Microsoft Word Shelale Nebiyeva doc



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə2/30
tarix22.11.2017
ölçüsü0,68 Mb.
#11736
1   2   3   4   5   6   7   8   9   ...   30

 

Yeni təlim sisteminə keçməyin nəzəri və  əməli 



cəhətlərini öz üzərinə götürən Azərbaycan respublikasının təhsil 

nazirliyi olsa da onun nəzəri  əsasları XX əsrin sonu, XXI əsrin 

əvvəllərində yaranmağa başlamışdır. Bu prosesdə yalnız qabaqcıl 

müəllimlər və pedaqoqlar deyil, filosoflar, psixoloqlar, qabaqcıl 

düşüncəli müxtəlif elm sahəsinin nümayəndələri fəal iştirak 

etdilər.  

Təhsilin müasirləşdirilməsi prosesi həm strategiya, həm 

də taktika xətti ilə paralel həyata keçirilməyə başladı.  

Təhsil strategiyasının ilk məhsulu “Ümumtəhsil məktəb-

lərinin I-IV sinifləri üçün fənn  kurrikulumları” sənədi oldu.   

Tarixin bütün mərhələlərində  “Ana dili”  tədrisi sırf 

linqvistik tərəfdən deyil, sözun qiymətini, onun insana təsir 

etmək cəhətlərini, daha dəqiq desək,  şagirdin obrazlı  təfəkkü-

rünün inkişaf etdirməyə yönəldilməsini nəzərdə tutmuşdur. Zən-

gin tarixə malik olan məktəblərimizdə dil və  ədəbiyyat dərsləri 

insanın mənəvi cəhətdən kamilləşməsinə, daxilən zənginləşmə-

sinə xidmət edən qoşa qanad rolunu oynamışdır.  Buna görə  də 

“Ana dilinin tədrisi” deyərkən yalnız dilin fonetikası, morfolo-

giyası ,sintaksisi və s. kimi istilahlar deyil bədii sözün imkanları, 

insana təsir etmək keyfiyyətləri də nəzərdə tutulmuşdur. 

Hələ  məktəblər yaranmamışdan  əvvəl xalq özünün 

yaratdığı  ədəbi nümunələrlə  uşağına dilinin zənginliyini, 

gözəlliyini, məna çalarlarını öyrətmişdir. Deməli ana dilinin 

tədrisi bədii ədəbiyyatın öyrədilməsi ilə  sıx bağlıdır. Bu bağlılıq 

ilk növbədə uşağın obrazlı təfəkkürünə və düşünmə qabiliyyətinə 

təsir etməyi başlıca məqsəd kimi qarşıya qoyur.  

Təhsil sisteminin daimi təkmilləşməsi cəmiyyətin ümu-

mi inkişafının tələb etdiyi mühüm amıllərdən biridir. Hətta təhsil 

sistemi dünyanin ən inkişaf etmiş sistemlərindən sayılan Ameri-

kada da onun təkmilləşməsini dövlət daim nəzərdə saxlayır. 

Texnologiyaların daim inkişaf etdiyi bir zamanda, 

qloballaşmanın dünyanı  əhatə etdiyi bir dövrdə bu işə ciddi 

 

6

nəzarət etmək onu təkmilləşdirməyin bütün imkanlarından 



istifadə etmək, hətta  ən yüksək təhsil sisteminə malik olan 

Amerika kimi bir ölkənin başçısı B.Klintonun diqqət etdiyi bir 

sahə idi. B.Klinton yazırdı: “...Əgər biz hamı üçün təhsil almaq 

imkanını  və  təhsil sisteminin yüksək keyfiyyətini təmin edə 

bilməsək  XXI əsrdə biz vahid Amerika ola bilmərik. Bizdən hər 

bir amerikalıya dünyanın ən yaxşı təhsil müəssisələrində ən yaxşı 

müəllimlərdən  ən yaxşı  təhsil almaq üçün təhsil sistemi 

yaratmaq tələb olunur. Bu isə o deməkdir ki, bizdə yüksək 

standartlar, böyük ümidlər və  təhsil sahəsiylə bağlı olan hər bir 

kəsdə yüksək məsuliyyət hissi olmalıdır. (14; 135)  

Əgər  nəhəng bir ölkənin prezidenti təhsil sisteminin 

daimi təkmilləşməsi barədə  bəhs edirsə, onda dünyanın kiçik 

dövlətlərinin, o cümlədən, Azərbaycanın qabaqcıl təhsil sistem-

ləri inteqrasiya etmək arzuları tamamilə  təbiidir. Eyni zamanda 

onu da nəzərə almaq lazımdır ki, əsasən  şərq  mentaliteti ilə 

formalaşan Azərbaycan təhsilinə dünyanın başqa təhsil sistemlə-

rini korkoranə tətbiq etmək olmaz.  

Ulu öndərimiz H.Əliyev yazırdı: “Biz müstəqil dövlət 

olaraq özümüzün təhsil sistemimizi  istədiyimiz kimi qururuq.” 

(14, 12)  

 



 



ANA DİLİ FƏNNİNİN ƏHƏMİYYƏTİ VƏ  



VƏZİFƏLƏRİ 

 

XXI  əsrin ilk on illiyi Azərbaycan təhsil sistemində 



köklü dəyişikliklərin baş verdiyi  bir dövr kimi səciyyələnir. 

Mübaliğəsiz demək olar ki, bu prosesdə ana dilinin tədrisi üçün 

yeni bir era başlayır. Çünki respublikamızda təhsil islahatları 

ibtidai siniflərdən başlamışdır. 2003-2013-cü illər dünya bankı 

ilə II kredit sazişi əsasında islahat proqramının həyata keçirilməsi 

dövrü kimi səciyyələnir. 

Ibtidai siniflər və onlar üçün kadr yetişdirən ali məktəb-

lərə hazırlanan fənn kurrikulumları 2008-ci ildən tətbiq edilməyə 

başlanmışdır.  İbtidai siniflər üçün müasir tələblərə cavab verən 

dərsliklər yaranmağa başlamışdır. Hər bir dərslik üçün müəllimə 

kömək məqsədi ilə metodiki ədəbiyyat yaranması dövlətin bu işə 

çox ciddi bir sahə kimi əhəmiyyət verdiyini şərtləndirir. 

“Kurrikulum” ümumtəhsil məktəblərində ana dilinin 

tədrisi milli maraqlar və dövlətçilik baxımından vacib məsələlər-

dən biri hesab edilir. Dünya ölkələrində ana dilinin öyrədilməsi 

milli təfəkkürün formalaşmasında mühüm vasitə kimi yüksək 

dəyərləndirilir. Milli Kurrikulumlar, bir qayda olaraq, ana dili ilə 

başlanır. Təhsilin ümumi inkişaf səviyyəsini müəyyənləşdirmək 

üçün keçirilən beynəlxalq və milli qiymətləndirmələrdə ana dili 

üzrə standartların mənimsənilməsinə xüsusi diqqət yetirilir. 

Bütün bunlar isə bir fənn kimi ana dilinin şəxsiyyətin formalaş-

masındakı müstəsna rolu ilə bağlıdır. Firidun bəy Köçərlinin 

fikrincə, “Ana dili millətin mənəvi diriliyidir... Ananın südü 

bədənin mayəsi olduğu kimi, ana dili də ruhun qidasıdır”. 

Ana dilinə yiyələnmə ailədən başlayır. Uşaq məktəbə 

gələnədək ana dilinin köməyi ilə  ətraf aləm haqqında müəyyən 

təsəvvürlər  əldə edir. Bu onun lüğət ehtiyatını  zənginləşdirir, 

dəqiqləşdirir, əşya və hadisələr haqqında fikirlərini formalaşdırır, 

başqalarının dediklərini anlamağa imkan yaradır. Məktəbdə isə 

 

8



həmin iş sistemli, ardıcıl, mütəşəkkil davam etdirilir. Məhz buna 

görə də ana dilinin öyrənilməsi Milli kurrikulumda özünəməxsus 

yer tutur.  

Ana dilinin öyrənilməsi şagirdlərin ünsiyyət imkanlarını 

genişləndirir, onlarda nitq fəaliyyətinin növləri ilə yanaşı, 

düşünmə, öyrənmə  və  danışma  bacarıqlarını formalaşdırır. 

Nəticədə bu dil düşünmə, öyrənmə, danışma vasitəsinə çevrilir.  

Ana dili ümumtəhsil məktəblərində  tədris olunmaqla 

şagirdlərdə nitq mədəniyyətinin formalaşmasına xidmət edir. 

Şagirdlər bu fənnin vasitəsilə milli mədəniyyət nümunəsi kimi 

ana dilini öyrənir, onun səs sisteminə, lüğət ehtiyatına, üslubi-

qrammatik xüsusiyyətlərinə yaxından bələd olur, elmi, bədii 

publisistik və digər üslublarda yaradılmış  ədəbiyyat nümunələri 

ilə tanış olmaq imkanı qazanırlar. Eyni zamanda bu dildən 

istifadə edərək öyrənəcəkləri digər fənlərin daha yaxşı 

mənimsənilmə potensialını genişləndirirlər. 

Orta məktəbi başa vuran gənclər təhsilini davam 

etdirmək, müxtəlif sahələrdə  işləmək üçün müasir dövrün 

iqtisadi, hüquqi və texnoloji çətinliklərinə hazır olmalı, onların 

aradan qaldırılmasında təşəbbüskarlıq və fəallıq göstərməlidirlər. 

Bunun üçün təkcə elmi-nəzəri hazırlıq deyil, həm də yüksək 

əxlaqi-mənəvi keyfiyyətlər, o cümlədən, dil və ünsiyyət 

bacarıqları  əldə olunmalıdır. Hər bir şəxs müxtəlif formalı  və 

məzmunlu mətnləri səlis, şüurlu oxumağa, yazılı və şifahi şəkildə 

səmərəli və yaradıcı ünsiyyət qurmağa qadir olmalıdır.  Bu 

baxımdan, Ana dilinin bir fənn kimi təlim əhəmiyyəti böyükdür.  

Ana dili qüdrətli tərbiyə vasitəsidir.  Şagirdlər onun 

vasitəsilə milli-mənəvi sərvətlərimizi öyrənir, əxlaqi dəyərlərə və 

yüksək insani keyfiyyətlərə yiyələnirlər. 

Ümumtəhsil məktəblərində Ana dili təliminin  məqsədi 

ümumi nitq və dil bacarıqlarını formalaşdırmaqla şagirdlərin nitq 

mədəniyyətinə yiyələnmələrini təmin etməkdən ibarətdir. Buna 

görə də: 




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə