Microsoft Word Tanr?verdi ?



Yüklə 61,3 Kb.
Pdf görüntüsü
səhifə20/53
tarix21.06.2018
ölçüsü61,3 Kb.
#50105
1   ...   16   17   18   19   20   21   22   23   ...   53

                                                    “Koroğlu”nun şeir dili 
 
 
93 
lükdə dəlilər dəlisi olmasına da tam uyğun gəlir (K.Əliyev. 
Eposun poetikası: “Dədə Qorqud” və “Koroğlu”. Bakı, 
2011, səh.116). Bu fakt da “İnildər” gəraylısının bənzər-
sizliyini təsdiqləyir. 
“İnildər” gəraylısı “El aşıqları” kitabında belə 
verilib: 
 
Sənə deyim, aşıq Cünun, 
Ürəyimdə dərd inildər... 
Bir bəy oğlunun əlindən 
Şeş atanda nərd ingildər... 
 
Coşdu dəli konlüm, coşdu... 
Moc verdi kəllədən aşdı... 
Bir meşəyə ki od düşdü 
Quru yanar, yaş ingildər... 
 
Koroğluyam, sözüm çoxdur, 
                         Hansı igidin sonu yoxdur, 
Sözlərim müjganlı oxdur, 
Ocaq yanar, daş ingildər... 
 
Bu gəraylının “İnildər” başlığı altında təqdim 
etdiyimiz gəraylı ilə qarşılaşdırılması  aşağıdakı  nəticələri 
söyləməyə imkan verir: 
– fərqli formalarda verilməsinə baxmayaraq, eyni 
ruhlu, eyni semantikalıdır; 
– birinci gəraylının II və III bəndləri “El aşıqları” 
kitabında ixtisar olunub; 
– birinci gəraylının ilk bəndinin ilk misrası “El 
aşıqları” kitabında eynilə saxlanılıb;  ikinci misradakı 
Язизхан Танрыверди 
 
 
94
 
“gözlərimdə” və “yaş” sözləri “ürəyimdə” və “dərd” söz-
ləri ilə əvəzlənib;  üçüncü misrada yalnız “bir” və “oğul” 
sözləri  eynilə saxlanılıb, amma bu da var ki, hər iki misra 
eyni semantik şaxəyə daxil ola bilir  (Bir igid oğul 
ucundan; Bir bəy oğlunun  əlindən); dördüncü misrada 
“beş” sözü “nərd”lə əvəzlənib; 
 – birinci gəraylıdakı dördüncü bənd “El aşıqları” 
kitabında ikinci bənd kimi verilib ki, burada da fərqli 
cəhətlərə rast gəlinir: “İnildər” gəraylısının dördüncü 
bəndinin I misrasındakı “dəli könül” epiteti “El aşıqları” 
kitabında “dəli könlüm” şəklindədir (“könül” sözü I şəxsin 
təki üzrə  mənsubiyyət  şəkilçisini qəbul edib), yaxud ərəb 
mənşəli, “dalğa” anlamlı “mövc” sözü şivə  tələffüzünün 
transkripsiyasına uyğun, yəni “moc”  şəklində yazılıb; 
– “El aşıqları” kitabındakı sonuncu bənd də 
fərqlidir: burada II misra III, III misra isə II misra ilə 
əvəzləib; eyni zamanda III misrada “peykanlı” sözünün 
“müjganlı” ilə əvəzlənməsi müşahidə olunur. Yeri gəlmiş-
kən , birinci gəraylının III misrası  məhz “kirpiklər” 
anlamlı “müjgan” sözü ilə başlanır (Müjganın sinəyə 
vurar); dördüncü misradakı “ocaq sönər”  ifadəsi antonimi 
ilə - “ocaq yanar”la əvəzlənib. Amma bu da qeyd edilə 
bilər ki, “ocaq yanar” ifadəsi birinci gəraylının dördüncü 
bəndindəki “quru yanar”la səsləşir; 
– sonuncu bənddəki zəngin qafiyələr (çoxdu-oxdu-
yoxdu)  ədəbi tələffüzün  transkripsiyasına uyğun verilib. 
Maraqlıdır ki, bu sözlər “El aşıqları” kitabında orfoqrafik 
normalara uyğun şəkildə yazılıb: çoxdur, oxdur, yoxdur; 
– “El aşıqları” kitabının birinci bəndindəki 
qafiyələnmə (dərd-nərd) sonuncu bəndlərlə bağlanmır, 


                                                    “Koroğlu”nun şeir dili 
 
 
95 
daha doğrusu, II və III bəndlərdin  dördüncü misraları bir-
birilə qafiyələnib: yaş-daş; 
–birinci gəraylıdakı “inildər” sözü “El aşıqları” 
kitabında “ingildər” fonetik variantında verilib. Bunlardan 
birincisi müasir Azərbaycan  ədəbi dilinin orfoqrafiyasına 
uyğun yazılıbsa (inildər), ikincisi də (ingildər) fars dilinin 
fonetik sisteminə uyğunlaşdırılmış variantdan başqa bir 
şey deyil. Yeri gəlmişkən, tərkibində velyar “η” (sağır 
nun) olan türk mənşəli təηqiz, yeηi kimi sözlərin fars 
dilinin sisteminə uyğunlaşdırılaraq “təngiz” və “yengi”  
şəklində  işlədilməsi türkologiyaya çoxdan bəllidir. Bu isə 
bir daha sübut edir ki, həmin sözdəki ikinci səs məhz 
velyar “η” ilə yazılmalıdır. Yəni belə: iηildər... 
Buraya qədər təqdim etdiklərimiz onu da vurğula-
mağa  əsas verir ki, Nigar xanım və Koroğlunun dilindən 
verilmiş övladsızlıq, sonsuzluq semantikalı şeirlər birbaşa 
dastanın poetik strukturu ilə bağlanır, eyni zamanda Nigar 
və Koroğlu kimi epos qəhrəmanlarını dolğunlaşdıran 
vasitələr kimi çıxış edir.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
Язизхан Танрыверди 
 
 
96
 
 
 
 
DOSTLUQ, QARDAŞLIQ 
 
Ümumtürk  ədəbiyyatı üçün xarakterik olan dostluq, 
qardaşlıq mövzusu  “Koroğlu”  eposundakı  şeir parçala-
rında da xüsusi yer tutur. Bəri başdan deyək ki, dostluq, 
qardaşlıq semantikası daha çox döyüşlə, savaşla bağlı olan 
şeir parçalarında özünü göstərir. Bu isə, heç şübhəsiz ki, 
qəhrəmanlıq eposlarının, o cümlədən “Koroğlu”nun təbiəti 
ilə bağlıdır 
Dastandakı dostluq, qardaşlıq məzmunlu  şeirlərin 
poetik semantikası ilə bağlı aşağıdakıları söyləmək olar: 
– dostunu yadına salan, onun imdadına çatan 
mərddir, mübarizdir: 
 
Qurbanam mərdin adına, 
Dostunu salar yadına, 
Bu gün sərkər imdadına 
Gəldi dəlilərim, gəldi... 
 
– dost yolunda baş qoymağa hazır olan igid 
yenilməzdir: 
Dəmirçioğlu hey çağırdı kərimi, 
Dost tyoluna qoymuş idim sərimi, 
Cəfər paşa soydurdu dərimi, 
Qəsdi buydu saman təpə pustuma. 
 
– dost dostun yolunda ölməyə, başından da 
keçməyə hazır olmalıdır: 


                                                    “Koroğlu”nun şeir dili 
 
 
97 
Söylə görüm, Ərəb oğlu, 
Canından küsdüyün varmı?! 
Dost yolunda bu dünyada 
Başından keçdiyin varmı?! 
 
–  əsl dost və yoldaş doğma qardaş olmağa 
bərabərdir. Bu cəhət dastandakı  şeirlərdə xüsusi olaraq 
qabardılır: 
 
Bir atadan kaş olaydıq, 
Bir-birindən xoş olaydıq, 
Doğmaca qardaş olaydıq, 
Giziroğlu Mustafa bəy. 
 
– dostluq ilqarı, dostluq əhdi heç vaxt yaddan 
çıxmamalıdır: 
 
Mən Dəli Həsənəm, ər havadarı, 
Heç yaddan çıxarmı dostluq ilqarı? 
Vuruşma zamanı, dava bazarı, 
Olmaz heç insafım, mürvətim mənim. 
 
Bu motiv dastandakı  nəsr parçalarında reallığa 
çevrilir, daha doğrusu, dostluq əhdinə sadiq olanlar tez bir 
zamanda bir yerə  yığılır: “Dəli Həsənin sözlərinə  Aşıq 
Cünun da, Dəmirçioğlu da çox sevindilər. Üçü də atlanıb 
dağlara, daşlara, kəndlərə, obalara hay saldılar. Bir neçə 
günün içində bütün dəliləri yığıb Çənlibelə  tərəf yola 
düşdülər”. Burada bir məqamı da qeyd etmək yerinə 
düşür: Çənlibeldə 7777 dəlinin sarsılmaz birliyi elə 
dostluq ilqarına görə reallaşıb. Bu birliyin, bu dostluğun 
Язизхан Танрыверди 
 
 
98
 
məhz  Çənlibeldə baş tutması da səbəbsiz deyil. Heç 
şübhəsiz ki, bu birbaşa Çənlibelin müqəddəs məkan 
statusu ilə bağlıdır. Bu status isə dastanın  poetik struk-
turunda xüsusi çəkiyə malikdir: “Çənlibelə düşmən ayağı 
dəymir, lakin dost üzünə həmişə açıqdır” (N.Cəfərov); 
– döyüşə çağırış məzmunlu şeirlərin bir qismi məhz 
“yoldaşlarım” xitabı ilə başlanır: 
 
Yoldaşlarım, bu gün dava günüdür, 
Hazırlaşın, mövlam sizə yar olsun! 
Qeyrət əhli qızıl qana bulansın, 
Qeyrətsizi qoy tər bassın, xar olsun! 
 
– Aşıq Cünunun Eyvaza “qardaş” – deyə müraciət 
etməsi türk məıdəniyyətinin zənginliyini işarələndirir: 
 
Çənlibeldən xəbər gətirdim, 
Qardaş, dur gedək, dur gedək!.. 
Müşkül mətləbi bitirdim, 
Qardaş, dur gedək, dur gedək!.. 
 
– Aşıq Cünun təkcə Eyvaz kimi bir igidə deyil, adi 
bir insana, deyək ki, keçələ  də qardaş deyir: “Başına 
döndüyüm, ay keçəl qardaş // Bir ev deyim, mənə nişan 
ver barı!..”; 
– Dəmirçioğlunun dilində işlənmiş “naxırçı qardaş” 
müraciəti onu əsl türk döyüşçüsü, türk cəngavəri kimi 
dəyərləndirməyə imkan verir: 
 
Başına döndüyüm, naxırçı qardaş, 
Mənim Ərəb atım gördünmü ola? 


Yüklə 61,3 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə