Microsoft Word Tanr?verdi ?



Yüklə 61,3 Kb.
Pdf görüntüsü
səhifə29/53
tarix21.06.2018
ölçüsü61,3 Kb.
#50105
1   ...   25   26   27   28   29   30   31   32   ...   53

                                                    “Koroğlu”nun şeir dili 
 
 
135 
 15.  “qılıc çalmaq”. “...qı-
lıc çalub baş  kəsdügim 
yerləri göstərəyim”. 
16. “sarp qaya”. “Sarp qa-
yalar oynanmadı, yer oy-
ruldı”.  
 
17. “şahi-mərdan”. “Qılıc 
çaldı, din açdı şahi-mərdan 
Əli görkli”. 
 
18. “yaqa yırtmaq” (yaxa-
sını yırtmaq).“Tartdı, yaqa-
sın yırtdı”. 
 
19. “yuca tağ”. Dəpəgöz 
Oğuzdan çıqdı, bir yuca 
tağa vardı”. 
20. “yucalardan yuca “. 
“Yucalardan yucasan // 
Kimsə bilməz necəsən, 
əziz təηri?!” 
15.“qılınc çalmaq”.”...Sil- 
tana, paşaya, xana//Misri 
qılınc çalar indi”. 
16. “sərp qaya”. “Məskə-
nimiz sərp qayalar olub-
dur//Qağanlar çığrışır, pə-
ləng daşlanır”. 
17. “şahi-mərdan”. “Pirim 
Şahi-Mərdan,  Əli al Bağır 
//Mənzilə yetir mən tək 
düşgünü”. 
18. “yaxa yırtmaq”. 
“Koroğlu deyiləm, yırtma 
yaxanı//Ciyərim eşq oduna 
yaxanı...” 
19. “uca dağ”. “Uca dağ-
lardan daşlanı//Ağır alay-
lar boşlanı”. 
20. “ucalardan uca”. “Uca-
lardan uca dağı // Hərgiz 
gələ bilməz yağı”. 
 
 
Cədvəllərə daxil etdiyimiz nümunələr, daha doğ-
rusu, oxşarlıq və eynilik təşkil edən ifadələr “Koroğlu” 
eposunun “Kitab”ın davamı kimi meydana gəldiyini 
müxtəlif bucaqlardan təsdiqləyən tutarlı faktlardır. Digər 
tərəfdən, bu cür oxşarlıq və yaxınlıq heç də təsadüfi deyil: 
birincisi, ona görə ki, hər iki abidə türkün poetik 
təfəkküründən süzülüb; ikincisi, hər iki abidə son dərəcə 
Язизхан Танрыверди 
 
 
136
 
poetik potensiala malik Azərbaycan dilində düzülüb-
qoşulub; üçüncüsü, həm “Kitab”ın, həm də “Koroğlu”nun 
yaranmasında genetik yaddaşın rolu danılmazdır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


                                                    “Koroğlu”nun şeir dili 
 
 
137 
 
 
“KOROĞLU”NUN ŞEİR  DİLİ QURBANİNİN 
POEZİYASI MÜSTƏVİSİNDƏ 
 
Qurbani (XVI əsr)  ədəbiyyat tariximizdə    təkcə aşıq 
kimi yox, həm də şair kimi məşhurdur. Onun poeziyasını 
sistemli  şəkildə  təhlil  süzgəcindən keçirmiş, haqqında 
“Qurbani və poetikası” (1996) adlı sanballı monoqrafiya 
yazmış Q.Kazımov göstərir: “Şairin poeziya dilindəki 
qadasın aldığım, başına döndüyüm, qurban olduğum, 
durum dolanım başına kimi ifadə-rədiflər, müraciətlər, 
şahlar  şahı, gözəllər gözəli, xubların xubu kimi milli 
poetik birləşmələr, pəri, dilbər, haqq, ümman, şəqayiq, 
məşşatə, seyrağıb, xoryat, rəqib, xuda, qırxlar, sər, 
payəndaz, alişan, həmayıl kimi səciyyəvi rəmzi leksika 
sonralar Abbas Tifarqanlı, Xəstə Qasım, Valeh, Alı, 
Ələsgər və b. ustad aşıqların, Vaqif və Zakir kimi şairlərin 
şeir dilində bol-bol işlənməyə başlayır, özünə geniş yol 
açır. Bu cür söz və ifadələrə bədii dildə Qurbanidən çox-
çox  əvvəllər də rast gəlmək mümkün idi, lakin el şairləri 
və ustad aşıqlar üçün bu cür söz və ifadələrin ilkin yatağı 
Qurbaninin nüfuzedici yaradıcılığı olmuşdur” (Qurbani və 
poetikası. Bakı, 1996, səh.175). Qurbaninin şeir dilindəki 
rəngarəngliyə müxtəlif bucaq-lardan münasibət bildirən 
müəllif haqlıdır. Amma burada xüsusi olaraq vurğulamaq 
lazımdır ki, Qurbaninin dili üçün səciyyəvi hesab olunan 
söz və ifadələrə “Koroğlu”nun şeir dilində də rast gəlinir: 
qadasın aldığım, qurban olduğum (Qadasın aldığım, 
qurban olduğum//Ölər  İsabalı, getməz bu yerdən), başına 
döndüyüm (Başına döndüyüm , qurban olduğum // Yeri 
Язизхан Танрыверди 
 
 
138
 
İsabalım, durma bu yerdə!...), ümman (Gözüm yaşı 
ümman olmuş, sel, sonam!), xoyrat (Sənə xoyrat əli dəydi, 
sol sonam!), sər (Səri durna telli Eyvaz, ağlama!)... Bu cür 
söz və ifadələrin “Koroğlu”nun şeir dilində qabarıq şəkildə 
görünməsi təsadüfi deyil. Çünki “Koroğlu” eposunu 
Qurbani dövrün-dən cəmi bir əsr ayırır. Qurbani isə özünə 
qədərki türk  ədəbiyyatını  dərindən mənimsəyən, Dədə 
Qorqud ruhlu bir sənətkar kimi dəyərləndirilir: “Dədə 
Qorqud Qurbaninin başı üzərindən işıq salıb keçir, 
Qurbani bu işığı güclən-dirir, ona yeni rəng verir!” 
(Q.Kazımov. Qurbani və poetikası. Bakı, 1996, səh.5). 
Heç  şübhəsiz ki, “Koroğlu”dakı  şeirləri Abbas 
Tufarqanlı, Xəstə Qasım kimi  aşıqların, eləcə də Vidadi, 
Vaqif kimi şairlərin  əsərləri ilə müqayisə edərək tutarlı 
arqumentlər gətirmək mümkündür. Məsələn, qeyd oluna 
bilər ki, “Koroğlu”dakı  “Əzəldən bilsəydim sənin halını” 
misrası ilə Vidadinin “Sənin ki, hallını billəm  əzəldən” 
misrası forma və semantika baxımından,  əsasən, eyni 
xətdə buirləşir. Amma, yuxarıda  qeyd etdiyimiz kimi, 
“Koroğlu” dastanındakı  şeirlər daha çox Qurbaninin poe-
ziyası ilə  səsləşir. Bu, aşağıdakı qarşılaşdırmalarda aydın 
şəkildə görünür: 
“Canım ana” müraciəti ilə başlanan gəraylıya həm 
Qurbaninin şeirlərində, həm də “Koroğlu” dastanında rast 
gəlinir: 
Qurbanidə:  
Canım ana, gözüm ana, 
Bir dua qıl, mən də gedim, 
Sənə qurban özüm, ana, 
Bir dua qıl, mən də gedim. 


                                                    “Koroğlu”nun şeir dili 
 
 
139 
(Diri versiyasına  əlavə qeydlərdə - Aşıq Humay 
variantında verildiyi göstərilir. Q.Kazımov. Qurbani və 
poetikası.Bakı, 1996, səh.63). 
 
“Koroğlu”da:  
Canım ana, gözüm ana, 
Rüsxət ver, mən gedər oldum, 
Sənə qurban özüm, ana, 
Rüsxət ver, mən gedər oldum. 
 
Göründüyü kimi, Qurbaninin gəraylısındakı I və III 
misralar “Koroğlu”da eynilə təkrarlanıb. II və IV misralar 
isə eyni semantik yükə malikdir. Bu da səbəbsiz deyil. 
Belə ki, hər iki bənddə “mən” sözü işlənib, digər sözlər 
isə,  əsasən, eyni funksiyalıdır: dua qıl = rüsxət ver; 
gedim=gedər oldum. 
Qurbaninin sevgi şeirlərindəki dərin lirizm 
“Koroğlu”dakı  şeirlərdə  də özünü göstərir. Hətta bu ruh
bu yaxınlıq qrammatik məna baxımından bir-birinə zidd 
olan,  əks qütblərdə dayanan şeirlərdə  də müşahidə edilir. 
Qurbanidə: Dəstələ zülflərin, yerə 
dəyməsin...; 
“Koroğlu”da: Qoy tökülsün şux tellərin. Bu misraların 
poetik siqləti daha aydın görünsün, - deyə onları  bənd 
daxilində təqdim edirik: 
 
Qurbanidə:  
Qurbani der: heç kəs yarın öyməsin, 
Düymələ yaxanın çarpaz düyməsin, 
Dəstələ zülflərin, yerə dəyməsin, 
Yollar qubarlanar, toz dəyər sana. 
 
Язизхан Танрыверди 
 
 
140
 
“Koroğlu”da: 
Hürü, allahı sevirsən, 
Qoy tökülsün şux tellərin! 
Gəl saxlama dal gərdəndə, 
Qoy tökülsün şux, tellərin! 
 
Bu bəndlər qrammatik məna baxımından əks qütb-
lərdə dayansa da, leksik mənaca eyni xətdə birləşir, hər 
ikisi eyni ruhlu, eşq, məhəbbət semantikalıdır. 
Qurbani poeziyasındakı  vətən həsrəti, vətən dərdi 
və bunun daha çox “qarlı dağlar” ifadəsinin assosiativliyi 
ilə yaradılması “Koroğlu” eposundakı şeir parçalarında da 
müşahidə olunur: 
 
Qurbanidə: 
Ayrı düşdüm vətənimdən, elimdən, 
Başı çənli, qarlı dağlar, qal indi! 
İçən ölməz dərdə dərman suyundan, 
Axar sular, tər bulaqlar, qal  indi! 
 
“Koroğlu”da:  
Qarşı yatan qarlı dağlar, 
Dağlar, səndə qarım qaldı. 
Əlim çatmaz, ünüm yetməz, 
Dal budaqda narım qaldı. 
 
Burada bir detalı da xatırlatmaq lazım gəlir: 
yuxarıda Qurbanidən təqdim etdiyimiz şeirin birinci 
misrası “Koroğlu”dakı digər  şeirlərdə,  əsasən, eynilə 
təkrarlanıb. Müq.et: Qurbanidə - “Ayrı düşdüm vətənim-


Yüklə 61,3 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə