əlaqədar olaraq münasibətlər hərbi disiplin çərçivəsində qurulur. Bu tərz 

münasibətlər ilk baxışda hərbi personalı bəzi xarici qüvvələrin təsirindən qorusa 

da, xalq ilə ordu arasında məsafə yaradır və həmrəyliyə əngəl olur. 

Ordu xalqın ordusudur. Beləliklə, xalqın ordusu ilə  sıx münasibətlər qurması, 

qarşılıqlı  dəstək və etibarın artaraq davam etməsi baxımından çox mühümdür. 

Bunun sayəsində ordu xalqını, xalq da ordusunu arada vasitəçi olmadan tanımaq 

fürsəti qazanacaqdır. 

Bir şeyi də unutmamaq lazımdır ki, bundan zərər görəcək ikiüzlülər və onların 

əlaltıları ordu-millət həmrəyliyinin qarşısını almaq üçün əllərindən gələni 

edəcəklər. Çünki bu onların oyunlarını pozacaq, artıq istədikləri kimi nifaq sala 

bilməyəcək və milləti ordusundan ayırmaq ümidini itirəcəklər. Məhz o zaman 

ordu-millət həmrəyliyi bütün aydınlığı ilə özünü göstərəcəkdir. 

Dövrümüzdə müharibələrin yalnız sərhədlərin deyil, bütünlüklə torpaqların 

müdafiəsini labüdləşdirməsi və torpaqların bütün vətəni (dövlətin quru, su və 

hava sahəsini bütövlüklə  tərc.)  əhatə etməsi həqiqəti də real olaraq bu 



 

həmrəyliyi zəruri edir. O zaman düşmənlərin bu ölkə üzərində hiylə və planlar 

qurmaq imkanları da əllərindən alınmış olacaqdır. Bu həmrəyliyin nə  qədər 

faydalı olduğu terrorla mübarizə təcrübəsində də özünü göstərmişdir. 



 

 

 

İKİNCİ HİSSƏ 

MÜQƏDDƏS KİTABA VƏ QURANA GÖRƏ 

TEOKRATİYA VƏ LAİSİZM 

1-MÜQƏDDƏS KİTAB VƏ TEOKRATİYA 

73. Teokratiya yunanca theos (tanrı) və kratein (hökmetmə) sözlərindən düzələn 

mürəkkəb bir sözdür.

45

 Hakimiyyəti Tanrıya, yaxud Tanrı iradəsinə isnad edən 



üsuli-idarələr (dövlət quruluşları) bu adla adlandırılır. Bu siyasi ideologiyaya 

görə krala və hökumətlərə itaət Tanrıya itaətdir. Onlara qarşı itaətsizlik Tanrıya 

qarşı itaətsizlikdir. Çünki kral, hökumətlər və valilər (yerli icra hakimiyyəti 

başçıları) Tanrı tərəfindən təyin edilir və onun tərəfindən vəzifəyə gətirilirlər. 

Bu siyasi düşüncə Müqəddəs Kitaba isnad edilə bilər. Amma Quran belə bir 

dövlət quruluşunu qəbul etmir. 



A-ƏLAQƏDAR MƏTNLƏR 

74. Müqəddəs Kitab Əhdi-ətiq (Qədim  əhd  tərc.) və  Əhdi-cədiddən (Yeni əhd 



tərc.) ibarətdir. Tövrata Əhdi-ətiq, İncilə isə Əhdi-cədid deyilir. 

75.  İncildə teokratiyanı  nəzərdə tutan mətnlər vardır. Tövratda isə bu mənaya 

gələbiləcək bircə ifadə yer alır. Tövratın ifadəsi belədir: 

                                                            

45

 Mümtaz Soysal, Konstitusiyaya Giriş, Ankara  1968, s. 16. 




Yüklə 482,98 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə