Microsoft Word Tanr?verdi ?



Yüklə 61,3 Kb.
Pdf görüntüsü
səhifə11/53
tarix21.06.2018
ölçüsü61,3 Kb.
#50105
1   ...   7   8   9   10   11   12   13   14   ...   53

                                                    “Koroğlu”nun şeir dili 
 
 
47 
Qəssab Alı    qılınc çalan, baş  kəsən, düşməndən qisas ala 
bilən bir igid statusunda çıxış edir: 
 
Qəssab Alı qılınc çalar, 
Düşmandan qisasın alar, 
Başın gedər, leşin qalar, 
Vermərəm Eyvazı sənə. 
 
Kürdoğlunun igidliyi. Onun nərə çəkməsi, dəliləri 
qol-qola bağlaması, düşmənə qan ağlatması, gözüqanlı, 
biləyi qüvvətli bir igid olması dilindən verilmiş bir sıra 
şeir parçalarında müşahidə olunur:  
 
Anadan olandan çox mərd olmuşam, 
Şirin ləhcəliyəm, xoş nişanlıyam. 
Meydanda düşmana qanlar ağladan, 
Biləyi qüvvətli, gözü qanlıyam. 
 
Giziroğlu Mustafa bəyin igidliyi. Qeyd etdiyimiz 
kimi, Koroğlunun dilindən  verilmiş “Giziroğlu Mustafa 
bəy” gəraylısında Mustafa bəyin igidliyi olduqca təbii 
şəkildə canlandırılıb (əvvəlki səhifələrə bax). Onun 
dilindən verilmiş  şeirlərdə  də igidlik, mərdlik, kişilik 
semantikası  özünü qabarıq  şəkildə göstərir. Burada Kor-
oğluya düşmən olan Mustafa bəyin dəliləri azad etməyə 
getməsi, həm də “Mən qoymayacağam, o, dəliləri öldür-
sün” (o dedikdə Aslan paşa nəzərdə tutulur – Ə.T.) 
hökmünü verməsi onu istisnasız olaraq əsl türk kişisi kimi 
xarakterizə etməyə imkan verir: 
 
 
Язизхан Танрыверди 
 
 
48
 
Bilirsənmi halım necə? 
İllər dönə mənə gecə. 
Yeddi boynu bir qılınca, 
Mərəndi tək biçən gəlsin. 
 
Hanı bu bağçanın gülü? 
Oxumur şeyda bülbülü, 
Koroğlu, üç əsir dəli, 
Şirin candan keçən gəlsin! 
 
İsabalının igidliyi.  İsabalının dilindən verilmiş 
“Verin Koroğludan mənə bir xəbər!” qoşmasında onun 
igidliyi, cəsurluğu poetik şəkildə ifadə olunub. Qoşmanın 
ümumi semantik yükündən bəlli olur ki, İsabalı düşmən-
ləri daşa bağlayan, müxənnəti öz qanına bulayan, qılınc 
çəkib ölkələr talayan bir igiddir.”Verin Koroğludan mənə 
bir xəbər!” misrası da onun igidliyini, kişiliyini 
işarələndirir: 
Mən ac qurdam, qənim üstə ularam, 
Müxənnəti öz qanına bularam, 
Qılınc çəkib ölkəmizi talaram, 
Verin Koroğludan mənə bir xəbər!.. 
 
Olan yoxdu mənim dərdimdən halı, 
Heç başımdan getməz onun xəyalı, 
Koroğluya qurban qoç İsabalı, 
Verin Koroğludan mənə bir xəbər!.. 
 
İgidlik semantikalı  şeirlər bir həqiqəti də real-
laşdırır: Koroğlunun dəlisi meydanda ya ölməli, ya da 
yaralanmalıdır : 


                                                    “Koroğlu”nun şeir dili 
 
 
49 
Koroğlum bunu bilməsə, 
Xanıman tərkin etməsə, 
İgid meydanda ölməsə, 
Yarasız qalsa, ar olur. 
 
“İgidlik, mərdlik, mübarizlik” başlığı altında təhlilə 
cəlb etdiyimiz şeir parçalarında sintaktik mühitlə bağlı 
olaraq bir sıra söz və ifadələrin üstün mövqedə  çıxış 
etməsi, intensivliyi müşahidə olunur: misri qılınc,  əlif 
qəddini bükmək, qançırğadan qanlı başlar asmaq” 
(qançırğa – yəhərin arxa tərəfində olan qayış bağlar), yağı 
düşman... Bu sistemə  tərkibində “qan” sözü işlənmiş 
ifadələri də daxil etmək olar. Belə vahidlərin ümumi 
mənzərəsi daha aydın görünsün, - deyə onların hər birini  
mətn daxilində təqdim etməyi gərəkli hesab edirik:   
qan qana qarışmaq – Qan qarışsın qana indi 
qan uddurmaq – Qan uddurram indi sənə 
al qan üstünə tökülmək – Tökülün al qan üstünə  
qanını ovucla içmək – Ovucnan düşman qanından 
//Doldurub içdiyin varmı? 
qançırğadan qanlı başlar  asmaq – Qançırğadan  
qanlı başlar asılar 
qana susamaq – Susayaram qana, Nigar 
qan ağlatmaq  - Meydanda düşmana qanlar ağladan 
gözü qanlı – Biləyi qüvvətli, gözü qanlıyam 
qəlbi qan olmaq – Eyvazsız qəlbim qan olar 
qanlı yağı – Yol al burdan, qanlı yağı 
şərbət tək qanına yalanmaq – Şərbət tək qanına 
yalanmaq gərək! 
qan içmək – Koroğlu içəndə düşman qanını 
Язизхан Танрыверди 
 
 
50
 
gözündən qan  yaş tökmək – Gözündən qan yaş 
tökərəm 
qan olmaq – Haq yar olsa, qan alıyam 
gözündən qan axmaq – Geyim gözündən qan axan 
qan tökmək – Misri qılınc vurub, qızıl qan tökmək 
qan yerimək – Kəllələr kəsilə, qanlar yeriyə 
al qan içində qılınc oynamaq – Misri qılınc oynar al 
qan içində 
qan dəryasında çalxalanmaq – Çalxalanır qan 
dəryasında 
qanını qanlara qatmaq – Qanım qanlara qataram 
su yerinə  qızıl qanlar axıtmaq – Su yerinə  qızıl 
qanlar axdıran... 
Yuxarıdakı ifadələrə dastan poetikası, eyni 
zamanda tarixi-linqvistik baxımından  yanaşma aşağı-
dakıları söyləməyə imkan verir: 
– bu ifadələrin hər biri Azərbaycan dilinin zənginlik 
göstəriciləri kimi çıxış edir, Azərbaycan dilinin poeziya 
dili olduğu bu tip ifadələrdə açıq-aydın şəkildə görünür; 
–  ifadələrin  əksəriyyəti igidlik, mərdlik məzmun-
ludur. Bu sistemdə  kədər mənasını ifadə edən “qəlbi qan 
olmaq”, yaxud “qovuşmaq” anlamlı “qanını qanlara 
qatmaq” tipli ifadələr yox dərəcəsindədir; 
            – bir sıra misralar yalnız frazeoloji vahidlər əsasın-
da yaradılıb: Qanım qanlara qataram (qanını qanlara 
qatmaq); Çalxalanır qan dəryasında (qan dəryasında 
çalxalanmaq).. 
            –  bəzi ifadələr müasir ədəbi dilimiz üçün arxa-
izmdir: qançırğadan qanlı başlar asmaq, qanlı yağı, şərbət 
tək qanına yalanmaq...; 


                                                    “Koroğlu”nun şeir dili 
 
 
51 
– ifadələrin tərkibində intensivliyi ilə  fərqlənən 
qırmızı anlamlı “qızıl” sözü müasir ədəbi dilimizdə 
işlənməsə də, şivə səviyyəsində mühafizə olunur; 
– bəzi ifadələr inversiya ilə  işlənmişdir ki, bu da 
obrazlılığı qüvvətləndirməyə xidmət edir: qan dəryasında 
çalxalanmaq – Çalxalanır qan dəryasında... 
“Koroğlu” eposundakı    şeir parçaları üçün igidlik 
semantikasının xarakterik olması öz təsdiqini həm də 
yuxarıdakı çoxsaylı ifadələr kontekstində tapır ki, bu da 
təsadüfi deyil. Çünki “qəhrəmanlıq dastanları yalnız xalqın 
təfəkkür tərzinin, düşüncə sisteminin və yaradıcılıq  
imkanlarının inikası deyil, həmçinin bundan daha artıq 
dərəcədə xalqın, etnosun fiziki gücünün nümayişidir. 
Həyatda görə bilmədiklərini, bəzən də görmək istədik-
lərini, epos dili ilə nəql etmək keçmişi və gələcəyi bu gün 
ətrafında birləşdirmək deməkdir” (K.Əliyev. Eposun 
poetikası. “Dədə Qorqud” və “Koroğlu”. Bakı, 2011, 
səh.149). Koroğlu, Dəmirçioğlu,  İsabalı kimi obrazlarla 
bağlı  təqdim etdiyimiz igidlik məzmunlu  şeirlər də 
müəllifin fikirlərinin düzgün olduğunu göstərir. 
 
 
 
 
 
 
 
 
 
 
 
Язизхан Танрыверди 
 
 
52
 
 
 
VƏTƏN SEVGİSİ 
 
İgidlik, mərdlik  və mübarizlik məzmunlu şeirlərin 
hər biri, əslində, həm də “Vətən sevgisi”ni, “Yurd 
sevgisi”ni  əks etdirən  şeirlərdir. Konkret desək, Koroğlu 
dəliləri, türk ərənləri məhz Vətən torpağına görə igidlik, 
mərdlik göstərərək  ölməyi hər  şeydən uca tutublar. Bu 
mənada “Koroğlu” eposundakı  qəhrəmanlıq semantikalı 
şeirləri “Yurd sevgimiz” başlığı altında təhlilə  cəlb etmiş 
K.Vəliyev haqlıdır. Müəllif bu tipli şeirlər barədə yazır: 
“Acığından qan beyninə vurmuş, gözləri qıpqırmızı 
qızarmış qoç Koroğlu yağı azğınlığından qəzəblənibən 
dodaqlarını  gəmirən, bığlarını çeynəyən dəlilərini belə 
haylamadımı: 
Dəlilərim, bu gün dava günüdür, 
Müxənnət ölkəsi talanmaq gərək! 
Qoç iyidlər yarasından bəllidir, 
Şərbəttək qanını yalamaq gərək! 
 
Ozanlar bir əlinda saz, bir əlində  qılınc qoşunun 
önündə getmiş, sazlarıyla, sözləriylə ürəkləri coşdur-
muşdu...” (Elin yaddaşı, dilin yaddaşı. Bakı, 1988, səh.77). 
Amma bunu da inkar etmək olmaz ki, “Koroğlu”dakı 
şeirlərin bir hissəsində  Vətənə  məhəbbət, yurd sevgisi 
daha qabarıq  şəkildə görünür. Bəri başdan qeyd edək ki, 
dastanda “qılınc” igidliyi simvollaşdırdığı kimi, 
“Çənlibel” toponimik vahidi də  Vətənimizi – o taylı bu 
taylı Azərbaycanımızı simvollaşdırır. Çənlibel toponimi 
dastanın təkcə nəsr yox, həm də şeir dilində intensivliyi ilə 


Yüklə 61,3 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə