Microsoft Word Tanr?verdi ?



Yüklə 61,3 Kb.
Pdf görüntüsü
səhifə2/53
tarix21.06.2018
ölçüsü61,3 Kb.
#50105
1   2   3   4   5   6   7   8   9   ...   53

                                                    “Koroğlu”nun şeir dili 
 
 

Monoqrafiyanı oxuduqdan sonra gəldiyim bir qənaəti 
əvvəlcədən deyirəm: bu da ondan ibarətdir ki, “Koroğlu”- 
nun  şeir dili” ilə “Koroğlu” dastanının tədqiqində yeni 
mərhələ başlayır. Son dövrlərdə  bəzi istisnalar nəzərə 
alınmazsa, Azərbaycan folklorşünaslığında bu möhtəşəm 
abidə ilə bağlı düşünülmüş, məqsədli tendensiyalar, qara-
yaxmalar  əndazədən çıxmaqdadır.  Bu millətin, etnosun 
genefonduna, milli-mənəvi dəyərlər sisteminin dağıdıl-
masına yönəlmiş  məqsədyönlü siyasətdir. Qaçaq Nəbiyə, 
C.Məmmədquluzadəyə, N.Nərimanova, S.Vurğuna və s. 
kimi böyük şəxsiyyətlərə olan hücumlar da bura daxildir. 
Xalqa yönəlmiş olanlardı. Xalq qəhrəmanı Koroğlunun 
heykəlinin qoyulmasında da bu hal özünü göstərdi. Dövlət 
Koroğlunun abidəsinin ucaldılması ilə bağlı lazım olan 
addımı atdı. Ancaq bu işin icraçıları xalqın yaddaşında 
olan Koroğlunu yaxşı təqdim edə bilmədilər.  
“Koroğlu” Azərbaycan xalqının yaratdığı  şah  əsər-
lərdəndir. Xalqımızın ruhunun, varlığının ifadəsidir. 
Təəssüf ki, son dövr tədqiqatlarda “Koroğlu”nun Azər-
baycandan uzaqlaşdırılması, mənşəyinin başqa yerlərdə 
axtarılması tendensiyası özünü göstərməkdədir. A.H.Sa-
moyloviç “Dədə Qorqud və Koroğlu haqqında  əfsanələr” 
məqaləsində son olaraq bu qənaətə  gəlir ki, “Koroğlu – 
yəni kor kişinin oğlu, bu ad çox qədimdir, bunun 
yayılması ilə əlaqədar olaraq Goroğlu – yəni bir qəbir oğlu 
sonradan meydana gəlmişdir”. H.Rumlunun, İ.Münşinin, 
Ö.Çələbinin,  İ.P.Petruşevskinin, X.Koroğlunun və başqa-
larının tarixi müstəvidə yanaşmaları daha ciddi təhlilləri 
zəruriləşdirir. V.Xuluflunun, Ə.Ağayevin, M.H.Təh-
masibin, P.Əfəndiyevin, F.Fərhadovun,  İ.Abbaslının, 
M.Həkimovun və başqalarının dastanla bağlı mülahizələri 
Язизхан Танрыверди 
 
 
8
 
sırf dastanın mahiyyətini açmağa yönəldilmişdir. Folk-
lorşünas P.Əfəndiyev dastanla bağlı mənbələri Azərbaycan 
elminin, folklorşünaslığın üzünə açdı. Dissertasiya səviy-
yəsində ilk olaraq geniş araşdırmalara qərar verdi. Və belə 
nəticəyə  gəldi ki, “Koroğlu” dastanı ilk qaynağını 
Azərbaycandan alır. Doğurdan da, “Koroğlu” ilk qayna-
ğını Azərbaycandan almış  və buradan digər  ərazilərə, 
regionlara yayılmışdır. Başqa xalqlar Azərbaycan dasta-
nının təsirilə özlərinin düşündüyü “Koroğlu”nu yarat-
mışlar. Təkrarən deyirik, Azərbaycan “Koroğlu”su qay-
naqdır, kökdür, özəkdir. Və son olaraq əlavə edirik ki, 
“Koroğlu” dastanı Azərbaycan xalqının ürəyinin başından 
qopmuşdur. 
Son dövrlərdə “Koroğlu”nun nəşrləri ilə bağlı 
müəyyən tendensiyalar da özünü göstərdi. Bəzi folk-
lorşünaslar kabinetlərdə “Koroğlu” dastanının yeni 
variantlarını yazmaq yolunu tutdu və yeni variant adı ilə 
xalqa təqdim etməyə çalışdı. Bunlar hamısı folklor-
şünaslığa məlumdur və ciddi səhvlərdir.  Ə.Tanrıverdinin 
“Koroğlu”nun şeir dili” özlüyündə bu tenden-siyalara, son 
dövrlərdə baş alıb gedən qeyri-ciddiliyə bir cavabdır. 
P.Əfəndiyev də bir qədər əvvəl baş verənlərə cavab olaraq 
dünyaşöhrətli dastanımız “Koroğlu”nu yazdı. Yeri 
gəlmişkən, bir məsələni də qeyd edək ki, Ü.Hacıbəyovun  
“Koroğlu” uvertürası dastanın özündən gələn  əzəmətin
xalqın qəhrəmanlığının, ruhunun ifadəsi kimi ortaya 
çıxmışdır. “Koroğlu”nu dərk etmək üçün həmin uvertüranı 
dönə-dönə dinləmək  və onu duymaq, yaşamaq lazımdır.  
Haqqında  söhbət açdığımız tədqiqatın müəllifi  Ə.Tanrı-
verdi türkün şeir, musiqi (saz), qəhrəmanlıq ruhunu 
duyaraq, yaşayaraq “Koroğlu”nun  şeir dili”nə  gəlib 


                                                    “Koroğlu”nun şeir dili 
 
 

çıxmışdır. Artıq bu koroğ-luşunaslıqda yeni dalğanın 
gəlişindən, milli oyanışın təkrarlanmasından xəbər verir. 
Kitabdakı bəzi başlıqları qeyd edirəm: “Koroğlu”nun şeir 
dilinin tədqiqi tarixi”, “Koroğlu”nun  şeirlərin seman-
tikası”, “Koroğlu”nun  şeir dili “Dədə Qorqud kitabı” 
müstəvisində”, “Koroğlu”nun  şeir dili Qurbaninin 
poeziyası müstəvisində”,  “Koroğlu”nun  şeir dili tarixi-
linqvistik müstəvidə”, “Koroğlu”dakı  nəzm parçalarında 
şivə  tələf-füzünün transkripsiyası”, “Koroğlu”dakı  nəzm 
parçalarında obrazlılığın təzahürü”, “Koroğlu”  şeirlərində 
obrazlılığın fonetik  səviyyədə  təzahürü”, “Koroğlu” 
şeirlərində obrazlılığın leksik səviyyədə  təzahürü”, 
“Koroğlu”  şeirində obrazlılığın qrammatik səviyyədə 
təzahürü” və s. Göründüyü kimi, bu başlıqlar “Koroğlunun 
şeir dilinin elə bir funksional tərəfi, hətta epizodik 
səviyyədə elə bir məqamı yoxdur ki, özündə ehtiva 
etməsin. Bu başlıqların hər biri dastanın poetik sistemini, 
onun düşüncə sxemini, bütünlükdə etnosun yaddaş 
mexanizmlərini bir bütöv olaraq əhatə edir və eyni zaman-
da gələcək araşdırma istiqamətlərini müəyyənləşdirir. 
Tədqiqatçı çox doğru olaraq vurğulayır ki, “Koroğlu” 
eposu dilimizin, ədəbiyyatımızın, tariximizin, ümumən 
mədəniyyətimizin ən nadir incilərindən biridir, şah abidə-
miz “Dədə Qorqud”un məntiqi davamıdır. Nə az, nə çox, 
düz dörd yüz il əvvəl  “xalqımızın bağrından bir vulkan 
kimi püskürüb” (N.Cəfərov). Babalarımızdan, dədələri-
mizdən bizə miras qalmış bu möhtəşəm abidə bu gün də öz 
təravətini itirməyib, bu gün də bizimlədir və  həmişə 
bizimlə olacaq”  (səh. 3). Doğurdan da, “Kitabi-Dədə 
Qorqud” dastanı ilə “Koroğlu” arasındakı bağlar, məntiqi 
davamlılıq məsələsi  özlüyündə bütün tərəfləri  ilə etnosun 
Язизхан Танрыверди 
 
 
10
 
ruhuna, tarixinə, mənəvi varlığın ucu-bucağı görünməyən 
dərin qatlarına dayanır. Etiraf edək ki, “Kitabi-Dədə 
Qorqud” elm aləminə məlum olduğu vaxtdan bəri, yəni iki 
yüz ildir araşdırılır, yozulur, müxtəlif təhlillərin, elmlərin, 
nəzəriyyələrin mövzusuna çevrilir, yenə  də sözə, 
monoqrafik araşdırmalara ehtiyac doğurur. “Koroğlu”da 
da belədir. Ayrı-ayrı versiya və variantları, nəşrləri və 
onlar  ətrafında aparılan təhlillər, toplularda gedən 
nümunələr dastana olan marağın faktı kimi özünü göstərir. 
Dastançı  aşıqların formalaşmasında və dastan ənənəsinin 
yaşarlığında “Koroğlu”nun təsir dairəsi böyük bir sferanın 
mövcudluğunu düşünməyi zəruri edir. Koroğluxan aşıqlar 
məhz “Koroğlu” dastanının müəyyənləşdirdiyi termindir. 
Eləcə  də “Koroğlu” havalar silsiləsi bunun tipik nümu-
nəsidir. Bu havalarda, “Koroğlu”  şeirinin poetik möcü-
zəsində Koroğlunun  əzəmətinin, “hoydu, dəlilərim, 
hoydu” çağırışı, igidliyinin sonsuzluğu, Koroğlunun dəli 
nərəsi, Qıratın kişnərtisi, at nallarının ayaq səsi, Çənlibelin 
bir məkan olaraq müqəddəsliyi, Qoşabulaq sehri, xan 
Eyvazın təkə-türkmənliyi, Nigar xanımın qadın ucalığı, 
dəlilərə analıq funksiyası və s. cəmlənir. Aşıq Cünunun el 
sənətkarı kimi fəaliyyəti boy göstərir. Qoç Koroğludan 
Şair Koroğluya, Aşıq Koroğluya yollar görünür və onlar 
bir nöqtədə fenomenal səviyyədə qovuşur. Daha doğrusu, 
biri digərini tamamlayır. Koroğluluğu formalaşdırır. 
Kitabdakı başlıqlardan biri “Koroğlu”nun  şeir dili 
“Dədə Qorqud” kitabı müstəvisində” adlanır. Türk dastan 
ənənəsi kimi, türk şeir  ənənəsi də mahiyyəti ilə  bədii 
düşüncənin dərin qatlarını aydınlaşdırmağa, inkişaf 
sxemini müəyyənləşdirməyə imkan yaradan məsələdir.  
Və eyni zamanda folklorşünaslığın, bütünlükdə  ədəbi-


Yüklə 61,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə