Microsoft Word Humanizm M.?liyeva Автосохраненный doc



Yüklə 2,09 Kb.
Pdf görüntüsü
səhifə22/55
tarix26.09.2017
ölçüsü2,09 Kb.
#2112
1   ...   18   19   20   21   22   23   24   25   ...   55

Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
67 
 
 Mehriban  xanım  Əliyevanm digər sahələrdə olduğu kimi, kitabın təbliği 
sahəsindəki fəaliyyətinin də  cəmiyyət tərəfindən yüksək qiymətləndiriləcəyinə 
əminliyini söyləmiş, dünyanın bir çox ölkələrində hazırda azərbaycanşünaslığa 
böyük diqqət yetirildiyini xatırlatmış, bununla bağlı qarşıda duran vəzifələrdən 
də danışmışdır. 
Xeyriyyəçilik fəaliyyəti, mərhəmətliliyi, alicənablığı ilə örnək olan 
Azərbaycanın birinci xanımının fəaliyyətinin insanlarda Heydər  Əliyev 
ideyalarının ölməzliyinə inam da yaratdığını bildirən rektor K.Abdullayev dahi 
şəxsiyyətin siyasi xəttinin onun övladı, Prezident İlham Əliyev tərəfindən böyük 
ləyaqətlə, gəlini Mehriban xanım tərəfindən məhəbbətlə davam etdirilməsinin 
mənəvi əhəmiyyətini vurğulamışdır. 
K.Abdullayev dəyərli hədiyyəyə görə fondun prezidenti Mehriban xanım 
Əliyevaya minnətdarlıq etmişdir. 
 
Səhiyyə naziri Oqtay Şirəliyev 
 
dahi  şəxsiyyət Heydər  Əliyevin adını daşıyan fondun konkret insanların, 
əhalinin problemləri ilə bağlı real işlər gördüyünü vurğulayaraq demişdir ki, bu 
fəaliyyət sahələrindən biri də səhiyyə və təhsildir. "Yeniləşən Azərbaycana yeni 
məktəb" proqramı doğrudan da misilsiz bir layihədir. Bu, əvvəlcə bir çoxları 
üçün inandırıcı görünmürdü. Ancaq bu işlər layihə ilə bağlı doğrudan da, ən 
yüksək səviyyədə  təşkil olundu, məktəblər qısa müddətdə tikildi və üstəlik, 
avadanlıqla, kompüterlərlə də təmin edildi. 
Səhiyyə sahəsində fondun gördüyü işləri xatırladan nazir, şəkərli diabeti 
olan uşaqlara çox böyük yardımların edilməsini, irsi qan xəstəlikləri olan 
insanların müalicəsi üçün görülən tədbirləri, hazırda Bakı şəhərində talassemiya 
mərkəzinin inşasını xüsusi vurğulamışdır. Nazir fondun təşəbbüsü ilə bu 
yaxınlarda Bakı  şəhərində  qədim tibb əlyazmaları ilə bağlı beynəlxalq 
konfransın keçirildiyini, Azərbaycanda saxlanılan üç əlyazmanın YUNESKO-
nun Dünya Yaddaşı Proqramının registrinə salınmasını mühüm hadisə kimi 
səciyyələndirmiş, bir müddət əvvəl Parisdə qeyri-maddi mədəni irsin qorunması 
ilə bağlı komissiyanınBaş Assambleyasında Mehriban xanımın hər bir ölkənin 
müxtəlif sahədə topladığı  təcrübədən, səriştədən istifadə etmək haqqında irəli 
sürdüyü fikirləri yüksək qiymətləndirmişdir. 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
68 
 
 
O.Şirəliyev təhsil ocaqlarına hədiyyə olunan kitablara, xüsusən tibbə dair 
ədəbiyyata görə Mehriban xanım  Əliyevaya çoxminlik səhiyyə  işçilərinin 
minnətdarlığını çatdırmışdır. 
Mehriban xanım Əliyeva mərasimə yekun vuraraq demişdir: Mən tədbirdə 
iştirak və  çıxış edən bütün alimlərimizə  və müəllimlərimizə öz dərin 
minnətdarlığımı bildirmək istəyirəm. İnanıram ki, bu gün təməlini qoyduğumuz 
böyük bir proqram Azərbaycan təhsilinin inkişafına mühüm töhfə olacaqdır. 
Sizə cansağlığı və uğurlar arzulayıram. 
Sonra Mehriban xanım mərasimdə iştirak edən elm xadimləri, təhsil işçiləri 
ilə söhbət etmiş, onlarla birlikdə hər bir təhsil müəssisəsi üçün ayrılmış kitablara 
baxmışdır. 
AzərTAC 
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
69 
 
QIZIL ÜRƏKLİ İNSAN 
 
Həyatda hər bir kəsin yerini və taleyini  
tarix müəyyən edir. Odur ki, nə böyük,  
nə də kiçik rollar olur. Öz həyat kitabını  
yazmağa ancaq sənin şəxsi, dərk edilmiş  
məsuliyyətin imkan verir. 
 
Mehriban   ƏLİYEVA 
 
Heydər  Əliyev Fondunun prezidenti, YUNESKO-nun və  İSESKO-nun 
xoşməramlı  səfiri, Milli Məclisin deputatı Mehriban xanım  Əliyevanın 
çıxışlarının birində söylədiyi yuxarıdakı hikmətli ifadələr həqiqətdir, hər bir 
kəsin öz həyatını qurmaq, cəmiyyətdə layiq olduğu yeri tutmaq üçün sanki geniş 
bir layihədir, proqramdır. Məsuliyyət hissini dərk edən şəxs xeyirxahlığı, qayğı-
keşliyi, qurub-yaratmağı, əsl vətəndaş olmağı fəaliyyətinin əsas istiqaməti sayır. 
Dövlətimiz, xalqımız qarşısında məsuliyyətini çox yaxşı başa düşən 
Mehriban xanım  Əliyeva özü dediyi kimi, öz həyat kitabını xeyirxah işləri, 
səmərəli fəaliyyəti, əzmkarlığı, işgüzarlığı, yüksək ideyalarını həyata keçirməklə 
yazmışdır. Böyükdən tutmuş kiçiklərədək bütün insanların qəlbində xeyirxahlıq, 
nəciblik təcəssümü, qurucu insan, yenilik tərəfdarı kimi yer tutan bu ziyalı 
qadının fəaliyyət dairəsini, gördükləri işlərin, xeyirxahlıq missiyasının miqyasını 
sadalamaqla qurtaran deyil. Mehriban xanım  Əliyevanın yaradıcılığı barədə 
düşünəndə adam bilmir ki, onun ölkə daxilində elm, təhsil, səhiyyə, humanitar 
məsələlər sahəsində  həyata keçirdiyi tədbirlərə üstünlük versin, yoxsa bu 
istiqamətlərdə xarici ölkələrlə, beynəlxalq təşkilatlarla  əməkdaşlığın 
möhkəmləndirilməsində təqdirəlayiq, səmərəli fəaliyyətinə. 
Mehriban xanım hər bir tədbiri  əvvəlcədən düşünülmüş  şəkildə  həyata 
keçirir. Onların tətbiqinə tərtib olunmuş proqram, layihə əsasında başlayır. Ona 
görə də ölkənin birinci xanımının həm qurucu insan, həm siyasi xadim kimi  
  


Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
70 
 
fəaliyyəti yüksək qiymətləndirilir. Və qürur hissi ilə qeyd etməliyik ki, 
Mehriban xanım  Əliyevanın hər an genişlənən məqsədyönlü fəaliyyətinə  həm 
ölkəmizin, həm xarici dövlətlərin ictimai-siyasi qurumlarının, nüfuzlu 
beynəlxalq təşkilatların verdikləri qiymət, onu layiq olduğu mükafatlarla, fəxri 
adlarla təltif etmələri hamı tərəfindən rəğbətlə qarşılanır. 
Bu il may ayının 27-də Moskvanın Stanislavski və Nemiroviç-Dançenko 
adına Musiqili Teatrında Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya 
"Qızıl ürək" beynəlxalq mükafatının təqdim olunması xəbəri də həmyerlilərimiz 
tərəfindən ruh yüksəkliyi ilə qarşılanmışdır. Heydər  Əliyev Fondunun 
prezidenti, YUNESKO-nun və  İSESKO-nun xoşməramlı  səfiri, Milli Məclisin 
deputatı Mehriban Əliyeva bu mükafata genişmiqyaslı xeyriyyəçilik 
fəaliyyətinə, bəşəriyyətin ali ideyalarına xidmət sahəsində yüksək nailiyyətlərinə 
görə layiq görülmüşdür. Mehriban xanım  Əliyevaya "Qızıl ürək" mükafatını - 
heykəlciyi və "Beynəlxalq mükafatın laureatı" fəxri nişanını  məşhur  İtaliya 
aktrisası Sofi Loren, Rusiya Federasiyası Federal Məclisi Federasiyası Şurasının 
sədri Sergey Mironov və Rusiya Təhlükəsizlik  Şurasının katibi İqor  İvanov 
təqdim etmişlər. S.Mironov mükafatı Mehriban xanıma təqdim edərkən onun 
Heydər  Əliyev fondu çərçivəsindəki fəaliyyəti ilə yaxşı tanış olduğunu 
bildirərək demişdir: "Belə xeyirxah və qızıl ürəklər insanlara və dünyaya fəzilət 
bəxş edir". 
Mehriban xanım Əliyevaya "Qızıl ürək" beynəlxalq mükafatı təqdim olan 
gündən cəmi on gün əvvəl isə, yəni may ayının 17-də Mehriban xanım Əliyeva 
səhiyyə sahəsində xidmətlərinə görə  İhsan Doğramacı Ailə Sağlamlığı 
Fondunun mükafatına layiq görülmüşdür. Həmin mükafat Cenevrədə Dünya 
Səhiyyə  Təşküatının ali orqanının - Dünya Səhiyyə Assambleyasının 60-cı 
sessiyasının yığıncağında təqdim olunmuşdur. Mehriban xanım vurğulayır ki, bu 
mükafatlar onun xeyriyyəçilik mıssiyasını, ölkəmizdə ana, uşaq və ailə 
sağlamlığının yaxşılaşdırılması  məqsədilə göstərdiyi səyləri daha da 
gücləndirəcəkdir. 
Ali insani keyfiyyətlərə malik Mehriban xanım böyük ürək sahibidir. 
Yumşaq qəlbli bu insan sanki körpələrin tərbiyəsi, onların sağlam böyümələri, 
irsimizin qorunub saxlanması  və inkişaf etdirilməsi, təhsilin səviyyəsinin 
yüksəldilməsi, bir sözlə böyük xeyriyyəçilik fəaliyyəti göstərmək üçün 
doğulmuşdur. O, xeyirxahlıq təcəssümüdür. 
Mehriban Əliyevanın Heydər Əliyev Fondunun prezidenti kimi fəaliyyətə  
  


Yüklə 2,09 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə