Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 2
- 8 -
konfrans keçirilmiş və Azərbaycanda fəlsəfi tədqiqatların
qonşu ölkələrlə
əlaqəli şəkildə həyata keçirilməsi üçün zəmin hazırlanmışdır.
Akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə AFSEA-nın həyata keçir-
diyi ən mühüm işlərdən biri də müstəqil Azərbaycanda ilk dəfə fəlsəfə jur-
nalının nəşr olunmasıdır. Elmi jurnal olmadan elmi fəaliyyətin səmərəli təş-
kili mümkün deyil. «Fəlsəfə və sosial-siyasi elmlər” jurnalının 8 il ərzindəki
fəaliyyəti alimlərimizin Azərbaycanın çağdaş ictimai-siyasi gerçəkliyi ilə
bağlı ciddi tədqiqatlar üzərində çalışdığını göstərir.
AFSEA habelə görkəmli filosofların yubileylərini təşkil etməklə elmi
ictimaiyyətin diqqətini bir daha fəlsəfi problematikaya yönəltmiş oldu. C.-
P.Sartrın və K.Popperin 100, Feyerbaxın 200, Con Lokkun 300, C.Ruminin
800, Ş.Y.Sührəvərdinin 850 illik yubileyləri böyük təntənə ilə qeyd edildi.
Cübran Xəlil Cübranın 125, Heydər Hüseynovun və Merlo-Pontinin 100 il-
lik yubileyləri münasibəti ilə tədqiqat işləri aparılmış və jurnal səhifələrində
işıqlandırılmışdır.
İ.Kanta həsr olunmuş beynəlxalq konfransda
bir neçə ölkənin nüma-
yəndələrinin iştirak etməsi bu sahədə tədqiqatların əlaqələndirilməsinə im-
kan yaratdı. Akademik Ramiz Mehdiyevin rəhbərliyi və təşkilatçılığı ilə jur-
nal həm də bir tədqiqat mərkəzinə çevrilmiş, jurnalın müvafiq rubrikaların-
da xarici ölkələrdəki nəşrlərin qısa xülasəsi verilmiş, həmin ölkələrdə fəlsəfi
fikrin inkişafı və yönü ilə əlaqədar məlumatlar dərc olunmuş, Rusiyada və
Türkiyədə çap olunan fəlsəfə jurnalları ilə əməkdaşlıq təmin edilmişdir.
Jurnal elmi-nəzəri səciyyə daşısa da, ölkəmizdə gedən
proseslərə biga-
nə qalmamış, müstəqil dövlət quruculuğunun, sosial-iqtisadi və mədəni-mə-
nəvi dirçəlişin ideya əsasları da işıqlandırılmışdır. Xüsusilə müasir Azərbay-
can dövlətinin memarı və beynəlxalq miqyasda gedən siyasi proseslərin bö-
yük bilicisi Heydər Əliyevin fəaliyyətinin ideya-siyasi və fəlsəfi müstəvidə
dəyərləndirilməsinə geniş yer verilmişdir. Onun
ictimai-siyasi və elmi-fəl-
səfi irsinin öyrənilməsi sahəsindəki tədqiqatların mütəşəkkil xarakter alması
üçün Ramiz Mehdiyevin təşəbbüsü ilə AFSEA-nın nəzdində yeni elmi təd-
qiqat mərkəzinin – Əliyevşünaslıq İnstitutunun yaradılması xüsusi əhəmiy-
yətə malikdir. İnstitut Heydər Əliyevin fəlsəfi fikirlərinin, ictimai-siyasi gö-
rüşlərinin elmi-nəzəri səpkidə araşdırılması istiqamətində ciddi fəaliyyət
Redaksiya Şurasından
- 9 -
aparır. Heydər Əliyevin 80 illik yubileyinə həsr olunmuş Ümumrespublika
Elmi-Fəlsəfi Konfransında Əliyevşünaslıq İnstitutunda aparılan araşdırmala-
rın bir qismi elmi ictimaiyyətin diqqətinə çatdırılmış və orada
irəli sürülən
bir sıra ideyalar sonrakı elmi tədqiqatların predmetinə çevrilmişdir. O vaxt-
dan bəri bu sahədə aparılan tədqiqatlar Heydər Əliyevin elmi-nəzəri irsini
öyrənmək miqyasından kənara çıxaraq, bütövlükdə yeni Azərbaycanda döv-
lət quruculuğunun elmi-fəlsəfi əsaslarının öyrənilməsini də əhatə edir.
Müstəqil Azərbaycan dövlətinin çağdaş ideoloji kursunun müəyyən-
ləşdirilməsində milli fikir tarixinin rolunu nəzərə alaraq fəlsəfə tarixi sahə-
sindəki tədqiqatlara
geniş yer verilmiş, Azərbaycan filosoflarının təlimləri
müasir Avropa fəlsəfi fikri kontekstində nəzərdən keçirilmişdir.
Akademik Ramiz Mehdiyevin təşəbbüsü ilə indiyədək Azərbaycan di-
lində işıq üzü görməmiş bir sıra klassik nümunələr tərcümə olunaraq jurna-
lın müvafiq rubrikasında dərc edilmişdir. “Dhammapada”, Ş.Y.Sührəvərdi-
nin “Hikmət əl-İşraq”, Məhəmməd İqbalın “İslamda dini düşüncənin re-
konstruksiyası”, Əbdüs-Səlamın “İslam və elm”, Cübran Xəlil Cübranın
“Peyğəmbər” əsərlərinin, Əbdülkərim Cili, Molla Sədra, Cəmaləddin Əfqa-
ni,
Bertran Rassel, Karl Yaspers, Toşihiko İzutsu, Hilmi Ziya Ülkən, Taha
Cabir Əlvani və s.-in, habelə bir çox müasir Qərb, rus və türk filosoflarının
əsərlərindən parçalar tərcümə edilmişdir. AFSEA-nın nəşr etdiyi “Fəlsəfə və
Sosial-siyasi elmlər” jurnalı
Tərcümələr rubrikasında artıq 9-cu ildir ki,
müntəzəm olaraq fəlsəfə klassiklərindən seçmələr çap edir.
Son illərdə AFSEA-nın İnternet səhifəsi olan “Fəlsəfə dünyası” saytı
yaradılmışdır ki, fəlsəfi maarifçilik və gənclərin fəlsəfi tədqiqatlara cəlb
edilməsi sahəsində bu saytın böyük rolu vardır. Xüsusilə “Fəlsəfi
diskurs-
lar” və onun qaliblərinin mükafatlandırılması mərasimləri, aktual fəlsəfi
problemlər üzrə qoyulan sualların seminarda müzakirəsi gənclərin diqqəti-
nin fəlsəfi problematikaya yönəldilməsi və onlarda mücərrəd düşüncə qabi-
liyyətinin inkişaf etdirilməsi üçün böyük əhəmiyyətə malikdir. Peşəkar fəl-
səfə mütəxəssislərinin də müzakirə və disputlara ehtiyacını nəzərə alaraq
AFSEA müntəzəm surətdə fəlsəfə seminarları keçirir və yeni çıxan kitabla-
rın müzakirələrini təşkil edir.
Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 2
- 10 -
Sadalanan bu işlər ictimai əsaslarla işləyən bir təşkilatın imkanlarını
tam əhatə etməsə də, onillik fəaliyyət barədə müəyyən bir təsəvvür yaradır.
Amma nəzərə alınsa ki, ölkəmizdə fəlsəfənin
nüfuzunun bərpa edilməsi
üçün hələ çox işlər görülməlidir, AFSEA bundan sonrakı fəaliyyətini daha
məqsədyönlü surətdə həyata keçirməli və bu işdə beynəlxalq fəlsəfə
ictimaiyyətinin dəstəyini qazanmalıdır.
AFSEA-nın rəhbərliyi qurumun bütün üzvlərini və ölkəmizin bütün
fəlsəfəsevərlərini yubiley münasibətilə təbrik edir, onlara yeni-yeni fəlsəfi
axtarışlar və tapıntılar arzulayır.