21
Şagirdlər planı öyrənməklə kağız üzərində üfüqün cəhətlərini çəkməyi, miqyasa
görə məsafələri təyin etməyi və planın tərtib olunmasında iştirak etməyi öyrənirlər.
Fəaliyyətin bu növü əsasən müəllimin rəhbərliyi altında
praktik işlər kimi yerinə
yetirilir. Aparılan işlər şagirdlərə xəritəni başa düşməyə imkan verir.
Hər hansı şərti işarəni düzgün anlamaq üçün şagirdlər onun real vəziyyətini təsəv-
vür etməyi bacarmalıdır. Belə təsəvvürlər ekskursiyalarda, şagirdlər üçün nümayiş
etdirilən kinofilmlərdə, şəkillərdə, plastilindən hazırlanan yapmalarda formalaşır.
Əşyaların kartoqrafik təsvirlərə uyğun olmasına diqqət yetirmək lazımdır.
VI sinif “Coğrafiya” kursunda kartoqrafik sual və tapşırıqlar önəmli yer tutur. On-
lar kursun əvvəlində “Xəritə coğrafiyanın ikinci dilidir” və “Yer kürəsinin coğrafi
təsviri” mövzularında və kursun sonunda tədris olunan “Yer səthinin təsviri” tədris
vahidində ifadə olunmuşdur. Müxtəlif mövzulardakı xəritə üzərində verilən tapşı-
rıqları həll etmək üçün dərslikdəki “Dünyanın fiziki xəritəsi” (səh.74–75), “Dünya-
nın siyasi xəritəsi” (səh.28), “Azərbaycan Respublikasının fiziki xəritəsi” (səh.19)
və “Azərbaycan Respublikasının inzibati xəritəsi”nə (səh.50) istinad edilə bilər.
Kontur xəritə üzərində işin 10 qaydası.
1. Tapşırıqların yerinə yetirilməsi zamanı atlas və dərslikdən istifadə etməli.
2. Xəritə üzərində həyata keçirilən praktik işlərin
yerinə yetirilməsində sadə
və qara karandaşlardan istifadə edilməlidir. Xəritə üzərində qələm və ya
flomasterdən istifadə etmək olmaz.
3. Atlas və dərslikdə verilmiş xəritəni köçürmək deyil, yalnız oradan konkret
tapşırıqları həll etmək lazımdır.
4. Tapşırıqları yerinə yetirmək üçün lazımi şərti işarələr müəyyən edilməlidir:
legendada onların əhəmiyyəti göstərilməlidir (şərti işarələr xəritənin hər
hansı küncündə xüsusi çərçivənin içərisində cədvəldə yazılmalıdır).
5. Yadda saxlamaq lazımdır ki, tapşırıqlar düzgün və səliqəli doldurulmalıdır.
6. Xəritə üzərində yazılan hərflər adi karandaşla və baş hərflərlə yazılmalıdır.
7. Sizin təsvir etdiyiniz hadisə və obyektlərin təsviri ilə atlas və dərslikdə
olanları müqayisə edin.
8. Diqqət yetirin:
çayların adı onların axdığı istiqamətdə yazılmalıdır;
şəhər və ya yaşayış məntəqəsinin birinci və ya sonuncu hərfləri
dairəyə yaxın yazılmalıdır;
ada və yarımadaların adı qısa şəkildə a və ya y-a yazılır;
ox işarələrinin istiqamətləri ciddi şəkildə başlanğıcdan
sona doğru
çəkilməlidir;
kontur xəritələr üzərində sərhədlər düz və ardıcıl xətt kimi deyil,
qırıq-qırıq çəkilməlidir;
xəritə üzərində illər ərəb (1, 2, 3, 4, 5, 6, 7, 8, 9) əsrlər isə rum (I, V,
V, X, L, C, M) rəqəmləri ilə yazılır.
9. Kontur xəritə üzərində coğrafi obyektləri qeyd edərkən dərəcə toru və su
hövzələrinin sahillərinə əsaslanmaq lazımdır.
22
10. Əgər səndə rəngli karandaş yoxdursa, o zaman yalnız adi karandaşdan is-
tifadə edə bilərsən. Bu zaman müxtəlif ştrixlərdən istifadə etmək məq-
sədəuyğundur:
nöqtələr, qırıq xətlər, çarpaz xətlər, düz xətlər, əyri xətlər və
s. Nəticədə çəkdiyiniz xəritə ağ-qara rəngdən
ibarət qrafik xəritə olacaqdır.
Şagirdlərin kontur xəritə üzərində işləməsi üçün müəllim onlara metodik vəsaitə
əlavə edilmiş kontur xəritə vərəqlərinin surətini (metodik vəsait, səhifə 159) verə
və ya Bakı Kartoqrafiya Fabrikində nəşr olunan kontur xəritələr ilə təmin edə bilər.
Qeyd. “Kontur xəritə üzərində iş qaydaları”nın surəti çıxarılaraq şagirdlə-
rə paylana, yaxud “Coğrafiya” kabinetinin divarından asıla bilər.
İNKLÜZİV TƏLİM PRİNSİPLƏRİ
Hər bir şagird fərdi keyfiyyətlərindən asılı olaraq tədris materiallarını müxtəlif
səviyyədə qavrayır. Buna baxmayaraq təhsilin əsas məqsədi bütün təhsil alanların
müəyyən ictimai status qazanması və öz sosial əhəmiyyətini təsdiq etməsidir.
İnklüziya – sağlamlıq imkanları məhdud olan uşaqlarda özünə inam yaratmaqla
yanaşı, onlara digər yaşıdları ilə eyni məktəbdə təhsil almaq şəraitinin yaradıl-
masıdır.
Xüsusi təlimə tələbatı olan bu cür uşaqların diqqət və yardıma böyük ehtiyacları var.
Onların qabiliyyətlərinin və irəliləyişlərinin inkişaf etdirilməsi çox vacib amildir.
İnklüziya təkcə fərqli inkişaf xüsusiyyətləri olan uşaqlara deyil,
həmçinin digər
xüsusiyyətləri ilə yaşıdlarından fərqlənən uşaqların da yuxarıda sadalanan
məqsədlərə çatmalarına yardım edir. Onlar başqa dildə danışan, başqa mədəniyyətə
malik, fərqli həyat tərzi sürən, təhsilə müxtəlif maraq və qavrama qabiliyyəti göstə-
rən uşaqlar da ola bilər. Belə uşaqlarla işləyərkən müəllim informasiyanı onlara
müxtəlif forma və variantlarda çatdırmağa çalışmalıdır.
1. Rusiya
2. Gürcüstan
3. Ermənistan
4.
Türkiyə
5. İran
6. Böyük Qafqaz
dağları
7. Kişik Qafqaz
dağları
8. Araz çayı
9. Astara çayı
10. Talış dağları
11. Samur çayı
Kontur xəritə üzərində işin yerinə yetirilməsi
23
Yeni təlim prinsipləri imkanları məhdud olan uşaqların ümumi təhsil mühitinə
inteqrasiya etmələrini və ümumi proqram əsasında təhsil almalarını tələb edir.
İnklüziv təlimin əsasını hər bir şagirdə fərdi yanaşma ideyası təşkil edir. Belə ki,
təlim hər bir uşağa məxsus tələbatların ödənilməsi zəminində təşkil olunmalıdır.
Hər bir şagird təlimdə uğur qazanması üçün tələb olunan psixoloji yardım, diqqət
və qayğı ilə əhatə olunmalıdır. İnklüzivliyin aşağıdakı vasitələrlə təmin olunması
nəzərdə tutulur:
bütün dərslərdə diskussiya, müsahibə,
didaktik oyunlardan və fərdi, cütlərlə və
qrup işi formalarından istifadə etməklə interaktiv təlim vasitəsilə şagirdlərin
aktivliyi təmin edilir;
müəllimin məqsədindən asılı olaraq (bəzi üsullar istisna olmaqla) şagirdləri
cütlərə və qruplara “qabiliyyətlərinə” görə deyil, elə ayırmaq lazımdır ki, hər bir
qrupda təlim nəticələri müxtəlif olan şagirdlər iştirak etsinlər;
müəllim fərdi və cütlərlə aparılan tədqiqat işləri zamanı fərqli inkişaf xüsu-
siyyətlərinə malik uşaqlara xüsusi yardım göstərir;
müəllim qrup işlərində fərqli inkişaf xüsusiyyətlərinə malik uşaqların ümumi
diskussiya və müzakirələrə aktiv qoşulmalarını təmin edir;
müəllim fərqli inkişafa malik uşaqlara tapşırıqlar verərkən diferensial yanaşma
prinsipini
gözləyir;
özünüqiymətləndirmə və formativ qiymətləndirmə zamanı meyarlar elə müəy-
yən edilir ki, şagirdlərdə qiymətləndirmə ilə bağlı stresslərin əmələ gəlməsinin
qarşısı alınsın. Fərqli inkişaf xüsusiyyətlərinə malik uşaqların qiymətləndiril-
məsi prosesində müəllimin onlara xüsusi münasibətinin böyük əhəmiyyəti var.
COĞRAFİYA DƏRSLƏRİNDƏ YENİ TƏLİM
TEXNOLOGİYALARININ TƏTBİQİ
Coğrafiya fənninin təlimində 4 iş forması nəzərdə tutulmuşdur: kollektiv, qruplarla
iş, cütlərlə iş və fərdi iş. Hər bir təlim forması dərsin məqsədindən asılı olaraq
seçilir və şagirdlərin fəaliyyətləri bu forma üzərində qurulur.
Kollektivdə işləmək, kollektiv fəaliyyətə alışmaq bacarığının bünövrəsi qoyulur,
şagirdlərdə ünsiyyət yaratma bacarığının təşəkkülü və inkişafı təmin edilir.
Qruplarla iş. Şagirdlər müəyyən problemi həll etmək üçün qrupda birləşirlər. Bu
prosesdə onların müzakirə etmək,
fikir mübadiləsi aparmaq, mühakimə yürütmək
və birgə fəaliyyət bacarıqları inkişaf edir.
Cütlərlə iş. Şagirdlər təlim tapşırıqlarını birgə yerinə yetirirlər. Bu dərs forması
şagirdlərə daha yaxından əməkdaşlıq etməyə və ünsiyyət qurmağa, məsuliyyəti
bölüşməyə optimal imkan yaradır.
Fərdi iş. Şagirdin fəaliyyətini izləmək, potensial imkanlarını müəyyənləşdirmək və
inkişaf etdirmək məqsədi daşıyır. Bu təlim forması şagirdin sərbəst düşünməsi
üçün real imkanlar yaradır.