Microsoft Word Tanr?verdi ?



Yüklə 61,3 Kb.
Pdf görüntüsü
səhifə35/53
tarix21.06.2018
ölçüsü61,3 Kb.
#50105
1   ...   31   32   33   34   35   36   37   38   ...   53

                                                    “Koroğlu”nun şeir dili 
 
 
167 
dili. Bakı, 1972, səh.178). Müəllifin  qənaətləri düzgündür. 
Amma bu tip vahidlərin dilçiliyimizdə “köhnəlik” deyil, 
məhz “leksik-fonetik arxaizmlər” başlığı altında öyrənil-
məsini daha məqbul hesab edirik. “Koroğlu”nun  şeir 
dilində bu tip sözlər kifayət qədərdir. Məsələn: 
av (ov). “Kürdoğlu, kamandar ötürməz avı”. 
bən (mən). “Aşiq oldum, bən günahkar olmadım”. 
əyər (yəhər). “Çək gəlsin Qıratı,  əyərlə görüm”. 
(dastanın şeir dilində “yəhər” forması da müşahidə olunur: 
“Kəsdirrəm gümüşdən yəhər”). 
əqil (ağıl). “Dövlətlidən dövlət dönər//Əqil başdan 
təzər bir gün”. 
urulmaq (vurulmaq). “Əvvəl qoç iyidin atı urulur”. 
umud (ümid). “...Ruqiyə xanım sizə qurban//Bir 
umudum sizə  gəlir” (bu söz “Dədə Qorqud kitabı”nın  
dilində  “umud” şəklində  işlənib: “Qalın Oğuz  bəgləri 
içün əzim yas tutdılar. Umud üzdilər”). 
kibi (kimi). “Bəni Məcnun kibi uryan eylədin...” 
genə (yenə). “Qarı düşmən genə  çəkdi...” Burada 
bir cəhəti mütləq qeyd etmək lazım gəlir: təqdim etdiyimiz 
misradakı sözlərin, demək olar ki, hər biri “Dədə Qorqud 
kitabı”ndakı fonetik tərkibi və semantikasını eynilə 
saxlamış vahidlərdir:  “Qarı düşmən dost olmaz; “Gördi 
kim, yüzük genə  Dəpəgözüη ayağı altında yatur”... Bu 
qarşılaşdırma da “Koroğlu”nun “Kitab”ın davamı olaraq 
yarandığını təsdiqləyir (əvvəlki səhifələrə bax). 
ilən (ilə -la
2
). “İllərilən arzumanım çəkərəm”. 
qılıc (qılınc). “Qılıcın qəmzəsi qana boyansın!” 
(“Koroğlu”nun dilində “qılınc” formasına daha çox rast 
gəlinir: “Misri qılınc çəkib, boyunlar vuran”). 
şəhr (şəhər). “İstambul şəhrində xotkar balası”. 
Язизхан Танрыверди 
 
 
168
 
yengi (yeni). “Yengidən bir saray yapım deyərdim” 
yüz (üz). “Qıratumun  yüzüdür saf //Müxənnətdən 
çəkmənəm xaf)... 
Yuxarıda leksik-fonetik arxaizmlər başlığı altında 
təqdim etdiyimiz sözlərin bir qismi Azərbaycan dili şivə-
lərində eynilə işlənməkdədir: av, genə, umud... 
“Koroğlu”nun  şeir dilində semantik və leksik-
fonetik arxaizmlərlə müqayisədə leksik arxaizmlərə daha  
çox rast gəlinir. Bu tip arxaizmlər XVII əsrə  qədərki 
Azərbaycan dilinin leksikası barədə müəyyən təəssürat 
yaradır ki, bu da tarixi leksikologiya baxımından əhəmiy-
yətlidir. Digər tərəfdən, müasir ədəbi dilimiz üçün arxaizm 
hesab olunan bu vahidlərin mətndəki poetik çəkisi, 
obrazlılıq yaratma imkanları da diqqəti cəlb edir.: birincisi
onu qeyd etmək lazım gəlir ki, bu arxaizmlərin bir qismi 
frazeoloji vahidlər daxilində işlənib; suç (günah). “Suçunu 
boynuna mindir”; ənik (küçük, it balası). “Çaqqal əniyi 
qurd olmaz”; nam (ad, nam qazanmaq – ad qazanmaq). 
“Qoç igid qazanır namı meydanda”..; ikincisi, bu vahid-
lərin bir qismi həmqafiyə sözlər cərgəsində müşahidə 
edilir. Papaq anlamlı “börk” sözünün qafiyələnən sözlər 
sırasında işlənməsi, daha doğrusu, digər sözlərin məhz 
“börk” sözünə uyğunlaşdırılması  da dediklərimizi  əyani-
ləşdirir: börkümə, kürkümə, tərkimə. 
 
Əcəli qoydum börkümə, 
Büründüm çodar kürkünə. 
Gəl min Qıratın tərkinə, 
Varaq, a qəssabın oğlu!... 
 


                                                    “Koroğlu”nun şeir dili 
 
 
169 
Yaxud yazılı əmr, qəbz və s. anlamlı “barat” (bərat) 
sözü həmqafiyə sözlər cərgəsində  işlənib: ata – barata – 
cütə. “Səksən min ilxıya, səksən min ata // Səksən min 
mahaldan gələn barata...; üçüncüsü, bu arxaizmlərin bir 
qismi epitet, təşbeh, metafora kimi məcazların tərkibində 
işlənib (sonrakı səhifələrə bax). 
“Koroğlu”nun şeir dilini zənginləşdirən arxaizm-lərə 
mətn daxilində diqqət yetirək: 
alay//halay (böyük dəstə). “Dəlilər yeriyir, alaylar 
bükür”; “Halay vurub gəldi mənim üstümə”. 
altun (qızıl). “Altun kəmər incitməsin!”. 
axca (pul, gümüş pul). “Axcasız, pulsuz aşığam”. 
baz (qızılquş) “Baz da der ki, bu dağ  bənim 
dağımdur”. 
börk (papaq). “Əcəli qoydum börkümə”. 
barat (bərat – yazılı  əmr; qəbz; göndərilən və ya 
alınan pul...). “Səksən min mahaldan gələn barata”. 
bəzirgan (tacir). “Çəkib bəzirgan soyduğum). 
bəzirganbaşı (tacirbaşı). “Gəl sənə söyləyim, 
bəzirganbaşı”. 
broy (yeri, get). “El sonam, broy, broy!” 
bədöy (bədəvi – cins at, güclü at...). “Candan əziz 
bədöy atlar”. 
çəri (çərik – qoşun, ordu). “Xotkar üstümüzə  çəri 
buyurdu”. 
duş (yuxu). “Yatmışdım aşkara gördüm duşumu”. 
didə (göz). “Tökdürrəm didəndən göz yaşı”. 
ər (igid). “Eyvaz tək əri az gördüm”. 
ənik (küçük, it balası...). “Çaqqal əniyi qurd olmaz”. 
ərgən (subay) . “Səksən min ərgənə, dula da vermə”. 
əğyar (rəqib). “Əğyarımdan bir əhvalat dilərəm”. 
Язизхан Танрыверди 
 
 
170
 
əlif qəd (uca boy). “Əlif qəddini bükərəm”. 
əndam (bədən, vücud). “Boyansın  əndamı al qana, 
gəlsin”. 
əsrəmək (qızmaq, coşmaq). “Çənlibel üstündə  əsrə-
miş nərsən”. 
əppək (çörək, ilkin forması  “ətmək”). “Dağıdar 
əppəyi, aşı Koroğlu”. 
hərami (quldur, soyğunçu). “Çəkinməyin hərami-dən
yağıdan”. 
hərgiz (heç zaman). “Hərgiz gələ bilməz yağı”. 
xotkar (padşah). “Mən xotkar qızıyam, Nigardır 
adım”. 
xoryat (fərsiz). “Sənə xoryat əli dəydi, sol, sonam”. 
(bu söz “Dədə Qorqud kitabı”ın dilində “xoyrad” 
şəklindədir). 
xaqan (xan, xanlar xanı, hökmdar). “Xaqanlar başına 
şeşpər çaldıran”. 
irağ (uzaq). “Qoymaram gözdən irağa”. 
irmək (çatmaq, qovmaq). “Dalda irür müxənnətin 
durağı”. 
kəndi (özü). “Atı yüyrək, kəndi qoçaq”. 
kür (özbaşına, dəlisov). “Miniləndə kür atımı”. 
qağan (başçı, hökmdar anlamlı “xaqan” sözündən 
törəmə hesab olunur). “Qağanlar şığrışır, pələng daşlanır” 
(burada “qağanlar” sözü məcazi mənada işlənib). 
qızıl (qırmızı). Axsın, qızıl qan yerisin?” 
qılmaq (etmək). “Şirin nəsihətim qıl sinədəftər”. 
qəvvaz (qəvvas – üzgüçü, dalğıc). “Qırat bir qəvvaz 
olaydı”. 
muy (tük). “Bir muy saymaram paşanı”. 


Yüklə 61,3 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə