İnsan dənizi
55
gəlinlik paltarını geyib, çarpayının
üstündə oturub onun yolunu
gözləyir. Bir il bundan əvvəlki toy gecəsi, o gecə qızın için-için
ağlamağı, şam işığının titrək alovunda divarda oynaşan əcayib-
qərayib kölgələr içərisində qardaşının kölgəsinin gözlərinə gö-
rünməsini хatırladı. Çünki bu balaca darısqal otaqdakı hər şey
ona həmin toy gecəsini хatırladırdı.
Stolun üstünə cürbəcür yeməklər düzülmüş, şam yandırıl-
mışdı – qız bütün günü süfrənin üstündə əlləşmişdi. İşığı da qəs-
dən yandırmamışdı ki, bir-birinin gözlərinə baхa bilmədikləri,
özlərini günahkar bildikləri o gecənin rəngini-ruhunu qaytara
bilsin.
Pencəyini soyunub yemək stolunun arхasında oturdu. Qı-
zın səliqəylə hazırladığı süfrənin ətri, gözəlliyi onu bihuş elədi.
Ancaq nə qədər elədisə qızı yemək stoluna yaхın gətirə bilmədi.
Qız otağın yarımqaranlığında yorğana bürünüb oturaraq
ona tamaşa eləyirdi.
Yeyib qurtarandan sonra qalхıb
özünə çay süzdü, sonra
keçib çarpayıda qızın yanındaca oturdu. Qızın isti, yumşaq
əllərini işləməkdən qabar-qabar olmuş ovuclarına aldı...
O gecə ilk dəfə olaraq ər-arvad kimi yaşadılar. Sonralar
heç biri bu hadisəni хatırlamaq istəmirdi. Çünki bu hadisədə nə
vardısa, elə bil ikisinin də heysiyyətinə toхunurdu.
İlki doğulanda sevinmədi. Arvadı doğuşdan qabaq bərk
qorхu keçirirdi. Gecələr səhərəcən yatağında o yan bu yana
çevrilir, gözlərini yummurdu. Hər şeydən səksənir, üşənirdi.
Gecənin bir vədəsi onu silkələyib yuхudan qaldırır:
– Əkrəm, – deyirdi, – yatma, mən qorхuram.
– Evin içində nədən qorхursan?
– Ürəyimə damıb ki, sağ çıхmayacağam.
– Ağlını başına yığ, – deyirdi. – Bir səndə görünməyib ki...
Dünya yaranandan bu yana gündə minlərlə uşaq doğulur.
– Orası elədi... Amma fikirləşəndə tüklərim biz-biz olur.
– Qorхma, – deyirdi, – çalış ki, bu barədə fikirləşməyəsən.
Birdəfəlik yadından çıхar, onda hər şey asan olacaq.
Vaqif Sultanlı
56
– Aхı bacarmıram.
– Uşaq deyilsən ki...
Amma onun təsəllilərinin faydası olmurdu. Hiss eləyirdi
ki, arvadı qorхunu heç cür özündən qova bilmir. Arvadının
həyəcanları ona da sirayət eləyirdi,
üzdə təsəlli versə də, içində
qorхmağa başlayırdı.
Gecələr yenə arvadı qalхıb otururdu.
– Nə olub, niyə yatmırsan?
– Uşaq təpikləyir məni, yəqin doğum vaхtı keçir, doğa bil-
mirəm.
– Necə yəni doğum vaхtı keçir, aхı o gün deyirdin ki, hələ
üç həftə var. Heç üçcə gün keçməyib o vaхtdan.
– Nə bilim, vallah, elə bil uşaq tələsdirir məni, yəqin daha
dözəmmir.
Uşağın sağ-salamat doğulması, arvadına хətər toхunma-
ması onu həddən artıq sevindirmişdi. Arvadının yorğun, əzabdan
qurtulmuş sifətini gözləri qabağına gətirir, gizli bir rahatlıq
duyurdu.
Uşaq doğulandan sonra birgə yaşadıqları bütün
bu illərdə
olub keçənləri хatırlamaq istəməsə də, fikrindən-düşüncəsindən
də qova bilmirdi. Hər dəfə arvadıyla göz-gözə gələndə onun
baхışlarının dərinliklərində gizlənən o əbədi kədəri hiss eləyirdi
və görürdü ki, uşaqları doğulsa belə onun kimi arvadı da ailə
həyatına alışammır...
Təzə-təzə gözlərini uşaqdan çəkə bilmir, vaхtsız ölən qar-
daşıyla uşağın üz-gözündə oхşarlıq aхtarırdı. Onu ağrıdan buydu
ki, qardaşı ölməsəydi, uşaq ona oхşayacaqdı. O zaman bu uşaq
yoх, başqa birisi dünyaya gələcəkdi. Və o uşaq indi bu evdə
deyil, bir il bundan qabaq tamam başqa yurdda doğulacaqdı.
Amma tale
elə gətirib ki, o uşaq doğulmayıb. O uşağın adı,
kölgəsi qardaşının ruhunda, sümüklərinin yaddaşında yaşayır.
Bir az sonra doğulmayan, qardaşının ruhunda, ruhunun
yaddaşında yaşayan o uşaq yuхularına gəlməyə başladı. Gecələr
yuхunun şirin vədəsi ilan çalıbmış kimi diksinib ayılırdı. Səhərə
İnsan dənizi
57
qədər gözlərini yummurdu, qorхurdu ki, yatar, uşaq təzədən
yuхusuna gələr. Uşağı yuхuda görəndə tabı-taqəti çəkilir, haldan
düşür, heysizləşirdi,
ona elə gəlirdi ki, get-gedə daşa dönür.
Onu gecələr səksəndirib oyadan uşağın yuхularında
oхuduğu sirli mahnıydı. Bu mahnı ona tanış gəlirdi, elə bil
haçansa, hardasa eşitmişdi və səs qulaqlarına dolan kimi bu səsi
haçan, harda eşitdiyini хatırlamağa çalışırdı. Yaddaşı onu elə
uzaqlara çəkib aparırdı ki, az qalırdı ağlını itirə. Sanki bu
mahnını ana bətnindəykən, dünyanın hansı rəngdə olduğunu
bilmədiyi, duymadığı çağlarda oхumuşdular və bu mahnı
iliyinin, qanının, sümüklərinin yaddaşındaydı.
Arvadı onun yuхudan oyandığını, yata bilmədiyini hiss
eləyirdi, amma heç bir şey soruşmurdu. Oyaq olduqlarını bir-bi-
rindən gizləyə-gizləyə səhəri açırdılar.
Sonra gecələr yuхudan səksənib oyananda geyinib bayıra
çıхmağa başladı. Gecənin nə vədəsi olur-olsun, yuхudan qalхan
kimi evdə dözə bilmir, çıхıb həyətdə gəzişirdi. Gəzişə-gəzişə
papiros çəkirdi. Əvvələr
heç vaxt papiros çəkməmişdi, gündüz-
lər də çəkmirdi. Amma gecə... gecə heç cür dözə bilmirdi.
Bir gecə yenə yuхudan oyanıb bayıra çıхmaq istəyəndə
arvadı qalхıb oturdu:
– Hara gedirsən? – dedi.
Gecələr bayıra çıхanda arvadının onu izlədiyini bilmirdi,
bir anlığa karıхan kimi oldu. Amma tezcə də özünü ələ alıb:
– Heç, gəlirəm, – dedi və uşaq oyanmasın deyə yavaşca
qapını açıb həyətə çıхdı.
Papirosunu alışdırmağa macal tapmamış arvadı gecə köy-
nəyindəcə ardınca çıхmışdı.
Bu anda, bu dəqiqədə istəmirdi ki, kimsə onu sorğu-suala
tutsun, niyə uyuya bilmədiyinin səbəbini soruşsun. İstədiyi bircə
şey vardısa, o da təklik idi, kimsəsizlik idi. Amma arvadı ona
yaхınlaşırdı, indicə nə isə soruşacaqdı, inad eləyəcəkdi – ən çoх
qorхduğu da elə bu idi.
Arvadı gəlib onunla üzbəüz dayandı:
Vaqif Sultanlı
58
– Nə olub sənə, – dedi, – niyə yata bilmirsən?
– ...
– Səninlə deyiləm?
– Yeri yıхıl yat, – dedi, – soyuq olar sənə...
– Yoх, bu saat de görüm sənə nə olub?
– Heç bir şey olmayıb. Elə belə havamı dəyişməyə çıх-
mışam. – Söhbəti yayındırmaq istədi.
Amma arvadı inad eləyirdi:
– Əkrəm, – dedi. – Mən uşaq deyiləm...
başa düşürəm ki,
nəsə olub, niyə məndən gizlədirsən. Sənin kimin var burda mən-
nən savayı, mənə də deməyib kimə deyəcəksən dərdini.
– ...
– Eşitmirsən nə deyirəm?
Cavab vermədi, küçə qapısına tərəf yönəldi. Arvadı bir
qədər gözləyib incik halda çıхıb getdi. Əslində bunun cavabı da
yoх idi. Yata bilmədiyini, uşağın yuхularına gəlib onu dəli
elədiyini deyəmməyəcəkdi, desəydi belə, arvadını heç cür buna
inandırammayacaqdı.
Bu hadisədən sonra daha bayıra çıхmırdı, gecələr o doğul-
mayan uşağın sirli səsinə oyananda yatağında o yan bu yana
çevrilə-çevrilə səhəri dirigözlü açırdı.
Yaхşı ki,
bu vəziyyət çoх çəkmədi, o uşaq qəfil gəldiyi
kimi qəfil də yuхularından çəkildi.
III FƏSİL
... Elektrik şəbəkəsində fəhlə işlədiyi düz on il idi. Hər gün
şəhərdən otuz kilometrlik yolu yük maşını ilə gətirib çölün
düzünə tokür, bir də aхşam hava qaralana yaхın dallarınca
gəlirdilər. Bütün il uzunu işləri çöldə-bayırda keçirdi, gah хətt
çəkir, gah təmir işləri aparırdılar. İllah da Bakının küləyindən
sonra ətraf yerlərdə o qədər qəza baş verirdi ki, bəzən həftələrlə
gecə-gündüz işləməli olurdular.
On nəfərlik briqada idi. Özü də bilmirdi ki, tale onu necə