Microsoft Word Tanr?verdi ?



Yüklə 61,3 Kb.
Pdf görüntüsü
səhifə25/53
tarix21.06.2018
ölçüsü61,3 Kb.
#50105
1   ...   21   22   23   24   25   26   27   28   ...   53

                                                    “Koroğlu”nun şeir dili 
 
 
117 
filit, gərənay,  şeypur və s. musiqi alətləri ilə müşayiət 
olunurdu” (Ə.Əsgər, M.Qıpçaq. Türk savaş  sənəti. Bakı, 
1996, səh.94). Amma bu cür misralara həm də real 
hadisələrin poetik ifadəsi baxımından yanaşmaq lazım 
gəlir. Çünki qalxana şeşpərlə bir neçə  dəfə ardıcıl olaraq 
vurduqda elə gumur-gumur səs çıxardır. Deməli, türk hərb 
sənətinə bu prizmadan da münasibət bildirmək olar; III 
bəndin son misralarında Koroğlunun naləsindən (nala-
nalə) hər yanın gumur-gumur səs çıxartması ifadə olunub 
ki, bu da “nalə (nala) = hər yanın gumur-gumur səs 
çıxartması” modeli ilə verilə bilər. Digər tərəfdən,  şərh 
etdiyimiz  gəraylıdan  əvvəl verilmiş “Nigarın sözündən 
Koroğlunun ürəyi atlandı, qəlbi tel-tel oldu. Bir dəli nərə 
çəkib dedi” cümlələrinin semantik tutumu, xüsusən də 
sonuncu cümlədəki “dəli nərə çəkmək” ifadəsinin poetik-
semantik çəkisi həmin misradakı “nalə”,  əslində, “nərə” 
sözünün fonetik deformasiyaya uğramış variantıdır” – 
fikrini də reallaşdırır (bu cür deformasiyanın  qafiyələn-
məyə görə baş verə bilməsi mümkündür).  
Yeri gəlmişkən, bu gəraylının digər variantında 
yuxarıda təqdim etdiyimiz subyektlər nisbətən dəyişikliyə 
uğramış şəkildədir: 
 
Mərd döyüşündən namərd qaçar, 
Dağlar komur, komurlanır, 
Şahi-mərdan meydan açar, 
Meydan komur, komurlanır. 
 
Qoç igid özün öyəndə, 
Güllə mənzili döyəndə, 
 
Язизхан Танрыверди 
 
 
118
 
                         Qılınc qalxana dəyəndə 
Qalxan komur, komurlanır. 
 
Toplar atar qalasından, 
Haq saxlasın bəlasından, 
Qoç Koroğlu nalasından, 
Dağlar komur, komurlanır. 
 
Qarşılaşdırdığımız variantlar forma və semantika 
baxımından bir-birinə çox yaxındır. Amma fərqli cəhətlər 
də özünü göstərir. Məsələn: I variantdakı meydan, şeşpər, 
hər yan sözləri II variantda dağlar, qılınc, dağlar sözləri ilə 
əvəz edilib;  I variantdakı gumbur-gumburlanı, balasından 
vahidləri II varianda nisbətən başqa fonetik tərkibdə 
verilib: komur-komurlanı, bəlasından (bunlardan birincisi 
dialekt tələffüzünün transkripsiyasına, ikinci isə  ədəbi 
dilimizin orfoqrqafiyasına uyğundur); 
“Kitab”da Qazan xanın dilindən Qaraca çobana 
ünvanlanmış belə bir parçaya rast gəlinir: 
 
“Qaranqu axşam olanda qayğılu çoban! 
Qanla yağmur yağanda çaqmaqlu çoban! 
Ünüm aηla, sözün diηlə!  
Ağ-ban evim şündan keçmiş gördüηmü, 
degil maηa! 
Qara başım qurban olsun, çoban, saηa!  -   
dedi”. 
 
Bu parça həm formasına, həm də semantikasına 
görə “Koroğlu” eposunda Dəmirçioğlunun dilindən veril-
miş bəndlə səsləşir: 


                                                    “Koroğlu”nun şeir dili 
 
 
119 
Başına döndüyüm, naxırçı qardaş, 
Mənim Ərəb atım gördünmü ola? 
Mərd igidin atı candan əzizdi, 
Mənim Ərəb atım gördünmü ola? 
 
Qazan xan və  Dəmirçioğlunun dilindən verilmiş 
yuxarıdakı  şeir parçalarının oxşar cəhətləri ilə bağlı 
bunları söyləmək olar: Qazan xan Oğuz igididirsə, sərkər-
dədirsə, Dəmirçioğlu da Azərbaycanı simvollaşdıran 
Çənlibelin sayılıb-seçilən dəlilərindəndir, yəni hər ikisi 
cəngavərdir; hər ikisi aşağı  təbəqənin nümayəndəsi ilə 
qarşılaşır: Qazan xan çobanla, Dəmirçioğlu naxırçı ilə; hər 
ikisi dərdə-qəmə bürünüb: Qazanın evi, yurdu dağıdılıb, 
Dəmirçioğlu atını itirib; Qazan xan Qaraca çobana “qara 
başım qurban olsun”, Dəmirçioğlu isə naxırçıya “başına 
döndüyüm, naxırçı qardaş” – deyir ki, bu da onların hər 
ikisinin mənəviyatca zəngin olduğunu göstərir; bir sıra söz 
və ifadələrin sinonimliyi müşahidə olunur: çoban-naxırçı, 
başına qurban olmaq-başına dönmək; hər iki parçada eyni 
söz feli xəbər  vəzifəsində çıxış edir: gördünmü... Maraq-
lıdır ki, bu oxşarlıq Qaraca çobanın Qazan xana, eləcə də 
naxırçının Dəmirçioğluya cavab nitqlərini də  əhatə edir.  
Məsələn, Qaraca çoban Qazana “Dün yoq, ötəgi gün eviη 
bundan  keçdi” – deyirsə, naxırçı da Dəmirçioğluya “Sənin 
Ərəb atın mən dağda gördüm” – deyir.  
Kitab”da məcazlar daxilində bir apelyativ kimi 
işlənmiş  “ərəbi atlar” ifadəsi “Koroğlu”da zoonim, 
konkret desək, at adı kimi çıxış edir.  “Kitab”da: “Hey, 
ana! Ərəbi atlar olan yerdə // Bir qulunı olmazmı olur?”;  
“Koroğlu”da: “Meydana girəndə o Ərəb atlı...”  “Ərəb 
at”ın “vücudnamə” daxilində  işlənməsi isə “Kitab” deyil, 
Язизхан Танрыверди 
 
 
120
 
“Koroğlu”nun  şeir dili üçün xarakterikdir: “Ərəb atın 
dastanını söylərəm // Üç yaşında hər nişanı  bəlli olur... 
Dörd yaşından yetişəndə beşinə // Yəhər üstdən  əl yetiş-
məz başına...”. Deməli, “Kitab”dakı  “ərəbi atlar” (ərəb 
atlar)  apelyativi “Koroğlu” eposunda təkcə at adı (zoo-
nim) kimi işlənməyib, həm də “vücudnamə”  daxilində 
məntiqi mərkəz funksiyasında çıxış edib. Bu da, heç 
şübhəsiz ki, təkmilləşmə və zənginləşmə ilə bağlıdır.   
“Kitab”dakı “Keçi başlu Keçər ayğır” və “Toqlı 
başlu Turu ayğır” at adları ilə “Koroğlu”dakı “Qırat” və 
“Dürat” zoonimləri eyni semantik şaxədə birləşir. Hətta 
“Koroğlu”dakı “Dürat” “Kitab”dakı “Turu”nun (“Turu 
ayğır” modelindəki birinci komponent) fonetik tərkibcə 
dəyişikliyə uğramış variantı kimi görünür. Burada bir fikri 
xatırlatmaq yerinə düşür: “Kitab”dakı “Keçər ayğır” 
zooniminin semantik tutumu “Qırat”  zooniminin rəng 
anlamlı vahidlər yox, hərəkət bildirən sözlər kontekstində 
izah olunmasını diktə edir. Yuxarıda qeyd etdiyimiz 
fikirlər də (oxşarlıqları arqumentləşdirən fikirlər nəzərdə 
tutulur) “Kitab” və “Koroğlu”da işlənmiş  ən məşhur at 
adlarının məhz hərəkət bildirən sözlər (feillər)  əsasında 
yarandığını  təsdiqləyir: turmaq (durmaq) + uğ = turuğ = 
turu //dür; keçər (keçmək), qır (qırmaq). Bu da təsadüfi 
deyil. Çünki “Kitab”da və “Koroğlu”da elə bir qəhrəman 
yoxdur ki, daim hərəkətdə verilməsin. Deməli, qəhrəman 
və at obrazları  həm də bu müstəvidə  tədqiq olunmalıdır” 
(Ə.Tanrıverdi. “Dədə Qorqud kitabı”nın obrazlar aləmi. 
Bakı, 2013, səh.185-186). 
Müqayisəyə cəlb etdiyimiz Qırat və Dürat zoonim-
lərinin dastanın həm nəsr, həm də  nəzm hissələrində 


Yüklə 61,3 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə