53
II. Metroda
“Biz metro relslərinə bənzəyirik.
Qovuşmağımız qeyri-mümkündür”.
(bir filmdən)
Hərdən düşünürəm
kassir qadın metrodan qocadı.
bir də, sanki, bu şəhərdə
adamlar öz ÜMİDlərindən balacadı.
Kassir qadın, məsələn,
ümidlərinin yanında
kisəsindəki qəpiklər boyda.
Ümidlərisə güman ki,
pulun kağız formasında.
“Məşədi Əzizbəyov” stansiyasında
vaqondasansa,
neçə illərdi olursansa o stansiyada
vaqonun içində
bilməlisən ki,
kimsə bir-birinə baxmaz, görməz
bir-birini.
Çünki korluğumuz
nə Homerlə qohum,
nə Borxeslə dost...
Çünki dünya
adam korluğu çəkir!
54
Vaqonlarda böyüyür dilənçi uşaqlar,
vaqonlarda qocalır kitabsatan kişilər.
mənim kimi,
sənin kimi,
onun kimi,
bizim kimi...
oksigensiz tunellərdə keçir ömür.
Ömür dedikləri ölümə qədərki tunel,
Ölüm – depoya gedən qatardan düşməmək
kimi bir şey...
– Qardaş, düşmürsənsə, icazə ver, düşək...
III. Dərsdə
“Mən çox kiçik yaşlarımdan məktəbə getməli
olduğum üçün təhsilimə ara verdim“.
(Bernard Şou)
mühazirə dinləmək zamanı keçmiş adamlardan,
həyata hazırlaşmaq, həyata...
xarici bir film kimi baxmaq
24 at gücüylə qaçan qolundakı saata.
birinci dərs bitdimi
tələbələr ayıldımı və
yuxulu professor getdimi
bufetin önündə dərd,
55
siqaret və xəcalət çəkmək.
Dərdi qıza,
siqareti dərdə,
xəcaləti isə cibindəki siçanlara,
mədəndəki sükuta bağlamaq.
Köhnə şeirlərdəki kimi
üzdə gülüb, içdə ağlamaq...
Təklik yersiz reklam kimi zəhləni tökəndə
aşiq olmaq, aşiq olmağı arzulamaq,
aşiqlik uydurmaq özündən...
Tez-tez, sürətlə qızlar sevmək
popkornlu, dönərli, fantalı qızlar.
hər gün ədalı, hər gün dünənki
hər gün yeni bir çantalı qızlar...
sevmək və mütləq ayrılmaq
ayrılmağı öyrənmək üçün sevirmiş kimi...
adamlardan daha işıqlı dəhlizləri
qara əllərə bulaşan ağ təbaşirləri,
alınlarında “MADE in SSRİ“ yazılı
müəllimləri,
dost-tanışları,
tanış dostları,
boğazdan yuxarı tostları,
boğazdan aşağı avamlığı,
gəncliyi, cavanlığı
universitetlə birgə bitirmək.
56
almadığın təhsilin haqqını verib
diplom almağı düşünmək...
Savadsız alilərin
ali savadlıları vurub keçdiyi bu şəhərdə
bütün günortalar
ucuz siqaret və çay qoxulu kafelərdə axşamı
gözlər yenə.
– Hansı kafeyə gedirik?
– Həmişəkinə....
“... bir insanın ölümü – ölümdür,
iki milyonun ölümü isə statistika“.
(E.Remark, “Qara abidə“ əsərindən)
Ofisiantların toylarına
dəvət olunacaq qədər olmuşuq əksər
kafelərdə.
Sifariş verməsək də, gətirə bilərlər lazım
olanı.
Çay içə-içə siqaretləri basdırırıq külqabında.
Çəkilənlər öldürür və ölüdür bir növ....
çəkilmiş siqaretlərə bənzəyirik
kafe-külqabılara basdırılmışıq.
57
Kim çəkir bizi?
Kimin sinəsinə düşürük görəsən?
Bilmirəm...
Kafelərdə bütün cümlələr belə başlar:
“məhləyə quş gəlib“
və belə bitər:
“bir manatım var, atışaq”
və beləcə hər gün atəşkəs pozular...
Bəlkə, quşlar adamlardan daha xoşbəxtdi?
Beləcə bitir günortalar
beləcə bütün “siqaretlər” çıxıb “külqabıdan”
gedir üzü axşama – “Kurtlar Vadisi”nə tərəf
axmaq-axmaq.
– Qaqaş, sağ ol, mən getdim.
– Tələsmə, gedərik də...
– Yox, film başlayacaq.
V. Axşam evdə
“Sahib olacağın şey budur, sahib olmayacağın şey bu...”
(“Kurtlar vadisi” teleserialından)
Axşamlar
əksər evlərdə
58
məğlub, yarımçıq kişilər
Polad Alemdarı əzbərləyir.
Əhməd də, Məmməd də, Hüseyn də
dükanı olan da, olmayan da
ağıllı da, kütbeyin də əzbərləyir.
Axşamlar
əksər evlərdə “aşka sürülür” qadınlar
anası keçəni keçənlərin,
atası seçəni seçənlərin,
“yarpağı tökülür” “dodaqdan qəlbə”cən...
Axşamlar
əksər evlərdə
qara, acı bir həqiqəti işıqlandırır ekran
ƏRLƏR BİBİOĞLUDUR
ARVADLAR DAYIQIZI...
“Bədbəxtlik nədir” sualının
ən gözəl cavabıdır bu:
birdən yatağındakının
ən yaxın qohum olduğunu anlamaq
və anlamaq ki, evsizlər ölkəsində ömürlük
evlisiniz...
Axşamlar əksər evlərdə
birnəfərlik olur ikinəfərlik çarpayılar.
Çarpayılarda belləri ilə danışır
evlilərin çoxu.
qadın sol,
59
kişi sağ böyrüynən danışır.
Çarpayının ortasındakı uçurum elə dərin ki,
dünyagörmüş bir qocanın gözləri daha dayaz...
Axşamlar belə sağollaşıb yatırlar
bu “Mister”lə bu “Missis”:
– Gülşənin əri təzə maşın alıb, mersedes...
O, oğraşdı!
VI. Nəticə
“Sən özün ol! Başqalarından onsuz da var“.
(Oskar Uayld)
Olubmu ki,
yuxudan duranda elə bilmisiniz ki, dünəndir.
eşitmisiniz ananız atanızı mətbəxdə danlayır
nəyisə süfrəyə dağıtmaq üstündə?
görmüsünüz ki, tualetin qabağında növbədir
yenə?
Məndə olub...
Olubmu ki,
metroda elə bilmisiniz ki, düşəcəyiniz stansiya
yoxdur.
Eşitmisiniz ki, kassir qadın nə vaxtsa xoş bir
söz desin?
Dostları ilə paylaş: |