Microsoft Word din ve devlet elaqeler doc



Yüklə 482,98 Kb.
Pdf görüntüsü
səhifə24/26
tarix06.05.2018
ölçüsü482,98 Kb.
#42571
1   ...   18   19   20   21   22   23   24   25   26

 

açmağı  və donuz təsərrüfatı ilə  məşğul olmağı müsəlman təbəələrə qadağan 

etdiyi halda xristianlar üçün sərbəstlik tanımışdır. Çünki onların əqidələrinə görə 

bunlar günah deyildir. 

Bu anlayış, tolerantlıq nəticəsində İspanyadan qaçan yəhudilərə qucaq açmış və 

onlar üçün rahat həyat  şəraiti təmin etmişdik. Onlar bu xoş münasibətin 

xatirəsinə Türkiyədə “500-cü il Vəqfi”ni qurmuşlar. 

c- Ağlın imkanlarından yararlanmaq 

100. Ağıl insanı heyvandan ayırır.  İnsan arzularını düzgün tənzimləyə bilərsə, 

müsbət nəticələr əldə edə bilər. Arzular prioritet təşkil etməyə başladığı təqdirdə 

isə düşüncələr, baxışlar və yanaşmalar dəyişir. 

101. Quran daima ağıldan istifadəyə çağırır. Quranda “əql” (ل قعلا) sözü 

işlənmir, onun yerinə 16 yerdə “lübb”ün (ب للا) cəm şəkli olan “əlbab” (بابللأا) 

sözü öz əksini tapmışdır. “Lübb” ləkəsiz saf ağıl

65

 mənasını ifadə edir. Çünki 



mənfəətlərinin  əsiri olmuş insanlar da ağıla sahibdir, amma onlar ağıllarını 

lazımi  şəkildə  işlətmirlər.  İşlətsələr belə,  əqli mühakimələrinin nəticələrinə 

güvənib onun əsasında davrana bilmirlər. Onların ağılları  ləkəli və bulanıqdır. 

İlk növbədə ağlı arzuların əsiri olmaqdan xilas etmək lazımdır. 

Quranda “əql” kökündən yaranan, ağıl işlətmək mənasını ifadə edən eyniköklü 

sözlər 48 yerdə keçir. Onlardan biri belədir: 



“Allah ağıllarını işlətməyənləri pisliyə düçar edər”. (Yunus 10/100) 

102. Teokratik quruluş  vətəndaşın ağlını  işlətməməsini və heç bir işə 

qarışmamasını istəyir. Jean Calvinin aşağıdakı ifadələri bu həqiqəti açıq şəkildə 

göstərir: 

“Fərdlər cəmiyyətlə  əlaqədar məsələlərdə özlərini səlahiyyətli  şəxs kimi 

görməməli, dövlət işlərinə qarışmamalı, idarəedicilərin, məmurların 

                                                            

65

 ər-Rağib əl-İsfahani, Müfrədat-i əlfaz əl-Quran, Beyrut, 1412/1992, s. 733. 




 

səlahiyyətlərinə daxil olan işlərə burunlarını soxmamalı, özbaşına ictimaiyyəti 

maraqlandıran bu və ya digər bir təşəbbüslə çıxış edərək onu gerçəkləşdirməyə 

cəhd göstərməməlidirlər.  İctimai quruluşda düzəldilməli olan hər hansı bir 

nöqsan mövcuddursa, iğtişaş törətməməli, imkanları xaricində olan bir işə 

girişməməlidirlər. Bu xüsusda imkanları  məhdud olmayan yeganə  şəxs 

idarəedicidir (dövlət başçısı və ya müvafiq sahə üzrə məsul dövlət məmurudur 

tərc.).

66

 



Bundan fərqli olaraq Quran insanın yaşadığı  cəmiyyətdə baş verən hadisələrlə 

maraqlanmasını, yanlış davranışlara etirazını bildirməsini tələb edir. Quranda 

İsrail oğullarından inkar edənlərin Davud (ə) və Məryəm oğlu İsan (ə) tərəfindən 

lənətləndikləri vurğulanır və bu lənətlənmənin səbəblərində biri aşağıdakı kimi 

açıqlanır: 

“Onlar bir-birlərini etdikləri pis əməllərdən çəkindirmirdilər. Onların 

gördükləri iş necə də pis idi!” (Maidə 5/79) 

Həzrət Məhəmməd (s) də bu xüsusda buyururdu: “Sizdən kim bir pis əməl 

görürsə, onu öz əli ilə düzəltsin. Buna gücü yetməzsə, dili ilə (öyüd-nəsihət yolu 

ilə  tərc.) düzəltsin. Ona da gücü yetməzsə, qəlbən qarşı  çıxsın. Bu, imanın  ən 

zəif şəklidir”.

67

 



d- Ancaq Allahdan qorxmaq 

103. Uca Allah belə buyurur: “İnsanlardan qorxmayın, məndən qorxun, 



ayələrimi ucuz qiymətə satmayın!” (Maidə 5/44) 

“Əgər (həqiqi) möminlərsinizsə, bilin ki, əslində qorxmalı olduğunuz məhz 

Allahdır!” (Tövbə 9/13) 

Teokratiya idarəedicilərdən qorxmağı  tələb edir. Jean Calvin bu haqda belə 

deyir: “Ölənin atası, xalqın çobanı, sülhün qoruyucusu, ədalətin öndəri, 

                                                            

66

 Jean Calbin, Qərbdə siyasi düşüncələr tarixi - 2, Yeni Çağ, s. 49. 



67

 Səhih-i Müslim, İman, 78 (49). 




 

günahsızların müdafiəçisi olan idarəedicinin gücünü qəbul etməyən insan haqlı 

olaraq dəli sayılmalıdır”.

68

 Demək, bu quruluşda idarəedicidən qorxmayan və 



onun gücünü qəbul etməyənə dəli damğası vurulur. 

e- X

ə

taya qarşı çıxmaq 

104. Uca Allah belə buyurur: 

“Aranızda yaxşılığa çağıran bir dəstə olsun. Qoy, onlar doğru (məqbul) işlər 

görməyi  əmr etsinlər və pis əməllərin qarşısını alsınlar. Məhz bunlar (belə 

cəmiyyətlər) nicat tapanlardır”. (Ali-İmran 3/104) 

Firon Misirdə güclü bir krallıq qurmuşdu. Xalqını özünə kölə etmişdi, onlar da 

ona baş əyirdilər. Allah bunu qınamış və belə buyurmuşdur: 

“Biz Musanı da dəlillərimizlə (möcüzələrimizlə) və  aşkar bir səlahiyyətlə 

göndərmişdik; 

Firona və onun əyan-əşrafına. Amma onlar Fironun əmrinə tabe oldular. 

Lakin Fironun əmri düzgün deyildi”. (Hud 11/96-97) 

Bir nəfər Həzrət Məhəmməddən (s) soruşur: “Hansı cihad daha dəyərlidir?” 

Peyğəmbər belə cavab verir: “Zalım sultanın qarşısında deyilən doğru söz”.

69

 



Teokratiya idarəedicilərin zalımlığını Allahın xalqı  cəzalandırması sayaraq 

müqəddəsləşdirməkdədir. Belə bir quruluş zalım sultanın yanında deyiləcək 

istənilən doğru sözü səhv sayır. Çünki bu quruluşda idarəedicilərin gördüyü hər 

iş, atdığı  hər addım doğru, onlara qarşı  çıxmaq isə  səhvdir. Jean Calvin belə 

deyir: 

“...Xarakterlərindən asılı olmayaraq, bu hörməti, hətta bir dindar kimi 



təslimiyyəti bütün idarəedicilərimizə qarşı bütün cəhətləri ilə göstərmək 

                                                            

68

 Jean Calbin, Qərbdə siyasi düşüncələr tarixi - 2, Yeni Çağ, s.  49. 



69

 Nəsai, Beyət, 37, Bab-i mən təkəlləmə bil-haqq ində imamin cair. 




Yüklə 482,98 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə