Microsoft Word Tanr?verdi ?



Yüklə 61,3 Kb.
Pdf görüntüsü
səhifə16/53
tarix21.06.2018
ölçüsü61,3 Kb.
#50105
1   ...   12   13   14   15   16   17   18   19   ...   53

                                                    “Koroğlu”nun şeir dili 
 
 
71 
Cünundadır” (Eposun poetikası: “Dədə Qorqud” və “Kor-
oğlu”. Bakı, 2011, səh.124). Mətnin ümumi semantik 
tutumuna istinadən söylənmiş bu fikirlər düzgündür. 
Amma bu tip mətnlər həm də onu deməyə  əsas verir ki, 
misri qılıncından saz kimi istifadə edən, qılıncını saza 
döndərib dilləndirən, dəli nərəli Koroğlunun aşıqlıq 
statusu daha böyükdür. Bu, Koroğlunun dilindən verilmiş 
“Aşıqlığım bəsdi mənə // Şad ol, könül, nə məlulsan?! tipli 
misralarda da öz təsdiqini tapır.  
            –    nəsr və  nəzm parçaları arasındakı keçidlərdə 
daha çox “sazı çiynindən aşırıb döşünə basdı, dedi”, “sazı 
döşünə basıb dedi”, “aldı, görək nə dedi”... kimi cümlə 
modelləri işlənib (əvvəlki səhifələrə bax). Bəzən isə bu tip 
cümlələrdəki “saz” sözünün “qılınc” və “tel” (saçın teli 
mənasında) sözləri ilə  əvəzlənməsinə rast gəlinir: “Misri 
qılıncı çəkib, aldı görək nə dedi”; “saçından üç tel ayırıb, 
basdı  mərmər sinəsinin üstünə, dedi...” Bu cümlələrdən 
birincisi Koroğlunu, ikincisi isə Nigarı  səciyyələndirir; 
Burada bir detalı da qeyd etmək lazım gəlir: “...saçından 
üç tel ayırıb” birləşməsindəki “üç tel” ifadəsi  ilə sazın 
təyinedici kimi işlənən “üçtelli” (üçtelli saz) sözü nəinki 
eyni semantik yuvaya daxil olur, hətta bunlardan birincisi 
(üç tel) ikincisinin (üçtelli saz) assosiativliyi ilə işlədilib); 
 –  saz düzəldən usta (sazbənd) ilə bağlı “qulun 
ollam”, xüsusən də sazbəndin  şagirdi ilə bağlı “qurban 
olum” kimi ifadələrin işlədilməsi təkcə bir obrazı (Bəlli 
Əhməd) yox, ümumən türkün saza münasibətini, sazı 
müqəddəs hesab etməsini şərtləndirir: 
 
Qoşun çıxdı Çənlibelin düzünə, 
Qurban olum şagirdinin gözünə, 
Язизхан Танрыверди 
 
 
72
 
Xırda sədəf doğra sazın üzünə, 
Usta, qulun ollam, al düzəlt sazı! 
 
Yeri gəlmişkən, dastanda qılınc istehsalına da 
birbaşa işarə olunur. Burada forma və semantikasına görə 
yuxarıdakı parça ilə  səsləşən bir bəndi xatırlatmaq yerinə 
düşür: 
 
Canım usta, mənə bir qılınc qayır, 
Nə uzun, nə gödək, bir qərar ola, 
Dəstəyi şirmayı, özü qoşanov
Vuranda ürəkdən xəbərdar ola. 
 
Yuxarıda təqdim etdiklərimiz saza vurğunluğu 
müxtəlif bucaqlardan təsdiqləyən tezislərdən hesab oluna 
bilər. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


                                                    “Koroğlu”nun şeir dili 
 
 
73 
 
 
 
SAF EŞQİN, MƏHƏBBƏTİN  
TƏRƏNNÜMÜ 
 
“Koroğlu” qəhrəmanlıq eposu olsa da, burada eşq 
və məhəbbətin tərənnümünə də təsadüf olunur. Amma bu 
da var ki, dastandakı eşq və məhəbbət semantikalı şeirlər 
heç də M.Füzulinin şeirlərindəki ilahi eşqlə deyil, 
M.P.Vaqifin  realist şeirləri ilə  səsləşir. Aşıq Cünunun 
dilindən verilmiş  “Ərzurumun kənarından keçəndə” 
misrası ilə başlanan qoşmanın ikinci və üçüncü bəndlərinə 
diqqət yetirək:  
 
Bir mina gərdənli, durna boğazlı, 
Bir alma yanaqlı, bir şəhla gözlü, 
Tuti danışıqlı, qumru ağızlı,  
Şirin dili canım aldı, Koroğlu! 
 
Demə ki, Cünunun sözü yalandır, 
Huridir, pəridir, nə gözəl candır; 
Dedim ki, Koroğlu gözəl alandır, 
Sözümdən xoşlandı, güldü, Koroğlu! 
 
Telli xanımın gözəlliyi ifadə olunmuş bu qoşma 
bütün parametrlərinə gözə M.P.Vaqifin “Pəri” qoşma ilə 
bir sırada durur: 
 
Boyun sürahidir, bədənin büllur, 
Gərdənin çəkilmiş minadan, Pəri! 
Язизхан Танрыверди 
 
 
74
 
Sən ha bir sonasan, cüda düşübsən 
Bir bölük yaşılbaş sonadan, Pəri! 
 
Qarşılaşdırdığımız qoşmalarla bağlı  qısaca olaraq 
bunları söyləmək olar: “Koroğlu”da Telli xanım gözəl bir 
qız kimi vəsf edilirsə, huriyə, pəriyə bənzədilirsə (Huridir, 
pəridir, nə gözəl candır), M.P.Vaqifin yaratdığı obraz 
məhz “Pəri” statusunda çıxış edir (...Bir bölük yaşılbaş 
sonadan, Pəri!); “Koroğlu”dakı gözəl “mina gərdənli”dirsə, 
Vaqifin yaratdığı  Pərinin “gərdəni  minadan çəkilib”; hər 
iki qoşmada obrazlı ifadələr silsiləsi müşahidə olunur: 
alma yanaqlı, şəhla gözlü, qumru ağızlı (“Koroğlu”); ağız 
nazik, dodaq nazik, dil nazik (M.P.Vaqif); hər iki qoşmada 
gözəlin bədii portreti obrazlı şəkildə canlandırılıb, hətta elə 
canlandırılıb ki, rəssam fırçası ilə yaradılmış  ən gözəl 
qadın portretləri ilə bir sırada dura bilir. 
Araşdırmalar göstərir ki, dastanda Nigar xanım, 
Məhbub xanım, Hürü xanım, ümumən bütün qadın 
obrazlarının bədii portreti sənətkarlıqla yaradılıb. Bu 
şeirlər də M.P.Vaqifin məhəbbət mövzusunda yazdığı 
şeirlərlə  səsləşir. Yeri gəlmişkən, bu cəhət “Koroğlu” 
dastanında Məhbub xanıma həsr edilmiş  gəraylıda daha 
qabarıq görünür: 
 
Gözü göyçək, qaşı qələm, 
Olmaz belə şirin kəlam, 
Çəkər həsrətini aləm, 
Məhbub xanım, Məhbub xanım. 
 
Xotkar qızı Nigar xanım var-dövlətə,  şan-şöhrətə 
görə onunla ailə qurmaq istəyən  şaha da, xana da məhəl 


                                                    “Koroğlu”nun şeir dili 
 
 
75 
qoymur, hamısına yox deyir! Onun gözü yalnız bir kişini 
tutub! Yalnız bir kişinin həsrətilə alışıb-yanır! Taleyini  
yalnız bir kişiyə bağlayıb! Belə bir kişi isə igidlər igidi qoç 
Koroğludur: 
 
Başına döndüyüm ay qoç Koroğlu, 
Əgər igidsənsə, gəl apar məni! 
Həsrətindən yoxdu səbrim, qərarım. 
İncidir sərasər ahü-zar məni. 
 
                *   *   * 
Mən xotkar qızıyam, Nigardır adım, 
Şahlara, xanlara məhəl qoymadım, 
Bir sənsən dünyada mənim muradım, 
İstərəm özünə eylə yar məni! 
 
Diqqətçəkən məqamlardan biri də budur ki, Kor-
oğluya açıq-aşkar şəkildə “İstərəm özünə eylə yar məni!” 
– deyən Nigar xanım bəzən Koroğluya olan dərin 
məhəbbətini üstüörtülü şəkildə, həm də incə bir yumorla 
ifadə edir. Məsələn, “Həmzənin Qıratı aparmağı” qolunun 
son hissələrində Nigar xanımın dilindən belə bir parça 
verilib: “-Koroğlu, biz sənin Koroğlu olmağını bilirik. 
Əgər bilməsəydik, sənin başına yığılmazdıq. Düzdü, 
igidsən, qoçaqsan, iş üzü bilənsən. Amma belə sir-sifətdən 
çox qarasan ey!...” Əslində, sonunsu cümlə saf və  təmiz 
eşqi işarələndirir ki, bu da daha çox həmin cümlənin leksik 
yox, intonativ mənası ilə reallaşdırılıb. Koroğlunun dilin-
dən Nigara ünvanlanmış gəraylıda isə misraların leksik və 
intonativ mənaları sintez şəklindədir, konkret desək, 
Язизхан Танрыверди 
 
 
76
 
məhəbbətin tərənnümü həmin gəraylının hər misrasında 
duyulur: 
Mənə qara deyən gözəl, 
Qaşların qara deyilmi? 
Tökülübdü dal gərdənə, 
Saçların qara deyilmi? 
 
 
Çənlibeldə qurdum binə, 
Bənzəyirsən aya, günə, 
Ağ üzündə dənə-dənə 
Xalların qara deyilmi? 
 
Koroğlu mayıldı sizə, 
Qulaq verin saza, sözə, 
Siyah sürmə, ala gözə
Çəkibsən, qara deyilmi? 
 
İ.Sadıq bu gəraylının birinci bəndini təqdim etdik-
dən sonra belə bir şərh verib: “Sonuncu iki bənddə poetik 
sualları aradan götürüb, misraları adi şəkildə qursaq, şeir 
yox, nəsr alınar. Deməli, burada fikrin poetikliyi misra-
lardakı suallardan doğmuşdur” (Ocaq sönər, daş inildər. 
Hoydu, dəlilərim, hoydu. Bakı, 2006, səh.13). Müəllif 
haqlıdır. Amma burada ritorik sualların epifora kimi işlən-
məsi ilə yanaş, epitet, təşbeh kimi poetik kateqoriyaların 
rolunu da inkar etmək olmaz. Digər tərəfdən, “Mənə qara 
deyən gözəl” gəraylısının poetik strukturundan aydın olur 
ki, Koroğlunun Nigara olan dərin məhəbbəti məhz “qara” 
sözünün assosiativliyi kontekstində canlandırılıb. Bu 
assosiativliyi isə belə modelləşdirmək olar: saçların qara 


Yüklə 61,3 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə