Microsoft Word Tanr?verdi ?



Yüklə 61,3 Kb.
Pdf görüntüsü
səhifə36/53
tarix21.06.2018
ölçüsü61,3 Kb.
#50105
1   ...   32   33   34   35   36   37   38   39   ...   53

                                                    “Koroğlu”nun şeir dili 
 
 
171 
nayıb (naib - əvəz, vəkil, canişin). “Eyvaz nayıb 
olsun ta mən gəlincə”. 
ün (səs). “Əlim çatmaz, ünüm yetməz”. 
öynə (yemək vaxtı). “Hər öynədə on tas arpa”. 
sadaq (oxqabı). “Səksən oxu sadağından boşana”. 
sər (baş). “Sərim qurban Ərəb ata!”. 
səf (dəstə, cərgə). “Gözəllər səfində sana yaraşır”. 
siyah (qara). “Siyah kəkülü sünbüldür, broy!” 
suç (günah). “Suçunu boynuna mindir”. 
sərp (sarp – sərt, çətin). “Sərp qayadır daşlarımız”. 
sivan (seyvan – çadır, günlük). “Ala sivan, çadır 
otaq quranlar). 
tüp (dəstə). “Qoşunlar  talayıb, tüplər dağıdan”. 
tənab (ip). “Kimi tənab qılınclasın”. 
nam (ad). “Qoç igid qazanır namı meydanda”. 
öyəc (buruq qoç). “Səksən min ağ tüklü qəmər 
öyəcə”. 
rüsx
ət (icazə). “Rüsxət ver, mən gedər oldum”. 
varmaq (getmək). “Şahlar üstə varan qoç 
Koroğludur”. 
yağı (düşmən). “Koroğlu əyilməz yağıya, yada”. 
yaraq (silah) “Dola polad yarağına”. 
yığnaq (yığıncaq, məclis). “Bir ağır yığnağım ola”... 
Təqdim etdiyimiz leksik arxaizmlərlə bağlı bunları 
söyləmək olar: bu vahidlər “Koroğlu”nun  şeir dilinin 
zənginliyini  açıq-aydın şəkildə göstərir; belə arxaizmlərin 
bir qismi türkün hərb tarixini kodlaşmış  şəkildə yaşadır; 
türk mənşəli sözlər leksik arxaizmlər cərgəsində də üstün 
mövqedə  çıxış edir; bu arxaizmlərin bir qismi həqiqi, bir 
qismi isə  məcazi mənada işlənib;  bu tip sözlər müasir 
ədəbi dilimiz baxımından arxaikləşmiş vahidlər hesab 
Язизхан Танрыверди 
 
 
172
 
olunsa da,  dilimizdə yaşamaqdadır. Daha dəqiq desək, bu 
sözlərin  əksəriyyəti müasir Azərbaycan dilinin ayrı-ayrı 
şivələrində ilkin forma və semantikasına uyğun  şəkildə 
işlənməkdədir. Yuxarıdakı nümunələrdən birini isə 
ayrılıqda, həm də mətn daxilində təhlilə cəlb etməyi zəruri 
hesab edirik: “Baz da der ki, bu dağ  bənim dağımdır” 
(Elyas Muşeq. Nəğmələr kitabı. Təbriz nüsxəsi, 1721). Bu 
cümlənin tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlə 
modelində olmasını təsdiqləməyə ehtiyac yoxdur. Belə ki, 
təqdim etdiyimiz cümlə modeli müasir ədəbi dilimiz üçün 
də  səciyyəvidir. Digər tərəfdən, həmin cümlənin təkcə 
sintaktik quruluşu yox, morfologiyası da müasir ədəbi 
dilimizdəki kimidir. Fonetika və leksikologiya müstə-
visində isə bir sıra fərqli cəhətlər özünü göstərir: birincisi, 
“de:r” forması (yazılı abidələrimizdə üstün mövqedə çıxış 
edib)  ədəbi  dilimizdə yox, şivələrimizdə  işlənir; ikincisi, 
“bən” (b→m  əvəzlənməsi) forması  qədim yazılı abidə-
lərimizin dili üçün səciyyəvi olub; üçüncüsü, “dağumdur” 
sözündəki labiallaşma  hadisəsi Təbriz, Ordubad... şivələri 
üçün xarakterikdir (klassik ədəbiyyatımızın dilində  də 
müşahidə olunur); dördüncüsü, “qızılquş” anlamlı “baz” 
sözü müasir ədəbi dilimiz üçün leksik arxaizmdir. Bütün 
bunlar,  əvvəlki səhifələrdə qeyd etdiyimiz kimi, “Kor-
oğlu”nun  şeir dilinin dil tariximiz üçün sanballı  mən-
bələrdən biri olduğunu müxtəlif bucaqlardan təsdiqləyir. 
 
 
 
 
 
 


                                                    “Koroğlu”nun şeir dili 
 
 
173 
 
 
 
“Koroğlu”nun şeir dilində  
leksik-semantik söz qrupları 
 
“Koroğlu”nun şeir dilindəki sözlərə leksik-semantik 
prizmadan yanaşdıqda bəlli olur ki, burada omonimlər, 
sinonimlər, antonimlər, eləcə  də ekspressiv, emosional 
sözlər daha üstün mövqedə çıxış edir. Məhz buna görə də 
bu tip vahidləri ayrılıqda öyrənmək lazım gəlir. 
Omonimlər. “Koroğlu”nun  şeir dilində omonim-
lərə az təsadüf olunur. Amma bunu da inkar etmək olmaz 
ki, ustad aşıqlarımız “Koroğlu” dastanındakı poetik siqlətli 
bir neçə  şeiri məhz omonim  sözlərin assosiativliyi ilə 
yaradıb: 
Mən aşığam bu daşa, 
Bu qaynaya, bu daşa, 
Elə vur ki yağını 
Kəlləsindən bud aşa! 
 
Bu bənddəki ifadəlilik, emosionallıq və ekspres-
sivlik, heç şübhəsiz ki, cinas qafiyələrlə yaradılıb: daşa-
daşa-bud aşa. Bu sistemdə isə ilk sözlər omonumdir: daş 
(isim), daş (feil). Eyni  zamanda “daş” isminin “aş” hissəsi 
ilə “aşıq” sözündəki “aş” zəncirvari olaraq bağlanır ki, bu 
da mətndəki poetik semantikanı bir az da qüvvətləndirir. 
“Koroğlu”nun  şeir dilindəki omonim sözlərin bir 
qismi müxtəlif  şeirlər kontekstində müəyyənləşir. Məsə-
lən, “dil” sözünün omonimliyinə nəzər salaq: dil (ağızda ət 
parçası). “Titrəşir ağzım içində//Dil bir yana, diş bir yana”; 
Язизхан Танрыверди 
 
 
174
 
dil (danışıq, ünsiyyət vasitəsi). “Dəmirçioğluyam, yalan 
gəlməz dilimə”; “Tutini bənd eylər  şirin dilləri...” Bu 
mənada “Koroğlu”nun  şeir dilindəki omonimləri iki 
istiqamətdə qruplaşdırmaq olar: obrazlılıq yaradan omo-
nimlər; mətn kontekstində müəyyənləşən omonimlər. 
Dastandakı nəzm parçalarında yan-yana və ya  eyni 
mətn daxilində işlənən leksik-semantik omonimlər, əsasən, 
aşağıdakıları əhatə edir: 
at (isim), at (feil): 
 
Hay-hay deyib gədiklərdə yatandı, 
Comərd düşmanları atdan atandı, 
Bolu bəydi, Koroğlunu tutandı, 
Oyan, əcəm oğlu, dur get bu yerdən. 
 
Göründüyü kimi, “at” zooleksemi ilə “at”maq feli 
bir-birini formaca tamamlayan, eyni zamanda digər 
sözlərlə zəncirvari olaraq bağlanan omonimlərdir. Konkret 
desək: hər ikisiinin “a” saiti ilə başlanması bu sözləri 
assonans xəttində birləşdirir; hər ikisi qalın saitlidir; hər 
ikisinə  qoşulmuş  şəkilçi morfemlərində də eyni samitlər 
işlənib: d, n; “atandı” sözü “yatandı” və “tutandı” sözləri 
ilə qafiyələnirsə, “atdan” sözü də bu zəngin qafiyələrlə 
səsləşir.  Şeirdəki obrazlılıq, ahəngdar səslənmə  də  məhz 
bu vasitələrlə reallaşdırılıb. Burada bir məqamı da qeyd 
edək ki, “at” ismi və “at”(maq) felinin omonimliyi həm də 
mətn kontekstində müəyyənləşir: “Götürün libas, qılınc, 
at...”; “Koroğlu  şeşpər  atdı”. Müqayisələr “Koroğlu”dakı 
ayrı-ayrı  nəzm parçalarında “at” ismi və “at” felinin 
intensiv şəkildə işləndiyini göstərir. 


Yüklə 61,3 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə