“Koroğlu”nun şeir dili
71
Cünundadır” (Eposun poetikası: “Dədə Qorqud” və “Kor-
oğlu”. Bakı, 2011, səh.124). Mətnin ümumi semantik
tutumuna istinadən söylənmiş bu fikirlər düzgündür.
Amma bu tip mətnlər həm də onu deməyə əsas verir ki,
misri qılıncından saz kimi istifadə edən, qılıncını saza
döndərib dilləndirən, dəli nərəli Koroğlunun aşıqlıq
statusu daha böyükdür. Bu, Koroğlunun dilindən verilmiş
“Aşıqlığım bəsdi mənə // Şad ol, könül, nə məlulsan?! tipli
misralarda da öz təsdiqini tapır.
– nəsr və nəzm parçaları arasındakı keçidlərdə
daha çox “sazı çiynindən aşırıb döşünə basdı, dedi”, “sazı
döşünə basıb dedi”, “aldı, görək nə dedi”... kimi cümlə
modelləri işlənib (əvvəlki səhifələrə bax). Bəzən isə bu tip
cümlələrdəki “saz” sözünün “qılınc” və “tel” (saçın teli
mənasında) sözləri ilə əvəzlənməsinə rast gəlinir: “Misri
qılıncı çəkib, aldı görək nə dedi”; “saçından üç tel ayırıb,
basdı mərmər sinəsinin üstünə, dedi...” Bu cümlələrdən
birincisi Koroğlunu, ikincisi isə Nigarı səciyyələndirir;
Burada bir detalı da qeyd etmək lazım gəlir: “...saçından
üç tel ayırıb” birləşməsindəki “üç tel” ifadəsi ilə sazın
təyinedici kimi işlənən “üçtelli” (üçtelli saz) sözü nəinki
eyni semantik yuvaya daxil olur, hətta bunlardan birincisi
(üç tel) ikincisinin (üçtelli saz) assosiativliyi ilə işlədilib);
– saz düzəldən usta (sazbənd) ilə bağlı “qulun
ollam”, xüsusən də sazbəndin şagirdi ilə bağlı “qurban
olum” kimi ifadələrin işlədilməsi təkcə bir obrazı (Bəlli
Əhməd) yox, ümumən türkün saza münasibətini, sazı
müqəddəs hesab etməsini şərtləndirir:
Qoşun çıxdı Çənlibelin düzünə,
Qurban olum şagirdinin gözünə,
Язизхан Танрыверди
72
Xırda sədəf doğra sazın üzünə,
Usta, qulun ollam, al düzəlt sazı!
Yeri gəlmişkən, dastanda qılınc istehsalına da
birbaşa işarə olunur. Burada forma və semantikasına görə
yuxarıdakı parça ilə səsləşən bir bəndi xatırlatmaq yerinə
düşür:
Canım usta, mənə bir qılınc qayır,
Nə uzun, nə gödək, bir qərar ola,
Dəstəyi şirmayı, özü qoşanov,
Vuranda ürəkdən xəbərdar ola.
Yuxarıda təqdim etdiklərimiz saza vurğunluğu
müxtəlif bucaqlardan təsdiqləyən tezislərdən hesab oluna
bilər.
“Koroğlu”nun şeir dili
73
SAF EŞQİN, MƏHƏBBƏTİN
TƏRƏNNÜMÜ
“Koroğlu” qəhrəmanlıq eposu olsa da, burada eşq
və məhəbbətin tərənnümünə də təsadüf olunur. Amma bu
da var ki, dastandakı eşq və məhəbbət semantikalı şeirlər
heç də M.Füzulinin şeirlərindəki ilahi eşqlə deyil,
M.P.Vaqifin realist şeirləri ilə səsləşir. Aşıq Cünunun
dilindən verilmiş “Ərzurumun kənarından keçəndə”
misrası ilə başlanan qoşmanın ikinci və üçüncü bəndlərinə
diqqət yetirək:
Bir mina gərdənli, durna boğazlı,
Bir alma yanaqlı, bir şəhla gözlü,
Tuti danışıqlı, qumru ağızlı,
Şirin dili canım aldı, Koroğlu!
Demə ki, Cünunun sözü yalandır,
Huridir, pəridir, nə gözəl candır;
Dedim ki, Koroğlu gözəl alandır,
Sözümdən xoşlandı, güldü, Koroğlu!
Telli xanımın gözəlliyi ifadə olunmuş bu qoşma
bütün parametrlərinə gözə M.P.Vaqifin “Pəri” qoşma ilə
bir sırada durur:
Boyun sürahidir, bədənin büllur,
Gərdənin çəkilmiş minadan, Pəri!
Язизхан Танрыверди
74
Sən ha bir sonasan, cüda düşübsən
Bir bölük yaşılbaş sonadan, Pəri!
Qarşılaşdırdığımız qoşmalarla bağlı qısaca olaraq
bunları söyləmək olar: “Koroğlu”da Telli xanım gözəl bir
qız kimi vəsf edilirsə, huriyə, pəriyə bənzədilirsə (Huridir,
pəridir, nə gözəl candır), M.P.Vaqifin yaratdığı obraz
məhz “Pəri” statusunda çıxış edir (...Bir bölük yaşılbaş
sonadan, Pəri!); “Koroğlu”dakı gözəl “mina gərdənli”dirsə,
Vaqifin yaratdığı Pərinin “gərdəni minadan çəkilib”; hər
iki qoşmada obrazlı ifadələr silsiləsi müşahidə olunur:
alma yanaqlı, şəhla gözlü, qumru ağızlı (“Koroğlu”); ağız
nazik, dodaq nazik, dil nazik (M.P.Vaqif); hər iki qoşmada
gözəlin bədii portreti obrazlı şəkildə canlandırılıb, hətta elə
canlandırılıb ki, rəssam fırçası ilə yaradılmış ən gözəl
qadın portretləri ilə bir sırada dura bilir.
Araşdırmalar göstərir ki, dastanda Nigar xanım,
Məhbub xanım, Hürü xanım, ümumən bütün qadın
obrazlarının bədii portreti sənətkarlıqla yaradılıb. Bu
şeirlər də M.P.Vaqifin məhəbbət mövzusunda yazdığı
şeirlərlə səsləşir. Yeri gəlmişkən, bu cəhət “Koroğlu”
dastanında Məhbub xanıma həsr edilmiş gəraylıda daha
qabarıq görünür:
Gözü göyçək, qaşı qələm,
Olmaz belə şirin kəlam,
Çəkər həsrətini aləm,
Məhbub xanım, Məhbub xanım.
Xotkar qızı Nigar xanım var-dövlətə, şan-şöhrətə
görə onunla ailə qurmaq istəyən şaha da, xana da məhəl
“Koroğlu”nun şeir dili
75
qoymur, hamısına yox deyir! Onun gözü yalnız bir kişini
tutub! Yalnız bir kişinin həsrətilə alışıb-yanır! Taleyini
yalnız bir kişiyə bağlayıb! Belə bir kişi isə igidlər igidi qoç
Koroğludur:
Başına döndüyüm ay qoç Koroğlu,
Əgər igidsənsə, gəl apar məni!
Həsrətindən yoxdu səbrim, qərarım.
İncidir sərasər ahü-zar məni.
* * *
Mən xotkar qızıyam, Nigardır adım,
Şahlara, xanlara məhəl qoymadım,
Bir sənsən dünyada mənim muradım,
İstərəm özünə eylə yar məni!
Diqqətçəkən məqamlardan biri də budur ki, Kor-
oğluya açıq-aşkar şəkildə “İstərəm özünə eylə yar məni!”
– deyən Nigar xanım bəzən Koroğluya olan dərin
məhəbbətini üstüörtülü şəkildə, həm də incə bir yumorla
ifadə edir. Məsələn, “Həmzənin Qıratı aparmağı” qolunun
son hissələrində Nigar xanımın dilindən belə bir parça
verilib: “-Koroğlu, biz sənin Koroğlu olmağını bilirik.
Əgər bilməsəydik, sənin başına yığılmazdıq. Düzdü,
igidsən, qoçaqsan, iş üzü bilənsən. Amma belə sir-sifətdən
çox qarasan ey!...” Əslində, sonunsu cümlə saf və təmiz
eşqi işarələndirir ki, bu da daha çox həmin cümlənin leksik
yox, intonativ mənası ilə reallaşdırılıb. Koroğlunun dilin-
dən Nigara ünvanlanmış gəraylıda isə misraların leksik və
intonativ mənaları sintez şəklindədir, konkret desək,
Язизхан Танрыверди
76
məhəbbətin tərənnümü həmin gəraylının hər misrasında
duyulur:
Mənə qara deyən gözəl,
Qaşların qara deyilmi?
Tökülübdü dal gərdənə,
Saçların qara deyilmi?
Çənlibeldə qurdum binə,
Bənzəyirsən aya, günə,
Ağ üzündə dənə-dənə
Xalların qara deyilmi?
Koroğlu mayıldı sizə,
Qulaq verin saza, sözə,
Siyah sürmə, ala gözə,
Çəkibsən, qara deyilmi?
İ.Sadıq bu gəraylının birinci bəndini təqdim etdik-
dən sonra belə bir şərh verib: “Sonuncu iki bənddə poetik
sualları aradan götürüb, misraları adi şəkildə qursaq, şeir
yox, nəsr alınar. Deməli, burada fikrin poetikliyi misra-
lardakı suallardan doğmuşdur” (Ocaq sönər, daş inildər.
Hoydu, dəlilərim, hoydu. Bakı, 2006, səh.13). Müəllif
haqlıdır. Amma burada ritorik sualların epifora kimi işlən-
məsi ilə yanaş, epitet, təşbeh kimi poetik kateqoriyaların
rolunu da inkar etmək olmaz. Digər tərəfdən, “Mənə qara
deyən gözəl” gəraylısının poetik strukturundan aydın olur
ki, Koroğlunun Nigara olan dərin məhəbbəti məhz “qara”
sözünün assosiativliyi kontekstində canlandırılıb. Bu
assosiativliyi isə belə modelləşdirmək olar: saçların qara
Dostları ilə paylaş: |