Microsoft Word Tanr?verdi ?



Yüklə 61,3 Kb.
Pdf görüntüsü
səhifə38/53
tarix21.06.2018
ölçüsü61,3 Kb.
#50105
1   ...   34   35   36   37   38   39   40   41   ...   53

                                                    “Koroğlu”nun şeir dili 
 
 
179 
aiddir); bəzi sinonimlər müasir ədəbi dilimiz üçün arxa-
izmdir:  bəzirganbaşı-tacirbaşı...; sinonim cərgədəki sözlər 
müasir  ədəbi dilimiz üçün səciyyəvidir: zəhər-ağı; yaz-
bahar; ürək-könül-qəlb...(burada sinonimlərin bir hissəsi 
nəzərdə tutulur); sinonim cərgələrin yaranmasında  ərəb-
fars mənşəli sözlər də  iştirak edib: bahar, cəng, zəhər...; 
isimlərdən ibarət sinonimlər üstün  mövqedə görünür... 
Antonimlər. “Koroğlu”nun  şeir dilində antonim-
lərin intensivliyi əsas nitq hissələri müstəvisində qabarıq 
şəkildə görünür: isimlərin antonimliyi – “qaranlıq-işıq”. 
“Qaranlıq könlünü işıq eyləyim”; sifətlərin antonimliyi – 
“alçaq-uca”. “Daşları var alçaq-uca”; sayların antonimliyi 
– “az-çox”. “Düşmən çoxdu, onlar azdı”; feillərin 
antonimliyi – “almaq-vermək”. “Verdin Qırı, aldın Dürü”; 
zərflərin antonimliyi – “səhər-səhər-axşam”. “Səhər-səhər 
çəmənlərdə  gəzərsən”; “Axşama qayğanağı var”... Bu 
antonimlərin hamısı türk mənşəlidir (“səhər” sözü  istisna 
olunmaqla). Amma yalnız alınma sözlərdən ibarət anto-
nimlərin intensivliyini də inkar etmək olmaz. Məsələn, 
fars mənşəli “mərd-namərd” sözlərinin antonimliyi. “Mərd 
dayanar, namərd qaçar”. “Koroğlu”nun  şeir dilindəki bu 
tip antonimlərin hər biri mətnin təsir gücünü artıran, 
obrazlılıq yaradan vahidlərdir (“antiteza” bölməsində 
geniş şəkildə bəhs olunur). 
Ekspressiv, emosional sözlər. “Koroğlu”nun  şeir 
dilində bu semantik kateqoriyaya aid sözlər kifayət 
qədərdir. Konkret desək, belə sözlər sırasında oxşama və 
əzizləmə bildirən, nifrət və qarğış bildirən sözlər qaba-
rıqlığı ilə seçilir. Bu da təsadüfi deyil. Çünki dəlilər dəlisi 
Koroğlu  və onun silahdaşları, eyni zamanda başda ala 
gözlü Nigar xanım olmaqla Çənlibelin sayılıb-seçilən 
Язизхан Танрыверди 
 
 
180
 
xanımları mövcud şəraiti obyektiv şəkildə  dəyərləndir-
məyi bacaran, necə deyərlər, “ağa ağ, qaraya qara”, - 
deyən qəhrəmanlardır. Daha dəqiqi, bu qəhrəmanların 
dilində həm əzizləmə, alqış, hörmət və məhəbbət, həm də 
nifrət və qarğış  məzmunlu söz və ifadələr yetərincədir. 
Məsələn, dəlilərinə “yoldaşlarım”, xanımı Nigara “canım 
qurban”, atını qaçıran Həmzəyə “canım”, “oğul”, - deyən 
Koroğlunun dilində  həm də “börkünə  lənət”, “oğraş”, 
“birə”, “kor olsun” və s. kimi söz və ifadələrə də təsadüf 
olunur. Sonuncu ifadələrin hər biri nifrət, qarğış, söyüş 
semantikalıdır. Burada bir məqamdan yan keçmək olmur: 
Koroğlunun qəzəb və nifrəti bəzən olduqca kəskin, 
öldürücü söz və ifadələr kontekstində canlandırılıb. Onun 
dilindən Bolu bəyə ünvanlanmış “Anacığını  ağladaram”, 
“Nişanlını dul qoyaram”, “Əlif qəddini bükərəm”, “Səni 
dünyadan itirrəm” və s. kimi cümlələr də dediklərimizi 
arqumentləşdirir. Bütün bunlar onu göstərir ki, dastanın 
nəzm parçalarında müşahidə olunan ekspressiv, emosional 
söz və ifadələri müsbət və  mənfi emosiyalı olmaqla iki  
yerə bölmək olar: 
a) alqış, yalvarış, oxşama,  əzizləmə  və s. bildirən 
söz və ifadələr.  Nəzm parçalarında qabarıq  şəkildə 
görünən bu tip vahidlərin bir qisminə  mətn kontekstində 
nəzər salaq: 
“Aradan rəqib ötməsin!” 
“Namərd mətləbə yetməsin!” 
“Altun kəmər incitməsin!” (alqış  məzmunlu bu 
cümlələr ayrı-ayrı  şeir parçalarında deyil, bir şeir daxi-
lində, həm də ardıcıl olaraq verilib ki, bu da obrazlılığı 
qüvvətləndirməyə xidmət edir). 
var olsun. “Əsirgəmə, vur əllərin var olsun!”. 


                                                    “Koroğlu”nun şeir dili 
 
 
181 
yar olsun. “Atlanın, yaradan bizə yar olsun!” 
şad ol. “Şad ol, könül, nə məlulsan?!” 
başına dönüm. “Koroğluyam, oğul, dönüm başına”. 
sən allah. “Sən allah, o sözdən incimə, ay xan!” 
şükür olsun. “Şükür olsun bir allaha!” 
Allaha tapşırmaq. “Allaha tapşırıram səni”. 
ağrın alım . “Nigar xanım, ağrın alım”. 
dərdini almaq. “Dərdiz alım, qoç qardaşlar”. 
qadan alım. “Məhbub xanım qadan alsın”. 
qurban olmaq. “Olum mən sənin qurbanın”. 
yoluna qurban olmaq. “Yoluna qurban olayım, 
broy!”. 
gözlərinə qurban. “Olum gözlərinə qurban”. 
canım qurban. “Canım sənə qurban olsun”. 
canım ana. “Canım ana, gözüm ana”. 
canım oğul. “Canım oğul, gözüm oğul”. 
südünü halal eləmək. “Südüm olsun sənə halal”. 
mübarək olsun. “Təzə sövdagər olubsan, Bu sövdan 
mübarək olsun!” (buradakı “mübarək olsun” , “qınama” 
mənasını ifadə edir).  
sonam. “Gözüm yaşı ümman olmuş, sel, sonam!” 
ay mədət. “Gülüm, ay mədət, ay mədət!”... 
Bu tip sözlərin bəzən bütöv bir misranı əhatə etməsi 
də özünü göstərir: “Başına döndüyüm, qurban olduğum
“Qadasın aldığım, qurban olduğum;  “Canım oğul, gözüm 
oğul”... Yeri gəlmişkən, nəzm parçalarında ekspressiv, 
emosional sözlərin epifora kimi işlənməsinə  də rast 
gəlinir: “Mən yarımın ellərinə, mən qurban... Əl-əl üstün-
də qulluğunda, Mən qurban...” Bütün bunlar “Koroğ-
lu”nun  şeir dilində ekspressiv, emosional sözlərin xüsusi 
rola malik olduğunu təsdiqləyir. Burada bir cəhəti də 
Язизхан Танрыверди 
 
 
182
 
vurğulayaq ki, türkün mənəvi dünyasının, mədəniyyətinin 
zənginliyini  əks etdirən bu ifadələrin, demək olar ki, 
hamısı müasir dilimiz üçün də səciyyəvidir. Əlavə olaraq 
onu da qeyd edək ki, təqdim etdiyimiz qadan alım, ağrın 
alım, qurban olum, qurban olduğum kimi ifadələr 
dilçiliyimizdə həm də ibarələr başlığı altında öyrənilir. 
b) qarğış, söyüş, nifrət və s. bildirən söz və 
ifadələr. Qeyd etdiyimiz kimi,  bu tip ifadələr də dastanın 
şeir dilində kifayət qədərdir. Məsələn:   
əllərin qurusun. “Oğlum əllərin qurusun!”. 
gününü qara eləmək. “Eyləyərəm günü qara, yetiş-
dim”. 
oğraş. “Yerişir oğraş paşalar”. 
birə. “Sənsən yer-yurdun birəsi”. 
zındıq oğlu. “Könlüm qubar eylər ortandan 
biçə//Usta, zındıq oğlu, al düzəlt sazı!” 
haq bəla versin (Allah bəla(sını) versin). “Haq bəla 
versin xayına”; “Haq bəla versin namərdə”. 
kor olsun. “Kor olsun belə zamana”. 
ar olsun. “Meydandan qaçana namus, ar olsun!” 
ahu-zar olsun. “Görüm, onun işi ahu-zar olsun”. 
xar olsun. “Namərdləri qoy tər bassın, xar olsun!” 
börkünə lənət. “Lənət namərdin börkünə”... 
“Koroğlu”nun  şeir dilində müşahidə olunan bu 
ifadələrin hər biri ayrı-ayrı situasiyaları, sintaktik mühitləri 
əks etdirir. Yəni bu ifadələr mənfi emosiyalı olsa da, o 
qədər yerli-yerində, dəqiqliklə  işlədilib ki, eposdakı 
poetikliyi azaltmır,  əksinə, onu qüvvətləndirir. Necə ki, 
“Dədə Qorqud kitabı”nda Beyrəyin dilindən “əlüη qırsun”, 
“parmaqlarıη çürisün” kimi ifadələr verilib. Yaxud Qaraca 
çobanın dilində “dini yoq”, “əqlsiz kafər”, “dərnəksiz 


Yüklə 61,3 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə