Microsoft Word Tanr?verdi ?



Yüklə 61,3 Kb.
Pdf görüntüsü
səhifə15/53
tarix21.06.2018
ölçüsü61,3 Kb.
#50105
1   ...   11   12   13   14   15   16   17   18   ...   53

                                                    “Koroğlu”nun şeir dili 
 
 
67 
Göründüyü kimi, bu bənd nisbətən fərqli seman-
tikaya malikdir. Belə ki, burada dağ qardaş hesab olunmur. 
Əksinə, qar altında qalmış, ölmüş qardaşın gözə görün-
məsi yalnız dağdan, dağ ruhundan istənilir ki, bu da dağ 
kultunu şərtləndirən ən mühüm detallardandır. Bir məqamı 
da qeyd edək ki, həmin bəndin sonuncu misralarında türk 
igidlərinin məhz dağda vuruşmaları, məhz dağı özləri üçün 
savaş, döyüş yeri seçmələri poetik şəkildə canlandırılıb. 
Burada Ə.Əsgərin bir fikrini xatırlatmaq yerinə düşür: “Bu 
misralar türk savaş ənənəsində dağın oynadığı strateji rolu 
aydın  şəkildə  işıqlandırır. Başqa bir bənddə isə türk 
savaşında dağın strateji əhəmiyyətinin  əcdadların savaş 
ənənələri ilə bağlı olduğuna birbaşa işarə olunur” (Ə.Əsgər, 
M.Qıpçaq. Türk savaş sənəti. Bakı, 1996, səh.129). 

 
dağ insanın ən yaxın dostu, sirdaşıdır: 
 
Taladım şahları, hələ az dedim
Türfə gözəllərə işvə, naz dedim, 
Neçə tacir-tüccar səndə gizlədim, 
Açmadın sirrimi, sirdaşım dağlar! 
 
Bu bənd  Ə.Qaracadağinin “Şeirlər məcmuəsi”ndə 
belə verilib:  
Çıxım gədiklərdən izin-izləyim, 
Ucalardan alçaqları gözlərim, 
Ağır qəflə vurum, səndə gizləyim, 
Heç kimsə bilməsin, sirdaşım dağlar! 
 
Burada təkcə onu qeyd edirik ki, qarşılaşdırılan 
bəndlərdə fərqli söz və ifadələr  işlənsə də, hər iki bənd eyni 
semantik tutuma malikdir. Bu cəhət sonuncu  misralarda 
Язизхан Танрыверди 
 
 
68
 
daha aydın görünür: “Açmadın sirrimi, sirdaşım dağlar”; 
“Heç kimsə bilməsin, sirdaşım dağlar!”; “Heç  kimsə bilmə-
sin, sirdaşım dağlar!” 
–  dağa inanan, dağı müqəddəs bilən insan onun 
qurdları ilə ulaşmaq, onlarla birlikdə olmaq niyyətini 
bəyan edir: 
 
Koroğluyam,gəzdiyimi tapardım, 
Qayalar başında qala yapardım, 
Ağ sürüdən əmlik quzu qapardım, 
Yeyib qurtlarınla ulaşım, dağlar! 
 
İnsan, dağ  və qurd obrazlarının  sintez şəklində 
təzahürü müşahidə olunan bu bənd  Ə.Qaracadağinin 
“Şeirlər məcmuəsi”ndə nisbətən fərqli  şəkildə olsa da, 
sonuncu misra, əsasən, eynilə  təkrarlanıb: “Yeyib qurd-
larla ulaşım, dağlar!” Bu tip misralara, xüsusən də 
yuxarıda təqdim etdiyimiz qoşmaya intibah mədəniyyəti 
kontekstində yanaşan N.Cəfərov maraqlı mülahizələr irəli 
sürür: “...lakin intibah mədəniyyəti həmin ilahi məzmunu 
(tipologiyanı!) insaniləşdirir, humanistləşdirir və Koroğ-
ludakı tanrılıq insaniliyə çevrilir – insan (şəxsiyyət) 
Koroğlu dövrün, zamanın təzyiqi ilə tanrı Koroğlunu 
yenir...” (Eposdan kitaba. Bakı, 1999, səh.141). 
– igid (Koroğlu) özünə qardaş bildiyi at və  qılınc 
barədə heç kimə yox, məhz müqəddəs hesab etdiyi dağa 
danışır, sanki onunla dərdləşir: 
 
Bir at, bir qılıncım qardaşım, dağlar! 
Koroğlu der, bu dünyaya gəlmişəm. 


                                                    “Koroğlu”nun şeir dili 
 
 
69 
– dağ elə bir varlıqdır ki, düşmən qabağında ər kimi 
dayanan Koroğlu onu görəndə ürəyi atlanır: 
 
Məni binadan bəslədi, 
Dağlar qoynunda, qoynunda 
Tülək tərlanlar səslədi 
Dağlar qoynunda, qoynunda. 
 
 –  çarəsiz qalan insan müqəddəs hesab etdiyi dağı 
hədələyir, hətta onu qarğımaqdan belə çəkinmir (bu detal 
“Dədə Qorqud kitabı” ilə səsləşir... sonrakı səhifələrə bax): 
 
Qardaşam, tökülər daşın, 
Borandan ayılmaz başın, 
Düşər daşın, qalar leşin
Dağlar, Eyvazı neynədiz?! 
 
– dağ ucalıqdır, böyüklükdür. Bu semantika 
Çənlibellə bağlı olan şeirlərdə daha qabarıq  şəkildə  
görünür: 
 
Ucalardan uca dağı, 
Hərgiz gələ bilməz yağı, 
Koroğlu tək ər oylağı, 
Nigar, Çənlibel budu, bu! 
 
Bütün bunlar dastandakı  şeir parçalarında dağ 
kultunun kodlaşmış şəkildə yaşadığını sübut edir. 
 
 
 
Язизхан Танрыверди 
 
 
70
 
 
 
SAZA VURĞUNLUQ 
 
Koroğluşünaslıqda aşıq və onun dilə  gətirdiyi telli 
sazdan, Misri qılıncla sazın vəhdətindən geniş şəkildə bəhs 
olunduğu üçün burada sazla bağlı bəzi detallara münasibət 
bildirməklə kifayətlənmək olar: 
– dastandakı şeirlərin – bayatı, gəraylı və qoşmaların 
hər biri sazın müşayiəti ilə ifa edilən parçalardır. Burada 
xüsusi olaraq vurğulana bilər ki, bu cür şeir parçalarında 
sazla sözün vəhdəti qabarıq  şəkildə görünür. Dastan-
dakı ”Koroğlu sazla dediyi kimi sözlə  də dedi” – tipli 
cümlələr də dediklərimizi arqumentləşdirir; 
         –    dastandakı  şeir parçalarından aydın olur ki, sazı 
dilə  gətirən aşıq çox böyük nüfuza malikdir, ululardan 
uludur: “Mən aşığam, ululardan uluyam // Durna gözlü 
çeşmələrdən duruyam...” Aşıq Cünunun dilindən verilmiş 
bu tip şeirlərin semantikası onu da deməyə  əsas verir ki, 
Aşıq Cünun adi aşıqlardan deyil, o müdriklər müdriki, 
dədələr dədəsi, ozanlar ozanı  Dədə Qorqudun varisidir, 
onun  ən layiqli davamçılarından biri kimi çıxış edir. 
Burada Aşıq Cünun obrazına qarşılaşdırmalar konteks-
tində aydınlıq gətirən K.Əliyevin fikirlərini xatırlatmaq 
lazım gəlir: “Koroğlu ilə  Aşıq Cünun arasındakı status 
bölgüsü “Koroğlunun Bayazid səfəri” qolunda tamamilə 
yeni formada və açıq, əyani şəkildə özünü göstərmiş olur. 
Koroğlu ilə  Aşıq Cünun arasında olan deyişmə zamanı 
Koroğlunun  əlində saz əvəzinə  qılınc var. Yəni burada 
qılıncın səlahiyyətinin Koroğluda olması qabarıq  şəkildə 
göstərilirsə, deməli, həmin məqamda sazın səlahiyyəti aşıq 


Yüklə 61,3 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə