Microsoft Word Tanr?verdi ?



Yüklə 61,3 Kb.
Pdf görüntüsü
səhifə21/53
tarix21.06.2018
ölçüsü61,3 Kb.
#50105
1   ...   17   18   19   20   21   22   23   24   ...   53

                                                    “Koroğlu”nun şeir dili 
 
 
99 
Mərd igidin atı candan əzizdi, 
Mənim Ərəb atım gördünmü ol? 
 
“Koroğlu”nun poetik-semantik yükü belə bir 
ümumiləşdirici fikir söyləməyə də imkan verir: 7777 dəli 
bir-birinə can deyib, can eşidir,  əsl dostluq, qardaşlıq 
nümunəsi göstərirlər; “qardaş” müraciət formasının üstün 
mövqedə  çıxış etməsi türkün mənəvi dünyasının 
zənginliyini  şərtləndirir; atı, dağı, qılıncı özünə qardaş 
bilən türkün mifoloji görüşləri dastanda kodlaşmış şəkildə 
yaşayır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Язизхан Танрыверди 
 
 
100
 
 
 
 
“KOROĞLU”NUN ŞEİR DİLİ “DƏDƏ                   
QORQUD KİTABI” MÜSTƏVİSİNDƏ 
 
Türkologiyada “Koroğlu” eposunun “Dədə Qorqud 
kitabı”nın  məntiqi davamı olaraq yaranmasından, bu 
abidələr arasındakı semantik-struktur əlaqələrindən, süjet 
və obraz, eləcə də dil-üslub oxşarlıqlarından  kifayət qədər 
bəhs olunub. Bu sahə ilə bağlı T.Hacıyev, N.Cəfərov, 
K.Vəliyev kimi alimlərin sanballı tədqiqatları var. Bu cür 
araşdırmalarda “Koroğlu”nun şeir dilinin “Kitab”la səsləş-
məsi məsələlərinə müəyyən qədər münasibət  bildirilsə də
problemə kompleks və sistemli şəkildə yanaşılmayıb. 
N.Cəfərov düzgün olaraq göstərir ki, “Koroğlu ilə “Dədə 
“Qorqud” arasında elə  qırılmaz semantik-struktur əlaqə 
vardır ki, həmin  əlaqəni etiraf etmədən Azərbaycan 
“Koroğlu”sunun nəinki genezisini, heç tipologiyasını da 
müəyyənləşdirmək mümkün  deyildir” (Eposdan kitaba. 
Bakı, 1999, səh.123). Müəllifin arqumentləşdirilmiş fikir-
ləri də “Koroğlu”nun  şeir dilinin “Kitab” müstəvisində 
araşdırılmasının gərəkli olduğunu göstərir. Heç şübhəsiz ki, 
bu abidələr qarşılaşdırılarkən  ən  əsas,  ən zəruri dil 
vahidlərinə istinad olunmalıdır. Elə dil vahidlərinə ki, bu 
abidələrin oxşarlıqlarını, daha doğrusu, “Koroğlu”nun 
“Kitab”ın məntiqi davamı kimi meydana çıxıb formlaş-
masını müxtəlif bucaqlardan təsdiqləyə bilsin. Həm də elə 
detallara ki, problemin görünməyən  tərəflərinə, gizli 
məqamlarına işıq sala bilsin. Türk epos təfəkkürünün 
zənginliyindəndir ki, “Dədə Qorqud”un möcüzələr dünya-


                                                    “Koroğlu”nun şeir dili 
 
 
101 
sından “Koroğlu”ya, yaxud əksinə (“Koroğlu”dan “Dədə 
Qorqud”a) boylandıqda belə tutarlı faktların kifayət qədər 
olduğu bəlli olur... 
“Kitab”ın dili üçün səciyyəvi olan  “e” saitinin 
uzanması, eləcə  də labiallaşma (dodaqlanma əlamətinin 
yaranması) hadisəsinə “Koroğlu”dakı şeir parçalarında da 
təsadüf olunur. “Kitab”da: ye:r (yeyir). “Yersə, yesüη 
yeməzsə, tursun – getsün; qarşu (qarşı). “Qarşu yatan qara 
tağıηı  aşmağa gəlmişəm”; boğazlayub (boğazlayıb). 
“Ayğır atım boğazlayub, aşum vergül!”; “Koroğlu”nun 
şeir dilində: der (deyir). “Koroğlu der: kəlam gəldi 
dilimə...”; qarşu (qarşı). “Qarşu yatan qarlı dağlar”; sev-
düm (sevdim). “Sevdüm üç gözəlin birin”... 
Müasir  ədəbi dilimiz üçün arxaik hesab olunan 
leksik vahidlər hər iki abidənin dili üçün xarakterikdir
sadaq (oxqabı), yağı (düşmən), duş (yuxu), börk (papaq), 
irağ (uzaq), varmaq (getmək),  əsrəmək (kükrəmək)... Bu 
arxaizmlərdən yalnız birinə  mətn daxilində  nəzər salaq: 
“Məgər ol gecə Yegnək düş gördi” (“Kitab”);  “Yatmışdım 
aşkara gördüm duşumu...” (“Koroğlu”). Eyni təfəkkürdən 
süzülüb gələn bu nümunələrin hər ikisi poetik siqlətlidir. 
Müqayisə  və qarşılaşdırmalar göstərir ki, müasir  
ədəbi dilimizdə sabitləşməyən bir sıra qrammatik formalar 
həm “Kitab”ın, həm də “Koroğlu”dakı  şeirlərin dili 
baxımından xarakterikdir: “-maq+gərək!” modeli (felin 
vacib  şəklinin forması) – “Kitab”da: “Baba bu sözü sən 
maηa diməmək gərək idiη”; “Koroğlu”da:  “Düşməni 
dünyadan silmək gərəkdir”; sifətin təkrarı ilə çoxaltma 
dərəcəsinin ifadəsi – “Kitab”da: “qara-qara”. “Qara-qara 
tağlardan hənir asdı”; “Koroğlu”da: “uzaq-uzaq”. “Uzaq-
uzaq dağ başında”; miqdar saylarından sonra işlənən 
Язизхан Танрыверди 
 
 
102
 
isimlərin cəm şəkilçisi qəbul etməsi – “Kitab”da: “Ol qırq 
namərdlər aydırlar”; “Koroğlu”da: “Arif olun üç igidlər // 
Nər girər meydana indi”... (bu cür  nümunələr “Kor-
oğlu”nun şeir dilində daha qabarıq görünür). 
“Dədə Qorqud” şeirlərindəki söz təkrarının rənga-
rəngliyi “Koroğlu”dakı  nəzm parçaları üçün də  səciy-
yəvidir. Bu da “Dədə Qorqud”la “Koroğlu”nun üslub 
baxımından eyni xətdə birləşdiyini göstərir. Faktlara müra-
ciət edək: “rəddül  əcüz  ələl ibtida”ya (əvvəlki misranın 
son sözünün sonrakı misranın  əvvəlində eynilə  təkrar-
lanması) hər iki abidədə rast gəlinir: “Kitab”da – 
“Altundağı Al ayğırı bilürüz Bəkiliηdir // Bəkil qanı”; 
“Koroğlu”da  “Canım Həmzə, gözüm Həmzə    //  Həmzə, 
incitmə  Qıratı”; “rəddül ibtida ələl  əcüz” (eyni sözün 
misranın  əvvəlində  və sonunda işlənməsi) bir poetik 
kateqoriya kimi hər iki abidə üçün səciyyəvidir: “Kitab”da 
– “Ağac!” “Ağac!” dersən saηa  əriηmə, ağac!”; 
“Koroğlu”da – “Gəldi dəlilərim gəldi”; “rəddüs-sədr  ələl 
əcüzdən istifadə  (əvvəlki misranın ilk sözünün sonrakı 
misrasının sonunda təkrarlanması): “Kitab”da – “Ozan, 
səniη  xəbəriη yoq // Çalma ozan, ayıtma, ozan”; 
“Koroğlu”da – “Həmzə, incitmə Qıratı / Budu sənə sözüm, 
Həmzə”... Burada bir həqiqəti də deyək ki, bu cür söz 
təkrarı ümumən ədəbiyyatımız üçün xarakterikdir. 
Bayırın qurdu → səhra qurdu. Bunlardan  birincisi 
“Kitab”da Əmən obrazının dilindən (Yedi urğunım // Yeni 
Bayırıη qurdına bəηzərdi yigitlərim) verilibsə, ikincisi də 
“Koroğlu”dakı şeir parçalarında işlənib: “Bəylər, biz səhra 
qurduyuq...” Maraqlıdır ki, belə bir qarşılaşdırmaya nə 
qorqudşünaslıqda, nə  də koroğluşünaslıqda rast gəlinir. 
Məsələn, T.Hacıyev “Kitab”ın dilində  işlənmiş “bayırın 


Yüklə 61,3 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə