Microsoft Word Tanr?verdi ?



Yüklə 61,3 Kb.
Pdf görüntüsü
səhifə39/53
tarix21.06.2018
ölçüsü61,3 Kb.
#50105
1   ...   35   36   37   38   39   40   41   42   ...   53

                                                    “Koroğlu”nun şeir dili 
 
 
183 
kafər” kimi söyüş  səciyyəli ifadələr işlədilib. “Kitab” və 
“Koroğlu” kimi qəhrəmanlıq eposlarının böyüklüyü
monumentallığı  həm də bu cür detallar kontekstində 
müəyyənləşir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Язизхан Танрыверди 
 
 
184
 
 
 
 
“Koroğlu”dakı nəzm parçalarının  
frazeologiyası 
 
 “Koroğlu”nun  şeir dilinin frazeologiyasına iki 
istiqamətdə münasibət bildirməyi zəruri hesab edirik: 
atalar sözləri; frazeoloji vahidlər (dilçiliyimizdə atalar 
sözlərinin sabit söz birləşmələri daxilində öyrənilməsinə 
də rast gəlinir). Müqayisə və qarşılaşdırmalar onu deməyə 
əsas verir ki, dastandakı  nəzm parçalarında həm atalar 
sözlərindən, həm də frazeoloji vahidlərdən ustalıqla 
istifadə olunub. Elə buna görə  də onların hər birinin 
dildəki və  mətndəki poetik çəkisini ayrılıqda səciyyə-
ləndirmək lazım gəlir.  
Atalar sözləri. Qeyd etdiyimiz kimi, “Koroğlu”-
nun nəzm hissələrində  işlənmiş “Bənnasız hörqü olmaz 
//Təbibsiz xəstə dirilməz...” kimi  misralar forma və 
semantikasına görə atalar sözləri ilə bir sırada durur. 
Bununla belə, dastandakı nəzm parçalarında bir sıra atalar 
sözlərindən eynilə  və ya müəyyən dəyişmələrlə  işlədilmə 
də özünü göstərir. Faktlara müraciət edək:  
su sənəyi suda sınar (suda sınar suyun səhəngi). 
“...Qəşəm olsun, tər savaşdan dönmənəm // Axır suda sınar 
suyun səhəngi!” Bu atalar sözündə ahəngdarlığın “s”-nın 
alliterasiyası ilə yaradılması, eyni zamanda  semantik 
dinamikanın “səhəng” etnoqrafizmi ilə tamamlanması göz 
önündədir. Diqqət çəkən məqamlardan biri də  həmin 
qoşmadakı “səhəng” sözünün qafiyələnmədə  iştirakıdır: 
cəngi-firəngi-pələngi-səhəngi-irəngi. Burada  sonu “ng” ilə 


                                                    “Koroğlu”nun şeir dili 
 
 
185 
bitən sözlər barədə  S.Cəfərovun söylədikləri yada düşür: 
“fars sözlərində... sonunda “n” samitindən sonra “g” 
iştirak edən sözlər; məsələn, nəhəng, səhəng, pələng, 
ahəng, tüfəng, qəşəng və s.” (Müasir Azərbaycan dili. 
Bakı, 1982, səh.53).Bu fikirləri eynilə qəbul etmək olmaz: 
birincisi, ona görə ki, “tüfəng” sözünün fars deyil, türk 
mənşəli olması türkologiyaya çoxdan bəllidir; ikincisi, 
“səhəng” sözü də türk mənşəlidir – qənaətinə  gəlmək 
mümkündür. Bu qənaətin düzgünlüyünü isə belə arqu-
mentləşdirmək olar: ədəbi dilimizdəki “səhəng” sözü qərb 
şivələrində “səηəx`” şəklində işlənir ki, bu da bütün para-
metrlərinə görə M.Kaşğarinin “Divan”ındakı “sənqək” (su 
içilən qab, ağacdan oyulan su qabı...) (MK.III.2006, 
səh.318) sözü ilə  səsləşir. Fikrimizcə, türk mənşəli 
“sənqək” sözü fars dilinə keçərək orada “səhəng” şəklində 
sabitləşdikdən sonra Azərbaycan dilinə daxil olmuşdur 
(müq.et: umud-ommid-ümid; sənqək-səhəng). 
qurunun oduna yaş da yanar. “Bir meşəyə ki, od 
düşdü//Quru yanar, yaş inildər”. Həmin atalar sözünə  
“Oğuznamə”də  də rast gəlinir: “Quru qatında yaş da 
yanar”; 
qurd oğlu qurd olar. “Yenə qurd oğlu qurd olu”. 
Maraqlıdır ki, həmin bənddəki digər üç misra da atalar 
sözləri kimi çıxış edir: 
 
Sarp qayalarda yurd olmaz
Müxənnətə söz dərd olmaz, 
Çaqal əniyi qurd olmaz, 
Yenə qurd oğlu qurd olu. 
Amma bu da var ki, ilk üç misra sonuncunun 
semantikasını qüvvətləndirir, semantik dinamika da məhz 
Язизхан Танрыверди 
 
 
186
 
sonuncu misra ilə tamamlanır;  Bu da təsadüfi deyil. Çünki 
“Oğuznamə”də həmin atalar sözü məhz “Qurd ənigi yenə 
qurd olur” şəklindədir. 
pul əl çirkidir. “Dövlət ki, var, əl çirkidir”. 
keçi qurddan qurtulsa, gərgədan olar. “Bir keçi 
qaçıban qurtulsa qurddan// Baxar buynuzuna kərgədan 
olu”. Bu qarşılaşdırma onu deməyə  əsas verir ki, şərt 
budaq cümləli tabeli mürəkkəb cümlə modelində olan 
atalar sözü “Koroğlu”nun  şeir dilində nisbətən geniş-
ləndirilmiş şəkildə təqdim olunub. 
uca dağın başı qarlı olar. “Qarşı yatan qarlı dağlar 
//Dağlar səndə qarım qaldı...” Atalar sözünün semantik 
yükü, eyni zamanda forması “Koroğlu”nun  şeir dilində, 
əsasən, eynilə saxlanılıb. 
axtaran tapar. “Axtarsan taparsan düzilqar məni”.  
çox bil, az danış. “Çox bilib, az danışmaq//İgidin 
ləngəridi”. 
dost qədrini dost bilər. Bu atalar sözü daha çox 
dəyişikliyə  uğrayıb: “Müxənnətin üzü gülməz//Namərd 
dostun qədrin bilməz”. Xəbəri inkarda işlənmiş sonuncu 
misranın (atalar sözünün), heç şübhəsiz ki, təsdiq variantı 
məhz “dost qədrini dost bilər” atalar sözüdür. 
yeməyənin malını yeyərlər. “Çaldım, çapdım mal 
yeməzin malını//Mal yeməkdə arzumanım qalmadı”. 
Yekun olaraq qeyd edək ki, “Koroğlu”nu düzüb-
qoşanlar türk poetik təfəkkürünün nadir inciləri hesab 
olunan atalar sözlərindən də yaradıcı şəkildə faydalanıblar.  
Frazeoloji vahidlər. Azərbaycan dilindəki frazeo-
loji vahidlərin zənginliyi “Koroğlu”nun  şeir dilində açıq-
aşkar  şəkildə görünür. Hətta onlarca bənddə bir neçə 


                                                    “Koroğlu”nun şeir dili 
 
 
187 
frazeoloji vahidin ardıcıl olaraq işlənməsinə  də  təsadüf 
olunur: 
 
Göydən ildırım tökdürrəm, 
Yurdunda bostan əkdirrəm, 
Torpağın dağa çəkdirrəm, 
Paşa, qoy gəlsin Eyvazı! 
 
Burada poetik mənanın “ildırım tökdürmək”, 
“yurdunda bostan əkdirmək”, “dağ  çəkdirmək” ifadə-
lərinin zəncirvari bağlılığı ilə qüvvətləndirilməsi qabarıq 
şəkildə görünür. 
“Koroğlu”nun  şeir dilindəki frazeoloji vahidlərin 
səciyyəvi cəhətləri ilə bağlı bunları söyləmək olar: 
– ismi frazeoloji vahidlər nəzm parçalarında 
poetiklik yaradan əsas  vasitələrdən biri kimi çıxış edir: 
başı dumanlı, şirin can, yaralı könül...; 
–  şeir dilində (“Koroğlu” dastanındakı  nəzm 
parçaları nəzərdə tutulur) işlənən ismi frazeoloji  vahidlər 
daha çox I növ təyini söz birləşməsi (dəli könül, ağır 
məclis...) və qeyri-müəyyən təyini birləşmə (suyu zəhər, 
gül üzlü...) modelindədir (bu tip vahidlərin bir qismi həm 
də epitetlər başlığı altında öyrənilir);  
– “Koroğlu”nun  şeir dili feli frazeoloji vahidlərsiz 
təsəvvürə  belə  gəlmir: boynunu burmaq, dili söz 
tutmamaq, dağ çəkmək...; 
– sinonim frazeoloji  vahidlər “Koroğlu”nun  şeir 
dili üçün də xarakterikdir:  
dəli könül-divanə könül. “Coşdu, dəli könül coşdu”; 
“Divanə könül şad olmaz”; 
Язизхан Танрыверди 
 
 
188
 
dərisinə saman təpmək – pustuna saman təpmək. 
“Dərisinə saman təpilsin gərək”; “İstəyir ki, saman təpə 
pustuma”; 
başı durna telli – səri durna telli. “Eyvazım on dörd 
yaşında//Durna telləri başında..,”; “Səri durna telli Eyvaz, 
ağlama!”; 
qoruğunda turp əkmək – başında turp əkmək. “Xan 
qoruğunda turp əkək..,”; “Paşanın başında gəlin turp 
əkək!...”; 
– “Koroğlu”nun şeir dilində bədii ədəbiyyat əsasın-
da yaranmış frazeoloji vahidlərə, az da olsa, rast gəlinir: 
Məcnun kibi üryan eyləmək. “Bəni Məcnun kibi üryan 
eylədin...”; 
–  şeir dilindəki bəzi frazeoloji vahidlərin məhz 
tarixi  şəxsiyyət adları  əsasında yarandığı aydın  şəkildə 
görünür: “İsgəndər tək sudan bac-xərac alan...”; 
–  şeir dilindəki frazeoloji vahidlərin  əksəriyyəti 
semantikasına görə igidlik, mərdlik və mübarizlik məz-
munludur ki, bu da birbaşa dastanın mövzusu, poetik 
strukturu ilə bağlıdır: başında turp əkmək, başına od 
ələmək, dərisinə saman təpmək (əvvəlki səhifələrə bax: 
tərkibində “qan” sözü işlənən frazeoloji vahidlər); 
– frazeoloji vahidlərin son komponentlərinin işti-
rakı ilə reallaşmış qafiyələr obrazlılığı qüvvətləndirən  ən 
mühüm vasitələr kimi dəyərləndirilə bilər: çəkərəm (hesab 
çəkmək)  → tökərəm (qan-yaş tökmək)  → bükərəm (əlif 
qəddini bükmək): 
Sənnən hesabı çəkərəm, 
Gözündən qan-yaş tökərəm
Əlif qəddini bükərəm, 
Qazı dibindən, dibindən! 


Yüklə 61,3 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə