Microsoft Word Tanr?verdi ?



Yüklə 61,3 Kb.
Pdf görüntüsü
səhifə12/53
tarix21.06.2018
ölçüsü61,3 Kb.
#50105
1   ...   8   9   10   11   12   13   14   15   ...   53

                                                    “Koroğlu”nun şeir dili 
 
 
53 
diqqəti cəlb edir: Səni Koroğlunun Çənlibelinə//Aparmasa, 
əcəm getməz bu yerdən...; Qardı Çənlibelin başı//Varaq, a 
qəssabın oğlu!...; Çənlidən xəbər gətirdim // Qardaş, dur 
gedək, dur gedək...; Dönüb boynundan aşdığım // Çən-
libellər yerindəmi?... Bu şeirlərin hər birində  Vətənin 
böyüklüyü və müqəddəsliyi poetik şəkildə ifadə olunub. 
Burada o da vurğulana bilər ki, “Koroğlu”nu düzüb-
qoşanlar “Çənlibel” toponiminin etimologiyasını obrazlı 
şəkildə canlandırmağı da unutmayıb: 
“Alı kişi soruşdu: 
           – Oğlum, bura necə yerdir? 
Rövşən dedi: 
            – Ata, bura bir tərəfi sıldırım qayalıq, çənli, çiskinli 
bir dağ belidir. 
Alı kişi soruşdu: 
– Oğul, bax gör, bu bel ki deyirsən, bunun hər 
tərəfində bir uca qaya görünmür ki? 
Rövşən dedi: 
– Ata, görünür. Biri sağında, biri də solunda. Özü 
də başları qardır. 
Alı dedi: 
           –  Oğul, mənim axtardığım, yer elə buradır. Mən 
buranı çox yaxşı tanıyıram. Cavan vaxtlarda burada çox at 
oynatmışam, çox ceyranlara ox atmışam, çox cüyürlər 
ovlamışam...”. Bu parçada “çənli” sifəti və “dağ beli” bir-
ləşməsinin “Çənlibel” toponiminin apelyativi funksiya-
sında çıxış etməsi açıq-aydın şəkildə görünür. Ən maraq-
lısı isə budur ki, türkologiyada “Çənlibel”in etimolo-
giyasına dair verilmiş izahlarla yuxarıdakı parçanın ümumi 
semantik yükü üst-üstə düşür...  
Язизхан Танрыверди 
 
 
54
 
Koroğlu at oynatdığı, qılınc çaldığı yerlərin hamı-
sının özünə (əslində, mənsub  olduğu xalqa) məxsus olma-
sından fəxrlə danışır. Onun dilindən verilmiş “Gündo-
ğandan ta günbatan mənimdi!” misrasını da təsadüfi hesab 
etmək olmaz: 
 
Meydana girəndə meydan tanıyan, 
Haqqın vergisinə mən də qanıyam; 
Bir igidəm, igidlərin xanıyam, 
Bu ətrafda bütün hər yan mənimdi! 
 
Adımı soruşsan, bil, Rövşən olu, 
Atadan, babadan cinsim Koroğlu; 
Mənəm bu yerlərdə bir dəli, dolu, 
Gündoğandan ta günbatan mənimdi! 
 
Qeyd etdiyimiz kimi, Vətənə  məhəbbət, yurd 
sevgisi dastanın nüvəsində dayanır.”Koroğlu”nun poetik-
semantik strukturuna istinadən mübaliğəsiz deyirik ki,  
“Koroğlunun dəlisi ölər, amma yurdunu tərk etməz” 
hökmü bütün parametrlərinə görə realdır. Burada Dəmirçi-
oğlunun dilindən verilmiş bir bəndi təqdim etməklə 
kifayətlənmək olar:  
 
Osmanlı qoşunu gəlsə, qurd kimi, 
Ölər əcəm oğlu, getməz bu yerdən! 
Başım getsə, göydəm qalsa yurd kimi
Ölər əcəm oğlu, getməz bu yerdən! 
 
Bu bənddə obrazlılığı reallaşdıran vasitələr də 
rəngarəngdir: misra  təkrarı (Ölər  əcəm oğlu, getməz bu 


                                                    “Koroğlu”nun şeir dili 
 
 
55 
yerdən!), paralel cümlə konstruksiyası, sintaktik parale-
lizm (Osmanlı qoşunu gəlsə // Başım getsə...), təşbeh-
lərdən ibarət zəngin qafiyələr (qurd kimi – yurd kimi)... 
Dəmirçioğlunun dilindən verdiyimiz yuxarıdakı şeir 
parçası semantikasına görə Koroğlunun dilindən verilmiş 
şeirlərlə  səsləşir: “Sarp qayalarda yurd olmaz”, - deyən 
Koroğlunun dəliləri meydana qaçmaq üçün yox, ölmək 
üçün girir:  
Bizim elin dəliləri, 
Girər meydana mərd olu, 
Ölüncə meydandan qaçmaz, 
Girəndə meydangərd olu. 
 
Burada onu da vurğulamaq lazımdır ki, Vətənə 
sonsuz məhəbbəti  əks etdirən “Bizim elin dəliləri” 
misrasındakı “bizim elin” birləşməsi “Çənlibeli” işarələn-
dirirsə, “Çənlibel” də, öz növbəsində, Azərbaycanı simvol-
laşdırır. Maraqlıdır ki, Vətən sevgisi, Vətənə  məhəbbət 
motivi “Təkə-Türkman” adının assosiativliyi ilə yaradıl-
mış şeir parçalarında da qabarıq şəkildə görünür: 
 
İgidlikdə vardır eldə adımız, 
Aşıq, bizə Təkə-Türkman deyərlər. 
Hara varsaq qabağımız qayıtmaz, 
Aşıq, bizə Təkə-Türkman deyərlər. 
 
Deyim səciyyəli “İgid olan heç ayrılmaz elindən” 
misrasının dastanda tez-tez təkrarlanması heç də  təsadüfi 
deyil. Çünki Koroğlu dəlisi üçün elindən ayrı düşmək 
ölümə  bərabərdir. Koroğlunun dəlisi yad ellərdə namərdə 
əsir olanda, dinə bilməyəndə, miskin vəziyyətə düşəndə, 
Язизхан Танрыверди 
 
 
56
 
gözləri yollarda qalanda, Vətən deyib zar-zar ağlayanda, 
Vətənə qürbət ellərdən boylananda Vətənin  şirinliyi və 
böyüklüyünü sanki yenidən kəşf edir: 
 
Tutulduq namərd əllərdə, 
Gözümüz qaldı yollarda, 
Ağlayım qürbət ellərdə, 
Gülüm, ay mədət, ay mədət! 
 
Vətən dərdi, Vətən həsrəti ilə  çırpınma, qürbəti 
zindan hesab etmə semantikası Qurbaninin şeirləri üçün də 
səciyyəvidir: xəstə düşüb qürbət eldə yatıram//Bir kim-
sənəm yoxdu oyada məni. 
Vətənə qürbət ellərdən boylanma motivi “Göydən 
gedən, beş durnalar” misrası ilə başlanan gəraylıda bütün 
çılpaqlığı ilə müşahidə olunur. Koroğlu canından artıq 
sevdiyi elini də (Çənlibeli), onun mərd dəlilərini, igid  
ərlərini də, at başı tutan şux gözəllərini, incə belli qızlarını 
da bir-birindən xoş olan beş durnadan soruşur:  
 
Göydən gedən, beş durnalar
Bizim ellər yerindəmi? 
Bir-birindən xoş durnalar, 
Bizim ellər yerindəmi? 
.......... ........................... 
 
Hərdən işvə, qəmzə satan, 
Mənimlə ixtilat qatan. 
Gələndə at başı tutan, 
Şux gözəllər yerindəmi? 
........................................ 


                                                    “Koroğlu”nun şeir dili 
 
 
57 
Çalxalanıb döyündüyüm, 
Arxa verib söyündüyüm, 
Qovğa günü öyündüyüm 
Nər dəlilər yerindəmi? 
 
“Vətən sevgisi”ni əks etdirən  şeirlərdə intensivliyi 
müşahidə olunan söz və ifadələr,  əsasən, bunlardır: yurd, 
bizim el(-lər), qürbət ellər və s. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Язизхан Танрыверди 
 
 
58
 
 
 
AT KULTU 
 
Koroğluşünaslıqda at kultundan  kifayət qədər bəhs 
olunduğu üçün burada bəzi detallara münasibət bildir- 
məklə kifayətlənmək olar. Bu da, əsasən,  aşağıdakıları 
əhatə edir: 
– at qəhrəman üçün qardaşdır. Türk mifologiyası 
baxımından səciyyəvi olan bu motiv Koroğlunun dilindən 
Həmzəyə ünvanlanmış gəraylıda qabarıq şəkildə görünür: 
 
Həmzə, atı yaxşı saxla! 
At igidin qardaşıdı. 
Gündə muğayat olub, yoxla! 
At igidin qardaşıdı; 
 
 Burada  təkcə onu qeyd edirik ki, Koroğlu özünə 
qardaş bildiyi atı yaxşı saxlamağın vacibliyini təkidli 
şəkildə  təkcə  Həmzəyə yox, həm də Eyvaza deyir. Hətta 
yuxarıdakı  gəraylının birinci misrasının Eyvaza ünvan-
lanmış gəraylıda eynilə verilməsinə də təsadüf olunur: 
 
Eyvaz, atı yaxşı saxla, 
Döşdü Bayazid yolları. 
Yollar ayrıcını yoxla, 
Beşdi Bayazıd yolları; 
 
– at igidin dayağıdır: “...Çənlibel oylağım, Qırat 
dayağım // At minməkdə arzumanım qalmadı”. Bu cəhət 
dastandakı digər  şeirlərdə  də özünü göstərir. Məsələn, 


Yüklə 61,3 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə