Microsoft Word safruh. Inama dogru doc



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə12/133
tarix21.06.2018
ölçüsü2,84 Mb.
#50922
1   ...   8   9   10   11   12   13   14   15   ...   133

_________________Milli Kitabxana

________________ 

 

 



39

Dünya birdir — Din də bir olmalıdır. Bir-birini döyməklə, yenməklə yox, 

Ruhaniliyə, İnsaniliyə yüksəlməklə. 

*** 


Dünyaçının fitiylə, qısqırtmasıyla meydanda bir-birinizlə xoruz kimi döyüşüb 

bazar əhlini əyləndirməyin! 

*** 

Dini döyən Din — Dünyaçılaşır. Din Ruhaniləşmək  əvəzinə Dünyaçılaşanda 



döyür “o biri Dini”. 

*** 


“O biri Dini” döyən Din — daşı öz başına çırpmış olur. 

*** 


Ruhçuluq ayrı — Dünyaçılıq ayrı... 

*** 


Din Dünyadan ayrılmalı, Dövlətdən ayrılmalıdır. Çünki Dövlət — Dünyanın 

imanıdır, Din — İnsanın imanıdır. 

*** 

Dövlət (Dünya) Dini özünə tərəf çəkməyə, özünün bir ünsürünə, xidmətçisinə 



çevirməyə çalışacaq — Din Dövlətdən ayrılmağa çalışmalıdır. 

*** 


Din — Dövlətə kömək etməlidir, Dövlətdən kömək qəbul etməməlidir. 

Dövlətdən kömək uman Din — öyrəncidən pul uman öyrətmən kimidir. 

 

*** 


Dövlətin Dinə köməyi — yalnız onun işinə badalaq vurmaması biçimində ola 

bilər. 


*** 

Dövlət — Yerdən çıxır, Din — Göydən düşür. 

*** 

Dövlət — Yerə çəkir insanı, Din — Göyə çağırır. 



*** 

Yer — çirklilik rəmzidir, Göy — təmizlik rəmzi. 

*** 

Özlüyündə nə Yer alçaqdır, nə Göy uca. Uca olan — təmizlikdir. Təmiz Yer — 



elə Göy deməkdir; Göy — elə təmiz Yer deməkdir. Başqa Göy yoxdur. 

*** 


İnsanın içində Dinin də inadı var, Dünyanın da. İnsanın içində Dinilik üstün 

gələndə insan özünə yaxınlaşır — Göyləşir. Buna görə İnam Ata “İnsanlaşın, 

İnsanlaşdırın!” harayını Bayrağa çevirdi. 

*** 



_________________Milli Kitabxana

________________ 

 

 



40

Bütün Dinlər bu Bayrağın altına sığışar gen-bol. Və bu — onların yaxın 

sabahıdır. Dinin İnsanilikdən başqa ünvanı da yoxdur əslinə baxsan. 

*** 


İnsanın umulan gələcəyi — Ruhanilikdir; Din — bunun Yoludur. 

*** 


“Ruhani” deyilən kimsə — molla deyil, keşiş deyil (müsəlman deyil, xristian 

deyil); molla, keşiş qiyafəsiylə özünü xalqdan ayıran kimsələr — əlvan geyimə 

ağız suyu axıdan arvad-uşağa bənzəyirlər. 

*** 


Bu cür mollalıq, keşişlik — insanlarla Din arasında səddir, sərhəddir, ayrıcdır. 

*** 


 Əsl Dinçi — Ruhaniyyat Yolçusu deməkdir — İnam, İdrak, Mənəviyyat, İradə 

kanı deməkdir. Saqqalsız, əmmaməsiz, xaçsız, zünnarsız, ləbbadəsiz... 

*** 

Əsl Dinçi — İnsanın Məcnunudur,  İnsaniliyə  səcdə  qılandır; onun qibləsi 



İnsandır, tanrısı İnsandır, Göyü — İnsandır!.. 

*** 


Əsl Dinçinin (möminin) tanınma tamğası (nişanı) — Vicdandır, 

Təmənnasızlıqdır, Fədakarlıqdır! Vicdana, Təmənnasızlığa, Fədakarlığa saqqal, 

xətt-xal nə gərək, əmmamə nə gərək, xaç nə gərək, ləbbadə nə gərək, zünnar nə 

gərək, qurşaq nə gərək? Oyuncaq nə gərək, muncuq-cıncıq nə gərək?! 

*** 

Dinçilik—Dünyaçılıq qarşıdurması, düşmənçiliyi yoxdur; onların arasında 



Öyrədən – Öyrənən münasibəti var. 

*** 


Dünyaçının quyruğu olur, Dinçinin quyruğu olmur, çünki Dünyaçı (ən vüqarlısı 

belə) əyri yeriyir, Dinçi düz yeriyir, şax yeriyir. Buna görə də 

*** 

Dünyaçı Dinçinin yanında quyruğunu qıçına qısmalıdır. Bunun əksi görülürsə



Dinçi özünün tanınma tamğaları ilə birikməmişdir. 

*** 


Dini yalnız bu cür “Dinçilər”, bu cür “Dinçilik” yıxa bilər, yıxmışdır, 

yıxacaqdır. 

*** 

Ruhani kimsəni (əsl Dinçini) Dünyaçı yıxa bilməz, bilməyib, bilməyəcək. 



*** 

Dinçinin Dünyaçını yıxmasından isə danışmaq belə yersizdir! Çünki Ruhçunun 

baxışında Dünyaçılıq elə yıxılmışlıqdır. Ruhçu yıxılanı yalnız qaldıra bilər. 

*** 


Əsl Dinçinin qarnı belinə  dəyməlidir — aclıqdan, susuzluqdan, xəstəlikdən 

yox, sağlamlıqdan. 

*** 



_________________Milli Kitabxana

________________ 

 

 



41

Ruhdan (Dindən, İnamdan) çörək çıxmır, heç çıxmır! Ruhçunun çörəyi daşdan 

çıxır, ona görə də daşdan sızan bulaq suyu kimi sağlamdır, can dərmanıdır. 

*** 


Daş sizi qorxutmasın; o yalnız çətinlik bildirmir, çətinlikdən çox təmizlik 

bildirir. 

*** 

...İnsanın içindəki “Dinçilik — Dünyaçılıq” dartışmasında Ruhçuluğun üstün 



gələcəyini Asif Ata qabaqcadan görürdü, gördüyü üçün də buna bütün 

varlığıyla inanırdı. 

*** 

Buna görə də O, dünyaya İnam gətirdi — Mütləqə İnam və buna görə də Özü 



“İnam Ata” Adını aldı. 

*** 


Atamız var olsun! 

 

27 Köçəri (XII ay), 23-il. Atakənd. 

(27.02.2002. Bakı). 

 

QURAN  və  QIRAN 

(Haray) 

 

Təbiətdə, mənəviyyatda, kainatın ahəngində, gözəllikdə, 

idrakda, ehtizazda, vəcddə, analıqda, məhəbbətdə, ruhun ülvi 

xilqətində, bəşərin özündən böyük mənasında, ürəyin ürəyə 

qovuşmaq arzusunda, ideala qarşısıalınmaz meyldə, dostluqda, 

həyada, ismətdə, dünənlə bugünün təmasında, özündənkeçmə-

də, qeyrətdə, müqəddəsliyin  əfsunlu cazibədarlığında  əbədi, 

sonsuz Mütləq yaşayır. 

Mənim Allahım  odur! 

 

Asif Ata. Yol. 



Bakı, 1994, s. 27. 

 

Ruhuyla qurur, cismiylə qırır — hər kəs özünü. 



*** 

Ruh gah-gah olur, yəni gah olur, gah olmur; Cism isə  həmişə yanımızdadır. 

Ona görə də  

*** 


Gözişləməz xarabalıqlar arasında ötədə-bəridə  yıxılmayıb dik qalmış  tək-tük 

kümələr də gözə dəyir. 

*** 



Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə