Microsoft Word din ve devlet elaqeler doc



Yüklə 482,98 Kb.
Pdf görüntüsü
səhifə13/26
tarix06.05.2018
ölçüsü482,98 Kb.
#42571
1   ...   9   10   11   12   13   14   15   16   ...   26

 

olsa, dürüst olmağa davam edir, ya da şəxsi mənfəətlərini düşünərək siyasi 

baxışlarını dəyişdirmək məcburiyyəti hiss edirlər. 

57. Halbuki, bizim dövlətçilik ənənələrimizə uyğun olaraq dövlət dinə müdaxilə 

etməzsə, dini duyğuları istismar etmək də mümkünsüz olar. Beləcə, öz əlimizlə 

özümüzü təhlükəyə atmamış olarıq. O zaman dürüst siyasətçilərin də  işi 

rahatlaşar, siyasi partiyaların sayı öz növbəsində azalar. Çünki istismar ediləcək 

bir  şey qalmadıqda cəmiyyətə ciddi siyasi proqram və platformalar təqdim 

etmək zərurəti yaranır. Bu isə çox çətin bir işdir. Bunun üçün bilik potensialına, 

müvafiq baza və imkanlara sahib olmaq lazımdır. Amma istismar çox rahat bir 

işdir. Kim daha çox hayqırar və daha çox yalan danışarsa, daha çox tərəfdar 

toplaya bilir. 



B-İSLAM RESPUBLİKASININ İRAN MODELİ 

58. İslam dini “rahiblər” sinifinin formalaşmasını qəbul etmir. Allah qarşısında 

bütün insanlar bərabərdir. Yeganə istisna şiəlikdə mövcuddur. Bu məzhəb dövlət 

başçısının kim olacağı xüsusunda ortaya çıxan ixtilaf nəticəsində yaranmışdır. 

Onlara görə imam, yəni dövlət başçısı  Həzrət Peyğəmbər (s) tərəfindən təyin 

edilməli və bütün günahlardan paklaşdırılmış, uzaqlaşdırılmış (məsum) 

olmalıdır.  Şiələr yekdilliklə bu şəxsin Həzrət  Əli olduğunu düşünürlər. Yəni, 

onlara görə dövlət başçısı institutu siyasi institut deyil, dini məqamdır. Gəlin, 

onların imamlıq, yəni dövlətə başçılıq ilə bağlı bəzi baxışları ilə tanış olaq: 

“İmamlıq ancaq Allah tərəfindən nəss  əsasında, yaxud o imamdan öncəki 

imamın onun imamətini açıqlaması  əsasında öz təsdiqini tapır, insanların 

seçməsi ilə, istəməsi ilə olmaz.İnsanlar istədikləri şəxsi imam təyin etmək, yaxud 

bu vəzifədən uzaqlaşdırmaq (səlahiyyətlərdən məhrum etmək) haqqına sahib 

deyil”.

28

 

                                                            

28

 Məhəmmədrza əl‐Müzəffər, Əqaid əl‐İmamiyyə (Şiə inancları), türk dilinə tərcümə edən: Abdülbaki 



Gölpınarlı, İstanbul, 1978, səh. 50. 


 

Şiələrin imamın özünəməxsus xüsusiyyətləri ilə bağlı inancları belədir: 



“İmamın da peyğəmbər kimi batinən və zahirən bütün pis və xoşagəlməz 

şeylərdən doğulduğu gündən vəfatınadək qorunduğuna (məsum olduğuna) 

inanırıq. İmam bu bu səlahiyyətlərin icrasına başlamasından öncə də, sonra da 

əsil-nəcabəti baxımından  ən uca və  nəcib bir şəxs olub hər növ pislikdən, 

günahdan, xətaya yol verməkdən, utanmaqdan və istənilən rəzil şeydən (iş, hal 

və hərəkətdən) uzaqlaşdırılmış, qorunmuşdur”.

29

 

İrandakı  şiələr imamın xüsusiyyətləri və biliyi ilə bağlı inanclarını belə ifadə 

edirlər: 

“İmamın da peyğəmbər kimi igidlik, səxavət, təmizlik, dürüstlük, ədalət, 

tədbirlilik, hikmət, bir sözlə, bütün məziyyətlər və müsbət  əxlaqi keyfiyyətlər 

baxımından insanların ən üstünü olması zəruridir və biz buna inanırıq... 

İmamın ilahi hökmlərə, ilahi maarifə dair və bütün zəruri biliklərə sahib olması 

peyğəmbər, yaxud özündən öncəki imam vasitəsilə təmin edilir. Yeni bir mövzu 

ilə bağlı da imam uca Allahın ona bəxş etdiyi qüdsi qüvvətlə, ilham yolu ilə 

lazımı qaydada mühakimə yürüdər, həmin məsələni tam mahiyyəti ilə dərk edər. 

Diqqətini bir şeyə yönəltdikdə, onun barəsində bilik və  məlumat  əldə etmək 

istədikdə ancaq həqiqəti bilər, yanılmaz,  şübhəyə düşməz, bu xüsusda əqli 

dəlillərə, yaxud şərhçilərin şərhinə ehtiyacı olmaz. Gərəkli hallarda biliyi daha 

da dərinləşər, daha da artar... 

...  İmamlardan heç biri hər hansı bir müəllimdən təhsil almamış, bir 

tərbiyəçidən, pedaqoqdan bir şey öyrənməmişdir... Heç biri hər hansı bir 

ustaddan dərs almamış, hər hansı bir mədrəsəyə, məktəbə getməmişdir. Buna 

rəğmən, onlardan bir şey soruşulduqda dərhal  ən doğru cavabı verirlər. 

Dillərinə “bilmirəm” sözünü gətirməməməklə yanaşı, cavab vermək üçün 

                                                            

29

 Məhəmmədrza əl‐Müzəffər, “Şiə inancları”, səh. 51. 




 

düşündüklərinə, yaxud cavabı bir müddət sonrayadək təxirə saldıqlarına da rast 

gəlinmir...”

30

 

İmamlara itaət 

Şiələrin imamlara itaət mövzusunda görüşləri belədir: 



“Onların buyruqları Allahın buyruqlarıdır. Qadağanları Onun qadağalarıdır. 

Onlara itaət Allaha itaətdir. Onlara üsyan Allaha üsyandır. Onları sevən Allahı 

sevir. Onlara düşmən olan Allaha da düşmən olur. Onların  əmrlərinin 

icrasından imtina etmək caiz deyildir”.

31

 

Əhli-sünnətin bu inancları  qəbul etməsi mümkünsüzdür. Əhli-sünnətə görə 

dövlət başçılığı siyasi bir institutdur. Bu səbəbdən, bu mövzu ilə bağlı bir ayə, 

yaxud hədis yoxdur. Şiələrin imamlarla bağlı yuxarıda qeyd edilən inanc və 

baxışlarının çoxunu əhli sünnə peyğəmbərlər haqqında belə qəbul etmir. 

*Bütün bu fikirlər imamlara olan sevgidən və zalımlara qarşı nefrətdən 

qaynaqlanmışdır. Zamanla bu fikirlər qabardılaraq istismar edilmiş  və siyasi 

ağırlıqlı bir məzhəbə dönüşmüşdür. Bu səbəblə  şiələr,  məzhəbi qəbul 

etməyərək, bir dava camaatı olduqlarını ifadə edərlər.* 

59. Qurana görə  Həzrət Məhəmməd (s) sadəcə bir rəsuldur (Ali-İmran 3/144). 

Ərəb dilində bir xəbərin çatdırılmasını, elçilik missiyasını üzərinə götürən şəxsə 

rəsul deyilir

32

. Yəni, rəsul işə özünü (öz istək, iradə, mövqe və münasibətlərini 



tərc.) qarışdırmadan bir şəxsin sözünü başqasına (başqalarına) çatdırmaq 

vəzifəsini daşıyan insandır

33

. Dini termin kimi də Allahın öz hökmlərini 



                                                            

30

 Şiə inancları, səh. 52‐53. 



31

 Şiə inancları, s. 54. 

32

 Rağib əl-İsfahani, əl-Müfrədat, s. 353. 



33

 Məcəllə m. 1450. (Risalət bir kimsənin müdaxilə etmədən bir şəxsin sözünü başqa birinə  təbliğ etməsi, 

çatdırmasıdır. Burada təbliğatçıya “rəsul”, sözü təbliğ edilənə, çatdırılana “mürsil”, sözün çatmalı olduğu 

ünvana, adresata isə “mürsəlun ileyh” deyilir. 




Yüklə 482,98 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə