Microsoft Word Tanr?verdi ?



Yüklə 61,3 Kb.
Pdf görüntüsü
səhifə18/53
tarix21.06.2018
ölçüsü61,3 Kb.
#50105
1   ...   14   15   16   17   18   19   20   21   ...   53

                                                    “Koroğlu”nun şeir dili 
 
 
83 
Qəm-qüssəm başımdan aşıb, 
Məntək dərdə dalan yoxdu. 
 
Ah çəkməkdən bağrım bişib, 
Bircə yada salan yoxdu. 
 
Necə baxım, ev-eşiyə, 
Yaralı könlüm üşüyə, 
Toz bürümüş boş beşiyə
Şirin layla çalan yoxdu. 
 
Çənlibeldə qar görünür, 
Güllər mənə xar görünür, 
Günüm ahü-zar görünür, 
Bir qaydıma qalan yoxdu. 
 
Tutun məclisdə yasımı, 
Geymişəm qəm libasımı, 
Bu fələkdən  qisasımı, 
Nə zamandı alan yoxdu. 
 
Sənə deyim ər  Koroğlu, 
Kəsirsən dağlarda yolu, 
Bir çarə söylə, nə oldu? 
Dərdə çarə qılan yoxdu. 
 
Dəlilər sana düzülər, 
Əlim əlindən üzülər, 
Bağman ölsə, bağ pozular, 
Mən tək gülü solan yoxdu. 
 
Язизхан Танрыверди 
 
 
84
 
Çənlibeli güllər bəzər, 
Güllər saralsa kim üzər? 
Hər quş balasıynan gəzər, 
Niyə sənin balan yoxdu? 
 
Koroğlusan, hay salarsan
Paşalardan bac alarsan, 
Neçə şəhərlər talarsan, 
Sən tək şəhri talan yoxdu. 
 
Nə dərd olsa məni tapar, 
Sonsuzluq bir yanım çapar, 
Yarılğan uçaq, toz qopar, 
Görərsən ki, qalan yoxdu. 
 
Nigarı dərdə gətirən,  
Cəsədin qəbrə yetirən, 
Koroğlu namın götürən, 
Yurdunda son olan yoxdu. 
 
Hər birində övladsızlıq dərdi poetik şəkildə 
canlandırılmış bu gəraylının poetik semantikası çox 
dərindir. Bu da səbəbsiz deyil. Belə ki, bəndlərdən biri 
digərini təkcə forma deyil, həm də semantika baxımından 
tamamlayır. Gəraylıdakı semantik dinamikanı izləyək: 
Nigar xanımı yada salan yoxdur →    beşik boşdur, layla 
çalınmır  → günü ahü-zardır, qeydinə qalan yoxdur → 
qisasını fələkdən alan yoxdur → dərdinə çarə edən yoxdur 
→  əli hər  şeydən üzülüb, onun kimi gülü solan yoxdur. 
Sonrakı bəndlərin ümumi semantik yükü isə təkcə  Nigara 
yox, həm də Koroğluya aiddir. Qeyd edək ki, bu detal 


                                                    “Koroğlu”nun şeir dili 
 
 
85 
K.Əliyevin  də diqqətindən yayınmayıb. Müəllif “Çənli-
beli güllər bəzər” misrası ilə başlanan bəndi təqdim 
etdikdən sonra belə bir şərh verib: “Bu son dərəcə həzin və 
kədərli bir məqamdır. Nigar xanım yalnız öz istəyini və 
arzusunu deyil, həmçinin Koroğlunun gizli, narahat duy-
ğularını dilə gətirir” (Eposun poetikası: “Dədə Qorqud” və 
“Koroğlu”. Bakı, 2011, səh.115). Bu cəhət həmin bənd-
lərlə bağlı semantik  dinamikada daha aydın görünür: 
sənin balan niyə yoxdur → şəhərin, yurdun talandır, çünki 
sonsuzsan, övladın yoxdur → Nigarı qəbrə yetirən yoxdur 
→ Koroğlunun adını yaşadan yoxdur. Gəraylıdakı 
bəndlərin ümumi semantik tutumundan doğan bu tezislərin 
biri digəri üçün məntiqi mərkəz funksiyasında çıxış edir ki, 
bu da bütövlükrə  həmin gəraylının yüksək bədii-estetik 
dəyərə malik olduğunu təsdiqləyir. 
Təqdim etdiyimiz gəraylıda obrazlılıq yaradan 
vasitələr,  əsasən, bunlardan ibarətdir: incə saitlərin asso-
nansı - əlim əlindən  üzülər: ə - i - ə - i - ə - ü – ü - ə; “d”-
nın alliterasiyası – dərdə dalan: d – d; dəlilər sana düzülər: 
d - d; “g”-nın alliterasiyası – güllər, görünür, günüm, 
görünür: g – g – g – g; paralel cümlə konstruksiyalarının 
təkrarı: Bircə yada salan yoxdu; Şirin layla çalan yoxdu; 
Bir qaydıma qalan yoxdu... Bu tip misralardakı  zəngin 
qafiyələr silsiləsi: salan – çalan – qalan – alan – qılan – 
solan – balan – talan – qalan – olan; zəngin qafiyələrin 
bəndlərindəki ilk üç misranı  əhatə etməsi: salarsan – 
alarsan – talarsan; çoxsaylı frazeoloji vahidlər (başından 
aşmaq, dərdə dalmaq, qaydına qalmaq, dərdə gətirmək...); 
epitetlər: yaralı könül, şirin layla; təşbehlər: mən tək gülü 
solan yoxdu; sən tək  şəhri talan yoxdu...; antiteza: quşun 
balası var – sənin balan yoxdur (Hər quş balasıynan gəzər 
Язизхан Танрыверди 
 
 
86
 
// Niyə  sənin balan yoxdu?) ... Heç şübhəsiz ki, burada 
ədəbi tələffüzün, eyni zamanda şivə  tələffüzünün trans-
kripsiyasını da inkar etmək olmaz: ədəbi tələffüzün 
transkripsiyası: balasıynan (balası ilə), yoxdu (yoxdur), 
zamandı (zamandır);  şivə  tələffüzünün transkripziyası: 
qaydına qalan (qeydinə qalan), nə olu (nə olur)... 
Türk epos təfəkkürünün zənginliyindəndir ki, 
sonsuz olduğuna görə için-için ağlayan Nigar xanımın 
övladsızlıq dərdinə son qoyulur. Dəqiq desək, Nigar xanım 
köynəyinin yaxasından keçirdiyi Eyvazı öz doğma balası 
kimi əzizləyir, ona oğul deyir: 
 
Oğul deyib ağlayaram
Dağ çəkərəm, dağlayaram, 
Coşub qılınc bağlayaram, 
Dağlar, Eyvazı neynədiz?! 
 
Bu bəndin  ümumi semantik yükü də yuxarıda 
dediklərimizi təsdiqləyir. 
Koroğlunun dilindən verilmiş övladsızlıq seman-
tikalı  “İnildər” gəraylısına – ümumtürk poeziyasında 
bənzəri olmayan şeir parçasına diqqət yetirək: 
 
Sənə deyim, aşıq Cünun, 
Gözlərimdə yaş inildər, 
Bir igid oğul ucundan, 
Şeş atanda beş inildər. 
 
Telli Nigar məlul durar, 
Əl qoynunda, boynun burar, 
 


                                                    “Koroğlu”nun şeir dili 
 
 
87 
Müjganın sinəyə vurar. 
Göz oxşayar, qaş inildər. 
 
Könlümü namərdlər yıxsa, 
Polad qolçaq qolum sıxsa, 
Misri qılınc qından çıxsa, 
Leş sərilir, baş inildər. 
 
Coşdu, dəli könül coşdu, 
Mövc verdi, kəllədən aşdı, 
Bir meşəyə ki, od düşdü
Quru yanar, yaş inildər. 
 
Koroğluyam, sözüm çoxdu, 
Sözlərim peykanlı oxdu, 
Hansı igidin sonu yoxdu, 
Ocaq sönər, daş inildər. 
 
Bu gəraylının bütün bəndləri təsirlidir, onu həyə-
cansız oxumaq olmur. Bu da səbəbsiz deyil: birincisi, ona 
görə ki, Nigar xanım qüssədolu, qəmdolu on bəndlik 
gəraylını Koroğluya ünvanlayaraq söyləməklə onun 
ruhunu silkələyib;  ikincisi, Nigar xanım Koroğluya “Niyə 
sənin balan yoxdu?” – deməklə onun əsəblərini tarıma 
çəkib ki, bu da dəli nərəsi ilə meşədə aslanları  əsdirən, 
zərbəsi ilə xotkarları, xanları titrədən Koroğlunu zar-zar 
ağladıb; üçüncüsü, Aşıq Cünunun Koroğluya ünvan-
layaraq söylədiyi altı  bəndlik qoşma, xüsusən də bu 
qoşmada yeddi dəfə eynilə  təkrarlanmış “Bir de, qoç 
Koroğlu, nədən məlulsan?” cümləsinin semantik yükü 
Koroğlunun köhnə yarasını  təzələyib...”İnildər” gəraylısı 
Язизхан Танрыверди 
 
 
88
 
məhz bu əhvali-ruhiyyənin nəticəsi olaraq yaranıb. Həm 
də  məhz bu cür semantik dinamikaya görə Koroğlunun 
dilindən verilmiş  gəraylının  bütün bəndləri “zar-zar inil-
dəyir”. Bu iniltini  “İnildər” gəraylısındakı semantik dina-
mika, daha doğrusu,  sonsuzluq semantikasını qüvvət-
ləndirən ifadələr kontekstində  nəzərdən keçirək: gözlə-
rində yaş inildəyər  →  şeş atanda beş inildəyər  → göz 
oxşayar, qaş inildər  → leş  sərilər, baş inildəyər  → quru 
yanar, yaş inildəyər  → ocaq sönər, daş inildəyər. Qeyd 
edək ki, “ocaq sönər, daş inildər” misrasından  əvvəl 
verilmiş “Hansı igidin sonu yoxdu” misrasında övladsız-
lığa açıq  şəkildə  işarə edilir. Əsasən, inildəyə bilən 
varlıqları  əks etdirən ifadələrin bəndlərdə ardıcıl olaraq 
sıralanması da məhz sonuncunu qabartmağa, qüvvətlən-
dirməyə xidmət edir. İ.Sadıq sonuncu  bəndin semantik 
tutumundan bəhs edərkən göstərir: “Şeirdə ocaq Kor-
oğlunun özü, ocaq daşı  Çənlibeldir. Ocaq sönəndə isti 
ocaq daşlarının soyuduqca inildəməsi Koroğlunun demək 
istədiyi fikri həm olduqca aydın, həm də  bədii cəhətdən 
obrazlı və dolğun ifadə etmişdir. Koroğlunun yavaş-yavaş 
öləziyib sönməyi Çənlibeli inildətməyə, göynətməyə 
bilməzdi” (Ocaq sönər, daş inildər. Hoydu, dəlilərim, 
hoydu. Bakı, 2006, səh.9). Müəllifin fikirləri düzgündür. 
Amma bu da var ki, dastanda Nigar xanım kimi Kor-
oğlunun da sonsuzluq dərdinə son qoyulur. Bu motiv 
“Koroğlunun qoç balası  //  Bu  gələn Eyvaz, bu gələn” 
misralarında, yaxud Koroğlıunun dilindən Kürdoğluya 
ünvanlanmış “Başına mən dönüm, gül üzlü oğul” misrası 
ilə başlanan qoşmada aydın  şəkildə ifadə olunub. Digər 
tərəfdən, “Koroğlunun qocalığı” qolunun sonunda dəliləri 
özünə  oğul hesab edən Koroğlunun dilindən verilmiş 


Yüklə 61,3 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə