Microsoft Word Tanr?verdi ?



Yüklə 61,3 Kb.
Pdf görüntüsü
səhifə17/53
tarix21.06.2018
ölçüsü61,3 Kb.
#50105
1   ...   13   14   15   16   17   18   19   20   ...   53

                                                    “Koroğlu”nun şeir dili 
 
 
77 
deyilmi = qara saç; xalların qara deyilmi = qara xal; ala 
gözə çəkilən siyah sürmə = qara (siyah) sürmə. 
“Mənə qara deyən gözəl” gəraylısının belə bir 
variantı da yazıya alınıb: 
 
Mənə qara deyən gözəl, 
Qaşların qara deyilmi? 
Dal gərdəninə saldığın, 
Saçların qara deyilmi? 
 
 
Açılıb haqqın eşiyi, 
Aləmə düşüb işığı, 
Həsən Hüseynin beşiyi 
Örtüyü qara deyilmi? 
 
Qalxıbdır haqqın ələmi 
Yerə endirib salamı 
Quranda allah-kəlamı 
Yazısı qara deyilmi? 
 
Müqayisələr göstərir ki, əvvəlcə  təqdim etdiyimiz 
gəraylının birinci bəndinin I, II və III misraları eynilə 
təkrarlanıb, III misrası isə nisbətən  dəyişikliyə  uğramış 
şəkildədir. Konkret desək, belədir: “Tökülübdü dal 
gərdənə”; “Dal gərdəninə saldığın”. Deməli, hər iki misra, 
əsasən, eyni semantik yuvaya daxildir. II və III bəndlərdə 
isə yalnız ritorik suallardakı son ifadə (qara deyilmi) 
eynilə saxlanılıb. Digər tərəfdən, bu bəndlər daha çox dini 
məzmunludur. Dəqiq desək, həmin bəndlərdə  Həsənlə 
Hüseynin beşiyinin örtüyünün, eləcə  də Qurandakı Allah 
Язизхан Танрыверди 
 
 
78
 
kəlamlarının yazısının qara rəngdə olmasına açıq-aşkar 
şəkildə  işarə edilir. Bu da onu deməyə  əsas verir ki,  
Koroğlunun Nigara olan sonsuz məhəbbəti islami dəyərlər 
kontekstində də ustalıqla yaradılıb. 
Koroğlunun  dilindən verilmiş  şeirlərdə Nigarın 
gözəlliyi təkcə “ala gözlü”, “mailəm göz-qaşına” kimi 
ifadələrlə yox, həm də epifora kimi işlənmiş “telli Nigar” 
müraciəti ilə canlandırılıb: 
 
Nə süzürsən ala gözü 
Sənə deyim, telli Nigar?! 
Məclisimin şirin sözü 
Sana, deyim, telli Nigar?! 
 
Bu bəndin ümumi semantik yükü ilə bağlı  təkcə 
onu qeyd etmək kifayətdir ki, türk  kişisinin öz xanımına 
olan saf məhəbbəti obrazlı şəkildə canlandırılıb. 
Koroğlu Nigar xanımın dərdli-kədərli anlarında, 
xüsusən də Eyvaza görə gözlərindən qan-yaş tökəndə onu 
tək buraxmır, “olum gözlərinə  qurban” – deyərək sakitləş-
dirməyə çalışır: 
 
Ürəyimi eləyib qan 
Ağlama, Nigar, ağlama!.. 
Olum gözlərinə qurban, 
Ağlama, Nigar, ağlama!.. 
 
Koroğlunun dəlisi öz sevgisi yolunda hər  şeyə, 
hətta ölümə    belə hazırdır. Bu motiv Telli xanımı  Çənli-
belə aparmaqda israrlı olan Dəmirçioğlunun dilində aydın 
şəkildə ifadə olunub: 


                                                    “Koroğlu”nun şeir dili 
 
 
79 
 
Dəmirçioğlu dərdin kimə söyləyər? 
Şirin canın sənə qurban eyləyər. 
Yüz min tülkü bir aslana neyləyər7 
Ölər əcəm oğlu, getməz bu yerdən! 
 
Dastandakı bir sıra  şeirlərdə  əsl qadının  ən xarak-
terik cəhətləri obrazlı şəkildə canlandırılıb: 
 
Ər məhəbbətində ola mötəbər, 
Gərgədan bədənli, ağmaya dilbər, 
Mərd meydanda bir igidə bərabər, 
Doğduğu hünərli bir oğlan ola. 
 
Bu bəndlə bağlı  əlavə  şərhlərə ehtiyac olmasa da, 
bəzi detalları vurğulamağı  gərəkli hesab edirik: əsl qadın 
(qız) zahirən, həm də daxilən gözəl olmalıdır (bu cəhət 
həmin qoşmanın birinci bəndində aydın  şəkildə ifadə 
olunub: Dili şirin, özü mehriban ola); igidliyi, qəhrəman-
lığı ilə hamını heyran etməlidir; dünyaya hünərli, igid bir 
oğul (oğlan) gətirməlidir;  ən  əsası isə sevgisinə,  ərinə 
sədaqətli olmalıdır (bənddəki semantik dinamikanın “Ər 
məhəbbətində ola mötəbər” misrası ilə başlanması da 
təsadüfi deyil). 
Göründüyü kimi, “Koroğlu” eposundakı şeir parça-
larında saf eşqin, məhəbbətin tərənnümü də xüsusi yer 
tutur. 
 
 
 
 
Язизхан Танрыверди 
 
 
80
 
 
 
SONSUZLUQ DƏRDİ 
 
Bəri başdan qeyd edək ki, dastandakı  qəhrəman-
ların heç də hamısı sonsuzluq dərdi ilə inildəmir. Bu 
məqamda Qəssab Alı kimi ata obrazının ustalıqla yara-
dılması yada düşür. “Kim qıyar belə  oğula?” – deyən 
Qəssab Alı dünyalar qədər sevdiyi oğlu Eyvaza görə  hər 
şeyə hazırdır. Bu onun dilindən Koroğluya ünvanlanmış 
beş  bənddən ibarət gəraylının hər misrasında qabarıq 
şəkildə görünür: 
 
Qəssab Alı qılınc çalar 
Düşmandan qisasın alar, 
Başın gedər, leşin qalar, 
Vermərəm Eyvazı sənə. 
 
Bu bəndin ümumi semantik tutumu assosiativ 
olaraq belə bir fikri reallaşdırır: “Düşman gözün oyum-
oyum oyaram” – deyən Eyvazla  fəxr edən Qəssab Alı ilə 
övladı olmadığına görə “Ocaq sönər, daş inildər” – 
deyərək zar-zar ağlayan Koroğlu  əks qütblərdə dayanan 
obrazlar kimi çıxış edir. Yeri gəlmişkən, bu müstəvidə 
Nigar xanım ikinci qütbdə - sonsuzlar qütbündə dayanır. 
Araşdırmalar göstərir ki, bu vaxta qədərki tədqi-
qatlarda dastandakı  şeir parçalarında müşahidə olunan 
övladsızlıq və ya sonsuzluq məsələsinə  də toxunu-lub. 
Amma, nədənsə, tədqiqatçıların  əksəriyyəti daha çox 
Nigar xanımın dilindən verilmiş  aşağıdakı  bəndi təhlil 
süzgəcindən keçirib: 


                                                    “Koroğlu”nun şeir dili 
 
 
81 
Necə baxım ev-eşiyə, 
Yaralı könlüm üşüyə, 
Toz bürümüş boş beşiyə, 
Şirin layla çalan yoxdu. 
 
Bəli, bu bənd  bütün parametrlərinə görə gözəldir, 
poetik siqlətlidir. Bu da səbəbsiz deyil. Çünki həmin  
bənddə  həmqafiyə kimi işlənmiş sözlərdə  “ş” samitinin 
iştirakı (ev-eşiyə - üşüyə - boş beşiyə) və bunun 
“bürümüş” feli, eləcə də “şirin” sözündəki “ş” ilə allitera-
tivliyi, obrazlı ifadələrin zəncirvari bağlılığı, beşik başında 
oxunan, hər bir türk üçün doğma olan laylalara işarə, daha 
doğrusu, layla səsinin eşidilməməsinin qabardılması – bir 
sözlə, bütün detallar obrazlılığa, poetik semantikanı 
qüvvətləndirməyə xidmət edir. Fikrimizcə, məhz bu cür 
detallara görə 10 bənddən ibarət gəraylının, əsasən, ikinci 
bəndinə münasibət bildirilib. Qeyd edək ki, Azərbaycan 
filologiyasında bu məsələ ilə bağlı ilk söz deyənlərdən biri 
İ.Sadıqdır. Müəllif həmin bəndin poetik-semantik çəkisi 
barədə    yazır: “Nigar xanımın uşaq həsrəti ilə yanıb-
yaxıldığını, bir körpə  səsindən, nəfəsindən ötrü için-için 
qovrulduğunu “Toz bürümüş boş beşiyə // Şirin layla çalan 
yoxdu”  misraları bütün dolğunluğu ilə ifadə etmirmi?! 
Ana olmaq, beşik yürgələmək, layla çalmaq, övlad bəslə-
mək arzusu,  istəyi daşa dəyib bütün varlığını sarsıdan, 
içini göynədən bir qadının yaşadığı hisləri, duyğuları 
bundan gözəl necə poetikləşdirmək olar?! Nigar xanımın 
ovqatı, psixoloji durumu bu bənddə öz poetik əksini o 
qədər gözəl tapmışdır ki, onunla yanaşı qoyulası ikinci bir 
bənd adamın heç ağlına da gəlmir” (Ocaq sönər, daş 
inildər.Hoydu, dəlilərim, hoydu. Bakı, 2006, səh.5). 
Язизхан Танрыверди 
 
 
82
 
Obrazlı  şəkildə deyilmiş bu fikirlər də yuxarıda irəli 
sürdüyümüz tezislərin düzgünlüyünü arqumentləşdirir. 
Qeyd etdiyimiz kimi, övladsızlığa, sonsuzluğa görə 
təkcə Nigar yox, həm də Koroğlu inildəyir. Koroğlunun 
dilindən verilmiş beş bənddən ibarət “İnildər” gəraylısı da 
dediklərimizi sübut edir. N.Cəfərov “İnildər” gəraylısının 
ikinci bəndi ilə bağlı orijinal bir açıqlama verib: “Kor-
oğlunun Nigara, Nigarın Koroğluya məhəbbətini (həmin 
məhəbbətin zərifliyini) göstərən epizodlardan biri də 
övladsızlıq həsrəti çəkən Nigara Koroğlunun təskinlik 
vermək istədiyi, lakin bacarmadığı  yerdir...” (Eposdan 
kitaba. Bakı, 1999, səh.154). Yeri  gəlmişkən,  nisbətən az 
öyrənilmiş bu gəraylıya  İ.Sadıq da münasibət bildirib. 
Məsələn,  müəllif birinci bəndlə bağlı  yazır: “Bu gəraylı-
nın  “gözlərimdə yaş  inildər” və “Şeş atanda beş inildər” 
misralarının poetik  tutumunun ondan qabaq Aşıq Cünu-
nun Koroğlunun halını soruşmaq məqsədilə söylədiyi altı 
bəndlik “Nədən məlulsan” qoşmasının bütünlükdə daşıdığı 
poetik tutumundan qat-qat çox olduğu göz önündədir: Bir  
meşəyə ki, od düşdü // Quru yanar, yaş inildər... bu mənzə-
rənin arxasında,  əslində, Koroğlunu için-için göynədən
korun-korun yandıran övladsızlığın sızıltılarını  eşidirik” 
(Ocaq sönər, daş inildər. Hoydu, dəlilərim, hoydu. Bakı, 
2006, səh.7-8). Müəllifin  qənaətləri inandırıcıdır. Amma 
dastandakı sonsuzluq semantikalı hər iki gəraylının (Nigar 
xanım və Koroğlunun dilindən verilmiş gəraylılar nəzərdə 
tutulur) bütün bəndləri istisnasız olaraq təhlilə  cəlb edil-
məli, obrazlılıq yaradan, poetik semantikanı reallaşdıran 
bütün vasitələr aşkarlanmalıdır. Bu mənada ilk olaraq 
Nigar xanımın dilindən verilmiş gəraylıya nəzər salaq:  
 


Yüklə 61,3 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə