Microsoft Word Tanr?verdi ?



Yüklə 61,3 Kb.
Pdf görüntüsü
səhifə22/53
tarix21.06.2018
ölçüsü61,3 Kb.
#50105
1   ...   18   19   20   21   22   23   24   25   ...   53

                                                    “Koroğlu”nun şeir dili 
 
 
103 
qurdu” ifadəsindən bəhs edərkən onu “Koroğlu”dakı 
“səhra qurdu” ifadəsi ilə deyil, “qurd dəlilər”, “qurd oğlu” 
kimi ifadələr kontekstində araşdırıb. Daha doğrusu, həmin 
ifadəyə tam başqa prizmadan yanaşıb: “Müasir baxımdan 
qədim dastanlarımızda qeyri-adi görünən obrazlardan biri 
qurdla bağlıdır. Qurd, bir tərəfdən, güclü varlıqlar 
sistemində mübaliğə kimi işlənmişdir: Yedi (yeni – Ə.T.) 
bayırın  qurduna  bənzər yigitliyim (yigitlərim – Ə.T.) 
(“Dədə Qorqud”); “Ac qurd kimi düşmən üstə ularam; 
Dava günü, qurd dəlilər, Ballıcaya səfərim var; Bir keçi 
qaçıban qurtulsa qurddan, Baxar buynuzuna, gərgədan 
olu; Çaqqal əniyi  qurd  olmaz, Yenə qurd oğlu  qurd  olu 
(“Koroğlu”)...” (Yazıçı dili və ideya-bədii təhlil. Bakı, 
1979, səh.29). Yaxud Ə.Əsgər “Koroğlu”dakı “Bəylər, biz 
səhra qurduyuq” misrasına qurd mifolegemi baxımından 
yanaşaraq geniş bir açıqlama versə də, “Kitab”ın dilindəki 
“bayırın qurdu” ifadəsinə münasibət bildirməyib. Müəllif 
göstərir: “...Dastan qəhrəmanlarının soyu kimi təqdim 
olunur: Bəylər, biz səhra qurduyuq // Quzu tapmaq 
adətimiz. Axırıncı fikir nə alim, nə ideoloq, nə də siyasətçi 
tərəfindən deyilib. Bu fikri türk şərəfinin, mənliyinin əzəli 
və əbədi  müdafiəçisi Koroğlu (mübarək boz qurd) Turan 
adlı böyük vətənin coğrafi səciyyəcinə  də  işarə etməklə 
milli aristokratiyaya müraciətlə demişdi: Bəylər, biz səhra 
qurduyuq!” (Ə.Əsgər., M.Qıpşaq. Türk savaş sənəti. Bakı, 
1996, səh.20). Müəllif haqlıdır. Amma bu da var ki, 
“Döyüş babamızdan miras qalıbdır” – deyən də Koroğlu-
dur. Bu cür faktların assosiativliyi isə istər-istəməz belə bir 
fikri reallaşdırır: Koroğlunun babası, dədəsi Bayındır xan, 
Qazan xan, Beyrək kimi Oğuz  igidləridir, “Dədə Qorqud 
kitabı” kimi bir sənət incisini düzüb-qoşanlardır. Onun 
Язизхан Танрыверди 
 
 
104
 
dədələrinin yaratdığı bu mötəbər abidədə isə nəinki döyüş 
sənətinin gen-bol təsvirinə, hətta “səhra qurdu” kimi 
ifadələrin ilkin formasına – “bayırın qurdu” birləşməsinə 
rast gəlinir. Qeyd edək ki, türk mənşəli “çöl”, “düz” 
anlamlı “bayır” və  ərəb mənşəli “çöl” anlamlı “səhra”   
sinonim isimlərdir. Bu isə onu deməyə  əsas verir ki, III 
növ təyini söz birləşməsi modelində olan “bayırın qurdu” 
və II növ təyini söz birləşməsi modelində olan “səhra 
qurdu” sinonim ifadələrdir. 
“Kitab”ın dilindəki “quduz qurd” ifadəsi (Quduz 
qurtlar evimi dəlir gördüm) “Koroğlu”dakı  şeir parça-
larında da müşahidə olunur:qurdumuz quduzdur, dalar, 
 
Qurdumuz quduzdur, dalar, 
Şahinimiz durna ovlar
Daşa çalsam iki bölər, 
Kəskindir qılınclarımız. 
 
Göründüyü kimi, “Koroğlu”nun dilindəki “quduz 
qurd” ifadəsi həm formasına, həm də semantikasına görə 
fərqlənir: birincisi, “Kitab”ın dilindəki “quduz qurt” 
“Koroğlu”nun dilində cümlə formasındadır; ikincisi, inver-
siya ilə  işlənib; üçüncüsü, “Kitab”ın  dilindəki “quduz 
qurt” ifadəsi mənfi emosiyalıdırsa, “Koroğlu”nun  şeir 
dilində müsbət anlamlıdır, konkret desək, “Kəskindir 
qılınclarımız”cümləsinin semantik yükünü qüvvətləndirir. 
Burada assosiativ olaraq başqa bir detal da yada düşür: 
“Kitab”da  Qazan xanın dilindən verilmiş “...Ordumıη 
xəbərin bilürmisin, degil, maηa // Qara başım qurban olsun, 
qurdım, saηa!..” misralarının semantik yükü “qurd”u tam 
müsbət bir obraz kimi səciyyələndirməyə imkan verir. 


                                                    “Koroğlu”nun şeir dili 
 
 
105 
Deməli, “Koroğlu”nun nəzm hissəsindəki “Qurdumuz 
quduzdur, dalar” misrası “Kitab”dan süzülüb gəlib” – 
qənaətinə də gəlmək mümkündür. 
“Kitab”dakı sözlərin transkripsiyasından bəhs 
edərkən (Dədə sözü işığında. Bakı, 2014) tam əks 
qütblərdə dayanan oxunuş formalarını da təhlil süzgə-
cindən keçirmişdirk: 
 
“Anam adın sorar olsaη – Qaba Ağac! 
Mənim adım sorarsaη, - 
Aruz oğlı Basatdır, - dedi” (Zeynalov-Əlizadə nəşri, 
Bakı, 1988); 
“Atam adıη sorar olsaη kaba ağac 
Anam adın sorar olsaη kağan aslan” (O.Ş.Gökyayın 
nəşri, İstanbul, 2000) ... 
 
Bu transkripsiyalardakı qeyri-dəqiqliyi  əsaslandır-
maq üçün yeddi arqument gətirmişdik. Burada yalnız 
birinci arqumenti eynilə təqdim edirik: “...Drezden nüsxə-
sinin 232-ci səhifəsində ardıcıl işlənmiş cümlələrdə eynilə 
təkrar olunan yzılış  şəklinin  (
١
ت
١
م
) birinci cümlədə 
(ardıcıl verilmiş cümlələrdəki sıra nəzərdə tutulur) “atam”, 
ikinci cümlədə “anam” (O.Ş.Gökyay, M.Ergin), yaxud 
əksinə, birinci cümlədə “anam”, ikinci cümlədə “atam” 
(H.Araslı, Zeynalov-Əlizadə)  şəklində transkripsiyasını 
məqbul hesab etmək olmaz. Çünki Drezden nüsxəsindəki 
hər iki yazılış  şəkli məhz “atam” kimi oxunur. Dəqiq 
desək, hər iki yazılış  şəklində ikinci hərfin te (ت) olması 
açıq-aydın görünür” (Dədə sözü işığında. Bakı, 2014, 
səh.35). Bu tip fikirlərdən birini də  məhz “Koroğlu” 
eposundakı  şeir parçalarının ümumi semantik tutumuna 
Язизхан Танрыверди 
 
 
106
 
istinadən söyləmək  mümkündür. Koroğlunun dilindən  
verilmiş iki bəndə diqqət yetirək (bu cür şeirlər filolo-
giyamızda həm də  şair Koroğlunun  şeirləri kimi təqdim 
olunur): 
 
Adımı soruşsan, bil, Rövşən olu, 
Atadan, babadan cinsim Koroğlu; 
Mənəm bu yerlərdə bir dəli, dolu, 
Gündoğandan ta günbatan mənimdi! 
 
                  *      *         * 
 
Koroğlu dediyin bir bəl-bəlidi, 
Çənlibeldə dövran quran dəlidi, 
Öz adım Rövşəndi, atam Alıdı, 
İnan Bolu, mən Koroğlu deyiləm. 
 
Birinci bənddəki “Adımı soruşsan”  şərt budaq 
cümləsi ilə “Kitab”ın dilindəki “Mənim adım sorarsaη” 
cümləsi təkcə formasına yox, həm də semantikasına görə 
eyni xətdə birləşir. Bu oxşarlıq digər cümlə modellərini də 
əhatə edir: “Atam adın deirsəη – Qağan Aslan // Mənim 
adım sorarsaη, - Aruz oğlı Basatdır..,” (“Kitab”); “Öz 
adım Rövşəndi, atam Alıdı” (“Koroğlu”). Bu faktlar, 
xüsusən də “Atadan, babadan cinsim Koroğlu” misrasında 
kişi (erkək) xəttinin qabardılıması “Kitab”ın Drezden 
nüsxəsinin 232-ci səhifəsində ardıcıl işlənmiş cümlələrdə 
iki iki dəfə eynilə  təkrtarlanmış yazılış  şəklinin (
١
ت
١
م

məhz “atam” formasında transkripsiyanın düzgün oldu-
ğunu təsdiqləyir. Bütün bunlar isə belə bir həqiqəti 
söyləməyə imkan verir: “Koroğlu”nun  şeir dili nəinki 


Yüklə 61,3 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə