Microsoft Word Tanr?verdi ?



Yüklə 61,3 Kb.
Pdf görüntüsü
səhifə45/53
tarix21.06.2018
ölçüsü61,3 Kb.
#50105
1   ...   41   42   43   44   45   46   47   48   ...   53

                                                    “Koroğlu”nun şeir dili 
 
 
209 
Buradakı  zəngin qafiyələrin “atılı” (atım-atım 
atılmaq) sözünün assosiativliyi ilə reallaşması açıq-aydın 
şəkildə görünür: atılı-çatılı-satılı. Digər tərəfdən, “atım-
atım atılmaq” leksik-morfoloji təkrarındakı “at”la “Qırat” 
zooniminin “at” hissəsi arasında  zəncirvari bağlılıq, allite-
rativ qafiyələnmə müşahidə olunur. Belə bir qafiyələnmə 
isə ümumən  şifahi  ədəbiyyatımız üçün xarakterikdir: 
Atım, atım, Qıratım... 
 
ANAFORA VƏ EPİFORA 
 
Ritm  və ahəngdarlığın yaradılması, melodiyalılığın 
təmin olunması, həmçinin poetik mənanın qüvvətlən- 
dirilməsində  anaforik və epiforik təkrarların rolu danıl-
mazdır. Yeri gəlmişkən, ümumtürk ədəbiyyatı üçün 
xarakterik olan bu cür təkrarların yaranma tarixi çox 
qədimdir. 
 Burada “Güc vur ho, güc vur ho, güc vur ho! 
Avalım düzdə qalıb ...” misraları ilə başlanan  əkinçi 
nəğməsini təhlil süzgəcindən keçirmiş K.Hüseynoğlunun  
bir fikrini xatırlatmaq lazım gəlir: “... xalq mərasim və 
tamaşalarının qədim qaynaqları olan ovsun və magik 
ayinlərin ifası zamanı təqlid və təsir xatirinə, sözün əməli 
kəsərini artırmaq naminə bir çox söz, söz birləşmələri və 
səslər təkrar olunurdu. Belə  mətnlər get-gedə  təkmil-
ləşdikcə onlardakı müxtəlif səs təkrarları da daha mütə-
şəkkil ritm vasitələrinə çevrilirdi...Ritmin estetik təsirinin 
kökləri də  məhz buradan başlanır, poeziya və musiqidə 
get-gedə daha da  zənginləşir” (Azərbaycan şeir mədəniy-
yəti. Bakı, 1996, səh.17). Bu mənada “Koroğlu”nun  şeir 
dilində assonans, alliterasiya və digər poetik kateqori-
Язизхан Танрыверди 
 
 
210
 
yalarla yanaşı, anafora (təkrar olunan söz və    ifadələrin  
misraların, cümlələrin  əvvəlində    işlənməsi) və epifora-
ların (təkrar olunan söz və ifadələrin misraların, cümlələrin 
sonunda işlənməsi) qabarıq  şəkildə görünməsi təbii 
qarşılanır. Bəzi nümunələrə nəzər salaq: 
Anaforalar 
Bu söz çıxıb telli Nigar dilindən,  
Bu qılıqda çodar olmaz, hay olmaz... 
               *    *    *   
Biri şahin, qənim üstə əsəndi
Biri qanlı başı tərkdən asandı... 
               *    *     * 
Uçub, uçub gəlir Bağdad elindən,  
Yer hay, məlum, çəkərəm, broy!.. 
               *    *     * 
...Dərib, dərib, yaylıq üstə sərməsən, 
Mətləbə gəlmişəm, mətləb verməsən... 
               *    *     * 
Hansı dağların qarısan? 
Hansı bağların barısan?... 
               *    *     * 
 
Səksən min ilxıya, səksən min ata, 
Səksən min mahaldan gələn barata, 
Səksən min kotana, səksən min cütə, 
Səksən min kotallı kala da vermə!... 
 
Sonuncu bənddəki anaforalar silsiləsi ilə bağlı bəzi 
cəhətlərə münasibət bildirmək lazım gəlir:  ədəbiyyatı-
mızdakı  ən zəngin,  ən təsirli anaforalardan hesab oluna 
bilər; Qıratın  böyüklüyü, bənzərsizliyi anaforalar konteks-


                                                    “Koroğlu”nun şeir dili 
 
 
211 
tində canlandırılıb, daha doğrusu, anafora kimi işlənmiş 
sözlər mübaliğələrdə birinci tərəf kimi çıxış edib; 
anaforalardakı “səksən” sözünün I və IV misraların son 
hissələrində eynilə  təkrarlanması  mətndəki melodiyalılığı 
bir az  da qüvvətləndirib. 
Epiforalar  
Bolu bəyin məclisində məzəsən,  
Məzəsən, broy, broy
           *      *       * 
Yaxşı yerdə axşamladın 
Ərəb oğlu, Ərəb oğlu! 
           *      *       * 
Qoç Koroğlu hanı, hanı
Dostunla düşmanın tanı!... 
           *      *       * 
Bu cür çoxsaylı epiforalarda müşahidə olunan bir 
məqama da diqqət yetirmək zərurəti yaranır: “Koroğlu” 
dastanındakı  şeirlərdə epifora kimi işlənmiş sözlər mətn 
daxilində zəncirvari olaraq bağlanır, daha doğrusu, zəngin 
qafiyələr kimi çıxış edir: 
 
Ay həzərat, ay camaat, 
Ürək zərd oldu, zərd oldu!... 
Genə namərdin sözləri 
Cana dərd oldu, dərd oldu! 
 
Dostumu atdım damana, 
Rəqibi gəlsin yamana, 
Kor olsun belə zamana, 
Namərd mərd oldu, mərd oldu! 
 
Язизхан Танрыверди 
 
 
212
 
Koroğluyam, dad, hazaram, 
Adım dəftərə yazaram, 
Nə qədər səfil gəzərəm, 
Adım qurd oldu, qurd oldu! 
 
Göründüyü kimi, üç bənddən ibarət bu gəraylıda 
epifora kimi işlənmiş sözlər qafiyələnib: zərd oldu, zərd 
oldu → dərd oldu, dərd oldu → mərd oldu, mərd oldu → 
qurd oldu, qurd oldu. Heç şübhəsiz ki, mətndəki obrazlılıq 
da daha çox bu vasitələrlə reallaşdırılıb. 
 
RƏDDÜL İBTİDA ƏLƏL  ƏCÜZ VƏ  
RƏDDÜL ƏCÜZ ƏLƏL İBTİDA 
 
“Koroğlu” dastanındakı şeirlərdə “rəddül ibtida ələl 
əcüz”lə (eyni sözün misranın həm  əvvəlində, həm də 
sonunda işlənməsi) poetik mənanın dolğunlaşdırılması, 
eyni zamanda ahəngdarlığın məhz bu kateqoriya ilə 
reallaşdırılması üstün mövqedə görünür. Çoxsaylı nümu-
nələrdən bir neçəsinə  diqqət yetirək: 
 
...Öldürməyə bəy, paşanı 
Gəldi dəlilərim, gəldi.  
 
            *    *    * 
Coşar dəli könül, coşar  
Coşuban  həddindən aşar... 
            *    *    * 
...Yarı mənzildə qalmışam 
Dindirmə, məni dindirmə! 
            *    *    * 


Yüklə 61,3 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə