Microsoft Word Tanr?verdi ?



Yüklə 61,3 Kb.
Pdf görüntüsü
səhifə41/53
tarix21.06.2018
ölçüsü61,3 Kb.
#50105
1   ...   37   38   39   40   41   42   43   44   ...   53

                                                    “Koroğlu”nun şeir dili 
 
 
193 
Dialektologiyada “-v” mənsubiyyət  şəkilçisinin 
işlənmə  məqamları, hətta tələffüzdən çıxması kimi 
məsələlər sistemli  şəkildə öyrənilib. Burada E.Əzizovun 
dialektoloji araşdırmalara istinadən söylədiyi fikirləri 
xatırlatmaq yerinə düşür: “Ağcabədi rayonunun Üzeyir-
kənd (Ovşar), Zəkəryəli, Qaravəlli, Şərəfxanlı və Yastıyol 
kənd  şivələrində ikinci şəxs tək mənsubiyyət  şəkilçisi 
qəbul etmiş isimlər hallandıqda yiyəlik, yönlük və təsirlik 
hallarda –v şəkilçisi işlənir (bəzən tələffüzdən çıxır):  
əluvun//əlu:n,  əluva//əli:a,  əluvu/əlu:.. –v mənsubiyyət 
şəkilçisi Cənubi Azərbaycan  şivələrində    yiyəlik, yönlük 
və  təsirlik hallarda işlənir...” (Azərbaycan dilinin tarixi 
dialektologiyası. Bakı, 1999, səh.187). Bu  cəhət “Kor-
oğlu”  şeirlərində, daha dəqiqi, Elyas Muşeqin “Nəğmələr 
kitabı”na daxil edilmiş  şeirlərdə açıq-aydın  şəkildə 
görünür: 
İnci demişəm dişüə, 
Qüdrət qələmi qaşua, broy! 
Sövkənər bulat başua, 
Yar, gözünə qurban olayım! 
 
Buradakı dişüə (dişinə), qaşua (qaşına), başua 
(başına) yazılış  şəkilləri yuxarıda söylədiklərimizin 
düzgünlüyünü əsaslandırır. 
Bəllidir ki, sifətlərin təkrarı ilə çoxaltma dərəcəsi-
nin  düzəlməsi müasir ədəbi dilimiz üçün səciyyəvi deyil. 
Amma bu üsulla düzəlmiş çoxaltma dərəcəsi təkcə “Dədə 
Qorqud” dastanı kimi abidələrimizdə deyil, həm də 
“Koroğlu” eposunda müşahidə olunur: uzaq-uzaq. “Uzaq-
uzaq dağ başında...”; dərin-dərin. “Dərin-dərin dəryalara 
dalmışam...”; ağır-ağır. “Ağır-ağır ellərim var”;  igid-igid. 
Язизхан Танрыверди 
 
 
194
 
“İgid-igid dəlilərim var”... Bir məqamı da qeyd edək ki, bu 
cür nümunələr Azərbaycan dili şivələrində, xüsusən də 
qərb şivələrində eynilə saxlanılır. 
“Koroğlu”nun  şeir dilində “o” əvəzliyinin ilkin 
formasına rast gəlinir: ol. “Qul deyibən ol Misirdə satıla?”; 
“öz” anlamlı “kəndi”  əvəzliyi isə “Koroğlu”nun  şeir 
dilində  işlənsə  də, müasir ədəbi dilimiz üçün arxaizmdir: 
“Atı yüyrək, kəndi qoçaq”. Əlavə olaraq qeyd edək ki, 
“kəndi” qayıdış  əvəzliyi Azərbaycan dilinin qərb 
şivələrində ilkin forma və semantikasına uyğun  şəkildə 
işlənməkdədir. 
-ır
4
 indiki zaman şəkilçisi “Koroğlu”nun  şeir 
dilində  həm də “-u” şəklində müşahidə olunur ki, bu da 
şivə  tələffüzü ilə bağlıdır: mərd olu (mərd olur). “Girər 
meydana mərd olu...”; qurd olu (qurd olur). “Çaqqal əniyi 
qurd olmaz//Yenə qurd oğlu qurd olu...” 
Əmr  şəklinin morfoloji göstəriciləri funksiyasında 
çıxış edən  şəxs sonluqlarının arxaik formalarına  “Kor-
oğlu”nun şeir dilində də rast gəlinir: -ayım (I şəxsin təki): 
qurban olayım. “Yar, telinə qurban olayım!”;  
-ginən, -gilən (II şəxsin təki): eşitginən.  “Eşitginən 
Koroğlunun sözünü”; olmagilən. “Olmagilən işdə 
naşı//Qazı dibindən, dibindən!”... 
Gedər olmaq, dələr olmaq, dilər olmaq, silər olmaq 
kimi perifrastik formaların “Koroğlu”nun  şeir dilində 
işlənməsi təkcə arxaik morfoloji element kimi yox, həm də 
obrazlılıq yaradan bir vasitə kimi diqqəti cəlb edir: 
“Dağıstandan gələr oldu//Dərd bağrımı  dələr oldu...”; 
“Rüsxət ver, mən gedər oldum...” Birinci nümunədəki 
“gələr” və “dələr” sözləri qafiyələnib.  İkinci nümunə isə 
dialoji nitqdə bir neçə  dəfə eynilə  təkrarlanıb. Deməli, 


                                                    “Koroğlu”nun şeir dili 
 
 
195 
mətndə poetik mənanın qüvvətləndirilməsi həm də 
perifrastik formalarla reallaşdırılıb. 
Müzare zamanın inkarından bəhs edən H.Mirzəzadə 
-man, -mən formaları ilə yanaşı, -mam, -məm formalarına 
da münasibət bildirib:  “Tərkib hissəsinin  birinci  tərəfi   -
mə, -ma, -m dövrümüzə qədər dildə öz varlığını saxlamış, 
ikinci tərkib hissəsi isə dilimizdə “n” deyil, “m” şəklində 
işlənmişdir. -mən, -man şəklinə XVII-XVIII əsrlərin aşıq 
şeirlərinin dilində təsadüf edirik: “Sinən bənzər Savalanın 
qarına//Dəgişməm dünyanın güllü varına (Aşıq Abdullah);  
Hicran xəstəsiyəm yeməm  şəkəri //Qoynundakı nara 
qıyalım pəri (Aşıq Abbas)” (Azərbaycan  dilinin tarixi 
qrammatikası. Bakı, 1990, səh.158). Müqayisə və qarşılaş-
dırmalar “Koroğlu”nun  şeir dilində -mam, -məm forma-
larının az  işləndiyini göstərir (bəlkə, elə buna görə  də 
H.Mirzəzadə nümunələri Aşıq Abdullah və Aşıq Abbasın 
şeirlərindən təqdim etməklə kifayətlənib): “Saymaram 
xotkarı, xanı//Qoşuna  verməm  amanı...”;  “Qoymam 
qala Cəfər paşa”. Burada əlavə olaraq onu da qeyd edək ki, 
“Koroğlu”nun  şeir dilində -mən formasına da təsadüf 
edilir:  əymən. “Paşaya, xotkara boyun əymənəm...”; 
dəymən. “Al sazımı dezəlt, qorxma dəymənəm”... Yeri 
gəlmişkən, -mən forması XVIII əsrə qədərki ədəbi dilimiz 
üçün səciyyəvi olub: “Yar əbrusinə  bənzətmən səni ey 
mahi - nov (Füzuli), “Leyli aydar qoyman əldən mən səni” 
(Həqiri)... Bu tip nümunələrin dilimiz üçün xarakterik 
olması dilçiliyimizdə müxtəlif bucaqlardan öyrənilib. 
Türkologiyada  xüsusi olaraq qeyd edilir ki, felin  
vacib  şəklinin “-maq
2
 + gərək” modeli ilə ifadəsi XVIII 
əsrdən sonra öz normativliyini itirib (yeri gəlmişkən, bu 
forma  şivələrimizdə eynilə mühafizə olunur). Bu mənada 
Язизхан Танрыверди 
 
 
196
 
XVII-XVIII  əsrlərdə formalaşmış “Koroğlu” eposunun 
şeir dilində felin vacib şəklinin “-maq
2
 + gərək” modeli ilə 
ifadəsi olduqca təbii qarşılanır: “Şərbət tək qanına 
yalanmaq gərək!... Bağırsaq cəmdəyə dolanmaq gərək!...” 
Bu məqamda –malı
2
 funksiyalı “-maq
2
 + gərək” modelinin 
“Koroğlu”nun  şeir dilində obrazlılıq  yaradan vasitə kimi 
çıxış etməsini də qeyd etmək lazım gəlir: coşmamaq gərək 
– qaçmamaq gərək – düşməmək gərək – aşmamaq gərək; 
gəlmək gərəkdir – bilmək gərəkdir – silmək gərəkdir – 
gülmək gərəkdir... Burada ahəngdarlığın həm də “-maq
2
 + 
gərək” modelinin təkrarlanması ilə yaradıldığını müxtəlif 
bucaqlardan  təsdiqləməyə ehtiyac qalmır.  
Yazılı abidələrimizin dilində -ıban
4
 şəklində işlənən 
feli bağlama  şəkilçisi “Koroğlu”nun  şeir dilində  də 
intensivliyi ilə seçilir (müasir dilimizdə yalnız  şivə 
səviyyəsində  işlənir): “Qul deyibən  Həbəşdə satarlar”; 
“Coşuban  həddindən aşar”; “Şad oluban kef məclisi 
qurarlar”... 
Ərəb mənşəli “və” tabesizlik bağlayıcısının “ü” 
variantına “Koroğlu”nun  şeir dilində  də  təsadüf olunur: 
bağü-bostan (bağ  və bostan): “...Yedim, içdim, dövran 
sürdüm // Bağü-bostana uğradım”... 
Buraya qədər bəhs etdiklərimiz bir həqiqəti də 
söyləməyə imkan verir: “Koroğlu” eposunun nəzm hissə-
ləri Azərbaycan dilinin tarixi morfologiyası üçün bir 
mənbə hesab oluna bilər. 
 
 
 
 
 


Yüklə 61,3 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə