18
v) onların gəlişində maraqlı olan dövlət Türkiyə hökumətini bir ay qabaq
məlumatlandırmalıdır;
q) Qara dənizə səfər müddəti bir aydan artıq olmamalıdır;
d) boğazlardan keçiş dayanacaqsız olmalıdır;
e) eyni zamanda Qara dənizdə ikidən artıq sualtı qayıq ola bilməz;
ə) əgər Türk donanması Mərmərə dənizindəki bazalarında deyilsə, eyni
zamanda boğazlardan ümumi su tutumu 7 min tonnadan artıq olan eskadra keçə
bilməz;
j) Türkiyə hökumətinin razılığı ilə səfər edən eskadranın tərkibində dəyişiklik
edib bilər, eyni zamanda 28 min ton su tutumu olan gəmi də boğazlardan buraxıla
bilər, bu şərtlə ki, Qara dənizə səfər edən heyətin tərkibi yalnız bir gəmidən ibarət
olacaqdır.
3) Qara
dəniz dövlətlərinə gəlincə, onların
gəmiləri də qeyri-qara dəniz
dövlətlərinin donanması üçün müəyyən edilmiş normalara uyğun olmalıdır, yalnız
bir fərqlə ki, Qara dəniz dövlətlərinə məxsus gəmilər Qara dənizdən çıxan və Qara
dənizə qayıdan zaman su tutumundakı məhdudlaşdırmanın minimum həddinə
riayət etməlidir.
4) Aviasiya
konvensiyadan
çıxarılır; türk suları və türk əraziləri üzərindən
uçuşlar Türkiyə qanunlarına tabe edilir (17).
Bu məsələ ilə bağlı Türkiyə hökuməti ilə danışıqların sonrakı gedişi Sovet
nümayəndəsi B.S.Stomonyakovun M.Litvinova məktubunda daha aydın formada
açıqlanır. Sovet tərəfi müəyyən düzəlişlər və şərtlər daxilində Türkiyənin irəli
sürdüyü təkliflərlə razılaşdığını bildirirdi. B.S.Stomonyakov yazırdı: "Biz Türkiyə
hökumətinin təkliflərini müzakirə edib Karaxana aşağıdakı cavabı verdik: Biz
göstərdik ki, əgər türklər bu layihəyə bizim düzəlişlərimizlə razılaşsalar, Türkiyə
hökumətinin layihəsini əsas kimi qəbul etməyə hazırıq. Biz konfransda bizim
ümumi mövqelərimizi birlikdə müdafiə edəcəyik. Ona görə biz Karaxana təklif
etdik ki, bu məsələ barəsində türklərlə möhkəm razılaşsın ki, onlar da, biz də
Sovet və Türkiyə nümayəndələrinin başçıları öz aralarında qabaqcadan razılığa
gəlmədən bu mövqelərdə dəyişiklik etməyəcəklər" (18). Türkiyə layihəsinə sovet
tərəfi aşağıdakı düzəlişləri təklif edirdi. Sovet düzəlişlərinə görə o ölkələrin
gəmiləri Qara dənizə səfər edə bilərdi ki, həmin ölkə heç bir ölkə ilə müharibə
vəziyyətində olmasın. Bu düzəliş ancaq qeyri-qara dəniz ölkəsinə şamil edilirdi və
dəqiqləşdirilirdi ki, səfər eskadranı qəbul edən Qara dəniz ölkəsi ilə
razılaşdırılmalıdır və onun tərkibi bir kreyser, dörd mina daşıyan gəmidən artıq
olmamalıdır.
Sovet tərəfi belə hesab edirdi ki, sualtı qayıqlar Qara dənizə buraxılmamalıdır.
Onlar Karaxana bildirmişdilər ki, bu məsələ ilə bağlı R.Arasın mülahizələri
əsaslandırılmış deyildir. Hətta taktiki mülahizələrə görə, onlar qabaqcadan belə bir
güzəştə getməyi məqsədəuyğun saymırdılar. Sovet tərəfi qeyd edirdi ki, əgər
Montrö konfransında hər hansı bir
19
nümayəndə heyəti sualtı qayıqların buraxılmasını tələb etsə bizim türklərlə
vaxtımız olacaq ki, bu təklifə necə reaksiya verməyi müzakirə edək, halbuki,
konfransda bir sıra digər təkliflər də irəli sürüləcəkdir Sovet tərəfi məlumat üçün
Karaxana bildirmişdi ki, ümumiyyətlə, sualtı qayıqların Qara dənizə
buraxılmasının əleyhinədirlər.
Sovet düzəlişlərinə görə Qara dənizə buraxılan eskadranın ümumi su tutumu
25 min tondan artıq olmamalı idi. Bu düzəliş həm də onunla bağlı idi ki, Qara
dənizdə Sovetlərin bu tonnajdan yuxarı su tutumu olan gəmisi yox idi. Səfərin
başlanmasından bir ay qabaq Türkiyə hökumətinin məlumatlandırılması məsələsi
ilə bağlı Sovet tərəfi təklif edirdi ki, "bu reqlamentin bütün digər şərtlərinə riayət
edilməklə" ifadəsi bu bənddə əks olunmalıdır. Bu ifadə altında Sovetlər səfərin
qəbul edən tərəflə - yəni Qara dəniz ölkələri ilə razılaşdırılmasını nəzərdə tuturdu.
Eyni zamanda Sovet tərəfi belə hesab edirdi ki, səfər edən eskadranın Qara
dənizdə iki həftəyə qədər qalması arzuolunandır.
Qara dəniz dövlətlərinə gəldikdə isə Sovet hökuməti adından Karaxana tapşırıq
verilmişdi ki, Qara dəniz dövlətlərinin sualtı gəmiləri və aviasiyası istisna olmaqla
hərbi gəmilərinin boğazlardan hər iki istiqamətə azad hərəkət etmək hüququnun
saxlanmasına təkid etsin. Karaxana təklif edilmişdi ki, türklər qarşısında bu
məsələni qoysun ki, biz Türkiyənin boğazlarda tam suverenliyinin bərpa edilməsi
haqda tezisi bütün vasitələrlə müdafiə edəcəyik, eyni zamanda bizim
maraqlarımızın dost Türkiyə tərəfindən nəzərə alınacağına ümid bəsləməkdə də
özümüzü haqlı sayırıq. Müharibə dövründə isə Türkiyə bitərəf qalacağı təqdirdə
Sovet hökuməti Türkiyə və Millətlər Cəmiyyətinin qərarı ilə təcavüz qurbanı
olanlara kömək hadisəsi istisna olmaqla, Boğazların bütün ölkələrin hərbi gəmiləri
üçün bağlanmasına tərəfdar idi (19). Sənəddə deyildiyi kimi, Sovet tərəfi
təkliflərinin qəbul edibcəyinə ümid edirdi və belə hesab edirdi ki, Türkiyə
hökumətinin onların təkliflərinə etirazı "Moskvanı heyrətləndirə bilər".
Sovet düzəlişləri müzakirə edilən zaman xarici işlər naziri R.Aras kiçik
istisnalarla bu düzəlişlərlə əsasən razılaşdı. Ankaradakı müvəqqəti işlər vəkili
L.Karaxan SSRİ Xalq Xarici İşlər Komissarlığına göndərdiyi məlumatda Türkiyə
tərəfinin Sovet düzəlişləri ilə razılaşdığını göstərirdi. O yazırdı: "Aras layihədə hər
hansı dəyişikliklərin bizimlə razılaşdırılmasına tərəfdardır. Qara dənizə daxil olan
gəmilərin ümumi su tutumunun 25 min tondan artıq olmaması ilə Türkiyə tərəfi
razılaşır və onlar qəbul edirlər ki, maksimal su tutumuna malik bir gəminin
boğazlardan keçməsi istisna edilməlidir. Qeyd etmək lazımdır ki, sonuncu məsələ
ilə bağlı hələ Sovet düzəlişlərini almazdan əvvəl Karaxan Arasla razılığa gəlmişdi.
R.Aras Sovet müvəqqəti işlər vəkilinin belə bir dəlili ilə razılaşmışdı ki, qeyd
edilən maksimum su tutumuna malik bir böyük gəmi Qara dənizə