29
yaşlı uşaqlara zorla tədris edilən
rus dili və bu dilin tədrisi
zamanı istifadə edilən metodlar nəinki uşaqların rus dilini
öyrənməsinə şərait yaradır, əksinə dərsi çətinləşdirməklə bərabər
müəllimi gülünc vəziyyətdə qoyurdu. Tədris proqramına rus
dilinin təlimi ilə bərabər bir sıra Qərbi Avropa dillərinin də daxil
edilməsinə baxmayaraq, ana dilinin tədrisinə bir saat da belə yer
verilməmişdi. Dövlət organlarından ana dilinin tədrisinə icazə
verilməsini, rəsmi ərizə ilə tələb edən Azərbaycanın
tərəqqipərvər ziyalılarının bütün cəhdləri cavabsız qalırdı.
Bu tarixi vəzifənin həyata keçiriılməsində 1905-1907 – ci
illər burjua-demokratik inqilabının böyük rolu oldu. Xalqın
ümumi qəzəbindən qorxuya düşən çar milli ucqarlarda ana
dilinin tədrisinə qismən də olsa icazə verdi.
Sovet dönəmində yaranan proqramlarda ana dilinin və oxu
nümunələrinin öyrədilməsinə I sinifdən başlanır. Proqramda “I
sinifdə şagirdlər bilməlidir” bölməsində yazılır: “Şeirlə
hekayənin fərqini”. Cəmi üç sözdən ibarət olan bu cümlə
müəllimin qarşısında çox böyük vəzifələr qoyur: Əgər I sinif
şagirdi “Şeirlə hekayənin fərqini”bilməlidirsə, deməli, müəllim
şer haqqında ümumi məlumat verməli, qafiyə, ölçü, ritm barədə
danışmalı, nümunələr oxunmalıdır. Hekayədən söz düşəndə süjet
və kompozisiya barədə danışmalı, hekayənin ideyası, məzmunu,
obrazları haqqında müəyyən məlumat verməlidir. Beləliklə,
ədəbiyyat nəzəriyyəsi elementlərinin öyrədilməsinə başlanılmış
olur.
Şeir
şəkillərini öyrədərkən folklor poetikasının
elementlərini tədris etməyə başlamaq lazımdır.
Sovet dönəmində yaranan mövcud proqrama əsasən xalq
ədəbiyyatı nümunələri II sinifdən daha geniş şəkildə tədris
olunur. II sinfin proqramında göstərilir: “Şifahi xalq ədəbiyyatı
nümunələri, sadə nağıllar, lətifələr, oyun-nəğmələr, düzgülər,
sayaçı sözlər, tapmacalar, yanıltmaclar, atalar sözləri, bayatılar,
oxşamalar” tədris olunur. Bir sıra terminlərin qeyri-dəqiq
30
olmasına baxmayaraq, II sinfin proqramı folklorun çox geniş
şəbəkəsini əhatə edir.
Həmin sinifdə 34 saat sinifdənxaric oxu nəzərdə
tutulur.Bu saatların da müəyyən hissəsi(təxminən 14 saatı)
folklorun payına düşür. Deməli, II sinifdə folklor poetikasının
xeyli anlayışlarını şagirdə öyrətmək mümkündür.
Proqramda göstərilir ki, “mətndəki obrazlı söz və
ifadələrin...seçilməsi” zəruridir.
Deməli, obrazlı söz anlayışının II siifdə öyrədilməsini
zəruri hesab edən proqram müəllimin qarşısında yeni bir vəzifə
qoyur. Müəllim şagirdə sözün məcazi mənasını anlatmalı, obrazlı
ifadələrin nə demək olduğunu başa salmalıdır.
Xalq poetikasında mühüm bir yer tutan obraz, onu
yaradan amillər və sair kimi məfhumlar öyrədilməlidir.
Nəzərə alsaq ki, proqramda az qala poetik folklorun bütün
cəhətlərinin tədrisi nəzərdə tutulur, onda deməli, müəllim, sinifdə
həmin janrların poetikasının mühüm əlamətləri haqqında
məlumat verməlidir.
II sinfin proqramında “Söz” adlı xüsusi bir bölmə var. 48
saat həcmində olan həmin bölmə qarşıya ana dilinin zənginliyini
öyrətmək vəzifəsini qoyur. Bu bölmədə belə bir ifadə var:
“Hekayə ilə nağılın, tapmaca ilə yanıltmacın fərqi barədə
şagirdlərə məlumat vermək”.Hekayə ilə nağılı bir-birindən
ayırmaq üçün müəllim ədəbiyyat nəzəriyyəsinin mühüm bir
fəslini bilməlidir.Ədəbi janrları səciyyələndirən xüsusiyyətləri
aydınlaşdırmalı, süjet və kompozisiya mövzusunu ifadə etmək
baxımından həmin janrların xüsusiyyətlərini başa salmalıdır.
Lakin, proqramda verilən həmin müddəanın ikinci hissəsi :
“Tapmaca ilə yanıltmacın fərqi” uğurlu ifadə olmasa da mətləb
məlumdur. Yəni bu janrların hər birinin özünəməxsus
xarakterinin səciyyəsini araşdırmağı tələb edirsə, bu çox vacibdir.
Folklor poetikasının bir sıra çox mühüm elementləri ilə
tanış olan şagirdlər III sinifdə biliklərini bir qədər dərinləşdirirlər.
31
III sinifdə “Sinif oxusu”na187 saat verilir. Proqramda oxuyuruq:
“Təlimin bu mərhələsində şagirdlərin ucadan və səssiz oxumaq
vərdişləri təkmilləşdirilməlidir. Oxunun düzgün, aydın, davamlı,
ifadəli olması ilə yanaşı şüurluluğuna xüsusi diqqət yetirilir”.
Şagirdlərin qarşısında oxunmuş, materialların məzmununu dərk
etmək, ona münasibət bildirmək, onu qiymətləndirmək tələbi
qoyulur. Bütün bunlar həm də şagirdlərin nitq inkişafına
xidmət edir. Proqramın həmin sinif üçün nəzərdə tutulan
“Təxmini tematika” bölməsində deyilir: ”Dilin yazılı və şifahi
formaları. Ədəbiyyat və folklor. Şifahi xalq ədəbiyyatı nə
deməkdir? Şifahi xalq ədəbiyyatının uşaq janrları”(kiçik folklor
janrları nəzərdə tutulur-Ş.N.). I-II siniflərdə olduğu kimi şifahi
xalq ədəbiyyatının gözəl incilərinin oxunması uşaqların nitqinə
duyğu və düşüncəsinə təsir edir. ”İlk folklor formaları. Layla
düzgü, saymaca, tapmaca, yanıltmac...”(Düzgü-saymaca eyni
janrdır-Ş.N.). ”Xalq poetikasının müdrikliyinin folklorda əksi.
Şifahi xalq ədəbiyyatı incilərindən, o cümlədən mif, əsatir, əfsanə
və rəvayətlərdən nümunələrin oxunması”
Göründüyü kimi proqram I və II siniflərdə keçirilən
folklor janrlarının üstünə yenidən qayıtmağı nəzərdə tutur.
Fikrimizcə aşağı siniflərdə folklor poetikasının cüzi əlamətləri
öyrədirsə III sinifdə o artıq bir qədər də dərinləşməlidir. Bu
sinifdə şagird üçün yeni anlayışlar meydana çıxır. Mif, əsatir,
əfsanə, rəvayət kimi istilahlar onun üçün təzədir. Buna görə də
müəllim həmin janrları başqalarından ayıran başlıca
xüsusiyyətləri izah etməyə borcludur. Çünki, mövcud proqram
bunu tələb edir.
Proqramda folklorun tədrisi prosesində onun poetikasının
öyrədilməsində bir sistem duyulur. III sinfin proqramında qeyd
olunur ki, “müxtəlif ədəbi formalarda” (forma “janr”
mənasındadır –Ş.N.) ritm üzərində müşahidə. Ədəbi
formaların(janrların) ritm üzrə müəyyənləşdirilməsi.
32
Əlbəttə, ritm əsasında bəzi janrları müəyyənləşdirmək
olar.Məsələn, yanıltmac ritminə görə seçilir. Layla ahənginə
(ritminə görə yox – Ş.N.) görə müəyyənləşə bilər. Amma
bütövlükdə ədəbi janrları ritmə ayırmaq mümükün deyil.
Proqramın belə üslub qüsuruna baxmayaraq ritm kimi bir poetika
elementinə diqqət yetirməsi təqdirəlayiqdir.
III sinif üçün nəzərdə tutulan proqramın “Mətn üzərində
iş” bölməsində göstərilir ki, təmsilin başqa şeirlərdən, həmçinin
bayatıların laylalardan, tapmacaların yanıltmacdan
fərqləndirilməsi, mətnin mövzusuna müvafiq atalar sözlərinin
tapılması və öyrənilməsi”
Proqramda nəzərdə tutulan bu tələblər folklor janrlarının
poetikasını öyrənməyi qarşıya qoyur.
III sinfin “Oxu” proqramı tələb edir ki, şagirdlər
aşağıdakıları bilsin:
1. Folklorun yazılı ədəbiyyatla fərqini;
2. Kiçik həcmli folklor nümunələrinin (kiçik folklor –
N.Ş) xarakterini;
3. Təmsillərin, atalar sözlərinin, tapmacaların fərqini
III sinfin “Oxu” dərslərinin qarşısında bu cür tələblər
qoyulmasını metodik baxımdan tam doğru hesab edirik.
IV sinifdə “Sinif oxusu” üçün 153 saat verilir. Təxmini
tematika nəzərdə tutur. Xalqımızın qəhrəman keçmişi,
müdrikliyi, adət-ənənəsi, əməyi və məişəti ilə bağlı nağıllar və
dastanlar,əfsanə, rəvayət, lətifələrin, uşaqların yaşlarına müvafiq
nümunələrin, həmçinin bayatı, atalar sözləri, məsəl, tapmaca,
yanıltmac və digər kiçik ölçülü nümunələrin oxunması.
Göründüyü kimi, IV sinif folklorun çox böyük bir
şəbəkəsini əhatə edir. Burada artıq epik folklorun dastan və nağıl
kimi mühüm janrları sinfə gəlir. Folklor poetikasının süjet,
kompozisiya, obraz,sözaltı məna, janr poetikası kimi cəhətləri
tədrisə cəlb olunur.Kiçik folklorun əvvəlki siniflərdə tanış