Microsoft Word Tanr?verdi ?



Yüklə 61,3 Kb.
Pdf görüntüsü
səhifə47/53
tarix21.06.2018
ölçüsü61,3 Kb.
#50105
1   ...   43   44   45   46   47   48   49   50   ...   53

                                                    “Koroğlu”nun şeir dili 
 
 
217 
görə  də “Koroğlu”  şeirləri axıcılığına, ifadəliliyinə,  şirin-
liyinə, poetik siqlətinə görə digər  şeirlərdən özünəməx-
susluğu ilə seçilir... 
“Koroğlu”  şeirlərindəki çoxsaylı sintaktik parale-
lizmlərdən yalnız ikisinə mətn daxilində diqqət yetirək: 
Birinci nümunə: 
Uca dağların başına, 
Çıxmağı kimdən öyrəndin? 
Sən mənim dəli könlümü 
Yıxmağı kimdən öyrəndin? 
 
Nə durubsan xaçın kimi? 
Maç görmədim maçın kimi, 
Acıqlanmış laçın kimi, 
Baxmağı kimdən öyrəndin? 
 
Ərisin dağların qarı, 
Tökülsün çaylara sarı, 
Koroğlunun gözəl yarı, 
Küsməyi kimdən öyrəndin?! 
 
Üç bənddən ibarət olan bu gəraylıdakı oxşar cümlə 
modellərini ardıcıl olaraq sıralayaq: 
 
Çıxmağı kimdən öyrəndin? 
Yıxmağı kimdən öyrəndin? 
Baxmağı kimdən öyrəndin? 
Küsməyi kimdən öyrəndin? 
 
Paralel olaraq işlənmiş, daha doğrusu, tam para-
lellik müşahidə olunan bu cümlələrin səciyyəvi cəhətlərini 
Язизхан Танрыверди 
 
 
218
 
belə ümumiləşdirmək olar: intonasiya ilə reallaşmış sual 
cümlələridir, ritorik suallar kimi çıxış edir; paralel cümlə 
modellərində yalnız ilk sözlər fərqlənir ki, bunlar da 
zəngin qafiyələr kimi görünür: çıxmağı  →  yıxmağı  → 
baxmağı  → küsməyi;  şeirdəki obrazlılıq daha çox məhz 
paralel işlənmiş cümlələrlə yaradılıb. 
İkinci nümunə: 
Eyvaz atı yaxşı saxla, 
Döşdü Bayazid yolları. 
Yollar ayrıcını yoxla, 
Beşdi Bayazid yolları. 
 
Halaypozan qollar bükər, 
Toxmaqvuran qəhrin çəkər, 
Ərəb at nal-mıxın törər, 
Daşdı Bayazid yolları. 
 
Bayazid xoş mənzərədi, 
Tülən, tərlana bərədi, 
Qayadı, dağdı, dərədi, 
Qaşdı Bayazid yolları. 
 
İstərəm ər bağrı yaran, 
Qanlı meydanlarda duran, 
Duman, çovğun, soyuq, boran, 
Qışdı Bayazid yolları. 
 
Koroğluyam hovur, hovur, 
Açma qanlı yaram soyur. 
Namərd qaçır, comərd qovur, 
Leşdi Bayazid yolları. 


                                                    “Koroğlu”nun şeir dili 
 
 
219 
Beş  bənddən ibarət bu gəraylıda struktur baxımın-
dan tam eyni olan cümlələr işlənib ki, bunların da biri 
digəri ilə  zəncirvari bağlanır. Konkret desək, bu bağlılıq 
sintaktik paralelizmlərin nüvəsini təçkil edir. Mətndəki 
paralelizm daha aydın görünsün, - deyə onları ardıcıl 
olaraq sıralayaq: 
 
Döşdü Bayazid yolları, 
Beşdi Bayazid yolları,  
Daşdı Bayazid yolları 
Qaşdı Bayazid yolları, 
Qışdı Bayazid yolları 
Leşdi Bayazid yolları. 
 
Şərti olaraq təqdim etdiyimiz bu sıralanmada 
paralelizm, daha doğrusu, tam paralellik aydın  şəkildə 
görünür. Amma yenə  də  bəzi cəhətləri qeyd etmək lazım 
gəlir: eyni modeldə olan nəqli cümlələrdir; hər birində 
inversiya müşahidə olunur (xəbərləri cümlənin  əvvəlində 
işlənib); ismi xəbərləri müxtəlif məzmunlu sözlərlə ifadə 
olunub ki, bu da onları  fərqləndirən yeganə faktdır; III 
şəxsin təkində olan ismi xəbərləri zəngin qafiyələr kimi 
çıxış edir: döşdü→beşdi→daşdı→qaşdı→qışdı→leşdi; 
ismi xəbərlərin hamısı  ədəbi tələffüzün transkripsiyasına 
uyğun verilib (döşdü, beşdi, daşdı, qaşdı, qışdı, leşdi); bu 
cümlələrin hər biri yalnız baş üzvlərdən ibarətdir; 
III bənddəki mənzərədi, bərədi, qayadı, dağdı, 
dərədi ismi xəbərləri  formasına görə paralel cümlələrin 
ismi xəbərləri ilə (döşdü, beşdi, daşdı, qaşdı, qışdı, leşdi) 
səsləşir ki, bu da mətndəki ahəngdarlığı, eləcə  də poetik 
semantikanı gücləndirir; gəraylıda II növ təyini söz 
Язизхан Танрыверди 
 
 
220
 
birləşməsi ilə ifadə olunmuş “Bəyazid yolları” mübtəda-
sının altı  dəfə  təkrarlanması, eyni zamanda mətndəki 
semantik dinamikanın məhz bu vahidlə tamamlanması 
müşahidə olunur... Bütün bunlar təqdim etdiyimiz şeir-
lərdə sintaktik paralelizmlərin xüsusi rola malik olduğunu 
arqumentləşdirir (bu, “Koroğlu”dakı digər  şeirlərə  də 
aiddir). 
 
HƏMQAFİYƏ SÖZLƏR  
 
“Koroğlu”  şeirlərində bir-birilə  səsləşən, bir-birilə 
bağlanan sözlər cərgəsindən – həmqafiyə sözlərdən kifayət 
qədər bəhs olunub. Bu mənada burada yalnız bəzi detallara 
münasibət bildirməyi zəruri hesab edirik: 
“Koroğlu” şeirlərində zəngin olmayan qafiyələr yox 
dərəcəsindədir. Mübaliğəsiz deyirik ki, bu cür çoxsaylı 
zəngin qafiyələrin hər biri gözəldir, poetik siqlətlidir, 
ruhumuzun ifadəçisi kimi çıxış edir: qarı – sarı – yarı; qoşa 
– coşa – xoşa; baxtı – taxtı – vaxtı; duraram – quraram – 
vuraram; narsız – barsız – yarsız; yəhər – səhər – təhər... 
Yalnız ilk səsləri fərqli olan bu zəngin qafiyələr 
cərgəsindən yalnız birincisini mətn daxilində təqdim edirik 
(hər birinin bənd daxilində təqdimi imkan xaricindədir):  
 
Ərisin dağların qarı,  
Tökülsün çaylara sarı,  
Koroğlunun gözəl yarı,  
Küsməyi kimdən öyrəndin?! 
 
Həmqafiyə sözlər cərgəsində  şivə  tələffüzünə 
uyğun transkripsiyalara rast gəlinir: amanatı  (əmanəti), 


                                                    “Koroğlu”nun şeir dili 
 
 
221 
ataşında (atəşində), söyündüyüm (sevindiyim), xata (xəta), 
çara (çarə)... Qeyd etdiyimiz kimi, bu tip sözlər həmqafiyə 
sözlər cərgəsində daha poetik səslənir: 
 
Məni salmışdılar dara, 
Olmadı dərdimə çara, 
Beləmi olar yar yara?! 
Üzün məndən niyə döndü?! 
 
Qafiyələnən sözlər cərgəsində şəxs adlarının (antro-
ponimlərin) assosiativliyi açıq-aydın  şəkildə görünür: 
basan – pusan – Dəli Hasan; dəyirmana  - yana-yana – 
Kaloğlana; halı – balı – İsabalı... 
 
Aləmə münəvvər olubdu halı, 
Xəstəyə dərmandı ləbinin balı,  
Ona qurban olsun bu İsabalı, 
Kim versə babamdan mənə bir xəbər. 
 
Tərkibində toponimik vahidlər olan qafiyələr üstün 
mövqedə çıxış edir: 
Yoxsa tanımadın məni? 
Qırram Hələbi, Yəməni... 
            *     *     * 
Eyvazı yolladın Şama, 
Qılıncından qanlar dama... 
            *     *     * 
Dolandım qürbət ellərdə, 
Tərifim gəzdi dillərdə, 
Çardaqlı Çənlibellərdə 
Əsrəmiş nər saxlamışam... 
Язизхан Танрыверди 
 
 
222
 
Zoonimlərin, konkret desək, at adlarının qafiyə-
lənən sözlər cərgəsində işlənməsi olduqca təbii qarşılanır: 
 
Qəbrimi qaz qatı-qatı, 
Üstümdə bəzət Qıratı, 
Haqqın bir gün qiyamatı 
Oluncan gözlərəm  səni. 
             *    *     * 
Koroğlu eylədi xata 
İndi sən bax bu busata, 
Canım qurban Ərəb ata, 
Oynar, kişnər, saxlamışam. 
 
Bir sıra şeirlərdə  misraların son sözləri ilə yanaşı, ilk 
sözlərinin də həmqafiyə olmasına rast gəlinir: 
 
Uca-uca dağlar başı,  
Çənli də olur, çənsiz də olur. 
Cəhd elə bir işdə tapıl,  
Sənli də olur, sənsiz də olur. 
 
Ağ üzdə busə tək gərək, 
Ərənlər İsatək gərək, 
Gözəllər Nisatək gərək
Telli də olur, telsiz də olur.  
 
Koroğlunun atı gərək, 
Dəmir, polad qatı gərək, 
Bir igidin zatı gərək, 
Pullu da olur, pulsuz da olur. 


Yüklə 61,3 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə