Microsoft Word din ve devlet elaqeler doc



Yüklə 482,98 Kb.
Pdf görüntüsü
səhifə21/26
tarix06.05.2018
ölçüsü482,98 Kb.
#42571
1   ...   18   19   20   21   22   23   24   25   26

 

edən, yoxsul insanlara zülm, dul qadınlara haqsızlıq, yetimlərə əziyyət edən yer 

üzünün bütün kral və hakimləri sonunda taxt və kürsülərindən endiriləcək və 

zəlil olacaqdır”.

49

 

b- Stephanus Junius Brutusun şərhləri 



83. Brutus bu mövzuda belə deyir: “Müqəddəs Kitab Tanrının öz səltənəti ilə, 

kralların isə Tanrıdan aldıqları  səltənətə  əsaslanaraq hökm etdiklərini,  əsil 

suverenliyin Tanrıya məxsus olduğunu, kralların isə onun təmsilçiləri 

olduqlarını bəyan edir.

50

 

Kral hakimiyyətini Krallar kralı  Rəbbimiz Tanrıdan öz xalqı üçün ədaləti 



bərqərar etmək və onları bütün düşmənlərinə qarşı qorumaq məqsədi ilə 

almışdır... 

Kralların tacqoyma mərasimində iki cür sözləşməyə  şahid oluruq: Biri xalqın 

Tanrının xalqı olduğuna dair Tanrı ilə kral və xalq arasında; ikincisi, xalqın 

sədaqətlə itaət, kralın da ədalətlə hökmdarlıq edəcəyinə dair kralla xalq 

arasındadır”

51



C- KİLSƏ VƏ TEOKRATİYA 



84. Kilsə teokratik sistemin ən fundamental təsisatıdır. Çünki bu sistemdə kralı, 

hökumətləri və valiləri (yerli icra hakimiyyəti başçılarını) təyin edən və vəzifəyə 

gətirənin Tanrı olduğuna inanılır. Xristianlara görə Tanrı - Ata, Oğul və 

Müqəddəs Ruh üçlüyündən ibarətdir. Oğul  İsadır. Göydə  və yer üzündə bütün 

səlahiyyət ona verilmişdir.

52

 İsa adına hərəkət etmək və qərar vermək səlahiyyəti 



isə kilsəyə aiddir. İsanın varlığı kilsədən əskik olmaz. Çünki kilsə onun mənəvi 

                                                            

49

 Jean Calvin, Xristian dini təlimindən seçmə parçalar (Christianae religionis institutio, IV Kitab, XX Bölüm: 



Dövlət idarəetməsi haqqında), tərcüməçi:  Şahin Alpay, Qərbdə siyasi düşüncələr tarixi - 2, Yeni Çağ. Tərtib 

edən Mete Tuncay, Ankara, 1969, s. 48-51. 

50

 Stephanus Junius Brutus, Vindiciae Contra Tyrannos (Tiranlara qarşı hüquqlar), tərcüməçi: Mete Tuncay, 



Qərbdə siyasi düşüncələr tarixi - 2, Yeni Çağ, Seçilmiş Yazılar, Ankara, 1969, s. 62. 

51

 Brutus, e. q. ə. s. 63 



52

 “... İsa yaxınlaşıb onlara dedi: “Göydə və yer üzündə bütün səlahiyyət mənə verilmişdir...” (Müqəddəs Kitab, 

Mattanın nəql etdiyi Müjdə, XXVIII/18) 



 

varlığı ilə bütünləşmişdir

53

. Müqəddəs Ruh isə kilsəni Allahın, yəni Atanın 



neməti və ərmağanları ilə doldurur və xətalardan qoruyur.

54

 



85. Matta İncilinə (Mattanın nəql etdiyi Müjdə tərc.) görə, Həzrət İsa çarmıxa 

çəkilib dəfn edildikdən üç gün sonra qəbrindən çıxmış, Qalileyada 11 həvarisinə 

görünmüş  və belə demişdir: “Göydə  və yer üzündə bütün səlahiyyət mənə 

verilmişdir. Beləliklə, gedin, bütün millətləri mənim şagirdim edin; onları Ata, 

Oğul və Müqəddəs Ruh adı ilə  vəftiz edin; sizə  əmr etdiyim hər  şeyə riayət 

etməyi onlara öyrədin. Budur, mən dövrün sonuna qədər hər gün sizinləyəm”.

55

 

Bu tapşırıq kilsənin xristianlar arasında mövqeyini gücləndirmişdir. Hətta bir 



şəxsin xristianlığa qəbul edilməsi də kilsənin təsdiqi ilə gerçəkləşir. Bunun üçün 

vəftiz olmaq lazımdır. Vəftiz yunan dilində “suya batırmaq” deməkdir. 

Xristianlıq termini olaraq isə İsanın mənəvi vücudu ilə birləşməyi və Müqəddəs 

Ruhla yenidən doğuluşu ifadə edir. Vəftiz xristian olmağın ilk şərtidir. Bir 

kilsədən digərinə keçmək də vəftizlə baş verir.

56

 



86. Xristian dünyasında ən çox mənsubu olan məzhəb Katolik məzhəbidir. Bu 

məzhəb özünü Peterə bağlı hesab edir. Ruhani başçı Papadır. Papa İsanın vəkili 

və Peterin xələfidir. Papa səhvdən, nöqsandan uzaq bir avtoritet, kilsə isə 

ümumbəşəridir.  İnanca görə, kilsədən qeyri qurtuluş yolu yoxdur. Roma digər 

kilsələrin ruhani mərkəzidir və hamısından üstündür. Kilsə Müqəddəs Ruh 

tərəfindən istiqamətləndirilir və idarə edilir. Müqəddəs Ruh, Ata və  Oğuldan 

qaynaqlanır. İncil yalnız kilsə tərəfindən şərh edilə bilər.

57

 



                                                            

53

 Günay Tümər.Abdurrahman Küçük, Dinlər Tarixi, Ankara 1993, s. 263. 



54

 Tümər Küçük e. g. ə. s. 256. 

55

 Mattanın nəql etdiyi Müjdənin son cümlələri olan “İsa  şagirdlərinə tapşırıq verir” başlıqlı bu hissənin 



başlanğıcı belədir: “On bir şagird Qalileyaya, İsanın onlara təyin etdiyi dağa getdi. İsanı gördükdə Ona səcdə 

qıldılar. Bəzisi isə  şübhə etdi. İsa yaxaınlaşıb onlara dedi: “Göydə  və yer üzündə bütün səlahiyyət mənə 

verilmişdir. Beləliklə, gedin, bütün millətləri Mənim şagirdim edin; onları Ata, Oğul və Müqəddəs Ruh adı ilə 

vəftiz edin; sizə  əmr etdiyim hər  şeyə riayət etməyi onlara öyrədin. Budur, mən dövrün sonunadək hər gün 

sizinləyəm”. (Müqəddəs Kitab, Mattanın nəql etdiyi Müjdə, XXVIII/16-20) 

56

 Tümər, Küçük, e. g. ə.  s. 268. 



57

 Tümər, Küçük, e. g. ə.  s. 270. 




 

87. Teokratik quruluşda kralı, hökumətləri və valiləri təyin etmək və  vəzifəyə 

gətirmək səlahiyyəti kilsəyə məxsusdur. Çünki kilsə Tanrı adına hərəkət edir və 

Ona aid olan səlahiyyəti həyata keçirir. Lakin kilsə bu xüsusda heç bir 

məsuliyyət daşımır. Onsuz da Müqəddəs Ruhun kilsəni xətalardan qoruması

58

 



inancı onları məsuliyyətdən tamamilə azad edir. 

88. Beləliklə, teokratiyani belə bir təriflə izah etmək lazımdır: “Teokratiya 

hakimiyyəti kilsənin iradəsinə  həvalə edən idarə üsuludur. Bu quruluşda kralı, 

hökümətləri və valiləri (yerli icra hakimiyyəti başçılarını) təyin edən və vəzifəyə 

gətirən kilsədir”. 

2-QURAN VƏ TEOKRATİYA 

89. Quranda dövlət başçısı, idarəedicilər və dövlət quruluşu ilə əlaqədar xüsusi 

bir hökm yoxdur. Bu mövzuda Həzrət Məhəmməd (s) tərəfindən də bir əmr və 

tövsiyə verilməmişdir. Bu, idarəedicilərə, rəhbərlərə müqəddəslik verilmədiyini, 

onların heç bir mövzuda toxunulmaz sayılmadığını göstərir. Teokratiya bu 

düşüncəyə zidd olaraq Allahın iqtidar səlahiyyətinin bir təsisata həvalə edilməsi 

və ya onunla paylaşılması  mənasını daşıdığına görə bu səlahiyyəti həyata 

keçirənlərin məsum, müqəddəs və toxunulmaz olmasını zəruri edir. Qurana görə 

belə bir davranış şirkdir. Uca Allah belə buyurur: 

“De: “Özünə övlad götürməyən, mülkündə (səltənətində)  şəriki olmayan, 

acizlik səbəbi ilə bir dosta (hamiyə də) ehtiyacı olmayan Allaha həmd olsun!” 

Onu ucaltdıqca ucalt!” (İsra 17/111) 

Qurana görə Peyğəmbərlər belə gördükləri işlərə görə  məsuliyyət daşıyır. Uca 

Allah belə buyurur: 

“Özlərinə elçi göndərilənləri mütləq sorğu-suala çəkəcək, o elçiləri də, 

şübhəsiz, sorğu-sual edəcəyik. 

                                                            

58

 Tümər, Küçük, e. g. ə.  s. 256. 




Yüklə 482,98 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə