Azərbaycan Tarixi
493
müxalifət
mövcud idi və o, bəzən iqtidarla çox "amansız" rəftar
edirdi. Lakin ölkədə güclü konstruktiv müxalifət yarana
bilmədi. Buna səbəb bir tərəfdən, iqtidar tərəfindən xalqın əsas
maraqlarının ödənməsi, digər tərəfdən, hakimiyyət iddiasında
olan müxalifət qüvvələrinin xalqa yeni heç nə təklif edə
bilməmələri idi.
Ölkədə demokratiya və plüralizmin inkişafından sui-
istifadə edən bizə din xadimləri xarici havadarlarının dəstəyilə
Azərbaycan Respublikasında islam respublikası tipində
teokratik dövlət yaratmağa çalışırdılar. Hələ 80-ci illərin
sonlarında Şəkidə bir qrup din xadimi dindarlardan "Yeni
Azərbaycan İslam Cəmiyyəti" adlı təşkilat yaratmış və "İslam
Ordusu" adlı silahlı dəstə təşkil etmişdilər. Təşkilatın
liderləri
dövlət orqanlarının işinə qarışır, bölgədə hakimiyyəti zorla ələ
keçirməyə çalışırdılar. Yalnız 1993-cü ilin noyabr ayında
hökumət bu təşkilatın qanunsuz fəaliyyətinə son qoydu. 1992-ci
ildən fəaliyyət göstərən İslam Partiyası xarici kəşfiyyat
orqanları ilə əməkdaşlıq edir, Azərbaycanda hakimiyyəti ələ
almaq üçün tədbirlər planı hazırlayırdı. Xaricin maliyyə vəsaiti
ilə fəaliyyət göstərən İslam Partiyasının liderlərinin dini təhsil
almaq adı altında İrana göndərdikləri minlərlə gənc, orada hərbi
təlim alıb Azərbaycana qayıdırdı. İrandan gələn "qonaqlar"
əhali arasında təbliğat işi aparırdılar. İslam Partiyasının satqın
liderləri 1996-cı ildə ifşa edilib həbs olundular və partiyanın
fəaliyyəti qanundankənar elan edildi.
XX əsrin 90-cı illərinin ortalarında demokratiyanın
inkişafından ölkənin şimal bölgələrində sui-istifadə edən
"Sadval" ləzgi təşkilatı Rusiyanın müəyyən dairələri tərəfindən
qızışdırılırdı. Ölkədə həyəcan və qarışıqlıq yaratmaq məqsədilə
"Sadval" bir sıra terror aktı törətdi. 1994-cü il martın 19-da
Bakı metrosunun "20 yanvar" stansiyasında partlayış törədildi,
14
nəfər həlak oldu, 49 nəfər yaralandı. Həmin il iyulun 3-də
metronun "28 May" və "Gənclik" stansiyaları arasında qatarda
partlayış törədildi, ölən və yaralananlar oldu. Terrorçular
Qəzənfər Rəcəbli
494
yaxalanıb cəzalandırıldılar. 1996-cı ildə özünü "ləzgilərin
imamı" adlandıran Asum Qasımov Rusiya Müsəlmanları İttifa-
qının tapşırığı ilə məscidləri gəzir və guya ləzgilərin hüquqları-
nı müdafiə etmək üçün əhalini Azərbaycan Respublikasının
iqtidarına qarşı cihada çağırırdı. Onlar Dağıstanda təşkil etdikl-
əri silahlı dəstələrlə Azərbaycana keçib bu tərəfdən rus sərhəd-
çilərinə silahlı basqın etməklə təxribatçılıqla məşğul olurdular.
Onların da təxribatçılıq cəhdlərinin qarşısı vaxtında alındı.
Xalq kimin-kim oduğunu getdikcə daha aydın dərk edir,
dövlət müstəqilliyinin möhkəmləndirilməsinə mane olan qüv-
vələrin niyyətlərini və hərəkətlərini düzgün qiymətləndirirdi.
Xalq təşkilatların və demokratiya məktəbi keçirdi.
Azərbaycan Respublikası əhalisinin 66 faizini gənclər
təşkil edir. Ümummilli lider H.Əliyevin başçılığı altında
iqtidar
gənclərin sağlam böyüməsinə, onların mənəvi və fiziki
tərbiyəsinə xüsusi qayğı göstərirdi. 1994-cü ilin iyununda
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi təsis
edildi. 1995-ci ilin noyabrında Azərbaycan Gənclər Təş-
kilatının Milli Şurası yaradıldı. Bu Şurada 2003-cü ildə 80-dən
çox gənclər təşkilatı və 40-a qədər uşaq təşkilatı birləşmişdi.
Azərbaycan gənclər hərəkatında Prezident H.Əliyevin
təşəbbüsü ilə 1996-cı il fevralın 2-də Bakıda keçirilmiş
gənclərin Birinci Respublikası Forumunun xüsusi yeri vardır.
Ulu öndər H.Əliyev forumda söylədiyi böyük nitqində müstəqil
Azərbaycan Respublikasının gələcək sahibləri olan gəncləri
daha
mütəşəkkil olmağa Vətənini, dövlətini, millətini, dilini,
dinini, mədəniyyətini və tarixini sevməyə çağırdı. O,
gənclərimizə müxtəlif dilləri və elmləri öyrənməklə bərabər iki
elmi - ana dili olan Azərbaycan dilini və Vətən tarixi olan
Azərbaycan tarixini dərindən və mükəmməl öyrənməyi tövsiyə
etdi.
H.Əliyev, - "Mən fəxr edirəm ki, azərbaycanlıyam", - de-
məklə, "azərbaycançılıq" ideologiyasına xüsusi əhəmiyyət
verir, onu yüksək ideya kimi təbliğ etməyi, xalqımızın üstün
Azərbaycan Tarixi
495
ideologiyasına çevirməyi öyrədirdi.
Respublika gənclərinin
birinci forumundakı nitqində H.Əliyev islam dininə münasibət-
dən bəhs edərkən, xalqımızın dininin "islam" olmasını bəyan
etməklə bərabər, ərəb islam məfkurəsindən, İran İslam
məfkurəsindən və nəhayət Türkiyə islam məfkurəsinən fərqli
olan müstəqil Azərbaycan islam məfkurəsinin formalaşmasına
xüsusi fikir verməyin zəruriliyini qeyd etdi.
H.Əliyevin Azərbaycan gənclərinin Birinci Respublika
Forumundakı nitqi gənclər hərəkatının proqramına çevrildi.
Respublika Prezidentinin fərmanı ilə fevralın 2-ni hər il Azər-
baycanda "Gənclər Günü" kimi qeyd olunması qərara alındı.
1994-cü ilin sentyabrından Azərbaycanda BMT-nin
YUNİSEF uşaq təşkilatı fəaliyyətə başlamışdır. 1998-ci il
mayın 19-da Azərbaycanda "Uşaq hüquqları haqqında" Qanun
qəbul edildi. Respublikada "Uşaqların təlim-tərbiyəsinin
yaxşılaşdırılması və hüquqlarının qorunması haqqında" Dövlət
Proqramı da qəbul edilmişdir.
Müstəqillik dövründə Azərbaycan qadınlarının
da icti-
mai-siyasi fəaliyyəti xeyli genişləndi. 1998-ci ilin yanvarında
Respublika Prezidentinin Fərmanı ilə "Azərbaycan
Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi
yaradıldı. Bu komitə qadınları narahat edən problemləri aşkar
edir və onların həlli yollarını müəyyənləşdirir. Çağdaş dövrdə
Azərbaycanın qadın təşkilatları ölkənin ictimai-siyasi həyatında
fəal iştirak edirlər - 2001-ci ildə ölkədə 41 qadın təşkilat
fəaliyyət göstərirdi. Onların arasında "Sevil" Qadınlar Məclisi,
D.Əliyeva adına "Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti",
"Əsgər Anaları" cəmiyyəti və b. təşkilat və cəmiyyətlər daha
çox diqqəti cəlb edirlər.
Çağdaş dövrdə ölkədə həmkarlar hərəkatı da geniş vüsət
almışdır. Respublikada AHİK (Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyası fəaliyyət göstərir. AİHK 40-dan
artıq Azad Həmkarlar İttifaqını birləşdirir. AİHK 2001-ci ildə
Qəzənfər Rəcəbli
496
Beynəlxalq Azad Həmkarlar İttifaqları Konfederasiyasına üzv
qəbul edilmişdir.
28.2. Azərbaycan Respublikasının xarici siyasətinin
uğurları. Azərbaycan Respublikasının hüquqi demokratik
dövlət quruculuğu sahəsində əldə etdiyi nailiyyətləri onun
uğurlu xarici siyasəti üçün şərait yaratdı. Azərbaycan
Respublikası xarici siyasət sahəsində dünya dövlətləri arasında
özünə layiq yer tutmağa çalışır və beynəlxalq münasibətlərin
ümumbəşəri dəyərlər əsasında inkişafına kömək etməyə səy
göstərirdi. Azərbaycan Respublikası xarici siyasət sahəsində,
həmçinin Dağlıq Qarabağ probleminə və Ermənistanın
təcavüzünə dair həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması
istiqamətində gərgin iş aparılırdı. Azərbaycan Respublikasının
Prezidenti H.Əliyev Azərbaycanın üzv olduğu beynəlxalq
təşkilatların iclasında, o cümlədən, 2000-ci il sentyabrın 6-da
BMT Baş Məclisdə və 2001-ci il yanvarın 25-də AŞPA-nın
iclasında çıxışlarında mövcud şəraitdə müstəqillik əldə etmiş
dövlətlərə müunasibətdə ikili standartlarla yanaşılmanın
yolverilməzliyinini və demokratiyanın inkişafında ayrı-ayrı
xalqların mentalitetinin nəzərə alınmasının
zəruriliyini qeyd
etmişdi.
Azərbaycan Respublikası MDB daxilində dövlətlərin bə-
rabərhüquqlu əməkdaşlığının təmin edilmədiyinə baxmayaraq,
1993-cü il sentyabrın 24-də bu təşkilata daxil oldu. Belə bir
şəraitdə bu təşkilatın subyektləri arasında münaqişələrin aradan
qaldırılması üçün heç bir təsirli tədbir həyata keçirmək
mümkün deyildir. Azərbaycan Respublikasının Prezidenti
H.Əliyev MDB dövlət başçılarının demək olar ki, bütün
görüşlərində birlik daxilində belə qeyri-sağlam, anormal
münasibətlər olmasının yolverilməzliyini və separatizmlə
mübarizənin zəruriliyini nəzərə çatdırırdı.
1997-ci il noyabrın 25-də Bakıda
Gürcüstan, Ukrayna,
Azərbaycan və Moldova respublikasının öz aralarında
əməkdaşlıq haqqında blok - "GUAM" blokunun təşkilini bəyan