Microsoft Word Tanr?verdi ?



Yüklə 61,3 Kb.
Pdf görüntüsü
səhifə50/53
tarix21.06.2018
ölçüsü61,3 Kb.
#50105
1   ...   45   46   47   48   49   50   51   52   53

                                                    “Koroğlu”nun şeir dili 
 
 
231 
Buna görə  də çox zaman müfəssəl təşbehə ehtiyac 
duyulmur, ünsürlərdən qənaət və ixtisarla, bədii təsvirin 
istiqamət və xarakterinə uyğun istifadə olunur” (A.Hacı-
yev.  Ədəbiyyatşünaslığın  əsasları. Bakı, 1999, səh.217). 
Bu tip təşbehlər “Koroğlu”nun  şeir dili üçün də 
səciyyəvidir: “Yanaqları alma, bir lalə üzlü”; “Qaşların 
kamandır, kipriyin almaz”... 
“Koroğlu”nun  şeir dilindəki təşbehlərdə müqayisə 
olunan subyektlərin müxtəlifliyi nəzərə çarpır ki, bu da 
türkün qədim tarixi, etnoqrafiyası və psixologiyası barədə 
müəyyən təəssürat yaradır. Bu təşbehlərdəki müqayisə 
subyektləri isə, əsasən, aşağıdakılardan ibarətdir: 
Silahla müqayisə:  şeşpər. “Atılaram şeşpər kimi // 
Bağrın başına bataram”; cida. “Tanı Koroğlu soyunu // 
Gör cida təki boyunu”; ox. “Sözlərim peykanlı oxdu”; 
kaman. “Qaşların kamandır, kipriyin almaz” ...Obrazlı 
təfəkkürün  məhsulu olan bu təşbehlərdəki silah adları 
türkün hərb sənətinin zənginliyini də işarələndirir;  
Vəhşi heyvanlarla müqayisə: aslan. “Aslan kimi 
mərd meydanda dururdum”; şir. “Cünun deyər şirə bənzər 
Koroğlu”; qurd. “Ac qurd kimi düşman üstə ularam”... 
Təşbehlərdəki aslan (şir) və qurd sözləri igidlik simvol-
ludur. Eyni zamanda bu tip təşbehlər təkcə, “Koroğlu” 
eposu yox, ümumən  ədəbiyyatımız üçün xarakterikdir;  
quşlarla müqayisə:  tərlan. “Tərlan kimi süzmək 
ona yaraşır”; laçın. “Laçın tək havada süzən Koroğlu”; 
bülbül. “Eyvaz bülbül olub uçar gülündən”... Bu tip 
təşbehlərin hər biri təbiəti duyan, onun əsrarəngiz gözəl-
liyinə  bələd olan türkün poetik təfəkkürü ilə yoğrulub. 
Buradakı  müqayisə subyektlərindən “tərlan” və “bülbül” 
gözəllik, “laçın” isə igidlik, mübarizlik simvolludur. 
Язизхан Танрыверди 
 
 
232
 
Amma bir cəhəti də vurğulayaq ki, dastanın şeir dilindəki 
təşbehlərdə “tərlan” təkcə gözəllik deyil, həm də igidlik  
simvollu (semantikalı) bir söz kimi işlənib: tərlan. “Mərd 
igidlər kimi yolları basan // Tülək tərlan kimi bərələr 
pusan...” Deməli, “tərlan” zooleksemi semantikasına görə 
əks qütblərdə dayanan təşbehlərin tərkibində  işlənib.  
Maraqlıdır ki, bu qütbləşmə Azərbaycan  şəxs adları 
sistemində  də özünü göstərir: Tərlan (kişi adı), Tərlan 
(qadın adı). Bu ziddiyyətləri isə belə  səciyyələndirmək 
olar: tərlanın (quşun) sürətli uçuşu = igidlik semantikalı 
“Tülək tərlan kimi bərələr pusan” təşbehi və kişi adı 
(Tərlan); tərlanın (quşun) zahiri gözəlliyinin dəyərləndiril-
məsi = gözəllik  semantikalı “Tərlan kimi süzmək ona 
yaraşır” təşbehi və qadın adı (Tərlan). Bütün bunlar isə o 
deməkdir ki, “tərlan” zooleksemi əsasında həm müxtəlif 
semantikalı  təşbehlər, həm də metaforik şəxs adları 
yaradılıb. Hər iki halda Azərbaycan dilinin potensialı, 
ifadə imkanlarının zənginliyi qabarıq şəkildə görünür; 
ev heyvanları ilə müqayisə: quzu. “Tapsın mənim 
Düratımı // Bəslənəndə quzu kimi...” Bu təşbeh at kultunu, 
ata olan sevgini əks etdirir (ev heyvanları ilə müqayisə 
olunmaya az rast gəlinir); 
cücülərlə müqayisə: qarınca (qarışqa). “Çıxın 
qarınca tək dolun hər yandan!”; arı. “Yoxsa ay qız, bala 
qonmuş arısan?!”... Bu nümunələrdən birincisi igidlik
ikincisi gözəllik semantikalıdır;  
su, eyni zamanda su ilə bağlı digər varlıqlarla 
müqayisə: “Su tək axıdaram qanı”;  sel. “Boz bulannıq 
axan selə bənzərsən”;  göl. “Sonası ovlanmış gölə bənzər-
sən”; çay. “Çay kimi coşmuşam, daha sönmərəm”; dərya. 
“Dərya tək çalxanır, göl tək durulur”... (sonuncu nümu-


                                                    “Koroğlu”nun şeir dili 
 
 
233 
nədəki təşbehlər həm də antitezanın tərəfləri kimi çıxış 
edir). Müxtəlif semantikalı bu təşbehlərin  əksəriyyəti 
dastanın poetik strukturu ilə birbaşa bağlanır.Məsələn, “Su 
tək axıdaram qanı”, “Çay kimi coşmuşam, daha 
dönmərəm” kimi təşbehlər dastanın bütün qolları ilə 
səsləşir; 
meyvə, həmçinin bitkilərlə müqayisə: alma. 
“Yanaqları alma, bir lalə üzlü”; yarpaq. “Nə baxırsan 
küsür kimi // Yarpaq necə  əsir kimi?” ; pencər. “Başları 
pencər tək biçə”; gül. “Yenicə açılan gülə bənzərsən”; kol. 
“Uca dağ başında kola bənzərsən”... Bu təşbehlərdəki 
subyektlərdən alma və  gül “gözəlliyi”, yarpaq “qorxaq-
lığı”,  pencər tək biçmək “igidliyi”, kol isə “təkliyi”, 
“tənhalığı” işarələndirir; 
səma cisimləri ilə müqayisə: ay, gün. “Çənlibeldə 
qurdum binə // Bənzəyirsən aya, günə...” Burada Kor-
oğlunun Nigar xanımı aya və günə  bənzətməsi aydın 
şəkildə ifadə olunub; 
əfsanəvi, dini və tarixi şəxsiyyətlərlə (adlarla) 
müqayisə:  İsa. “Ərənlər  İsatək gərək”;  İsgəndər. 
“İsgəndər tək sudan bac-xərac alan”; Rüstəmi-Zal.  
“Rüstəm-Zal kimi nərələr çəkən”... Burada təkcə onu qeyd 
edirik ki, bu təşbehlər dilçiliyimizdə  həm də idiomatik 
vahidlər  başlığı altında öyrənilir. 
Müqayisələr kontekstində təqdim etdiyimiz təşbeh-
lərin leksik-semantik qrupları isə,  əsasən, aşağıdakı 
kimidir: 
qəhrəmanlıq, igidlik mənası ifadə edənlər: “Çay 
kimi coşmuşam, daha dönmərəm”, “Su tək axıdaram 
qanı”, “Atılaram şeşpər kimi”,  “Düşmanın üstünü quş tək 
aldıran”,  “Cünun deyər şirə bənzər Koroğlu”, “Aslan kimi 
Язизхан Танрыверди 
 
 
234
 
mərd meydanda dururdum”, “Laçın tək havada süzər 
Koroğlu”, “Çıxın qarınca tək dolun hər yandan”, 
“Rüstəmi-Zal kimi nərələr çəkən”, “Şahin kimi şikar 
tutsun yuvada” ... 
at kultunu ifadə edənlər: “Tapsın mənim Düratımı 
// Bəslənəndə quzu kimi”, “Cüyrana bənzər qaçışın”, 
“Tərlana bənzər uçuşun”...; 
qadın gözəlliyini ifadə edənlər: “Bənzəyirsən aya, 
günə”,    “Yoxsa  ay  qız bala qonmuş arısan?!”, “Gözü 
göyçək, qaşı  qələm”, “Qaşların kamandır, kipriyin 
almaz”...  
Semantikasına görə üç istiqamətdə qruplaşdır-
dığımız təşbehlər dastanın poetik strukturu ilə birbaşa 
bağlanır ki, bu da təsadüfi deyil. Belə ki, dastan, hər 
şeydən  əvvəl, qəhrəmanlıq eposu olduğundan igidlik 
semantikalı təşbehlər üstün mövqedə görünür, daha dəqiqi
birinci sırada durur. İkincisi, dastandan at obrazları bir 
leytmotiv kimi keçir. Bu da atla bağlı təşbehlərin yaranma 
əsaslarına işıq salır. Üçüncüsü, dastanın poetik struk-
turunda Nigar, Telli, Hürü kimi qadın obrazları  xüsusi 
çəkiyə malikdir. Bu mənada qadın gözəlliyini ifadə edən 
təşbehlərin sayca çoxluğu da təbii qarşılanır. 
 
Metafora  
 
“Koroğlu”nun  şeir dilində metaforalara az rast 
gəlinir. Bu vahidlərin mətn daxilindəki yeri və poetik 
çəkisi isə aşağıdakı qruplar daxilində daha aydın görünür: 
– canlılara məxsus  əlamət və keyfiyyətlərin cansız 
əşyaların üzərinə köçürülməsini  ifadə edənlər: “Misri 
qılınc cövlan vursun havada // Bağırsaq cəmdəyə dolan-


Yüklə 61,3 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə