Microsoft Word Tanr?verdi ?



Yüklə 61,3 Kb.
Pdf görüntüsü
səhifə19/53
tarix21.06.2018
ölçüsü61,3 Kb.
#50105
1   ...   15   16   17   18   19   20   21   22   ...   53

                                                    “Koroğlu”nun şeir dili 
 
 
89 
gəraylı da nikbindir, coşqun  əhvali-ruhiyyəni  əks etdirir. 
Burada sonuncu bəndi xatırlatmaq yerinə düşür: 
 
Top açılar qalasından, 
Haq saxlasın balasından, 
Koroğlunun nalasından 
Hər yan gumbur-gumburlanı. 
 
Yeri gəlmişkən, K.Əliyev Koroğlunun övladsızlıq 
dərdinə  son qoyulmasına “dəli könül” ifadəsinin poetik-
semantik yükünə əsaslanmaqla aydınlıq gətirib: “...eposun  
mətnində Koroğlunun dəli könlünün  coşması iki qolda 
müşahidə olunur: “Eyvazın Çənlibelə  gətirilməyi” və 
“Koroğlunun Dərbənd  səfəri”. Birincidə övlad həsrətli 
Koroğlunun dəli könlü coşur, digərində öz övladını tapan 
Koroğlunun dəli könlü qıy çəkib dilə  gəlir. Beləliklə, 
yalnız övlad məsələsi ilə bağlı olan məqamlarda və yalnız 
Koroğlunun öz dilində “dəli könül” ifadəsi səslənir. Bu isə 
eposun məntiqinə tam uyğundur” (Eposun poetikası: 
“Dədə Qorqud” və “Koroğlu”. Bakı, 2011, səh.117). 
Dastanın poetik semantikasına istinadən söylənmiş bu 
fikirlər inandırıcıdır. Amma bunu da inkar etmək olmaz ki, 
“dəli könül” ifadəsi Aşıq Cünunun dilində  də  işlənib: 
“Aşıq Cünun üçtelli sazı bağrına basdı, dedi: ...Dəli könül 
talasında // Can qovrulu ataşında...” Digər tərəfdən, Kor-
oğlunun dilində “dəli könül”lə yanaşı, “divanə könül”, 
“laçın könül” ifadələri də  işlənib. Bu ifadələr isə, heç 
şübhəsiz ki, “igid” anlamlı “dəli” epiteti ilə assosiativ 
olaraq bağlanır (baxmayaraq ki, fərqli məna tutumuna 
malik vahidlərdir). Çünki Koroğlu obrazının gücü məhz 
“dəli” epitetindədir. Təsadüfi deyil ki, onun  atı da (Kor-
Язизхан Танрыверди 
 
 
90
 
oğlunun atı  dəli gərəkdi), nərəsi də (Bir dəli nərə  çəkib 
dedi), igidləri də (Dəlilərin meydan açar), hətta özünün 
Koroğlu adının əvvəlində bir atribut kimi işlənən ləqəbi də 
“dəli”dir (Dəli Koroğlunun dəli könlü coşdu). Bu isə həm 
də o deməkdir ki, igid anlamlı “dəli” sözü və onun  
assosiativliyi  ilə  işlədilmiş ifadələr dastandan bir leyt-
motiv kimi keçir. Deməli, Koroğlu sadə bir dəli deyil, o, 
“dəlilər dəlisi”dir. Koroğlu bu statusuna görə “Kitab”dakı 
“Xanlar xanı  xan Bayındır”la bir sırada durur. 
“İnildər” gəraylısında obrazlılıq yaradan vasitələr-
dən bəhs olunarkən, ilk növbədə, buradakı metaforalar 
silsiləsinin rolu xüsusi olaraq vurğulanmalıdır: birincisi, 
ona görə ki, beş  bəndlik gəraylıda semantika və forma 
baxımından  biri digərini tamamlayan metaforik-meto-
nimik ifadələr silsiləsi müşahidə edilir (haşiyə: bəzən 
poeziyamızdakı irihəcmli  şeirlərdə bir dənə  də olsun ki, 
metaforaya rast gəlinmir): gözlərimdə yaş inildər;  şeş 
atanda beş inildər (burada metaforik və metonimik 
mənalar sintez şəklindədir); göz oxşayar, qaş inildər; leş 
sərilər, baş inildər; quru yanar, yaş inildər; ocaq sönər, daş 
inildər; ikincisi, bu ifadələrin hamısı sintaktik parale-
lizmlər kimi çıxış edərək  mətndə ahəngdarlıq, melodi-
yalılıq yaradır; üçüncüsü, bu ifadələrdə “inildər” sözü 
eynilə  təkrarlanıb,  ən  əsası isə “inildər” sözündən  əvvəl 
işlənmiş sözlərlə  zəngin qafiyələr yaradılıb: yaş inildər – 
beş inildər – qaş inildər – baş inildər – yaş inildər – daş 
inildər. Bu sistemdə yalnız “beş” sözü incə saitlidir ki, o 
da “baş” sözü ilə  səsləşir, daha dəqiqi, “b”-nın allite-
rasiyası  xəttində birləşir.  İki dəfə  işlənmiş “yaş inildər” 
ifadəsindəki “yaş” sözü isə birinci bənddə “göz yaşı”, 
beşinci bənddə “nəm” mənasındadır. Bu da omonimlərlə 


                                                    “Koroğlu”nun şeir dili 
 
 
91 
reallaşdırılmış  ən gözəl cinas qafiyələrdən hesab oluna 
bilər; dördüncü, bu ifadələrin bir neçəsi antitezalar 
daxilində müşahidə olunur: göz oxşayar, qaş inildər (göz 
oxşamaq, gözə xoş  gəlmək, ürəyə yatmaq – inildəmək); 
quru yanar, yaş inildər (quru – yaş)... Sonuncu nümunə 
assosiativ olaraq bir məqamı da yada salır: “quru yanar, 
yaş inildər” ifadəsində “günahsız olaraq cəza çəkən” 
anlamlı “qurunun oduna yaş da yanır” atalar sözü 
daşlaşmış şəkildə yaşayır. 
Dünya  ədəbiyyatşünaslığında belə bir fikir aksiom 
kimi qəbul edilir: “Yalnız metaforanın köməyi ilə üslub 
əbədiyyət qazanır”.  Təqdim etdiyimiz gəraylıdakı meta-
forik-metonimik ifadələr  silsiləsi isə heç də adi ifadələr 
deyil. Burada sintaktik paralelizmlər, epiforalar, zəngin 
qafiyələr... sintez şəklindədir. Bu mənada ədəbiyyatımızın 
incisi olan “İnildər” gəraylısı  əbədiyaşarlıq statusunu 
çoxdan qazanıb və mübaliğəsiz deyirik ki, bu gəraylı 
poetik siqlətinə görə dünya ədəbiyyatındakı  ən gözəl 
şeirlərlə bir sırada dura bilər. Burada S.Vurğunun  bir 
fikrindən yan keçmək olmur: “...Bəlkə  də, zaman gəlib 
keçdikcə Koroğlunun bu və ya digər hərbi məharəti 
unudulacaqdır. Lakin şair Koroğlunun bu qızıl sözləri 
xalqımızın sinəsində  nəsildən-nəslə keçib yaşayacaq, 
özünə daha parlaq bir gələcək qazanacaqdır”
*
. Böyük şair 
bu sözləri sanki təkcə “Hoydu, dəlilərim, hoydu” kimi 
şeirlər yox, həm də  “İnildər” gəraylısı üçün söyləyib. Bu 
məqamda bir detalı da qeyd etmək lazım gəlir: 
“Koroğlu”nun və  Səməd Vurğunun  şeirləri sevilir və 
seviləcək, yaşayır və yaşayacaq!!! 
                                                 
*
 Qeyd: Sitat “Hoydu, dəlilərim hoydu” kitabından götürülüb (Bakı, 2006, 
səh.10). 
Язизхан Танрыверди 
 
 
92
 
“İnildər” şeirində obrazlılıq yaratmada iştirak edən 
digər vasitələr isə,  əsasən, bunları  əhatə edir: zəngin 
qafiyələr kimi təqdim etdiyimiz yaş-beş-qaş-baş-yaş-daş 
sözlərindəki “ş” samiti və ya “aş”, “eş” hissələri gəray-
lıdakı digər sözlərlə  zəncirvari  şəkildə bağlanır ki, bu da 
alliterativ tipli qafiyələnməni xatırladır: aş (aşıq), eş (şeş), 
ş (oxşamaq), eş (leş),  ş (coş), aş (aşmaq), eş (meşə),  ş 
(düşmək). Mətndəki işlənmə yerinə görə ardıcıl olaraq 
sıraladığımız bu detalların yuxarıdakı  zəngin qafiyələrlə 
çulğaşmış şəkildə təzahürünü heç də təsadüfü hesab etmək 
olmaz. 
Yeri gəlmişkən, türkologiyada  belə bir fikir ifadə 
olunur ki, su şırıltısı, at çapışı, fişəng, güllə atışı, ot çalmaq, 
şıqqıldamaq, şadlanmaq kimi halların təsvirində daha çox 
ç, c, ş kimi səslərin cərgəsindən – alliterasiyasından 
isitfadə olunur (Q.Mustafayeva. Azərbaycan dilinin 
üslubiyyatı. Bakı, 2010, səh.81). “İnildər” gəraylısında “ş” 
alliterasiyası ilə yaradılmış  əlavə  səs, daha doğrusu, yeni 
bir məna çaları isə su şırıltısı, şıqqıltı ilə yox, güllə səsi ilə, 
dördnala çapılan atların ayaq tappıltısı ilə səsləşir. Sonsuz 
olduğuna görə zar-zar ağlayan, inildəyən Koroğlunun 
sonrakı situasiyalarda məhz “coşdu, dəli könül coşdu” – 
deməsi də irəli sürdüyümüz  tezisin düzgünlüyünü 
əsaslandırır; eyni sözün  misranın həm əvvəlində, həm də 
sonunda təkrarı (rəddül ibtida ələl  əcüzdən istifadə): 
Coşdu, dəli könül coşdu;  frazeoloji vahidlər: əli qoynun-
da, könlü yıxılmaq, boynunu burmaq...; epitetlər: telli 
Nigaq, dəli könül... Sonuncu epitetlə    bağlı K.Əliyev 
maraqlı bir açıqlama verib: “Koroğlunun öz könlünü “dəli 
könül” adlandırması onun dəli nərəsinə, dəli-dolu igid 
kimi tanınmasına, bəzən dəlisovluq eləməsinə  və bütöv-


Yüklə 61,3 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə