Microsoft Word Tanr?verdi ?



Yüklə 61,3 Kb.
Pdf görüntüsü
səhifə40/53
tarix21.06.2018
ölçüsü61,3 Kb.
#50105
1   ...   36   37   38   39   40   41   42   43   ...   53

                                                    “Koroğlu”nun şeir dili 
 
 
189 
– frazeoloji vahiddəki alliterasiyanın assosiativliyi 
ilə  mətndəki digər sözlərin uyğunlaşdırılmasına təsadüf  
edilir ki, bu da ümumən türk xalqları  ədəbiyyatı üçün 
xarakterikdir: dəryalara dalmaq. “Dərin-dərin dəryalara 
dalmışam” (d-d-d-d); toyun tutmaq. “Tutacam Telliylən 
toyun//Kəsəcəm tuncu, qoç, qoyun...” (t-t-t-t-t)... 
Təqdim etdiyimiz tezislərin hər biri “Koroğlu”nun 
şeir  dilində frazeoloji  vahidlərin xüsusi çəkiyə malik 
olduğunu göstərir. Bu mənada həmin vahidlərin bir 
neçəsinə mətn daxilində nəzər salaq: 
a) ismi frazeoloji vahidlər: 
qıl körpü. “...Mən öləndə yerim cənnət // Qıl körpü 
taxtapuş olsun!” 
şirin layla. “Şirin layla çalan yoxdu”. 
sədəf qollar. “Sədəf qollar necə oldu?” 
başı dumanlı. “Mənəm qeylü-qallı, başı dumanlı..,” 
yaralı könül. “Necə baxım ev-eşiyə//Yaralı könlüm 
üşüyə...” 
dəli könül. “Coşdu, dəli könül coşdu//Mövc verdi 
kəllədən aşdı”... 
b) feli frazeoloji vahidlər: 
aşına zəhər qatmaq. “Zəhər qataram aşına//Mehri 
yarı ver, qayıdım”. 
ağlı qaçmaq. “...Əcəl  şərbətini içib//Koroğlunun 
ağlı qaçıb”. 
 başına daş düşmək. “Daş düşər başına, ömrü bad 
olu...” 
başına od ələmək. “...Qılınc çəkib dəlilərim// Od 
ələr düşman başına”. 
dili tutmamaq (dili söz tutmamaq). “Dili tutmur 
beş kəlməni söyləsin...” 
Язизхан Танрыверди 
 
 
190
 
canını odlara yaxmaq. “Durub daldada baxanda 
//Canım odlara yaxanda...” 
qana susamaq. “...Başları yerə tökəndə//Susayaram 
qana, Nigar!” 
qanını qanlara qatmaq (atasına qovumaq). “Nəsi-
hətlərin tutaram//Qanım qanlara qataram”... 
Göründüyü kimi, həm ismi, həm də  feli frazeoloji 
vahidlər dastanın  şeir dilini zənginləşdirən vasitələr kimi 
çıxış edir. Mübaliğəsiz deyirik ki, belə frazeoloji 
 
vahidlərə dastanın hər bəndində rast gəlmək mümkündür. 
Bu da təsadüfi deyil. Sanki ustad aşıqlarımız frazemlərlə 
düşünüb, frazemləri yaratdıqları  şeirlərin hər birinə 
hopdurmağa çalışıb... Bir cəhəti də vurğulayaq ki
xalqımızın tarixi, etnoqrafiyası  və psixologiyasını  əks 
etdirən bu vahidlərin  əksəriyyəti müasir dilimizdə eynilə 
işlənməkdədir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


                                                    “Koroğlu”nun şeir dili 
 
 
191 
 
 
“Koroğlu”dakı nəzm parçalarının  
morfoloji xüsusiyyətləri 
 
“Koroğlu” eposuna daxil olan, eyni zamanda bu 
eposla bilavasitə bağlı olan şeirlərin morfologiyası müasir 
Azərbaycan  ədəbi dilinin morfologiyası ilə  səsləşir və 
demək olar ki, bütün parametrlərinə görə üst-üstə düşür. 
Amma fərqli cəhətləri də inkar etmək olmaz. Bəri başdan 
qeyd edək ki, dastanın  şeir dilindəki arxaik şəkilçi 
morfemlərinin, ümumən arxaik morfoloji elementlərin 
müəyyənləşdirilməsi dil tariximizlə bağlı bir sıra qaranlıq 
məsələlərə  işıq sala bilər. Bu da, heç şübhəsiz ki, 
dastandakı, eləcə  də dastanla bağlı olan digər  şeirləri 
linqvopoetik baxımdan daha yaxşı  mənimsəyə, onun 
poetik semantikasını olduğu kimi qavramağa ciddi şəkildə 
təsir göstərər. Nəticədə isə eposun şeir dilindəki zənginlik, 
poetik siqlət adi oxucuya belə gün kimi aydın olar... 
Birgəlik-alət halın funksiyası tarixən həm də 
“ilən”, “ilə” qoşması ilə ifadə olunub. Maraqlıdır ki, bu 
formalar müasir Azərbaycan dili şivələrində nisbətən 
dəyişikliyə uğramış şəkildə işlənir (-nan, -nən, -ınan, -ynan 
şəklində). Bu mənada “Koroğlu”nun  şeir dilində birgəlik 
mənasının “ilən”, eləcə  də “-nan, -nən” formaları ilə 
ifadəsi təbii qarşılanır: ilən. “İllər ilən arzumanın 
çəkərəm”; “Bir bazilən bir şahinin bəsi var”; -nan. 
“Quyruğun bağla muyunan”; -nən. “Əl ver, sənnən dağı-
daşı”.   Burada o  da  vurğulana bilər ki,  şeir parçalarında 
-nan morfeminin qafiyələnən sözlərin sonunda təkrar-
lanması ilə obrazlılığın yaradılması da özünü göstərir: 
Язизхан Танрыверди 
 
 
192
 
çoxlarınan – oxlarınan - mıxlarınan. Bu, bənd daxilində 
daha aydın görünür: 
 
Məclis qurdum çoxlarınan, 
Dava etdim oxlarınan, 
Qara polad mıxlarınan, 
At igidin qardaşıdı. 
 
“Koroğlu”nun  şeir dilində “sən”  şəxs  əvəzliyinin 
ismin yönlük  halında təkcə “sənə” deyil, həm də “sana” 
formasında işlənməsinə təsadüf olunur: sənə. Sənə qurban 
özüm, oğul//Allaha tapşırdım səni!; sana. “Sana xoryad əli 
dəydi, sol, sonam!”... Qeyd edək ki, müasir ədəbi 
dilimizdə  işlənməyən  “sana” forması “Dədə Qorqud 
kitabı”ndakı “saηa” forması ilə səsləşir: “Saηa bu yaradan, 
qorxma, oğlan, ölüm yoqdur”. 
Türkologiyada yazılı abidələrin dilində ismin 
təsirlik halında “-n” şəkilçisinin işlənməsindən, eyni 
zamanda bu morfemin Azərbaycan dili şivələrində eynilə 
mühafizə olunmasından kifayət qədər bəhs olunub. 
Araşdırmalar arxaik “-n” təsirlik hal şəkilçisinin 
“Koroğlu”nun şeir dili üçün də xarakterik olduğunu söylə-
məyə  əsas verir: ovun: “Mən aşıq, ovun ovlar//Ovçular 
ovun ovun ovlar...”; qanın. “Dost yolunda qanın tökər”... 
“Dədə  Qorqud    kitabı”nın, ümumən qədim türk 
abidələrinin  dili üçün səciyyəvi olan ikiqat mənsubiyyət 
“Koroğlu”nun  şeir dilində qabarıq  şəkildə görünür: var-
yoxusu. “Yoxlamışam, var-yoxusu//Bir inək, bir danası 
var”; dalısı. “Do diləyib, düşmən üstə varanın//Dalısında 
bərk yoldaşı gərəkdir”... 


Yüklə 61,3 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə