25
avtomatik olaraq ABŞ-la bağlılığı olan Mərkəzi Amerika və
çox saylı Karib ölkələri də daxil olmuşlar. Bununla belə
Cənubi Amerika ölkələrinin də bu qruplaşmaya daxil olması
gözlənilir. 1991-ci ildə 200 milyon əhalini əhatə edən
Merkosur qruplaşması yaradılmışdır. 1995-ci ilin yanvarın 1-
dən bu qruplaşmalar azad ticarət zxonasından qarşılıqlı ticarəti
liberallaşdıran vahid kömrük tarifləri ittifaqına çevrilmişdir.
Hazırda NAFTA və Merkosura digər ölkələrin daxil olması və
yaxud onların birləşmə meylləri nəzərə çarpmaqdadı.
İnteqrasiyanın mühüm perspektivli regionlarından biri də
dünyəvi konteksdə Asiya-Sakit okean regional qruplaşması ola
bilər. Bu regionları əhatə edən dövlətlər arasında artıq müvafiq
sövdələşmələr aparılmaqdadır. Sovetlər İttifaqının süqutundan
sonra onun ərazisində yaranmış Müstəqil Dövlətlər Birliyi
(MDB) də regional qruplaşmanın yeni bir nümunəsidir. Hələ
möhkəmlənməyən bu birliyin strukturunda müxtəlif
institutların yaranması gerçəkləşçə də hazırda o dərin siyasi
böhran içərisindədir.
Ölkələrin sahə və universal çoxfunksiyalı iqtisadi
qrupolaşmasında BMT-yə daxil olan 40-a qədər xüsusi
təyinatlı təşkilatların da əhəmiyyətli böyükdür. Bu təşkilatlar
arasında ticarət və inkişaf konferensiyası (YÜNKTAD),
sənayenin inkişafı üzrə (YUNİDO) təşkilatı, ərzaq və kənd
təsərrüfatı təşkilatı (FAO), ekologiya proqramı (YUNEP),
Ümumdünya, Səhiyyə Təşkilatı, təhsil, elm və mədəniyyət
təşkilatı (YUNESKO) və sairlər daha çox fərqlənirlər. Bundan
başqa dünyəvi məkanda onlarla ölkələr və hökümətlər arası bir
funksiyalı univer4sal müvafiq təşkilatlar da mövcuddur
(OPEK, Beynəlxalq Dəniz Təşkilatı, Ümumdünya Poçt İttifaqı,
Beynəlxalq Mülki Aviasiya Təşkilatı). 1948-ci ildə qərb
yarımkürəsində
nəhəng Amerika Ölkələri Təşkilatı
yaradılmışdır ki, burada praktiki olaraq bütün Latın Amerikası,
Karib Hövzəsi (Kuba istisna olmaqla), o cümlədən ABŞ-da
daxil olmuşdur. Mənzil qırargahı Vaşinqtonda yerləşən bu
26
təşkilatın nizamnaməsinə görə onun əsas iş qayəsini müvafiq
dövlətləarası iqtisadi, hüquqi, sosial və mədəni münasibətlər
təşkil etsədə reallıqda o qərb yarımkürəsində təhlükəsizliyin
təminatı və hərbi əməkdaşlıq istiqamətlərində işini davam
etdirir. Bundan başqa bu regionda 1960-cı ildə Latın Amerikan
Azad Ticarət Assosiasiyası təşkil edilmişdir. Assosiasiya
qarşısına ümumi regional bazarın formalaşması məqsədini
qoysa da bu işdə əsaslı nailiyyətlərdə etmçəmişdir. Təşkilat
1980-ci ildə Latın Amerikan İnteqrasiya Assosiasiyasına
çevrilərək Argentina, Boliviya, Braziliya, Venesuella,
Kolumbiya, Meksika, Paraqvay, Uruqvay, Peru, Ekvador və
Çili olmaqla 11 ölkədə əhatə olunmuşdur. Bununla yanaşı
möpvcud regionda 1975-ci ildə Kuba da daxil olmaqda 26
ölkənin əhatə edən daha geniş və çoxfunksiyalı təşkilat Latın
Amerikan İqtisadi Sistemi yaradılmışdır ki, onun da
məqsədlərinə birgə çox milli korporasiyaların yaradılması
dünya arenasında ümumi iqtisadi siyasətin hasil olunması daxil
edilmişdir. Müxtəlif fərqlərin mövcudluğu bu regionda yeni
subregional iqtisadi birliklərin, o cümlədən Latın Amerikan
inteqrasion assosiasiyalarının müstəqil AND qrupu
(Venesuella, Kolumbiya, Ekvador, Peru, Boliviya), Laplat
qrupu və ya Cənub Ümumi Bazarı (Merkosur-Argentina,
Braziliya, Paraqvay, Uruqvay), Mərkəzi Amerikan Ümumi
Bazarı (Qvatemala, Qonduras, Kjosta-Rika, Nikaraqua,
Salvador), Karib Əməkdaşlığı (14 böyük olmayan Karib
ölkələri Şərqi Karib ölkələri təşkilatda daxil olmaqla)
təşkilatlarının yaranmasına rəvac vermişdir. Asiya və Afrika
kontinentlərində dövlətləarası regional qruplaşmaların hüquqi
müqaviləşməsi daha sonrakı dövrlərə təsadüf edir. Onların
inteqrasion istiqamətdə nailiyyətləri isə daha nisbi səciyyə
daşıyır. Bu həmin ölkələrin əksəriyyətinin iqtisadi geriliyi və
onlar arasındakı münasibətlərin gərginliyi ilə izah edilir. Lakin
bu arada bütün regionu əhatə edən Cənub-Şərqi Asiya
dövlətləri assosiasiyası (ASEAN) daha çox siyasi və iqtisadi
27
təcrübə toplamışdır (qruplaşmaya regionun Komboça ölkəsi
daxil deyildir). Burada həmçini 1985-vi ildə təşkil edilmiş
Cənubi Asiya Assosiasiyası (Hindistan subkontinentinin 7
qonşu ölkəsi) kənd təsərrüfatı, nəqliyyat və telekomunikasiya
da regional əməkdaşlığı həyata keçirir. Afrikada isə ictimai
siyasi təşkilat kimi Afrika Vahidliyi Təşkilatı (ÇAP-dan başqa
bütün Afrika ölkələri birliyə daxildir) və Ərəb Ölkələri Liqası
daha çox fərqli xüsusiyyətlərə malikdirləır. Mərkəzi Afrikanın
Kömrük və İqtisadi İttifaqı (MAR, Konqo, Qabon, Kamerun),
və 16 ölkənin daxili olduğui Qərbi Afrika dövlətlərinin İqtisadi
Əməkdaşlıq Təşkilatı isə subregional iqtisadi inteqrasiyada
iştirak edirlər. Müəyyən ictimai siyasi-iqtisadi proseslər
ölkələrin, inteqrasion birliklərin süqutuna gətiri. Ölkələrdə
siyasi partiyaların hakimiyyətə gəlməsi və dövlətin
maraqlarının dəyişməsi zamanı müəyyən ittifaqların
parçalanması prosesi də qaçılmaz olur. Buna misal olaraq son
10 illiklərdə Birləşmiş Ərğəb Respublikaları (Misir və
Suriyanın parçalanması), Malaziya və Sinqapur
Federasiyasının, Yuqoslaviya və SSRİ-nin parçalanması misal
ola bilər.
Respublikamız da regional qruplaşmalarda təmsil
olunmaqdadı. Qara Dənizhövzəsi Dövlətlərin Əməkdaşlıq
Təşkilatı, (Guney Qafqaz ölkələri, Rusiya, Türkiyə,
Bolqarıstan, Ukrayna, Rumıniya, Moldova) GUÖAM
(Gürcüstan, Ukrayna, Özbəkistan, Azərbaycan, Moldova),
MDB (Baltiya ölkələri istisna olmaqla keçmiş SSRİ-nin 123
müttəfiq respublikaları) Azərbaycanın daxil olduğu iqtisadfi
regional qruplaşmalardır. Bundan başqa respublikamız İslam
Ölkələıri Təşkilatının və EKO-(İƏT)-nun da üzvüdür.
Özünün müxtəlif çalarları ilə sənaye istehsalının
təşəkkülü və formalaşması istehsalın yerləşməsinin amillərin
təsiri ilə baş verir. «Yerləşmə amilləri» anlayışını elmi tədavülə
alman iqtisadşısı Alfred Veber (1868-1958) özünün 1909-cu
ildə yazdığı «Sənayenin yerləşməsi nəzəriuyyəsi» adlı klassik
Dostları ilə paylaş: |