Microsoft Word Tanr?verdi ?



Yüklə 61,3 Kb.
Pdf görüntüsü
səhifə42/53
tarix21.06.2018
ölçüsü61,3 Kb.
#50105
1   ...   38   39   40   41   42   43   44   45   ...   53

                                                    “Koroğlu”nun şeir dili 
 
 
197 
 
 
“Koroğlu”dakı nəzm parçalarının  
sintaktik xüsusiyyətləri 
 
“Koroğlu” eposunun nəzm hissələrində müşahidə 
olunan ismi və feli birləşmələr, sadə  və mürəkkəb cümlə 
modelləri, ara sözləri, xitablar – bir sözlə, bütün sintaktik 
vahidlər,  əsasən, müasir  Azərbaycan  ədəbi dilindəki 
kimidir. Məsələn: I növ təyini söz birləşmələri: güllü bağ 
(Güllü bağlarda gəzərsən), qırx ox (Üzük halqasından  qırx 
ox keçirtdim)...; II növ təyini  söz birləşmələri: Çənlibel 
başı (Çənlibel başında məclis qurulsun), dağlar arası 
(Gözümə görünmür dağlar arası)...; III növ təyini söz 
birləşmələri: igidin atı  (İgidin atıdır ciyərparası), 
Koroğlunun ovlağı (Çənlibeldi Koroğlunun ovlağı)...; feli 
birləşmələr: “Çox köhlənlər yoran qoç Koroğludur”,  
“Sevib-seçib bəyəndiyim // Sədasına oyandığım...”,  
“Şeş atanda beş inildər”...;  sadə cümlələr: “Qaya başında 
duraram”, “Hirslənib coşduğun varmı?”, “Tök malını, get 
bəzirgan!”...; mürəkkəb cümlələr: “İnanma ki, neçə ilə 
sönəm mən”, “Bilmirəm baharam, yoxsa ki qışam // Qorx 
o zamandan ki, qaynayam, coşam”...  Şərti olaraq təqdim 
etdiyimiz nümunələr “Koroğlu”nun  şeir dilində kifayət 
qədərdir. Fərqli cəhətləri  isə belə ümumiləşdirmək olar: 
– təyini söz birləşmələri modelində olan bir sıra 
ifadələr müasir ədəbi dilimiz üçün səciyyəvi deyil: polad 
qolçaq (Polad qolçaq qolum sıxsa), poladdan qolçaq 
(Poladdan qolçaq qoluma), qoç oğul, qoç qardaş (Ya qoç 
oğlu, qoç qardaşı gərəkdir)... 
Язизхан Танрыверди 
 
 
198
 
– miqdar saylarından sonra gələn isimlərin cəm 
şəkilçisi qəbul etməsi müasir ədəbi dilimizdə 
sabitləşməyib. “Koroğlu”nun  şeir dilində isə bu tip I növ 
təyini söz birləşmələri qabarıq  şəkildə görünür: beş 
durnalar (Göydən gedən beş durnalar), üç igidlər (Arif 
olun üç igidlər), iki xanlar (İki xanlar bir araya gələndə)... 
– müasir ədəbi dilimizdə sabitləşməyən fars və ərəb 
izafətlərinə, “Koroğlu”nun şeir dilində, az da olsa, təsadüf 
olunur:  şəhri-Bağdad (Səfərimdi  şəhri-Bağdad), mülki-
İran (Saluban gedərəm mülki-İrana)... 
“Koroğlu” eposundakı şeirlərin (müstəqil qoşmalar 
daxil olmaqla) sintaksisi ilə bağlı  təqdim etdiyimiz fərqli 
cəhətlər şivələrimizdə, demək olar ki, eynilə işlənir, daha 
dəqiqi, bu sistemdə yalnız izafətlər istisnalıq təşkil edir.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


                                                    “Koroğlu”nun şeir dili 
 
 
199 
 
 
“Koroğlu”nun nəzm parçalarında  
obrazlılığın təzahürü 
 
“Koroğlu” eposundakı bayatı, gəraylı və qoşmaların  
bənzərsizliyi, zövq oxşaması, poetik siqləti barədə çox 
yazılıb və bundan sonra da yazılacaq. Çünki bu  şeirlərdə 
Koroğlunun dəli nərəsi, at belində qılınc oynadan dəlilərin 
düşmənə qan uddurması, ala gözlü Nigarın Koroğluya 
dərin məhəbbəti, saza vurğunluq, sonsuzluq dərdi, dostluq 
və qardaşlıq, dağa və ata olan insani münasibət – bir sözlə, 
hər bir hadisə, hər bir obraz son dərəcə poetik bir dillə 
canlandırılıb. Ustad aşıqlar, el sənətkarları bu şeirləri 
yaradarkən Azərbaycan dilinin zənginliyindən məharətlə, 
ustalıqla istifadə edib. Obrazlı desək, bu zənginliyi yarat-
dıqları şeirlərin ruhuna, canına, qanına elə hopdurublar ki
onların hər biri bu gün də təzə-tərdir, bu gün də şirindir... 
Bəzi bəndlərin poetik semantikasına nəzər salaq: 
 
Mərd dayanar, namərd qaçar, 
Meydan gumbur-gumburlanı... 
Dəlilərim meydan açar, 
Düşman gumbur-gumburlanı... 
 
Bu bənddə igidlik, mərdlik və mübarizlik seman-
tikası alliterasiyalar, səs yamsılamaları, zəngin qafiyələr, 
sintaktik paralelizmlər, frazeoloji vahidlər, antitezalar və s. 
kimi poetik vasitələrlə canlandırılıb. Bu bəndin intonativ 
mənası da çox dərindir. Hətta burada harmoniya, ahəng-
Язизхан Танрыверди 
 
 
200
 
darlıq o qədər qüvvətlidir ki, sözün həqiqi mənasında, 
hərbi marş kimi səslənir. 
“Başına döndüyüm gül üzlü xanım” misrası ilə 
başlanan qoşmada gözəlin bədii portreti ustalıqla yaradılıb: 
lirik “mən”in vəsf etdiyi, başına döndüyü gözəlin gözləri 
qara, saçları siyah, yanaqları  şux, üzü güldür. Onun bu 
gözəlliyi lirik “mən”i rahat buraxmır, canını üzür, ciyərini  
yara edir... Belə bir sintaktik mühitin reallaşmasında isə 
bir sıra poetik kateqoriyalardan istifadə olunub. Konkret 
desək, burada alliterasiyalar, zəngin qafiyələr, sintaktik 
paralelizmlər, frazeoloji vahidlər, epitetlər və s. bir-birilə 
çulğaşmış vəziyyətdədir. Üç bənddən ibarət həmin qoşma-
nın sonuncu misrasında vəsf edilən gözəl “bala qonmuş 
arı”ya bənzədilir ki, bu da poetik mənanı qüvvətləndir-
məyə xidmət edir (...Qara gözlər şux yanaqdan can alıb // 
Yoxsa ay qız, bala qonmuş arısan?!). Məhz  buna görə də 
bu cür şeirlərin  əksəriyyəti  əbədiyaşarlıq statusu qazanıb. 
Digər tərəfdən, bu tip şeirləri oxuyanda, eposun öz dili ilə 
desək, “dərin-dərin dəryalara dalırsan”, istər-istəməz 
keçmişlə bu gün arasında körpü yaratmağa  çalışır və 
düşünməli  olursan: döyüş Koroğluya babalarımızdan, bizə 
isə Koroğludan miras qalıb, biz də bu mirası sonrakı 
nəsillərə ötürməliyik; qopuz sazla əvəzlənsə  də, yenə  də 
sirli-sehirlidir, yenə  də ruhumuzu oxşayır və beləcə  də 
gələcək nəsillərə ötürüləcək... bu cür “miras və ötürül-
mə”lərin nüvəsində isə, şübhəsiz ki, genetik yaddaş durur. 
O yaddaş ki, “Koroğlu”da da qabarıq  şəkildə müşahidə 
olunur. Daha doğrusu, dastanın nəzm hissələrində genetik 
yaddaş, həmin dövrün ədəbi dili və bu dilə söykənən ustad 
aşıqların sənətkarlığı sintez şəklindədir. “Koroğlu”nun 
şeirlərindəki poetik  siqlət, ecazkarlıq da məhz bu üçbu-


Yüklə 61,3 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə