Azərbaycan Tarixi
489
Beşiyinin başında H.Əliyevin
durduğu Azərbaycan
Respublikası Konstitusiyasında xalqın iradəsi onun aşağıdakı
niyyətləri kimi bəyan edilir:
- "Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və
ərazi bütövlüyünü qorumaq;
- Konstitusiya çərçivəsində demokratik quruluşa təminat
vermək;
- Vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq;
- Xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin
edən hüquqi, dünyəvi dövlət qurmaq;
- ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq
hamının layiqli
həyat səviyyəsini təmin etmək;
- ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları
ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu
məqsədlə qarşılıqlı fəaliyyət göstərmək".
Azərbaycan Respublikası Konstitusiyasına görə dövlət
hakimiyyətinin yeganə mənbəyi xalqdır. H.Əliyev deyirdi:
"Xalq dövlət üçün yox, dövlət xalq üçüq olmalıdır".
Konstitusiyaya görə Azərbaycan Respublikası onun bütün
vətəndaşlarının, milliyyətindən, dilindən, irqindən və dinindən
asılı olmayaraq ümumi və bölünməz vətənidir.
Konstitusiyada mühüm fəsillərdən biri dövlət quruculuğu
məsələlərinə həsr edilmişdir. Konstitusiyaya görə Azərbaycan
Respublikasında dövlət hakimiyyəti üç yerə bölünür:
qanunvericilik hakimiyyətini Milli Məclis həyata keçirir; icra
hakimiyyəti
Prezidentə məxsusdur; məhkəmə hakimiyyəti isə
məhkəmə hakimləri həyata keçirirlər. Azərbaycan
Respublikasının Prezidenti dövlət başçısı və Silahlı Qüvvələrin
baş komandanıdır.
Konstitusiyaya görə Azərbaycan Respublikasının ərazisi
vahid və bölünməzdir. Azərbaycan Respublikasının dövlət
sərhədləri yalnız Milli Məclisin qərarı ilə keçirilən ümumxalq
referendumu yolu ilə dəyişdirilə bilər.
Qəzənfər Rəcəbli
490
Konstitusiyaya görə Azərbaycanda mülkiyyət
toxunulmazdır. Azərbaycan dövləti mülkiyyətin müxtəlif
formalarına (dövlət mülkiyyəti, xüsusi
mülkiyyət və bələdiyyə
mülkiyyəti) əsaslanaraq xalqın rifahını yüksəltmək üçün
iqtisadiyyatın bazar münasibətləri yolu ilə inkişafına şərait
yaradır.
Azərbaycan Respublikasının Konstitusiyasına görə
qanunvericilik hakimiyyətini həyata keçirən Milli Məclis 5 il
müddətinə seçilən 125 deputatdan ibarət olur. Dövlət başçısı
Prezident 5 il müddətinə seçilir. Prezident vəzifəsinə
Azərbaycan ərazisində 10 ildən artıq daimi yaşayan və yalnız
Azərbaycan Respublikasının vətəndaşı olan, heç bir ağır
cinayət törətməyən, ali təhsilli şəxs seçilə bilər. Azərbaycan
Respublikasında seçkilərin düzgün keçirildiyini yoxlayan və
yekunlaşdıran orqan, Prezident seçkilərinin nəticələrini təsdiq
edən orqan Konstitusiya Məhkəməsidir. Mülki və cinayət işləri
üzrə məhkəmə hakimiyyəti Ali məhkəməyə, respublikada
qanunçuluğa nəzarət isə Azərbaycan Respublikasının Baş
prokuroruna məxsusdur.
Yeni Konstitusiya əsasında Azərbaycan Respublikasının
ilk parlamenti - Milli Məclis 1995-ci il noyabrın 12-də seçildi.
Yeni Konstitusiya əsasında ilk Prezident 1998-ci
ildə Heydər
Əliyev seçildi. 2003-cü il oktyabrın 15-də keçirilən Prezident
seçkilərində isə Azərbaycan Respublikasının yeni Prezidenti
İlham Əliyev seçildi. İ.Əliyev 2008-ci ilin Prezident
seçkilərində yenidən qalib gələrək ikinci dəfə Azərbaycan
Respublikasının Prezidenti oldu.
Azərbaycan Respublikası Konstitusiyasına əsasən
Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikası
daxilində muxtar dövlət statusuna malikdir. Naxçıvan Muxtar
Respublikasının dövlət idarəetmə sistemi parlament
hakimiyyəti üsulu ilə həyata keçirilir. Parlamentin - Ali
Məclisin sədri Muxtar Respublikasının başçısı hesab edilir.
Muxtar Respublikanın icra hakimiyyəti Ali Məclis tərəfindən
Azərbaycan Tarixi
491
formalaşdırılan Nazirlər kabinetidir. Naxçıvan Respublikasının
yeni Konstitusiyası Azərbaycan Respublikasının Konstitusiyası
əsasında 1998-ci il aprelin 28-də Muxtar Respublikanın Ali
Məclisi tərəfindən qəbul edilmiş və həmin ilin dekabrın 29-da
Azərbaycan Respublikasının Milli
Məclisi tərəfindən təsdiq
edilmişdir.
Azərbaycan Respublikasında yerlərdə icra hakimiyyətini
Prezident tərəfindən təyin edilən şəhər və rayon icra
hakimiyyəti başçıları həyata keçirirlər. Azərbaycan Res-
publikası Konstitusiyasına əsasən yerlərdə özünüidarə orqanları
seçkili bələdiyyələr sistemindən ibarətdir. Bələdiyyələr inzibati
ərazi vahidlikləri və yaşayış məskənləri üzrə təşkil olunurlar.
Bələdiyyələr vətəndaşların yerli özünüidarə təşkilatları kimi
dövlətdən ayrı, müstəqil fəaliyyət göstərirlər. Azərbaycan
"Yerli özünüidarə haqqında" Avropa Xartiyasına qoşulmuş və
respublikada "Bələdiyyələrin statusu haqqında" qanun qəbul
edilmişdir. Azərbaycan Respublikasında ilk bələdiyyə seçkiləri
1999-cu il dekabrın 12-də keçirilmişdir.
Azərbaycan Respublikasında demokratiya hüquqi dövlət
qurmaq işində 1996-cı ilin fevralında
Azərbaycan Respublika-
sının Prezidenti yanında yaradılmış "Hüquqi İslahatlar
Komissiyasının" xüsusi rolu olmuşdur. Həmin komissiya siyasi
və iqtisadi islahatlarla bağlı Azərbaycanın qunanlarının sivil
dünya dövlətlərinin hüquqi dövlət ənənələrinə, beynəlxalq
hüquq normalarına "Avropa Şurası və dünya demokratik
təşkilatlarının tələblərinə uyğun hazırlanmasına təsirli kömək
edir. Azərbaycan Respublikasının Avropa Şurasının "Qanun
vasitəsilə demokratiyaya doğru" Venesiya Komissiyasına üzv
qəbul edilməsi də respublikada demokratik cəmiyyət
quruculuğu işində əhəmiyyətli rol oynadı.
Azərbaycan Respublikası insan hüquqları il bağlı 29 bey-
nəlxalq komissiyaya qoşulmuşdur. Bu sahədə BMT
Azərbaycana fəal köməklik göstərir. 1998-ci il avqustun 18-də
BMT Azərbaycan hökuməti ilə "insan hüquqları və
Qəzənfər Rəcəbli
492
demokratiyanın dəstəklənməsi
və müdafiəsi sahəsində birgə
bağlı layihə haqqında memorandum" imzaladı. 2002-ci ildə
respublikada Ombudsman institutu yaradıldı. Həmin ilin iyulun
2-də Milli Məclis Elmira Süleymanovanı Azərbaycan
Ombudsmanı vəzifəsinə seçdi.
Azərbaycanda söz, fikir və mətbuat azadlığının təmin
edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin
fərmanları ilə 2001-ci ildə Mətbuat və İnformasiya Nazirliyi
ləğv edildi, 2002-ci il oktyabrın 5-də isə Milli Televiziya və
Radio Şurası yaradıldı.
1993-cü ildə Prezident Heydər Əliyevin Fərmanı ilə
Azərbaycanda ölüm cəzasının icrasına moratorium qoyuldu,
1998-ci ilin fevralında ölüm cəzası hökmü tamamilə lğv edildi.
Beləliklə, Azərbaycan Respublikası Şərqdə ölüm cəzasını ləğv
etmiş ilk ölkə oldu.
Azərbaycan Respublikasında hüquqi dövlət quruculuğu
prosesində siyasi fəaliyyət və fikir plüralizmi üçün əlverişli
şərait yarandı. 2002-ci ildə ölkədə rəsmi qeydə alınmış 350
minə qədər üzvü olan 39 siyasi partiya və 1350 ictimai birlik,
qeyri-hökumət təşkilatı fəaliyyət göstərirdi. Siyasi partiyalar
arasında Yeni Azərbaycan Partiyası (YAP)
sürətlə inkişaf edib
respublikada ən böyük partiyaya, iqtidar partiyasına çevrildi.
2001-ci il dekabrın 21-də keçirilən YAP-ın II qurultayı
ərəfəsində onun sıralarında 230 min nəfər üzv vardı.
Respublika siyasi həyatında sağlam müxalifətin mühüm
rol oynayan biləcəyini nəxərdə tutan iqtidar elə bir qüvvələrin
formalaşmasında maraqlı idi. Müxalifət partiyalarına
demokratik vasitələrdən istifadə etməklə təbliğat və təşviqat
imkanları yaradıldı. Müxalifət dövlətin maliyyə dəstəyi ilə
onlarla qəzet və jurnal nəşr edib yayır, televiziya və radio
kanallarından istifadə edir, seçki komissiyalarında və
parlamentdə təmsil olunurdular. Buna baxmayaraq Avropa
Şurası parlament Assambleyasının siyasi məsələlər üzrə
məruzəsində qeyd
olunduğu kimi, Azərbaycanda "sərt"