Microsoft Word din ve devlet elaqeler doc



Yüklə 482,98 Kb.
Pdf görüntüsü
səhifə20/26
tarix06.05.2018
ölçüsü482,98 Kb.
#42571
1   ...   16   17   18   19   20   21   22   23   ...   26

 

Süleyman dedi: “Ey oğlum, Rəbbdən və kraldan qorx. Qiyamçılara qoşulma!”

46

 

İncil isə iki yerdə teokratik quruluşun bərqərar olmasını  əmr edir. Bu mətnlər 



Paulun (Pavelin) və Peterin məktublarında yer alır. 

a-Paulun Romalılara m

ə

ktubu 

76. Paulun məktubunda deyilir: 

“Hər kəs təbəəçiliyində olduğu hakimiyyətlərə tabe olsun. Çünki, Allah 

tərəfindən təyin olunmayan hakimiyyət yoxdur; mövcud olan hakimiyyətlər 

Allah tərəfindən təyin edilmişdir. Buna görə də hakimiyyətə qarşı çıxan Allahın 

təyin etdiyinin əleyhinə  çıxır və  əleyhinə  çıxan belələri özlərini mühakiməyə 

düçar edir. Çünki yaxşı  iş görənlər deyil, pis iş görənlər hökmdarlardan 

qorxmalıdır.  İstəyirsənmi hakimiyyətdən qorxmayasan? Yaxşı  iş gör, onda o 

səni tərifləyər. Hökmdar sənin xeyrin üçün Allaha xidmət edir. Amma pis iş 

görürsənsə, qorx! Çünki o əbəs yerə qılınc daşımır, Allaha xidmət edir ki, pis iş 

görəndən qisas alsın və Allahın qəzəbini onun başına gətirsin. Bu səbəbdən 

yalnız qəzəbə görə deyil, vicdanın xatirinə  də hakimiyyətə tabe olmaq 

lazımdır”.

47

 

b- Peterin 1-ci məktubu 



77. Peterin 1-ci Məktubunda aşağıdakı ifadələr yer alır: 

“İnsanın yaratdığı  hər quruma Rəbb naminə tabe olun; həm ali hakimiyyət 

olduğuna görə padşaha, həm də pislik edənləri cəzalandırmaq, yaxşılıq edənləri 

də tərifləmək üçün onun tərəfindən göndərilən valilərə tabe olun. Çünki Allahın 

iradəsi yaxşılıq edərək axmaqların cahiliyyini susdurmağınızdır. Azad insanlar 

kimi yaşayın, amma azadlığınızı pislik etmək üçün bəhanə saymayıb Allahın 

                                                            

46

 Bibliyanın ana dilimizə  tərcüməsində sözügedən ifadə belədir:  “Oğlum, Rəbbdən və padşahdan qorx, 



xəyanətkarlarla yoldaş olmaqdan çəkin”. Müqəddəs Kitab, Süleymanın məsəlləri,  XXIV/21. 

47

 Müqəddəs Kitab, Paulun Romalılara məktubu, XIII/1-5. 




 

qulları olaraq yaşayın. Hamıya hörmət edin. İmanlı bacı-qardaşları sevin. 

Allahdan qorxun, padşaha hörmət edin”.

48

 



B-TEOKRATİYA İLƏ ƏLAQƏDAR ŞƏRHLƏR 

78. Xristian mütəfəkkirlərindən Jean Calvin və Stephanus Junius Brutusa görə 

xristianlıq teokratik üsuli-idarənin bərqərar edilməsini əmr edir. 

a-Jean Calvinin şərhləri 

79. Calvin Müqəddəs Kitabın yuxarıdakı ifadələrini belə izah edir: 

“Peter “Padşaha hörmət edin!”, habelə Süleyman “Oğlum, Tanrıdan və 

padşahdan qorx!” deyərkən bizdən bir şey tələb edir. Çünki, birincisi, hörmət 

ifadəsi ilə könüldən və  həqiqi bir hörməti nəzərdə tutur. İkincisi, padşahı 

Tanrıyla bərabər xatırladaraq onun bir növ müqəddəs ucalıq və  dəyərlə  təmin 

edildiyini göstərir. 

Paulun önəmli buyruğunu da unutmamalıyıq. Onun “Bu səbəbdən yalnız qəzəbə 

görə deyil, vicdanın xatirinə  də hakimiyyətə tabe olmaq lazımdır” ifadəsi ilə 

bəyan etmək istədiyi budur ki, şahzadələrə  və dövlət məmurlarına itaət sadəcə 

qorxudan irəli gəlməməli, eyni zamanda Tanrıya itaət olduğu dərk edilərək 

həyata keçirilməlidir. Çünki onların iqtidarı da Tanrıdan qaynaqlanır... 

Paul deyir: “Hər kəs təbəəçiliyində olduğu hakimiyyətlərə tabe olsun”. Beləliklə, 

kim hakimiyyətə qarşı çıxarsa, Tanrının nizamına qarşı çıxmış olur. 

80. Bu xüsusda heç kim özünü aldatmasın. Tanrıya qarşı  çıxmadan, iqtidar 

sahiblərinə qarşı  çıxa bilmərik. Çünki silahsız bir hakimiyyət üsyankarları 

cəzalandıra bilməyəcəyi üçün, xor görülsə də, Tanrı silahlıdır və bu laqeydliyin 

intiqamını dərhal alacaqdır. 

İtaət anlayışı altında bu ünsürləri görürük: 

                                                            

48

 Müqəddəs Kitab, Peterin 1-ci məktubu, II/13-17. 




 

Fərdlər ictimaiyyətlə  əlaqədar mövzularda özlərini səlahiyyətli görməməli, 

dövlət işlərinə qarışmamalı, idarəedicilərin səlahiyyətinlərə daxil olan işlərə 

müdaxilə etməməli, ümumiyyətlə, ictimaiyyəti maraqlandıran hər hansı 

fəaliyyətə özbaşına təşəbbüs göstərməməlidirlər.  İctimai nizam-intizamla bağlı 

həll olunması  gərəkli olan bir problem varsa, iğtişaş törətməməli, 

səlahiyyətlərinə daxil olmayan bir işə girişməməlidirlər. Bu sahədə 

səlahiyyətləri məhdud olmayan yeganə  şəxs hakimiyyət təmsilçisidir. Demək 

istədiyim budur ki, fərdlər onlara bir əmr verilməmiş heç bir işə  təşəbbüs 

göstərməsinlər. Çünki idarəedicinin əmr verəcəyi təqdirdə onlar da ictimai nüfuz 

ilə səlahiyətləndirilmiş olacaqlar... 

81. Dövləti ictimai mənafeləri nəzərə alaraq idarə edən hakimiyyətlər, Tanrının 

hakimiyyətinin həqiqi nümunələridir. Diktatorlar və müstəbidlər də öz 

növbəsində Tanrı  tərəfindən günahkar insanları  işlədikləri günahlarına görə 

cəzalandırmaqla mükəlləfdirlər. Onlarda da qanuni gücü Tanrıdan aldıqlarını 

göstərən bir əzəmət vardır... 

Şərəf və ləyaqətdən tamamilə məhrum olan, ən xoşagəlməz xüsusiyyətlərə sahib 

olan bir şəxs belə  əgər ictimai səlahiyyətlərə malikdirsə, deməli, o müqəddəs 

iqtidarla təmin edilmişdir və beləliklə, xalqının (təbəələrinin) itaəti baxımından, 

kralların ən yaxşısı kimi şərəfə və hörmətə layiqdir. 

Xasiyətləri nə olur olsun, bu hörməti, hətta bu dini bağlılığı bütün 

idarəçilərimizə sonuna qədər göstərmək məcburiyyətindəyik. Bunu tez-tez təkrar 

edirəm ki, insanları tək başlarına ələ almamağı öyrənək. Onların mənliklərində 

Tanrının kərəmiylə sarsılmaz qüdrət və gücün olduğunu kifayət görək… 

82. Pislikləri aradan qaldırmaq bizə düşməz. Üzərimizə düşən yeganə  vəzifə 

bütün kralların qəlbləri və iradələri əlində olan Tanrıdan kömək istəməkdir... 

Tanrının qarşısında Onun müqəddəsləşdirdiklərini təqdis etməyən, mühakimə 

edilən zəifləri  əzmək (hüquqlarını tapdalamaq) üçün ədalətsiz qanunlar qəbul 




Yüklə 482,98 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə