Microsoft Word Tanr?verdi ?



Yüklə 61,3 Kb.
Pdf görüntüsü
səhifə30/53
tarix21.06.2018
ölçüsü61,3 Kb.
#50105
1   ...   26   27   28   29   30   31   32   33   ...   53

                                                    “Koroğlu”nun şeir dili 
 
 
141 
dən, elimdən”; “Koroğlu”da:  “Vətənimdən, ulusumdan 
yad oldum”. 
Qurbanidə misraların sonunda təkrarlanmış “var” 
sözündən  əvvəl III şəxsin təki üzrə  mənsubiyyət  şəkilçili 
həmqafiyə sözlərin işlənməsinə təsadüf olunur: 
 
Geymək üçün yaşılı var, alı var, 
Əmmək üçün ləblərinin balı var, 
Xublarının bir özgə cür halı var, 
Hər yetənə vurmaq olmaz pəncə hey! 
 
Qurbaninin  şeirləri baxımından səciyyəvi olan bu 
poetik formaya “Koroğlu” dastanında da rast gəlinir: 
 
Koroğlu bir igid, əsli-zatı var, 
Həm namusu, arı, həm qeyrəti var, 
Dəmir cilov altda Ərəb atı var, 
İnan Bolu, mən Koroğlu deyiləm. 
 
Bu  bəndlərdəki forma oxşarlığı qarşılaşdırmalar 
kontekstində daha aydın görünür: Qurbanidə - “alı var – 
balı var – halı var; “Koroğlu”da – “əsli-zatı var – qeyrəti 
var – Ərəb atı var”. Bu oxşarlıq isə belə bir  fikri 
reallaşdırır: həmin  şeirlər sanki bir aşıq tərəfindən 
düzülüb-qoşulub. Yeri gəlmişkən, qeyd etdiyimiz poetik 
forma ümumən  aşıq ədəbiyyatımız üçün səciyyəvidir. Sarı 
Aşığın (XVII əsr) yaratdığı “Var” qoşmasındakı “iztirabı 
var – xabı var – hesabı var – afitabı var – mahi - tabı var” 
formalı qafiyələnmə  də dediklərimizi arqumentləşdirir. 
Nümunə kimi yalnız I bəndi təqdim edirik:  
 
Язизхан Танрыверди 
 
 
142
 
Gəldi qasid dedi mən biqərara, 
Şuxi-dilrübanın iztirabı var. 
Şöleyi-ah Sürəyyadan  keçibdi, 
Gündüz nə arami, nə şəb xabı var. 
 
Bütün bunlar bir daha təsdiq edir ki, “Koroğlu”dakı 
şeirlər forma və semantikasına görə daha çox Qurbani 
yaradıcılığı ilə, onun poetik siqlətli rəngarəng  şeirləri ilə 
səsləşir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


                                                    “Koroğlu”nun şeir dili 
 
 
143 
 
 
 
 
“KOROĞLU”NUN ŞEİR DİLİ TARİXİ-
LİNQVİSTİK MÜSTƏVİDƏ 
 
Dilimizin tarixini, onun fonetik, leksik və qram-
matik xüsusiyyətlərini özündə yaşadan sanballı  mənbələr 
sırasına “Koroğlu” eposundakı şeirlər də daxil edilə bilər. 
Çünki “Koroğlu”nun şeir dili həm XVII əsrə qədərki, həm 
də XVIII-XX əsrlər Azərbaycan dili barədə dolğun 
təəssürat yaratmaq potensialına malikdir. Bu mənada  
araşdırmanın aşağıdakı istiqamətlər üzrə aparılmasını 
zəruri hesab edirik:  
– “Koroğlu”dakı  nəzm parçalarında  ədəbi tələffü-
zün transkripsiyası; 
– “Koroğlu”dakı  nəzm parçalarında  şivə  tələffü-
zünün transkripsiyası; 
– “Koroğlu”dakı nəzm parçalarının leksikası; 
– “Koroğlu”dakı nəzm parçalarının frazeologiyası; 
– “Koroğlu”dakı nəzm parçalarının morfoloji xüsu-
siyyətləri; 
– “Koroğlu”dakı  nəzm parçalarının sintaktik xüsu-
siyyətləri. 
 
 
 
 
 
 
Язизхан Танрыверди 
 
 
144
 
 
“Koroğlu”dakı nəzm parçalarında  ədəbi 
 tələffüzün transkripsiyası 
 
“Koroğlu”dakı şeir parçalarının Azərbaycan dilinin 
təkcə orfoqrafik yox, həm də orfoepik normalarına uyğun 
şəkildə yazılması müşahidə edilir. Bu da təsadüfi deyil. 
Çünki “Koroğlu” eposu, hər şeydən əvvəl, dilimizin şifahi 
ədəbiyyat nümunəsidir. Amma burada bir həqiqəti də 
söyləmək lazım gəlir: dastandakı  nəzm parçalarında eyni 
şəkilçi morfemi dilimizin gah orfoqrafik, gah da orfoepik 
normalarına uyğun olaraq verilib. Məsələn, -dır  xəbərlik 
şəkilçisi qəbul etmiş “çox” sözü həm “çoxdur, həm də 
“çoxdu”  şəklində yazılıb: “Çoxdur  Koroğlunun yaşı”; 
“Koroğlunun malı çoxdu”. Bunlardan birincisi orfoqrafik, 
ikincisi orfoepik normalara uyğundur. Ancaq bunu da 
vurğulayaq ki, şeir parçalarında –dır
4
  xəbərlik  şəkilçisi 
daha çox –dı
4
 formasında verilib: “Əlac  budu alam, 
qaçam”, “Bu ətrafda bütün hər yan mənimdi”,  “Candımı, 
başdımınədi?...” Sonuncu misrada -dır
4
 şəkilçisi sözlərin 
hər birində -dı
4
 formasında işlənib ki, bu da ahəngdarlıq, 
melodiyalılıq yaratmağa, poetik mənanı qüvvətlən-
dirməyə xidmət edir. 
Qeyd etdiyimiz kimi, “Koroğlu”dakı  nəzm parça-
larında dil vahidləri daha çox orfoqrafik normalara uyğun 
yazılsa da, burada ədəbi tələffüzün transkripsiyasına, 
konkret desək, lüğəvi, morfoloji və sintaktik şəraitdə 
tələffüz qaydalarına uyğun şəkildə yazıya alınma da özünü 
göstərir (bu, şifahi  ədəbiyyat nümunələrini olduğu kimi 
yazıya almaqla bağlıdır). Bunlar, əsasən, aşağıdakıları 
əhatə edir:  


                                                    “Koroğlu”nun şeir dili 
 
 
145 

 
ədəbi dilimizdə “d” samiti söz sonunda karla-
şaraq deyilir (“t” çalarlığında). “Koroğlu”da isə həm “d”, 
həm də “t” ilə verilib: dörd. “Yağı düşman dörd bir yanın 
alıbdı”;  igid. “Bir igid ki, atasından var ola”; polat. “Qara 
polat şol qılıncın günüdür”;  bulut. “Bulut olub Çənlibelə 
yağaram”... Heç şübhəsiz ki, birinci nümunədəki “dörd” 
sözü “dört”, ikinci nümunədəki “igid” sözü də “igit” 
şəklində qeydə alınmalı idi. Necə ki, bu sözlər ulu 
kitabımız “Dədə Qorqud”da məhz tələffüz formalarına 
uyğun  şəkildə yazıya alınıb:  dört. “Geyimini kəsdi, 
omuzına dört parmaq dəklü zəxm urdı”; yigit. “...bu yigit 
yüzi niqablu yaxşı yigitdir”;  

 
müasir  ədəbi dilimizdə “qanad” sözü “qanat” 
şəklində tələffüz edilir. “Koroğlu”nun şeir dilində də məhz 
həmin tələffüz formasına uyğun  şəkildə transkripsiya 
edilib: “Qanatların burma-burma...”; 

 
ərəb mənşəli “atlaz” (parlaq ipək parça) sözü-
nün  ədəbi tələffüzümüzdəki forması “atlas”dır. “Kor-
oğlu”nun  şeir dilində  də “atlaz” deyil, məhz “atlas” 
şəklindədir: “Atlasdan biçilər donum...”; 

 
müasir ədəbi dilimzdəki dovşan, çovdar, dovğa 
kimi sözlərdə “v” samitinin düşməsi, “o” saitinin isə uzun 
tələffüzü normal hesab olunur (do:şan, ço:dar, do:ğa). 
“Koroğlu”dakı  nəzm  parçalarında “çovdar” sözünün 
“çodar”  şəklində verilməsi də  ədəbi tələffüzün trans-
kripsiyasından başqa bir şey deyil: “Əcəli qoydum 
börkümə, Büründüm çodar kürkünə...”; 

 
söz daxilində “y” cingiltili samitindən  əvvəl 
işlənən açıq saitin uyğun qapalı saitlə  əvəzlənməsi  ədəbi 
tələffüz normaları baxımından məqbul hesab olunur. 
“Koroğlu”nun nəzm parçalarındakı bir sıra sözlər də məhz 
Язизхан Танрыверди 
 
 
146
 
həmin deyiliş formasına uyğun verilib: yalıyar (yalayar). 
“Qoş igid yalıyar özü öz qanın...”;  qayıya  (qayaya).  
“Çıxarsan qayıya, seyr elə düzü...”;  

 
müasir  ədəbi dilimizdə söz tərkibində yanaşı 
işlənən “rl” səs birləşməsinin “ll” formasında tələffüz 
edilməsi məlum hadisələrdəndir və bu barədə kifayət 
qədər bəhs olunub. Bu hadisə “Koroğlu”nun şeir dili üçün 
də xarakterikdir, daha doğrusu, “rl” səs birləşməsi “ll” 
şəklində transkripsiya edilib: deyəllər (deyərlər). “Tovla-
başı deyəllər, ağa yollu olur”. Amma burada bir məqamı 
da qeyd edək ki, “Koroğlu”nun  şeir dilində “deyərlər” 
formasına da rast gəlinir: “Aşıq bizə Təkə-Türkman deyər-
lər”. Dilçiliyimizdə yuxarıdakı transkripsiyaların morfoloji 
dialektizmlər başlığı altında öyrənilməsinə  də  təsadüf  
olunur. Məsələn, Aşıq Hüseyn Şəmkirlinin dilində  işlən-
miş düzəllər (əyləşib sazların düzəllər bir-bir), “gəzəllər” 
(Duruban meydanı  gəzəllər bir-bir) tipli sözlər barədə 
Z.Məmmədov belə bir şərh verib: “Bu misralarda qeyd 
olunmuş morfoloji dialektizmlərdə -lər  şəkilçisinin “l” 
samiti -ər  şəkilçisinin “r” samitini öz məxrəc və akus-
tikasına tabe etmişdir” (Klassik aşıq poeziyasının leksik-
semantik xüsusiyyətləri. Bakı, 2006, səh.31), Fikrimizcə, 
bu cür formalarda ədəbi tələffüzlə morfoloji dialektizmlər 
eyni xətdə birləşir; 

 
“Koroğlu”nun  şeir dilində “bulanlıq” sözünün 
“bulannıq” formasında transkripsiyası müşahidə olunur ki, 
bu da ədəbi dilimizdəki “nl” səs birləşməsinin “nn” səs 
birləşməsi  şəklində  tələffüzü ilə eyni xətdə    birləşir: 
“...Çünki yetdin iyirmi dörd yaşına // Boz bulannıq axan 
selə bənzərsən”; 


Yüklə 61,3 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə