Microsoft Word Tanr?verdi ?



Yüklə 61,3 Kb.
Pdf görüntüsü
səhifə13/53
tarix21.06.2018
ölçüsü61,3 Kb.
#50105
1   ...   9   10   11   12   13   14   15   16   ...   53

                                                    “Koroğlu”nun şeir dili 
 
 
59 
“Uca dağ başında yel kimi əsər” misrası ilə başlanan 
qoşmada Qıratın ən mühüm keyfiyyətləri canlandırılıb: o, 
dar gündə sahibini tək qoymayan, meydan içində düşmən 
saldıran, yiyəsinə dirək olan bir atdır: 
 
Yolların tozunu göyə qaldırar, 
Müxənnət üstünü birdən aldırar, 
Meydanın içində düşmən saldırar, 
Olar yiyəsinə dirək Qıratım; 
 
Bu cür  parçalara istinad edən  N.Cəfərov Qıratın 
özünəməxsusluğunu,  ən səciyyəvi cəhətlərini dəqiqləş-
dirib: “Qıratın elə xüsusiyyətləri var ki, onu nəinki başqa 
atlardan, Düratdan da ayırır:  əvvəla, Koroğlunun ürəyin-
dən keçənləri bilir, ikincisi, dostu düşməndən seçir, 
üçüncüsü, Koroğlunu heç vaxt darda qoymur...” (Eposdan 
kitaba. Bakı, 1999, səh.148). 
– igidin (burada Koroğlunun) hərəkət trayektori-
yasında iki əsas varlıq görünür ki, bunlardan da birincisi 
at, ikincisi qılıncdır. Hər ikisi də igidə (Koroğluya) 
qardaşdır: “Koroğlu der: bu dünyaya gəlmişəm // Bir at, 
bir qılıncım qardaşım, dağlar”; 
– igidin ata olan insani münasibətləri son dərəcə 
obrazlı  şəkildə ifadə olunub. Faktlara nəzər salaq: igid 
atının boynunu qucaqlayır, onun gözündən öpür: “Qoyun 
qucaqlayım Qıratın boynunu... Qoyun öpüm mən Qıratın 
gözünü; igid atı öz canından artıq sevir, at onun əzizi, 
ciyərparasıdır: “Mərd igidin atı candan əzizdi...  İgidin 
atıdır ciyərparası...”; at (Qırat) igid üçün , daha dəqiqi, 
Koroğlu üçün o qədər doğma, o qədər  əzizdir ki, onun 
Язизхан Танрыверди 
 
 
60
 
nəinki səksən min sərkərdəyə, səksən min ilxıya, hətta 
səksən min gəlinə, səksən min qıza da verilməsini istəmir:  
 
Koroğlu dövlətin endirsin düzə, 
Say götür hamısın səksən min yüzə. 
Səksən min gəlinə, səksən min qıza 
Səksən min ərgənə, dula da vermə!; 
 
Amma onu da vurğulamaq lazımdır ki, dastanda 
semantika baxımından bu bəndlə tam əks qütbdə dayanan 
bəndlərə də təsadüf olunur:  
 
Koroğlu deyərlər bizə, 
Müjdə xəbər olsun sizə, 
Qıratı aparıb bir qıza 
Satandan xəbərin varmı? 
 
Qarşılaşdırdığımız bəndlərin  ümumi semantik 
yükü belə bir fikri reallaşdırır: Koroğlu Qıratının hətta 
səksən min qıza da verilməsini istəmir, amma onun alma 
gözlü, qız birçəkli Qıratı bir qıza satılır. Deməli, dastanı 
düzüb-qoşan poetik siqlətli antiteza yaratmağa da nail 
olub. Həm də elə bir antitezanı ki dastanın poetik 
strukturuna, ümumi semantik yükünə görə müəyyənləşir. 
Ən maraqlısı isə budur ki, bu antitezanın bir qütbündə 
mübaliğə (Qırat=səksən min qız), digər qütbündə litota 
(Qırat=bir qız) dayanır. Yeri gəlmişkən, “Koroğlu”ya 
“Dədə Qorqud” eposundan ötürülmüş bu cür antitezalara 
İ.Şıxlının qədim türk eposlarına, o cümlədən “Dədə 
Qorqud”a və “Koroğlu”ya söykənərək yaratdığı “Dəli 
Kür” romanında da rast gəlinir. 


                                                    “Koroğlu”nun şeir dili 
 
 
61 
– Koroğlunun dilində  Qıratla bağlı semantikasına 
görə nisbətən mənfi anlamlı, mənfi emosiyalı “çərləmiş” 
sözünün işlənməsinə təsadüf olunur. Amma mətnin ümumi 
semantik yükü Qırat üçün deyilmiş “çərləmiş” sözündə bir 
yaxınlıq, doğmalıq mənasının ifadə olunduğunu göstərir:  
 
Yatmışdım aşkara gördüm duşumu, 
Əzəlidən mən bilirdim işimi, 
Çəkin, yəhərləyin çərləşimi, 
Tutulubdu bir Eyvazım, əldədi! 
 
– qəhrəman (Koroğlu) darda olan atına (Qırat) görə  
özündən qat-qat zəifə, gücsüzə (Həmzəyə) hətta yalvar-
mağı belə özünə ar bilmir. Konkret desək, düşməninə qan 
udduran, dəli nərəli Koroğlu Qıratına görə Keçəl Həmzəyə 
sanki uşaq kimi yalvarır, ona canım Həmzə, “gözüm 
Həmzə”, yaxud “oğul”, - deyə müraciət edir. Bu cür 
yalvarışlı müraciətlərin isə yalnız bir səbəbi var: Qırat 
incidilməsin!  Digər tərəfdən, Həmzəyə ünvanlanmış bu 
tip ekspressiv, emosional sözlər bir bənd  daxilində bir 
neçə dəfə, həm də müxtəlif məqamlarda (rəddül ibtida ələl 
əcüz və rəddül əcüz ələl ibtida şəklində) təkrarlanır ki, bu 
da məhz Koroğlunun Qırata olan sonsuz məhəbbətini ifadə 
edir: 
Canım Həmzə, gözüm Həmzə, 
Həmzə, incitmə Qıratı!  
Budu sənə sözüm, Həmzə, 
Həmzə, incitmə Qiratı! 
 
– qəhrəmanın atına görə qüssələnməsi, daha dəqiqi, 
Qıratı qaçırılmış  dəli nərəli Koroğlunun psixoloji 
Язизхан Танрыверди 
 
 
62
 
sarsıntılar  keçirməsi dastanın həm nəsr, həm də  nəzm 
hissələrində sənətkarlıqla yaradılıb: 
nəsr hissəsində: “...Koroğlu Nigar xanımın bu 
sözündən sonra bir kəlmə  də  kəsmədi. Öz taqsırını başa 
düşdü. Durub birbaş getdi, göy otun üstündə üzü üstə 
düşdü. Üç gün, üç gecə tamam ac, susuz yatdı...” 
nəzm hissəsində: 
 
Ərzurumdan gələn oğlan, 
Vətəndən xəbərin varmı? 
Üç gün Qırat qüssəsindən 
Yatandan xəbərin varmı? 
 
– at (Qırat)  ən gözəl qız kimi vəsf edilir: “Alma 
gözlüm, qız birçəklim Qırat, gəl!...”  Ən maraqlısı isə 
budur ki, Qıratın çulunu da məhz gözəl qızlar toxuyub: 
“Yüz gözələ toxudardım çulunu”; 
– sanki at da  (Qırat) dəlilik (igidlik)  statusuna 
malikdir: “Koroğlunun atı  dəli gərəkdi”. Bu motiv 
aşağıdakı bənddə daha aydın müşahidə olunur: 
Hər hünər göstərir yeddi yaşında, 
Bir mərd igid bağdaş qurar döşündə, 
Tüpə təpər, baydaq alar qoşunda,  
Döyüşür,  savaşır, fitnə felli olur. 
 
Ərəb atla bağlı olan bu “Vücudnamə”də (sonrakı 
hissələrə bax) atın igid kimi hünər göstərməsi – 
döyüşməsi, vuruşması bayraq alması poetik şəkildə 
canlandırılıb ki, bu da at və qəhrəman obrazlarının sintez 
şəklində  təzahür etdiyini göstərir. Yeri gəlmişkən, “yaxşı 
ər (igid) = yaxşı at” modelinin semantikasını  əks etdirən 


Yüklə 61,3 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə